R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

44
Bu nöqteyi-nəzərdən həkim ən dəqiq və obyektiv informasiyaları 
xüsusi əmsalların köməyi ilə əldə edə bilir:
Qreen-Vermillion gigiyenik indeksi (1964) vasitəsilə diş ərpi 
və  daşlarının  miqdarını  qiymətləndirmək  mümkündür.  Bunu 
həyata keçirmək üçün 6 diş müayinə olunur: 
–16, 11, 26, 31 dişlərin vestibulyar səthləri 
– 36, 46 dişlərin dil səthləri
Diş ərpinin qiymətləndirilməsi ya vizual, ya da boyayıcı məh-
lulların vasitəsilə (fuksin, eritrozin, Şiller-Pisarev) aparılır. 
Diş ərpini qiymətləndirmək üçün tətbiq olunan kod və meyarlar: 
0 – diş ərpi müəyyən edilmir;
1 – ərp diş tacının 
1
/
3
-nə qədərini əhatə edir;
2 – ərp diş tacının 
2
/
3
-nə qədərini əhatə edir;
3 – ərp diş tacının 
2
/
3
-dən çoxunu əhatə edir;
Diş ərpini müəyyən etdikdən sonra, stomatoloji zond vasitəsilə 
diş ətialtı və diş ətiüstü daşları müəyyən etmək lazımdır.
Diş daşlarını qiymətləndirmək üçün tətbiq olunan kod və me-
yarlar: 
0 – diş daşları müəyyən edilmir;
1 – diş ətiüstü daşlar tacın 
1
/
3
-nə qədər yayılır;
2 – diş ətiüstü daşlar tacın 
1
/
3
-dən çox və 
2
/
3
-dən az hissəsinə 
yayılır  və  ya  boyunətrafı  nahiyələrdə  diş  ətialtı  daşlara  rast 
gəlinir; 
3 – diş ətiüstü daşlar tacın 
2
/
3
-dən çox hissəsinə yayılır və ya 
boyunətrafı nahiyələrdə kifayət qədər diş ətialtı daşlara rast gəlinir. 
İNTERDENTAL GİGİYENİK İNDEKS (HYG)
Bu  indeks  vasitəsilə  dişlərin  kontakt  səthlərində  olan  ərpin 
miqdarı müəyyən edilir. 
Parodont toxumalarında zədələnmənin səviyyəsini qiymət lən dir-
mək üçün klinik praktikada aşağıdakı indekslərdən istifadə edilir:


45
•  PMA indeksi
•  Mühelleman indeksi (qanaxma)
•  Russel indeksi (parodontal)
•  Sandler-Stahl indeksi
•  CPITN indeksi
Gingivitin ağırlıq dərəcəsini müəyyən etmək üçün papillyar, 
marginal-alveolyar (PMA) indeksindən istifadə olunur (İ.Shour, 
M.Massler,  1947).  Bu  indeksin  müxtəlif  modifikasiyaları  təklif 
edilmiş, ancaq praktikada əksər hallarda Ç.Parma (1960) modi-
fikasiyası tətbiq edilir.
PMA indeksinin qiymətləndirilməsi aşağıdakı kod və meyar-
larla aparılır.
0 – iltihab əlamətləri yoxdur;
1 – iltihab yalnız papillada aşkar edilir;
2 – iltihab həmçinin marginal hissədə aşkar edilir;
3 – iltihab həmçinin alveolyar hissədə aşkar edilir.
PMA indeksi bu cür hesablanır:
 
 
 
Qiymətləndirmə meyarları
30%-dən az – gingivitin yüngül formaları
31-60% – gingivitin orta-ağır formaları
61%-dən çox – gingivitin ağır formaları 
Mühelleman indeksi vasitəsilə diş əti qanaması təyin edilir.
Diş əti qanamasının intensivliyi aşağıdakı şkala ilə qiymətlən-
dirilir:
0 – zondlamada qanaxma aşkar edilmir;
1 – qanaxma zondlamadan 30 san. sonra başlayır;
2 – qanaxma zondlama zamanı və ya ilk 30 san. ərzində aşkar 
edilir;
3 – xəstə qida qəbul edərkən və dişlərini yuyarkən qanaxma 
aşkar edilir.


46
Russel  (1956)  indeksi  vasitəsilə  parodontitlərin  ağırlıq  dərə-
cələri müəyyən edilir.
Parodontun vəziyyəti aşağıdakı şkalaya görə qiymətləndirilir:
0 – parodont intaktdır;
1  –  iltihab  prosesi  diş  ətinin  hər  yerində  yox,  müəyyən  bir 
hissəsində aşkar edilir;
2 – diş ətinin hər yeri iltihablaşıb, diş-diş əti bağı zədələnməyib 
parodontal cib aşkar edilmir;
6 – diş ətinin hər yeri iltihablaşıb, parodontal cib aşkar edilir, 
sümüyün rezorbsiyası kökün 
1
/
3
-i səviyyəsindədir;
8 – parodontun bütün toxumalarında destruksiya aşkar edilir, 
sümük rezorbsiyası 50%, dişlər laxlayır. 
Sandler-Stahl (1957) indeksi vasitəsilə iltihab və destruksiya-
nın yayılmasını qiymətləndirmək mümkündür. 
SPITN indeksi (ÜST ekspert kollektivi, 1982) parodont toxu-
masındakı  patologiyaların  ağırlıq  dərəcəsini  qiymətləndirmək 
və  ixtisaslaşmış  parodontoloji  müalicəyə  olan  tələbatı  müəyyən 
etmək məqsədilə tətbiq edilir.
İndeksin “müalicəyə tələbat” komponenti, parodont toxumala-
rının vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edilir: 
•  Zədələnmə əlamətləri müşahidə edilmirsə, müalicəyə ehti-
yac olmur.
•  Diş əti qanaması aşkar edilərsə, diş daşları və parodontal 
cib aşkar olunmasa, onda müstəqil olaraq dişlərin fırça ilə 
təmizlənməsi kifayət edir.
•  Diş  daşları  və  dərin  olmayan  parodontal  cib  aşkar  olun-
duqda, müstəqil gigiyena tədbirləri ilə yanaşı, peşəkar gi-
giyenanın da aparılması vacibdir.
•  Dərin parodontal ciblərin varlığı, ixtisaslaşmış stomatoloji 
yardımın aparılması zərurətini yaradır.
CPITN indeksini müəyyən etmək üçün bütün diş sırasını şərti 
olaraq 6 hissəyə (sekstant) bölmək lazımdır:
17-14
13-23
34-27
47-44
43-33
37-44


47
CPITN indeksinin kod və meyarları: 
0 – xəstəlik əlamətləri aşkar edilmir;
1 – diş ətində qanaxma aşkar edilir;
2 – diş ətiüstü və diş ətialtı daşlar aşkar edilir;
3 – parodontal cibin dərinliyi 4-5 mm-ə bərabərdir;
4 – parodontal cibin dərinliyi 6 mm-dən çoxdur.
RENTGENOLOJİ METODLAR
Rentgenoloji  müayinələr  müalicənin  planlaşdırılması  və  kli-
nik  vəziyyətə  uyğun  taktiki  seçim  etmək  baxımından  həlledici 
əhəmiyyətə malikdir.
Parodontologiyada  rentgenoloji  müayinə  aparmazdan  əvvəl, 
bir neçə vacib məsələni həll etmək lazımdır: 
1.  İltihabi dəyişikliklərin diş ətindən sümük toxumasına ya-
yılma səviyyəsini müəyyən etmək. 
2.  Destruktiv  dəyişikliklərin  diş  sırası  və  alveol  yuvası 
istiqamətində yayılmasını müəyyən etmək. 
3.  Sümükdəki destruktiv dəyişikliklərin səviyyəsini müəyyən 
etmək.
4.  Diş-çənə  sisteminin  istənilən  sahəsində  klinik  cəhətdən 
dəyişikliyə uğramamış hissələrin müəyyən edilməsi.
Parodont  toxumalarının  müayinəsi  zamanı  stomatologiyada 
tətbiq  olunan  bütün  rentgenoloji  metodları  daşıdığı  əhəmiyyətə 
görə aşağıdakı ardıcıllıqla sıralamaq olar:
A) ortopantomoqrafiya
B) panoram rentgenoqrafiya
C) kompüter tomoqrafiya
D) nişan rentgenoqrafiyası
Hazırkı  dövrdə  ortopantomoqrafiya,  parodont  toxumalarının 
müayinəsində  ən  səmərəli,  informativ  və  adekvat  rentgenoloji 
müayinə metodu hesab olunur.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə