R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011


Şəkil 36. Xroniki xoralı gingivit; yüngül dərəcəli



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

70
Şəkil 36. Xroniki xoralı gingivit; yüngül dərəcəli
Rentgenoloji müayinə zamanı alveolarası arakəsmənin zirvə-
sində  osteporoza  və  periodontal  yarığın  genişlənməsinə  rast 
gəlmək olar.
Mikroskopik olaraq diş ərpində zəngin mikroflora aşkar edi lir. 
Bu qarışıq flora içərisində fuzobakteriyalara, spiroxetlərə, aktino-
miset və xromomiset tipli göbələklərə də təsadüf edilir. 
Patomorfoloji  müayinələr  nəticəsində  səthi  xora  qüsurları 
təyin edilir. Diş ətinin nekrozlaşmış sahələrində kokklar, fuzobak-
teriyalar,  spiroxetlər  aşkar  edilir.  Epiteli  toxumasında  akantoz, 
subepitelial  və  daha  dərin  qatlarda  isə  leykositar  infiltrasiya, 
tosqun hüceyrələrin miqdarının çoxalması və s. müşahidə edilir. 
Birləşdirici  toxumanın  stromasında  dezorqa nizasiya,  perivas-
kulyar toxumada ödem, kollagen liflərdə dəyişikliklərə və s. rast 
gəlmək olar (şəkil 35).


71
Şəkil 37. Xroniki xoralı gingivit. x90.
1.Toxumanın nekrozu; 2.Qranulyasion toxuma; 3.Yüngül hüceyrə 
infiltrasiyası və ödem
Proteolitik fermentlərin aktivliyi kəskin şəkildə artmış, immu-
noloji  statusun  bütün  göstəriciləri  zəifləmiş,  lizosimin  və  digər 
ingibitorların miqdarı azalmışdır.
PARODONTİT
Bu xəstəlik üçün bütün parodont toxumalarının zədələnməsi 
xarakterikdir. Xəstəliyin morfogenezinin əsasında alveol sümüyü, 
diş  kökünün  sementi  və  periodont  toxumalarındakı  ekssudativ-
alterativ iltihabi proseslər və sümükdəki destruktiv dəyişikliklər 
dayanır.


72
Parodontit 11-12 yaşlı uşaqlardan başlayaraq (8-10%), 30-50 
və daha yuxarı yaş qrupuna mənsub olan şəxslərdə (60-65%) də 
rast gəlinir.
Xəstəliyin  yüngül,  orta  və  ağır  formaları  ayırd  edilir,  klinik 
gedişinə görə kəskin, xroniki və ağırlaşmış növləri mövcuddur.
Kəskin parodontitə nadir hallarda və adətən lokal formada rast 
gəlinir. Bu xəstəlik əksər hallarda infeksiya təsiri nəticəsində ya-
ranır, buna baxmayaraq, bəzi hallarda düzgün hazırlanmamış süni 
qapaqlar,  ortodontik  müdaxilələr  də  bağ  aparatını  zədələyərək, 
parodontitlərin yaranmasına səbəb olur. 
Xroniki  parodontitə  praktikada  daha  çox  rast  gəlinir,  uzun-
müddətli (bəzən on illərlə) gedişi ilə xarakterizə olunur. Xəstəliyin 
gedişi orqanizmin ümumi vəziyyətindən və onun reaktivliyindən 
asılı olaraq dəyişə bilir. Orqanizmin reaktivliyi aşağı düşdükdə və 
prosesə ikincili infeksiya qoşulduqda, klinik status kəskin forma-
da ağırlaşır.
Adekvat müalicə və profilaktika tədbirlərinin aparılması sayə-
sində orqanizmin reaktivliyi yüksəlir, remissiya dövrü başlayır və 
proses  stabilləşir.  İltihab  prosesinin  yayılmasından  asılı  olaraq, 
parodontitlər lokal və generalizə olunmuş formada aşkar edilir.
Lokal parodontit bir və ya bir neçə diş nahiyəsində parodontun 
zədələnməsi ilə xarakterizə olunur. Onun əmələ gəlməsində yerli 
zədələyici  faktorlar:  mexaniki  travmalar,  fiziki-kimyəvi  amillər 
əsas  rol  oynayır.  Bir  çox  hallarda  plombun  sallaq  kənarları  da 
lokal parodontitə səbəb olur. Nəhayət, çoxsaylı etioloji faktorlar 
içərisində  diş  çöküntüləri,  ayrı-ayrı  dişlərin  periodontunun  ar-
tıq yüklənməsi, dişləmin anomaliyaları, ortopedik və ortodontik 
konstruksiyaların düzgün hazırlanmaması, o cümlədən klammer-
lərin düzgün seçilməməsi və s. müxtəlif ağırlıq dərəcəli parodon-
titlərin yaranmasına gətirib çıxarır.
Generalizə olunmuş parodontit bir çox hallarda ümumi sistem 
xəstəlikləri fonunda və prosesin uzunmüddətli gedişi nəticəsində 
yaranır.  Generalizə  olunmuş  parodontitin  əsas  əlamətləri  aşağı-


73
dakılardan ibarətdir: simptomatik gingivit, parodontal cib, alveol-
yar sümüyün rezorbsiyası və travmatik okklüziyanın möv cudluğu. 
Bu klinik əlamətlərin təzahürü prosesin ağırlıq dərəcəsindən asılı-
dır. Xəstəliyin yüngül dərəcəsində dişlərarası məməciklərdə kata-
ral iltihab əlamətləri aşkar edilir, parodontal ciblərin dərinliyi 3,5 
mm-ə qədər olur, çoxlu miqdarda yumşaq diş ərpi, diş ətiüstü və diş 
ətialtı diş daşlarına rast gəlinir və bir qayda olaraq xəstənin ümumi 
vəziyyəti dəyişməz qalır (şəkil 38, 39). Bu zaman ikincili travmatik 
okklüziya, demək olar ki, müşahidə edilmir.
Şəkil 38. Xroniki generalizə 
olunmuş parodontit; yüngül 
dərəcəli, kataral gingivit
Şəkil 39. Xroniki parodontit
yüngül dərəcəli, xoralı gingivit
 
Travmatik  okklüziya  parodontun  artıq  yüklənməsinə  səbəb 
olur  və  sümükdəki  rezorbsiyanı  tezləşdirərək  dişin  itirilməsinə 
səbəb  olur.  Orta  dərəcəli  generalizə  olunmuş  parodontit  zama-
nı  klinik  iltihab  əlamətləri  və  sümük  toxumasındakı  destruk-
tiv  dəyişikliklər  bir  qədər  də  dərinləşmiş  olur.  Prosesin  ağırlıq 
dərəcəsindən asılı olaraq (xroniki və ya ağırlaşmış), müvafiq for-
mada kataral, hipertrofik və xoralı gingivit əlamətləri meydana 
çıxır.


74
Parodontal ciblərin dərinliyi 5 mm-ə qədər olur, bu ciblərdən 
serozlu-irinli ekssudat axır və dişlərdə laxlama müşahidə edilir (I, 
II dərəcəli). Diş ətinin atrofiyası səbəbindən dişlərin boynu açılır, 
alveolarası hündürlük kökün 
1
/

– 
1
/
3
 səviyyəsinədək azalır, tək-tək 
və çoxsaylı sümük cibləri və abseslər əmələ gəlir (şəkil 40, 41).
Şəkil 40. Xroniki generalizə 
olunmuş parodontit; orta 
dərəcəli, kataral gingivit
Şəkil 41. Xroniki generalizə 
olunmuş parodontit; orta 
dərəcəli, ağırlaşma mərhələsi. 
Parodontal abses
Ağır  dərəcəli  parodontitdə  bütün  simptomlar  bir  qədər  də 
kəskinləşir, iltihab əlamətləri daha tez-tez aşkar edilir, parodon-
tal  ciblərin  dərinliyi  5-6  mm-dən  çox  olur,  parodontal  ciblərdə 
aktiv  formada  qranulyasion  toxuma  əmələ  gəlir,  dişlərdə  II-III 
dərəcəli laxlamalar müşahidə edilir. Alveol sümüyünün rezorbsi-
yası kökün 
2
/
3
 səviyyəsindən çox olur, külli miqdarda diş daşları-
na təsadüf olunur (şəkil 42, 43).
Daima  serozlu-irinli  ekssudatla  dolmuş  parodontal  ciblər 
xroniki  infeksiya  mənbəyi  hesab  olunur.  Bu  fakt  orqanizmin 
mütəmadi olaraq intoksikasiya və allergizasiyasına səbəb olur.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə