R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   ...   32

22
PARODONTUN LİMFA SİSTEMİ
Qan  və  parodont  toxumaları  arasında  normal  tarazlıq  limfa 
sistemi vasitəsilə həyata keçirilir (şəkil 13-14). Bu sistem qanın 
mikrosirkulyar  aparatı  ilə  sıx  əlaqə  yaradaraq,  iltihabın  pato-
genezində həlledici rol oynayır.
Limfa damarları qan damarlarını müşayiət edir, eyni zaman-
da selikli qişada, bağ aparatında, pulpada və alveol sümüyündə 
ümumi kollektorlar əmələ gətirirlər.
Şəkil 13. Parodontun qan təchizatı
1 – Kapillyar şəbəkə; 2 – Damar manjeti; 3 – Kapillyarlar
Diş ətində limfa damarları səthi və dərin şəbəkə yaradır. Perio-
dontun limfa damarları kövşək lifli birləşdirici toxumanın qatla-
rı arasında yerləşir, diş kökünü sirkulyar formada əhatə edir və 
eyni zamanda qanın mikrosirkulyar sistemi ilə birgə parodontun 
amortizasiya funksiyasını icra edir. Kəsici, köpək və premolyar-
ların  periodontlarındakı  limfa  damarları  üz  venasının  ön,  mol-
yarlarda isə arxa tərəfindən keçir.


23
Şəkil 14. Üz-çənə nahiyəsinin inervasiya (A) və limfa sistemi (B)
A 1. Üçlü sinir düyünü. 2. Üçlü sinirin birinci şaxəsi. 3. Üçlü sinirin 
ikinci şaxəsi. 4. Aşağı çənə siniri. 5. Yuxarı çənə kələfi. 6. Dil­udlaq 
siniri.  7.  Dil  siniri.  8.  Ön  damaq  kələfi.  9.  Arxa  yuxarı  çənə  kələfi.  
10.  Aşağı  çənə  kələfi.  11.  Yuxarı  simpatik  boyun  kələfi.  12.  Yuxu 
düyünü. 13. Azad sinirin orta düyünü.
B 1. Ön yuxarı çənə kələfi. 2. Arxa yuxarı çənə kələfi. 3. Qanadabənzər 
kələf. 4. Çənəaltı limfa düyünləri. 5. Dilaltı limfa düyünləri. 6. Buxa q­
altı limfa düyünləri. 7. Dərin boyun limfa düyünləri.


24
PARODONTUN İNNERVASİYASI
Parodont üçlü sinirlə innervasiya olunur. Belə ki, yuxarı çənə 
ikin  ci,  aşağı  çənə  isə  üçlü  sinirin  üçüncü  şaxəsi  ilə  innervasiya 
olu nur (şəkil 15). Üçlü sinirin əsas toxuması afferent sinirlərdən 
təş kil  olunmuşdur  ki,  bu  da  hissi  innervasiyanı  təmin  edir.  Bu 
sinir lər dişlərin zirvə nahiyəsində kələf əmələ gətirir və həmin kə -
ləfdən ayrılan şaxələr qidalanma dəliklərindən keçərək, alveol sü-
müyünə nüfuz edir. Zirvə dəliyi nahiyəsində sinirlər şaxə lənərək 
qan damarları ilə birgə pulpa və periodonta daxil olur.
Şəkil 15. Dişlərin və parodontun innervasiyası
1 – Üçlü sinir düyünü; 2 – Üçlü sinirin ikinci şaxəsi; 3 – Üçlü sinirin 
üçüncü şaxəsi; 4 – Yuxarı çənənin sinir kələfi; 5 – Yanaq siniri; 6 – Dil 
siniri; 7 – Aşağı çənə siniri; 8 – Aşağı çənənin sinir kələfi
Periodontda sinir toxuması kövşək lifli birləşdirici toxumanın 
qatları arasında kələf əmələ gətirir. Zirvə nahiyəsində parodont 
toxuması  hissi  sinirlərlə  daha  zəngindir.  Bundan  əlavə,  həmin 
nahiyədə, trofik funksiyanı həyata keçirən simpatik sinir sistemi 
üçün xarakterik olan mielinsiz liflərə də rast gəlmək mümkün-
dür. Alveol sümüyünün kənarı nahiyəsində üçlü sinirin şaxələri 


25
periodontdan  diş  ətinə  daxil  olur.  Həmin  mielinsiz  liflərin  bir 
qismi  də  diş  əti  məməciyi  nahiyəsində  kələf  əmələ  gətirir.  Bu 
sinirlərin son ucları kolba və kolşəkilli şaxələr yaradır. Onların 
bəziləri səthi epiteli hüceyrələrində lokallaşmış olurlar.
Orqanizmin ümumi qocalması fonunda parodontda da adek-
vat dəyişikliklər əmələ gəlir. Parodontdakı yaş xüsusiyyətləri ilə 
bağlı  dəyişikliklər  həkimə  diaqnostika,  müalicə  və  profilaktika 
tədbirlərinin düzgün aparılması imkanını verir.
Yaşla  əlaqədar  olaraq  diş  ətində  epitelinin  səthi  qatlarında 
hiperkeratoza  meyillilik,  hüceyrələrin  atrofiyası  hesabına  ba-
zal  qatda  nazikləşmə,  kapillyarların  sayının  azalması,  onların 
mənfəzinin  daralması  və  divarlarının  qalınlaşması,  hücey rə lər-
arası  mad dədə  kollagenin  miqdarının  azalması,  tika na bənzər 
qatdakı hüceyrələrdə qlikogenin yox olması, lizosimin aktivliyi-
nin və səviyyəsinin azalması müşahidə edilir.
Alveol sümüyündə sümük iliyi boşluğunun genişlənməsi, kor-
tikal  səhifənin  qalınlaşması,  osteon  kanallarının  genişlənməsi, 
hialinoz, proteolitik fermentlərin aktivləşməsi və s. aşkar edilir.
Diş  ətinin  atrofiyası  hesabına  diş  kökünün  sementi  açılır, 
zirvə nahiyəsində onun qalınlığı artır (hipersementoz) və bura-
da  qidalanma  kanallarının  yaranmasına  rast  gəlinir.  Alveol  sü-
müyünün hündürlüyü azalır, diş kökünün uzunluğu ilə alveolun 
dərinliyi arasındakı münasibət pozulur və dişin normal fəaliyyət 
göstərməsi  imkanı  məhdudlaşır.  Periodontal  yarığın  eni  azalır, 
periodontun birləşdirici toxuması sklerozlaşır, alveolun kortikal 
səhifəsi qalınlaşır və s.
PARODONTUN BİOMEXANİKASI
Parodontun morfoloji strukturu çeynəmə funksiyasının təsiri 
sayəsində formalaşır. Qida loxmasının bərkliyindən asılı olaraq, 
parodont müəyyən qədər yüklənməyə məruz qalır və bu zaman 
çeynəmə  əzələləri  intensiv  fəaliyyət  göstərir,  transformasiya 


26
olunur və beləliklə də, normal morfoloji strukturun saxlanması 
müşahidə edilir.
Parodontun mexaniki yüklənməyə qarşı olan davamlılığı bir 
çox faktorlarla müəyyən edilir.
Parodont  toxumalarının  bilavasitə  iştirakı  ilə  alveolda  fiksə 
edilən  dişə,  birinci  dərəcəli  mexaniki  sükan  kimi  baxmaq  la-
zımdır  (şəkil  16).  Alveoldan  kənar  hissə  –  diş  tacı  (A  çiyini) 
və  alveol  daxili  hissə  –  diş  kökü  (B  çiyini)  parodontun  nor-
mal vəziyyətində, müxtəlif qrup dişlər üçün müəyyən qarşılıqlı 
əlaqədə olur.
Şəkil 16. Sağlam parodonta malik olan aşağı çənədəki köpək  
dişinin çeynəmə təzyiqi altında yerdəyişmə sxemi
Mexanikanın  qanunlarına  görə  bu  sistem  A  çiyininin  B-yə 
bərabər və ya ondan kiçik olduğu hallarda statik tarazlıq vəziy-
yətində  olur.  Bu  baxımdan  yuxarı  çənədəki  ikinci  premol-
yar  daha  qənaətbəxş  vəziyyətdədir.  Bu  dişlərdə  A  və  B  çiyini-
nin  münasibəti  1,0-2,01;  birinci  molyarlarda  (yuxarı  və  aşağı) 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə