R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   ...   32

27
1,0:2,09 və 1,0:2,3, aşağı çənədəki ikinci molyarlarda isə 1,0:2,07 
səviyyəsindədir.
Parodont  xəstəliklərində,  alveol  sümüyünün  rezorbsiyası  za-
manı alveol xarici A çiyini böyüyür və alveol daxili B çiyini isə 
kiçilmiş olur ki, bu halda dişlərin fəaliyyətinin statik-dinamik ta-
razlığı kəskin formada pozulmuş olur.
Hər bir dişin parodont sahəsinin öyrənilməsi vacib şərtdir. Bu 
göstəriciyə görə üç əsas qrup ayırd edilir: kəsici – daha az kök 
sahəsi olan, molyar – daha çox kök sahəsi olan və bunlar arasında 
orta mövqe tutan köpək dişləri və premolyarlar.
İki faktoru müqayisə etdikdə (tac-kök və kök sahəsi) məlum 
olur ki, eyni konsistensiyalı qida qəbulu zamanı hər mm

sahəyə 
düşən  təzyiqə  görə  kəsici  dişlər  birinci,  köpək  və  premolyarlar 
ikinci, molyarlar isə axırıncı yerdə dayanır. Təbii ki, parodontda-
kı atrofik proseslər zamanı onun sahəsinin azalmasına görə, bu 
təzyiq artmış olacaq.
Müxtəlif mənşəli travmatik okklüziyalar zamanı birincili və 
ikincili parodontitlər yarana bilər.
Rusun  məlumatına  görə,  bərk  qidanın  çeynənilməsi  zamanı 
kəsici dişlərə 5-10 kq, köpək və premolyarlara 15-18 kq, molyar-
lara isə 20-30 kq-yə bərabər çeynəmə təzyiqi düşür. Başqa sözlə, 
bu o deməkdir ki, bu cür aktiv çeynəmə hərəkətləri zamanı pa-
rodont  öz  potensial  gücünün  50  %-ə  qədərindən  istifadə  edir. 
Parodont  toxumalarında  rezorbsiya  olduğu  hallarda  (kökün  ¼  
səviyyəsində) rezerv gücün 50 %-ə qədəri azalmış olur. Rezorb-
siyanın kökün ½-i səviyyəsində olduğu halda isə, parodont funk-
sional imkanları hüdudundan fəaliyyət göstərir.
Parodonta  şaquli  istiqamətdə  olduğu  kimi,  həm  də  üfüqi 
istiqamətdə çeynəmə təzyiqi düşmüş olur. Bu zaman diş mərkəz 
oxu  ətrafında  3  istiqamətdə  fırlanma-gərilmə  hərəkətləri  icra 
etməyə məruz qalır. Köpək dişində üfüqi istiqamətdə yerdəyişmə 
zirvə nahiyəsində 10 mkm-ə, tacda 19,3 mkm-ə, alveolun kənarı 
nahiyəsində  7,6  mkm-ə,  kökün  ortasında  1,24  mkm-ə  bərabər 
olur. Molyarlarda bu parametrlər köpək dişləri və premolyarlara 


28
nisbətən daha az yerdəyişməyə məruz qalır. Parodontun rezorb-
siyası zamanı yerdəyişmə amplitudası kəskin şəkildə artmış olur.
Parodonta düşən çeynəmə təzyiqinin həcmi çeynəmə aktı zama-
nı yaranmış üfüqi güc komponentinin yerdəyişmə sahəsindən, onun 
relyefindən və antaqonist dişlərlə qarşılıqlı əlaqəsindən asılıdır.
Kəsici  və  köpək  dişləri  nahiyəsində  okklüziya  müstəvisinin 
sahəsi minimal, xətti-nöqtəvi xarakterli və parodontun sahəsinə 
mütənasibdir.  Premolyarlarda  okklüziya  müstəvisi  sahəsi  4-6 
mm
2
,  molyarlarda  isə  8-10  mm
2
  cuvarında  tərəddüd  edir.  Bu 
göstərici,  həmçinin  müvafiq  qrup  dişlərin  parodont  sahələrinə 
mütənasibdir.
Mərkəzi  okklüziya  vəziyyətində,  çeynəmə  dişlərinin  yan 
səthləri arasında çoxsaylı kontakt nöqtələri əmələ gəlir. Onların 
miqdarı və topoqrafiyası eyni deyildir. Bununla əlaqədar olaraq, 
“xarakterik toxunma sahələri” terminindən istifadə edilir. 18-30 
yaşlı,  ortoqnatik  dişləmə  malik  olan  şəxslərdə  bu  göstərici  90-
95%  hallarda  təkrar  olunur.  Yerdə  qalan  hallarda  rast  gəlinən 
kontaktlar isə fərdi xarakter daşıyır.
Parodont  xəstəlikləri  zamanı  okklüziya  səthində  dişin  sərt 
to xu malarının  fizioloji  sürtülməsi  müşahidə  edilmir.  Normal 
şəraitdə dişlərin mikrohərəkətləri zamanı kontakt nöqtələri sahə-
lərə çevrilirlər ki, bu halda dişlərin arasındakı məsafə bir qədər 
azalmış olur. Alveolun medial divarlarında bu zaman rezorbsiya, 
distal divarlarında isə sümüyün appozisiyası müşahidə edilir.
Kontakt nöqtələrinin saxlanması çeynəmə təzyiqinin hissəvi 
paylanmasını  təmin  edir,  sümük  toxumasının  kövrəkləşməsini 
azaldır və beləliklə də diş sırasının davamlılığını artırmış olur.
Kontakt  nöqtəsinin  pozulması  nəinki  dişlərarası  məməciyin 
qıcıqlanmasına,  eyni  zamanda  ayrı-ayrı  dişlərin  alveolunda 
sümük  divarının  distrofiyasına  səbəb  olur.  Ona  görə  də  kari-
yesin  plomblama  yolu  ilə  müalicəsi  zamanı,  habelə  parodont 
xəstəliklərinin kompleks müalicəsində (şinalanma konstruksiya-
larının tətbiqi zamanı) kontakt nöqtələrinin yenidən yaradılması 
zərurəti meydana çıxır.


29
AĞIZ SUYU
Ağız suyu – böyük və kiçik ağız suyu vəzlərinin sekretidir. 
Kiçik  ağız  suyu  vəzləri  daima  sekret  ifraz  edir  və  buna  görə 
də  ağız  boşluğunun  selikli  qişası  həmişə  nəm  vəziyyətdə  olur. 
İri  ağız  suyu  vəzlərinin  fəaliyyəti  reflektor  yolla  tənzim  olu-
nur  və  əsasən  qidanın  xarakterindən,  fiziki,  termiki  və  dad 
keyfiyyətlərindən  asılıdır.  Təmiz  və  qarışıq  ağız  suyu  anla-
yışları  vardır.  Qarışıq  ağız  suyunda  (tüpürcək)  qopmuş  epiteli 
hüceyrələri,  mikroorqanizmlər  və  onların  fəaliyyət  məhsulları, 
leykositlər, limfositlər, bəzi hallarda qan, qida qalıqları və s. rast 
gəlmək olar. Qarışıq ağız suyu bulanıq, bir qədər sürüşkən, iy-
siz  və  axıcı  bir  mayedir.  Yaşlı  adamda  bir  sutka  ərzində  1,5-2 
l-ə qədər ağız suyu ifraz olunur. Ağız suyunun özlülüyü (1,2-2,4 
vahid)  və  bufer  tutumu  vardır.  Ağız  suyunda  bikarbonat,  fos-
fat  və  zülal  bufer  sistemləri  fəaliyyət  göstərir.  Bufer  sistemləri 
ağız boşluğunda PH-ın stabil qalmasını təmin edən mükəmməl 
bir  mexanizmdir.  Qarışıq  ağız  suyunun  PH-ı  6,5-7,4  həddində 
tərəddüd edir. Təmiz ağız suyunun PH-ı isə zəif qələvidir (7,3).
Ağız  suyu  99%  sudan,  1%  üzvi  və  qeyri-üzvi  maddələrdən 
təşkil  olunmuşdur.  Qeyri-üzvi  maddələrdən  Ca-fosfat,  Na-
fosfat,  Ca-hidrokorbonat,  Na-xlorid,  sulfatlar,  sərbəst  qaz-
lar,  uçucu  maddələr  və  mikroelementlər  üstünlük  təşkil  edir. 
Üzvi  maddələrdən  isə  proteinlərə,  aminturşularına,  karbohid-
ratlara,  vitaminlərə,  fermentlərə  və  s.  rast  gəlmək  mümkün-
dür.  Bu  maddələrin  bir  qismi  qan  vasitəsilə  ağız  suyuna  keçir, 
digər hissəsi isə ağız boşluğunda baş verən metobolik proseslər 
nəticəsində  biokimyəvi  yolla  əmələ  gəlir.  Tüpürcəkdə  50-yə 
qədər ferment aşkar edilmişdir. Bu fermentlər – karboanhidraza-
lar, esterazalar, proteazalar, keçici fermentlər və qarışıq olmaqla, 
beş  əsas  qrupda  birləşmiş  olurlar.  Qarışıq  fermentlər  həm  ağız 
suyu  vəzlərinin  parenximasından,  həm  leykositlərdən,  həm  də 
bakteriyaların fəaliyyəti nəticəsində əmələ gələ bilər.
Bu fermentlər içərisində ən çox α-amilazaya rast gəlmək olar. 
Fermentin  fəaliyyəti  nəticəsində  karbohidratlar  qismən  parça-


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə