R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   10   ...   32

30
lanaraq dekstrana və ya maltozaya çevrilir. Fosfatazalar (qələvi 
və turş) kalsium-fosfor mübadiləsində iştirak edir. Bu fermentlər 
fosfatlardan Ca və P-u ayıraraq, dişin sərt toxumalarının mine-
rallaşmasını təmin edir.
Ağız suyundakı fermentlər və hemostaz faktorları (plazmin, 
plazminogen  aktivikatorları,  fibrinaza,  fibrinoliz  ingibitorları 
və  s.)  fibrin  əmələ  gəlməsində  və  epitelinin  regenerasiyasında 
həlledici rol oynayır.
Bəzi ümumi xəstəliklər zamanı ağız suyunun tərkibi dəyişmiş 
olur  və  bir  çox  hallarda  bunun  diaqnostik  əhəmiyyətindən 
istifadə  edilir.  Ağız  suyunun  tərkibinin  dəyişməsi,  istər  sistem 
xəstəlikləri,  istərsə  də  orqanizmin  ümumi  qocalması  zamanı 
diş daşlarının yaranması fonunda özünü büruzə verir ki, bunun 
sayəsində də parodont xəstəliklər əmələ gəlir.
Ağız  suyunda  parodont  toxumalarına  protektiv  təsir  xüsu-
siyyəti olan və toxuma homeostazına stimullaşdırıcı təsir göstərən 
azot oksidi (NO) aşkar edilmişdir. Azot oksidi leykositlərdə, en-
dotelial və tosqun hüceyrələrdə, habelə sinir uclarında sintez olu-
nur. NO – güclü sitoprotektiv, iltihabəleyhinə, antiseptik, tromb 
əleyhinə təsir keyfiyyətlərinə malikdir.
Parodont  xəstəlikləri  zamanı  NO-nun  stimullaşdırıcı  təsiri 
qismən pozulmuş olur və buna görə də parodontda homeostaz bu 
və ya digər dərəcədə öz funksiyasını itirmiş olur.
Ağız  suyunun  çoxsaylı  funksiyaları  içərisində  xüsusi  əhə-
miyyətə  malik  olan  və  parodontun  fizioloji  vəziyyətinə  təsir 
göstərən  müdafiə  funksiyasını  qeyd  etmək  lazımdır.  Müdafiə 
funksiyası leykositlərin ağız boşluğuna emiqrasiyası formasında 
icra olunur.
Formalaşmış  daimi  dişləmdə  bu  cür  leykositlərin  miqdarı 
90-150 minə qədər olur. Bunların 75-85%-i həyat qabiliyyətlidir, 
hərəkiliyini saxlayır və faqositoz funksiyası 2,5 saat müddətində 
aktiv olur.
Yerli  immuniteti  təmin  edən  faktorlar  içərisində  sekretor 
immunoqlobulinlər  həlledici  rola  malikdir.  A  sekretor  immu-


31
noqlobulini  antimikrob  müdafiə  mexanizmini  icra  edən  fak-
tor  hesab  edilir.  Bundan  başqa,  ağız  suyu  virusların  aktivliyi-
ni zəiflədən nukleazalar da ifraz edir. Ağız suyunun bakterisid 
təsiri, onda rast gəlinən bir sıra fermentlərlə, o cümlədən lizosim, 
lipaza,  ribonukleaza,  dezoksiribonukleaza  və  s.  ilə  əlaqədardır. 
Lizosim  orqanizmin  müdafiə  reaksiyalarında  və  selikli  qişanın 
zədələnmələri  zamanı,  epitelinin  regenerasiyasında  iştirak  edir. 
Ağız  suyunda  kalsiumun  (1,2  mmol/l)  və  fosfotazaların  (3,2 
mmol/l) olması, diş minasının mineral tərkibinin stabil qalması-
nı təmin edir.
Ağız suyunun həzm sistemindəki funksiyası, onun tərkibində 
olan  α-amilaza,  maltaza  və  digər  fermentlərlə  icra  olunur.  Bu 
fermentlər mono və disaxaridlərə təsir göstərərək, onları karbo-
hidratların aralıq parçalanma məhsullarınadək (süd turşusu, ase-
tat turşusu, propian turşusu və s.) parçalayır. Ağız suyu çeynəmə 
aktı zamanı qida loxmasının formalaşmasını və onun asanlıqla 
udulmasını təmin edir.
Tüpürcəyin  kimyəvi  tərkibi  və  bir  sıra  digər  xüsusiyyətləri 
əhəmiyyətli  dərəcədə  ağız  boşluğunun  gigiyenik  statusundan 
asılıdır.  Ağız  boşluğundakı  vəziyyətin  qeyri-qənaətbəxş  halda 
olması nəticəsində yumşaq diş ərpi və diş yastıqcığı əmələ gəlir, 
bunlar isə mikroorqanizmlərin çoxalması və inkişafına şərait ya-
radır və beləliklə də parodont xəstəlikləri meydana çıxır.
PARODONTUN FUNKSİYALARI
Parodontun funksiyaları onun anatomo-fizioloji quruluşunun 
xüsusiyyətləri  ilə  əlaqədardır.  Parodont  toxumaları  vahid  bir 
sis  tem təşkil edir və bu sistem dişlərin fiksasiyasını təmin edir, 
çeynəmə  təzyiqini  qəbul  edir  və  nizamlayır,  plastik  və  trofik 
funksiyaları yerinə yetirir, mexaniki, fiziki, biomexaniki və digər 
zədələyici  faktorların  təsirini  neytrallaşdıraraq  baryer  rolu  oy-
nayır.


32
Trofik funksiya parodontda yaxşı inkişaf etmiş qan, limfa da-
marları və müxtəlif növ sinir liflərinin olması ilə müəyyən edilir.
Dayaq-hərəki funksiyası periodontun bağ aparatının mürək-
kəb strukturu ilə, habelə diş əti və alveol çıxıntısının hesabına 
yerinə yetirilir ki, bu səbəbə görə diş alveolda etibarlı surətdə fik-
sasiya olunur. Alveol sümüyü və kök sementi arasında yerləşən 
çoxsaylı kollagen liflər sanki dişi asılmış vəziyyətdə saxlayır.
Amortizəedici funksiya çeynəmə təzyiqinin, yuxarı və aşağı 
çənə  dişləri  arasında  alveol  qövsü  üzrə  bərabər  səviyyədə  pay-
lanmasını təmin edir. Bu funksiyanın icra olunması kövşək lifli 
birləşdirici toxumadakı hidravlik yastıqcığın, eyni zamanda qan 
və  limfa  damarları,  habelə  toxuma  mayesindəki  yumaqcıqların 
hesabına baş verir.
Baryer  funksiyası  parodont  toxumalarındakı  morfoloji  tam-
lığın qorunması, diş əti epitelisinin müdafiə xüsusiyyətləri, onun 
buynuzlaşmağa meyilliliyi, plazmatik, limfoid və tosqun hücey-
rələrin, ferment və onların ingibitorlarının, həmçinin rodonit və 
digər  bioloji  aktiv  maddələrin,  retikuloendotelial  hüceyrələrin, 
limfositlərin, neytrofillərin və s. olması ilə müəyyən edilir.
Plastik funksiya tosqun hüceyrələrin, fibroblastların, semento 
və osteoblastların, adventisial hüceyrələrin hesabına parodont to-
xumalarının regenerasiyasını təmin edir.
Reflektor nizamlama funksiyası parodont və selikli qişadakı 
geniş sinir-reseptor aparatı vasitəsilə icra olunur. Bu sistem qəbul 
edilən qidanın xarakterindən, diş sırasının, selikli qişanın və pa-
rodontun vəziyyətindən asılı olaraq, çeynəmə təzyiqinin nizamlı 
formada paylanmasını təmin edir.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə