R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

92
Parodont toxumalarındakı qan damarları dərin dəyişikliklərə 
məruz qalır, eyni zamanda toxumaların qanla təchizatı pozulur.
Mikrob substratlarında parodont toxuması ilə kontaktda olduq-
da, allergik mənşəli reaksiyaların yaranmasına səbəb olan çoxlu 
miqdarda antigenlər aşkar edilir. Diş ərpi mikrobları uzun müddət 
parodont toxumaları ilə əlaqədar olarsa, autoimmun reak siyalar 
yaranır, ona görə də parodontun iltihabi xəstəlikləri zamanı im-
munopatoloji  mexanizmlərin  rolunu  nəzərə  almamaq  mümkün 
deyil.
Son illərdə yeni reseptorlar (toll-reseptorlar) kəşf edilmiş və 
intensiv surətdə öyrənilməkdədir. Həm immun sistemin nizam-
lanmasında, həm də insan orqanizminin mikrob biosenozunda bu 
reseptorların  əvəzedilməz  rolu  müəyyən  edilmişdir.  Başqa  cür, 
bu  reseptorları  obraz  tanıyan  reseptorlar  kimi  də  adlandırırlar. 
Onları demək olar ki, orqanizmin bütün hüceyrələrində tapmaq 
mümkündür.  Hüceyrəyə  hər  hansı  yad  mikrob  daxil  olduqda, 
toll-reseptorlar onun səthində molekulyar strukturu müəyyən edir 
və həmin mikrobu sahibin orqanizmi üçün yad cisim kimi qəbul 
edərək onu tanıya bilir. Bundan sonra hüceyrə aktivləşir və xüsu-
si sitokinlər sintez etməyə başlayır. Sitokinlər isə öz növbəsində 
həmin regiona ətraf toxumalardan, başlıcası isə qan damarların-
dan çoxlu miqdarda təbii immunitet hüceyrələrini cəlb edir.
PARODONTUN İLTİHABİ XƏSTƏLİKLƏRİNİN 
PATOGENETİK VƏ MORFOFUNKSİONAL ƏSASLARI
Parodontda baş verən iltihabın əsas simptomları damar poz-
ğunluqları: hiperemiya, ödem, temperaturun lokal artımı və diş 
əti qanamasıdır. 
HİPEREMİYA – iltihab zamanı kapillyar şəbəkədə damarların 
genişlənməsi nəticəsində yaranır.
Xroniki gingivitdə subbazal kapillyar kələfdə damarların dia-
metri kəskin şəkildə artmış olur. Qanın hüceyrəvi elementləri da-


93
mar divarının keçiriciliyinin çoxalması hesabına oradan çıxır və 
bunun nəticəsində diş ətinin rəngi al-qırmızıya çalır.
DİŞ ƏTİ QANAMASI – zəif mexaniki təsir nəticəsində yara-
nan, həm klinik, həm də klinikönü mərhələdə rast gəlinən ilkin 
simptomlardan  biridir.  Bu  simptomların  patogenezində  iltihab 
zamanı damar divarının zədələnməsi, membran keçiriciliyin ço-
xalması və hüceyrələrarası maddənin dağılması əsas rol oynayır.
ÖDEM bir neçə mexanizmlə əlaqədar ola bilər:
•  hüceyrəsiz mayenin və ekssudatla birgə az miqdarda hücey-
rələrin mikrodamarlardan sızması. Bu proses adətən patolo-
ji dəyişikliklərin ya əvvəlində, ya da ağırlaşmış dövrlərində 
müşahidə edilir;
•  iltihab  ocağına  plazma  zülalları  və  monositlərdən  uzun 
müddət ərzində ekssudatın daxil olması nəticəsində.
TEMPERATURUN LOKAL YÜKSƏLMƏSİ faktı katabolik 
proseslərin kəskin formada güclənməsi, pirogen sitokinlərin art-
ması fonunda baş verir. 
AĞRI. Parodontun iltihabi xəstəlikləri zamanı ağrının əmələ 
gəlməsi dişlərin boynunun açılması və diş ətinin iltihabı ilə əla qə-
dardır. Diş ətində ağrının olması isə iltihab zamanı daimi xarakter 
daşımır.  Diskomfort  və  ağrı  hissiyyatı  bir  qayda  olaraq,  yalnız 
prosesin kəskinləşdiyi dövrlərdə müşahidə edilir. Ümumiyyətlə, 
periferik ağrıların yaranma mexanizmi yaxşı öyrənilmişdir. Bu da 
iltihab mediatorlarının (sitokin, bradikinin, prostoqlandin) inkap-
sulyasiya olunmuş (nosireseptorlar) sinir uclarını qıcıqlandırması 
ilə əlaqədardır. 
Halitoz.  Bu  termin,  ağızdan  gələn  pis  qoxunu  ifadə  etmək 
üçün işlədilir. Halitozun ağızdan kənar mənbələri də məlumdur, 
misal üçün, yuxarı və aşağı tənəffüs yolları, mədə-bağırsaq traktı, 
bir sıra böyrək və qara ciyər xəstəlikləri. Buna baxmayaraq, əksər 
hallarda  (90%)  halitozun  yaranması  bilavasitə  ağız  boşluğu  ilə 
əlaqədar olur.
Ağız boşluğunda pis qoxunun yaranmasına səbəb uçucu sul-
fid lərdir: dimetilsulfid, merkaptan, hidrogensulfid, indol, skatol, 


94
yağ və propian turşusu birləşmələri, diaminlər (putressin, kadave-
rin) və s. Sadalanan faktorlar, kükürd tərkibli zülal və aminturşu-
larının anaerob şəraitdə yaşayan parodontopatogen bakteriyalar 
tərəfindən  parçalanması  zamanı  əmələ  gəlir.  Uçucu  sulfidlərin 
“zəngin”  mənbəyi  parodontal  ciblər,  dilin  üzərindəki  ərp  və 
dişlərin arasındakı qida qalıqları hesab olunur.
Dişlərin patoloji tərpənməsi. Dayaq aparatının, o cümlədən 
periodont və sümük toxumasının zədələnməsi nəticəsində mey-
dana  çıxır.  Periodont  toxumasındakı  kollagen  liflərin  zədələn-
məsində  əsas  rolu  parodontun  hüceyrələrarası  maddəsindəki 
iltihablaşmış  infiltratın  ifraz  etdiyi  kollagenaza  və  elastaza 
fermentləri oynayır. Bu fermentlərin aktivləşməsi isə bilavasitə 
sitokinlər və prostoqlandin E-nin fəaliyyəti ilə əlaqədardır.
Kollagen  toxumanın  destruksiyası  və  resintezinin  pozulması 
sayəsində I tip kollagenin miqdarı azalır və əksinə, II, III, IV, V 
tip  kollagenlərin  miqdarı  artmış  olur.  Bundan  əlavə  kollagenin 
möhkəmliyi də zəifləyir və nəticədə dişlərin tərpənməsi müşahidə 
edilir. 
PARODONTAL СİB – parodontitlərin klassik əlaməti olaraq, 
onları xroniki gingivitlərdən fərqləndirməyə imkan verir.
Parodontal cibin yaranması diş-diş əti yarığının dərinləşməsi ilə 
başlayır. Bu prosesdə dişin dairəvi bağının birləşdiyi nahiyədəki 
epiteli qatının xoraya çevrilməsi həlledici rol oynayır.
Bundan sonra patogen mikroflora həmin nahiyəyə nüfuz edərək 
tam formalaşmamış qranulyasion toxuma əmələ gətirir. Litik ak-
tivliyi ilə seçilən həmin toxuma öz növbəsində zədələnmiş epi-
telinin altında birləşdirici toxumanın destruksiyasına səbəb olur. 
Sonrakı dərinləşmə, aktivləşmiş osteoklastların (sitokinlərin təsiri 
altında) vasitəsilə idarə olunur.
İrinli ekssudasiya. Parodontal cibdə irinli ekssudat subepite-
lial qatdan ifraz olunmağa başlayır və onun miqdarı epiteli qatı-
nın zədələnmə səviyyəsindən asılıdır. Ona görə də bəzi hallarda 
dərin parodontal ciblərdən az, geniş ciblərdən isə çoxlu miqdarda 
irin xaric olunmasını görmək olar.


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə