R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   2   3   4   5   6   7   8   9   ...   32

6
sonra isə diş orqanını əhatə edən kobud lifli sümüyə çevrilir. For-
malaşma  dövrü  ərzində  sümüyün  kompakt  lövhəsi,  qidalanma 
kanalları və sümük iliyi də differensiasiya olunur.
Şəkil 1
A. Rüşeymin formalaşması
1  –  İlkin  ağız  boşluğu  epiteli;  2  –  Dodaq  lövhəsi;  3  –  Diş  lövhəsi;  
4 – Diş mayası; 5 – Diş məməciyi 


7
B. Diş mayasının differensiasiya mərhələsi
1  –  Epiteli;  2  –  Mina  orqanının  boynu;  3  –  Mezenxim;  4  –  Süd 
dişinin mayası; 5 – Daimi dişin mayası; 6 – Diş kisəciyi hüceyrələri;  
7  –  Mina  orqanının  xarici  epiteli  hüceyrələri;  8  –  Mina  orqanının 
pulpası; 9 – Mina orqanının daxili epiteli hüceyrələri; 10 – Kökarası 
epitelial yataq; 11 – Diş tacının minası; 12 – Dentin; 13 – Diş məməciyi; 
14 – Sümük toxumasının mayası
C. Diş toxumalarının histogenezi
1 – Epiteli; 2 – Diş mayası; 3 – Mina orqanının boynu; 4 – Mezen­
xim; 5 – Diş kisəciyinin hüceyrələri; 6 – Mina orqanının xarici epiteli 
hüceyrələri; 7 – Mina orqanının pulpası; 8 – Ulduzabənzər hüceyrələr; 
9  –  Mina  orqanının  daxili  hüceyrələri;  10  –  Diş  tacının  minası;  
11  –  Dentin;  12  –  Diş  pulpası;  13  –  Odontoblastlar;  14  –  Kökarası 
epitelial yataq; 15 – Sümük toxumasının hüceyrələri
Alveolun əmələ gəlməsi sementin inkişafı və kökün formalaş-
ması ilə eyni vaxtda baş verir.
İlkin mərhələlərdə süd və daimi dişlərin mayaları bir alveol-
da yerləşir. Sonrakı dövrlərdə isə mayalar arasında sümük ara-
kəsmələr əmələ gəlir.
Periodontun  birləşdirici  toxuması  diş  kisəciyinin  mezenxi-
mindən inkişaf edir. Mayanın inkişafının ilkin dövrlərində 3 qat-
dan ibarət hüceyrələr formalaşmağa başlayır. Bir qrup hüceyrələr 
sementə,  digər  hüceyrələr  isə  alveol  sümüyünə  doğru  inkişaf 
edir. Bu hüceyrələr arasında dəqiq oriyentasiyası olmayan üçün-
cü  qat  hüceyrələri  də  yerləşir.  Funksional  təzyiq  nəticəsində 
həmin hüceyrələr liflərə çevrilir. Liflərin istiqaməti dişlərə düşən 
təzyiqdən asılı olaraq müxtəlif tərəflərə yönəlmiş olur.
Çənələrin böyüməsinə uyğun olaraq, alveol çıxıntılarının, al-
veolarası arakəsmənin zirvə hissəsinin tam minerallaşma prosesi 
başa çatır.


8
Dişin embrioloji inkişafı


9
PARODONT TOXUMALARININ QURULUŞU
Diş əti – yuxarı çənənin alveol çıxıntısını, aşağı çənənin alveol 
hissəsini və boyun nahiyəsində dişi əhatə edən selikli qişadır. Kli-
nik və fizioloji nöqteyi-nəzərdən diş ətində dişlərarası məməcik 
(P), diş əti kənarı (sərbəst hissə) və alveolyar (A) hissə ayırd edi-
lir (PMA) (şəkil 2-3). Sərbəst diş əti (M) boyun nahiyəsində dişə 
kip surətdə yapışır və eyni zamanda periodontun birləşdirici to-
xuma hissəsi və sümüküstlüyü ilə sıx əlaqə yaradır.
Şəkil 2. Diş əti zonaları
1 – Diş arası məməcik; 2 – Diş əti kənarı; 3 – Diş əti şırımı; 4 – Yapış­
mış hissə
Şəkil 3. Diş ətinin topoqrafik zonaları
1 – Alveolyar diş əti; 2 – Hərəkətli diş əti; 3 – Diş əti kənarı; 4 – Dişlər­
arası məməcik


10
Dişin səthi və diş əti kənarı arasında 1,0-1,5 mm dərinlikdə 
yarıq yerləşir. Bu yarıq normal-fizioloji diş əti cibi adlanır.
Diş əti cibi epiteli ilə örtülərək, mina kutikulası ilə birləşmişdir 
(şəkil 4-5). Normada diş əti yarığının dibi mina-sement sərhədi 
səviyyəsində  müəyyən  edilir.  Yaşla  əlaqədar  olaraq  bu  yarığın 
dərinliyi artmış olur (şəkil 6).
Şəkil 4. Parodont toxumalarının quruluşu
1  –  Dentin;  2  –  Mina;  3  –  Sement;  4  –  Diş  ətinin  bitişik  hissəsi;  
5  –  Diş  əti  yarığı;  6  –  Diş  ətinin  sərbəst  hissəsi;  7  –  Diş  əti  yarığı 
epiteli; 8 – Birləşdirici epiteli; 9 – Diş ətinin dairəvi bağı; 10 – Alveolun 
kompakt lövhəsi; 11 – Sümüküstlüyü; 12 – Süngəri sümük; 13 – Perio­
don tun birləşdirici toxuması; 14 – Damar­sinir kələfi; 15 – Sümükiliyi 
boşluğu 


11
Şəkil 5. Alveolyar çıxıntının seqmenti
1  –  Ağız  dəhlizinin  dibi;  2  –  Hərəkətli  diş  əti;  3  –  Diş  əti  yarığı;  
4 – Diş ətinin bitişik hissəsi; 5 – Diş ətinin sərbəst hissəsi; 6 – Diş;  
7 – Alveol sümüyü
Şəkil 6. Müxtəlif yaş dövrlərində diş əti epitelinin bitişməsi


12
Histoloji olaraq diş əti çoxqatlı yastı epitelidən, xüsusi selikli 
qişadan və selikaltı qatdan təşkil olunmuşdur.
Ağız boşluğu epiteli, diş əti cibi epiteli və birləşdirici toxuma 
epiteli növləri ayırd edilir. Diş əti cibi epiteli çoxqatlı yastı epiteli 
ilə birləşdirici toxuma epiteli arasında aralıq mövqe tutur. Epite-
lial birləşmə dişin səthinə paralel istiqamətdə yerləşmiş bir neçə 
sıradakı uzunsov hüceyrələrdən təşkil olunmuşdur.
Dişlərarası məməcik epiteli diş ətinə kip yapışmış, daha qalın 
və  buynuzlaşmağa  meyillidir.  Bu  epitelidə  bazal,  tikanabənzər, 
dənəli və buynuz qatları ayırd edilir.
Bazal qat – silindrik hüceyrələrdən, tikanabənzər qat isə po-
liqonal formalı hüceyrələrdən təşkil olunmuşdur. Elektron mik-
roskopla aparılmış müayinələr zamanı məlum olmuşdur ki, bazal 
və tikanabənzər qat hüceyrələri desmosomlarla sıx əlaqədardır. 
Desmosomlar  simmetrik  yerləşmiş  iki  yarımhissədən  təşkil 
olunmuşdur ki, bunlar arasında da hüceyrələrarası boşluq möv-
cuddur.  Bu  yarımhissələrin  bir  tərəfi  bir  hüceyrəyə,  digəri  isə 
qonşu hüceyrəyə aid edilir.
Dənəli  qat  hüceyrələri  tikanabənzər  qata  nüfuz  edir.  Bu 
hüceyrələrin  sitoplazmasında  keratohialin  dənələri  aşkar  edilir. 
Ön səthdəki buynuz qat bir neçə sırada yerləşmiş, tam buynuz-
laşmağa məruz qalmış və nüvələrini itirmiş hüceyrələrdən təşkil 
olunmuşdur.
Diş əti cibinin divarını əmələ gətirən epiteli bazal və tikana bən-
zər qatlardan təşkil olunmuşdur. Tikanabənzər qat azca qalınlaş-
mış, onun hüceyrələri səthə doğru yaxınlaşdıqca yastı forma alır.
Selikli qişanın xüsusi qatı birləşdirici toxumadan təşkil olun-
muşdur və iki qatdan ibarətdir: səthi – məməcikli və dərin-torlu. 
Məməcikli qat kövşək lifli birləşdirici toxumadan təşkil olunmuş 
və  epiteliyə  nüfuz  edən  məməciklərdən  ibarətdir.  Həmin  mə-
məciklərdən qan damarları və sinirlər keçir. Torlu qat isə daha 
sərt lifli birləşdirici toxumadan təşkil olunmuşdur.
Selikli  qişanın  birləşdirici  toxuması  əsas  maddədən,  lifli 
strukturlardan  və  hüceyrəvi  elementlərdən  təşkil  olunmuşdur. 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə