R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

40
Bu cür patologiyalarda müalicə aparılmadıqda alveol sümüyü-
nün destruksiyası fərdi xarakter daşıyır və destruksiya sürətinin 
üç forması ayırd edilir:
1.  Ləng – dişin yerdəyişməsi ildə 0,09 mm təşkil edir;
2.  Orta – 0,05-0,5 mm;
3.  Sürətli – 0,1-1,0 mm.
Praktik olaraq, ləng və sürətli tipli patologiyalara, demək olar 
ki, bərabər səviyyədə rast gəlinir və təxminən 10% təşkil edirlər. 
Orta sürətli patologiyalara isə 80-90% hallarda rast gəlinir. 
 
 
 

 
 

 
 
C
Şəkil 22. Dişlərin yerləşməsinin pozulması 
A – Sıxlaşma; B – Öz oxu ətrafında fırlanma; C – Yerdəyişmə 
Bruksizm.  Gecə  vaxtı  dişlərin  qıcanmasıdır.  Bu  patologiya 
zamanı parodontda diffuz formada iltihabi destruktiv xarakter-
li dəyişikliklər müşahidə edilir. Xəstələr gicgah-çənə oynağında 
səs-küyün olmasından, ağızın geniş açılması zamanı yaranan ağ-
rıdan, diş ətindən qan gəlməsindən və s. şikayət edirlər.
Ağır  hallarda  dişlərin  generalizə  olunmuş  sürtülməsi,  dişlə-
min aşağı düşməsi, aşağı çənənin oynaq çıxıntısının distal istiqa-
mətdə yerdəyişməsi, oynağın palpasiyası zamanı ağrının yaran-
ması,  ağızın  selikli  qişasında  paresteziya,  dişin  sərt  toxumala-
rının hiperestiziyası və s. kimi parodontun patologiyalarına xas 
olan əlamətlərə rast gəlinir (şəkil 23).


41
Şəkil 23. Bruksizm zamanı dişlərin sürtülməsi.  
Xroniki kataral gingivit 
Pazabənzər  qüsur  dişlərin  boyunətrafı  nahiyələrində  əmələ 
gələn və üçbucaq formasında təzahür edən qüsurdur. Bu qüsurda 
iki səth (meydança) ayırd edilir. Bunlardan biri diş əti kənarından 
bir qədər yüksəkdə, üfüqi istiqamətdə yerləşmişdir. İkinci səth isə 
birinci ilə 45
0
-li bucaq altında birləşir və boyunətrafı nahiyədəki 
minaya  qədər  yayılmış  olur.  Pazabənzər  qüsurun  səthi  hamar, 
parıltılı olur və kənarlarında çox nadir hallarda girinti-çıxıntı aş-
kar edilir.
PARODONT XƏSTƏLİKLƏRİNİN 
 DİAQNOSTİKA METODLARI
Parodontun  iltihabi  xəstəliklərinin  diaqnostikası  aşağıdakı 
metodlarla aparılır: 
•  Klinik 
•  Rentgenoloji 
•  Laborator
•  Funksional


42
KLİNİK METODLAR
Klinik müayinə metodları aşağıdakı mərhələlərdən ibarətdir:
•  Stomatoloji və parodontoloji anamnezin qiymətləndirilməsi
•  Parodontoloji statusun əsas göstəricilərinin qiymətlən diril-
məsi
•  Parodont toxumalarının anatomo-topoqrafik xüsusiyyətləri
•  Stomatoloji və parodontoloji anamnezin qiymətləndirilməsi
PİX – gingivit və parodontitlər, prosesin gedişi və klinik əla-
mətlərin təzahür olunması nöqteyi-nəzərindən rəngarəng olması ilə 
xarakterizə olunur. Hər bir xəstə üçün optimal müalicə-profilaktika 
tədbirlərinin işlənib hazırlanması və həyata keçi rilməsi məqsədilə 
prosesin  klinik  mənzərəsini,  onun  başvermə  səbəbini,  gedişini, 
anatomo-topoqrafik xüsusiyyətlərini, yerli və ümumi reaktivliyini 
və s. ciddi formada qiymətləndirmək lazımdır. 
Hazırda  sübut  olunmuşdur  ki,  PİX-nin  əmələ  gəlməsində 
bakterial  invaziya  həlledici  rola  malikdir.  Aparılmış  çoxsaylı 
tədqiqatlar, parodont xəstəliklərinin bir çox faktorlarla əlaqədar 
olduğunu deməyə imkan verir. Belə faktorlar içərisində genetik 
uyğunluq, ümumi sistem xəstəlikləri, immun sistemindəki poz-
ğunluqlar, hamiləlik və s. göstərmək olar.
Anamnestik məlumatların analizi klinik müayinələrin əsas və 
həlledici mərhələsi hesab olunur. Sorğu zamanı xəstənin aşağıda-
kı şikayətlərinə diqqət yetirmək lazımdır: diş əti qanaması (onun 
yaranma  səbəbi,  müddəti,  qida  qəbulu,  dişlərin  təmizlənməsi 
zamanı və ya sponton olması), abseslərin əmələ gəlməsi, ağızda 
pis qoxunun yaranması, diş daşlarının və dişlərin tərpənməsinin 
aşkar  edilməsi  və  s.  Xəstənin  dediyinə  görə  əsasən  prosesin 
müddəti,  əvvəllər  aparılmış  müalicənin  xarakteri  və  nəticələri, 
eyni  zamanda  remissiya  dövrünün  müddəti  və  s.  təyin  olunur. 
Xəstəliyin genetik asılılığını müəyyən etmək üçün yaxın qohum-
larda  bu  cür  halların  olub-olmaması  öyrənilir.  Bundan  başqa, 
ürək-damar, sinir və endokrin, mədə-bağırsaq və s. xəstəliklərin 
rolu da müəyyən edilir. Ağızla nəfəs alma və siqaret çəkmə kimi 


43
zərərli  vərdişlər  də  vacib  anamnestik  məlumatların  mənbəyi 
hesab  edilir.  Qadınlarda  ginekoloji  xəstəliklər,  disfunksiyalar, 
hamiləlik və doğuşdan azad olunduqdan sonra aşkar edilən digər 
patologiyalara diqqət yetirilir. 
Toplanılan  bu  məlumatlar  diaqnozun  düzgün  qoyulması  və 
adekvat  müalicə  tədbirlərinin  aparılması  üçün  vacib  şərtlərdən 
biri hesab olunur.
Anamnestik məlumatlar dəqiqləşdirildikdən sonra, ağız boşlu-
ğu və parodontun klinik vəziyyətinin obyektiv müayinəsi aparılır. 
PARODONTOLOJİ STATUSUN GÖSTƏRİCİLƏRİ
Parodont  kompleks  toxuma  olub,  dişi  əhatə  edərək  onun 
çənədə fiksə olunmasını təmin edir. Klinik baxımdan parodon-
tun görünən hissəsi diş ətindən ibarətdir. Parodontun bağ aparatı 
kollagen, elastiki və oksital liflərdən təşkil olunmuşdur. Bu liflər 
diş kökünü alveol sümüyünün kompakt səhifəsinə etibarlı forma-
da fiksə edir. 
Parodont toxumasının vəziyyətini qiymətləndirmək üçün va-
cib olan şərtlər: 
1.  Ağız boşluğunun gigiyenik vəziyyətinin müəyyən edilməsi
2.  İltihabi  prosesin  yayılması  və  intensivliyinin  müəyyən 
edilməsi
3.  Parodontal ciblərin dərinliyinin ölçülməsi
4.  Dişlərin laxlama dərəcəsinin müəyyən edilməsi 
5.  Suprakontaktların müəyyən edilməsi
6.  Parodontal ciblərdəki ekssudatın müəyyən edilməsi
AĞIZ BOŞLUĞUNUN GİGİYENİK VƏZİYYƏTİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ
Xəstənin  ağız  boşluğunun  gigiyenası  həkim  üçün  ən  vacib 
müayinə obyekti hesab edilir və praktik baxımdan iki kateqoriya 
üzrə qiymətləndirilir: qənaətbəxş və qeyri-qənaətbəxş vəziyyət. 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə