R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

61
Ağrı  olması  səbəbindən  xəstələr  dişlərini  rahat  təmizləyə 
bilmirlər  və  buna  görə  də  dişlərin  üzərində  kifayət  qədər  yum-
şaq diş ərpi toplaşmış olur. Bir çox hallarda diş ərpində müxtəlif 
rənglər aşkar edilir ki, bu da qəbul edilmiş qidanın rəngindən, siqa-
ret tüstüsündən və s. asılı olur. Diş əti mayesinin miqdarı çoxalır, 
Şiller-Pisarev, Yasinovski, Kulajenko sınaqları müsbət reaksiya ve-
rir. Diş ətində oksigenin gərginliyi azalır (polyaroqrafiya metodu), 
iltihabi prosesin kəskinləşdiyi dövrdə isə artmış olur.
Kataral  gingivit  zamanı  bir  qayda  olaraq,  xəstənin  ümumi 
vəziyyəti  pisləşmir,  periferik  qanda  dəyişiklik  aşkar  edilmir. 
Rentgenoqramda  alveol  sümüyündə  dəyişiklik  nəzərə  çarpmır. 
Xəstəliyin uzunmüddətli gedişi hallarında osteoparoza və perio-
dontal yarığın genişlənməsinə rast gəlmək olar. Epitelinin buy-
nuzlaşması prosesinin pozulması sayəsində parakeratoz kimi pa-
tomorfoloji dəyişikliklər əmələ gəlir. Tez-tez akantoz və vakuol 
distrofiya  meydana  çıxır.  Ödem  və  hiperemiya  selikli  qişanın 
subepitelial qatında müəyyən edilir. Limfoid hüceyrələrdən, his-
tiosit  və  seqmentnüvəli  leykositlərdən  təşkil  edilmiş  ocaqlı  in-
filtrat, əsasən diş əti yarığında yerləşmiş olur. Kollagen liflərdə 
distrofik dəyişikliklər müşahidə edilir: onlar qalınlaşır və kobud 
kələf şəklində bir-birilə birləşir (şəkil 84). Bu proseslər epiteli-
nin  tikanabənzər  qatında  qlikogenin  miqdarının  çoxalması  ilə 
müşayiət  olunur,  birləşdirici  toxumada  qlükozaminqlikanların 
çoxalması baş verir.
Kataral gingivitə görə xəstələr nadir hallarda həkimə müraciət 
edirlər.  Bu  xəstəlik  ya  planlı  sanasiyalar  zamanı  keçirilən 
müayinələrdə, ya da digər xəstəliklərə görə həkimə müraciət olu-
nan vaxt aşkar edilir.
Kataral  gingivitin  uzunmüddətli  gedişə  malik  olduğu  və 
səmərəli müalicə tədbirlərinin aparılmadığı hallarda, parodontun 
yerli müdafiə resursları zəifləyir və daha aqressiv patologiyalar, o 
cümlədən hipertrofik və xoralı gingivitlər əmələ gəlir.
Bu cür xəstələrin müayinəsi zamanı yadda saxlamaq lazımdır 
ki, kataral gingivit, həmçinin bir çox sistem xəstəliklərinin simp-
tomu kimi də meydana çıxa bilər.


62
HİPERTROFİK GİNGİVİT
Bu, diş ətinin xroniki iltihabi prosesi olub, proliferativ dəyişik-
liklərlə  müşayiət  olunan  xəstəlikdir.  Xəstəliyin  klinik  gedişində 
ağırlaşma  və  remissiyalara  təsadüf  olunur.  Hipertrofik  gingivitin 
yayılmasına görə, lokal və generalizə olunmuş formaları ayırd edi-
lir. Lokal formanın ödemli və fibroz növlərinə rast gəlinir.
Diş  ətinin  yüngül  hipertrofiyası  zamanı,  böyümə  diş  tacının 
1
/

-nə, orta dərəcədə 
1
/
2
-nə, ağır formasında isə 
2
/
3
-nə qədər çat-
mış  olur.  Dişlərin  yerdəyişmə  anomaliyaları,  onların  seyrək 
yerləşməsi, plombların sallaq kənarlarının olması səbəbindən, qa-
paqların və klammerlərin düzgün hazırlanmaması və s. hallarda 
lokal hipertrofik gingivitə təsadüf olunur (şəkil 31).
Generalizə olunmuş parodontit isə endokrin sistemi xəstəlikləri, 
hamiləlik  zamanı,  yeniyetməlik  dövründə,  C  hipovitaminozu, 
qan xəstəlikləri və s. hallarda aşkar edilir. Bu deyilənlərə xüsusi 
diqqət yetirmək lazımdır. Çünki hipertrofik gingivit həmin dövrdə 
əsas xəstəliklərin yeganə və ilkin simptomu ola bilər.
Şəkil 31. Lokal hipertrofik gingivit; orta dərəcəli


63
Hipertrofik  gingivitin  lokallaşdığı  əsas  sahə,  frontal  dişlərin 
vestibulyar səthinin diş əti kənarı hesab olunur. Dişlərin distrofi-
yası və dişləmin patologiyaları zamanı diş ətinin travması baş ve-
rir və bunun nəticəsində də diş əti məməcikləri böyüməyə məruz 
qalır.  Bu  zaman  diş  əti  ödemli,  kövşək,  sianozlaşmış,  həcmi 
böyümüş  formada  olur.  Bəzi  hallarda  hipertrofiyalaşmış  diş  əti 
məməcikləri tamamilə diş tacının üzərini örtür və çeynəmə zama-
nı travmaya məruz qalır. Şikayətlərin xarakteri xəstəliyin təzahür 
səviyyəsi ilə müəyyən edilir (yüngül, orta, ağır). Ödemli forma-
da xəstələr diş ətinin böyüməsindən, gicişmə hissiyyatından, ağrı 
və qanaxmadan, ağızdan pis qoxunun gəlməsindən, qida qəbulu 
zamanı  ağrının  daha  da  artmasından  şikayət  edirlər.  Diş  ətinin 
həddən artıq böyüməsi səbəbindən yalançı diş əti cibi əmələ gəlir 
və bu cibdən irinli ekssudat ifraz olunmasına baxmayaraq, dişin 
dairəvi bağı zədələnməmiş olur (şəkil 32). Dişlərin boyun ətrafı 
nahiyələrində diş ətinin hipertrofiyalaşmış hissələrində dişin sərt 
toxumalarına möhkəm yapışmış çoxlu miqdarda yumşaq və ya 
piqmentləşmiş  diş  ərpinə  rast  gəlmək  olar.  Diş  məməciklərinin 
hipertrofiyalaşmış hissələrinin zirvəsi bəzi hallarda nekrozlaşır.
Şəkil 32. Generalizə olunmuş hipertrofik gingivit; orta dərəcəli


64
Hipertrofik gingivitin fibroz forması xoşxassəli gedişi ilə se-
çilir. Bu xəstəliyin yüngül formasında xəstələrin heç bir şikayəti 
olmur, yalnız orta və ağır dərəcəli formalarında isə diş ətinin gö-
rünüşü və formasında qeyri-adi dəyişikliklər nəzərə çarpır.
Xəstəliyin yüngül formasında diş ətinin normal rəngdə olması 
aşkar edilir, diş əti kip surətdə dişə yapışmış olur, bununla yanaşı 
onun forması və ölçüləri qismən böyümüş olur. Bu zaman yalan-
çı diş əti cibinin dərinliyi artmır, oradan ekssudatın xaric olması 
nəzərə  çarpmır.  Orta  və  ağır  dərəcəli  patologiyalarda  (xüsusən 
generalizə olunmuş formada) diş ətinin kifayət qədər böyüməsi 
xarakterikdir. Diş ətinin hipertrofiyası həm vestibulyar, həm də 
oral səthdə müşahidə edilir (şəkil 33).
Şəkil 33. Generalizə olunmuş hipertrofik gingivit; 
 fibroz forma, orta dərəcəli
Xəstəliyin  uzunmüddətli  gedişə  malik  olduğu  hallarda  oste-
oparoz  inkişaf  edir,  rentgenoloji  müayinə  zamanı  alveolarası 
arakəsmənin  kortikal  səhifəsində  düyünlərə  rast  gəlmək  olar. 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə