R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə30/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   24   25   26   27   28   29   30   31   32

120
Parodontal  sarğılar  diş  daşları  təmizləndikdən,  parodontal 
ciblər küretaj olunduqdan, müxtəlif cərrahi manipulyasiyalardan 
sonra istifadə olunur. 
Yapışqan  sarğılar  poliuretan  əsasında  hazırlanmış,  KL-3 
kompazisiyalı, toksiki təsiri olmayan, bioloji inert və autosteril 
vasitədir. 
CƏRRAHİ MÜALİCƏ
Stomatologiyanın  müasir  inkişaf  dövründə,  parodont  xəstə-
liklərinin müalicə metodları içərisində cərrahi müalicə ən pers-
pektivli üsul hesab edilir. Cərrahi müalicə zamanı məqsəd paro-
dontal  ciblərin  ləğv  olunması,  bağ  aparatının  regenerasiyası  və 
sümük rezorbsiyasının qarşısının alınmasından ibarətdir. Cərrahi 
müalicə  üsulu  planlaşdırılarkən,  aşağıdakıları  nəzərə  almaq  la-
zımdır:
•  parodontal cibin dərinliyi
•  yapışmış diş ətinin eni
•  ağız dəhlizindəki arxitektonikanın patologiyası
•  ağız boşluğunun gigiyenik vəziyyəti
Bu müalicəyə daxildir:
1.  Parodontal ciblərin ləğv olunmasına aid olan əməliyyatlar
•  açıq küretaj
•  qapalı küretaj
•  gingivektomiya
•  loskut (dilim) əməliyyatı
•  parodont toxumalarının regenerasiyası
2.  Zədələnmiş yumşaq toxumaların korreksiyası
3.  Diş əti resessiyasının aradan qaldırılması. Qapalı küreta-
jın aparılmasını planlaşdırarkən nəzərə almaq lazımdır ki, 
bu əməliyyat parodontal ciblərin dərinliyi 4-5 mm-dən çox 
olmadığı hallarda daha effektli hesab edilir. Çoxsaylı çatış-
mazlıqların olduğuna görə, hazırda qapalı küretajın tətbiq 
olunması arxa plana keçmişdir.


121
4.  Açıq küretajda dərinliyi 4-6 mm-dən çox olan parodontal 
ciblərdən  diş  çöküntülərinin  və  qranulyasion  toxumanın 
tamamilə çıxarılması mümkündür. Bu əməliyyat üsulu qa-
palı küretaja nisbətən daha effektli olsa da, onun da bir çox 
çatışmayan cəhətləri vardır: dərin sümük ciblərinin oldu-
ğu halda əldə olunmuş nəticələr qısamüddətli olur, müsbət 
klinik əlamətlər zəif nəzərə çarpır və diş ətində resessiya 
aşkar edilir.
Qinqivektomiya parodontal ciblərin olmadığı zaman hipertro-
fiyalaşmış diş ətini kənar etmək, bəzən parodontal ciblərin divar-
larını kəskin aralamaq və protezləmə məqsədilə diş tacının hün-
dürlüyünü artırmaq tələb olunduğu hallarda tətbiq olunur.
Parodontal ciblərin və alveol sümüyünün daha dəqiq işlənməsi 
və əməliyyat sahəsinə əsas girişi təmin etmək üçün loskut (dilim) 
əməliyyatı həyata keçirilir. Dilim əməliyyatını yerinə yetirərkən, 
retraksiyanın  qarşısını  almaq  və  sümüyün  itirilmiş  hissələrini 
bərpa  etmək  məqsədilə  müxtəlif  osteoplastik  materiallardan 
istifadə edilir:
•  autogen (donor xəstənin özüdür)
•  allogen (donor başqa şəxsdir)
•  ksenogen (donorlar heyvanlar hesab olunur)
•  alloplastik (sintetik materiallar, təbii materiallar)
İki qrup osteoplastik material – sintetik hidroksiapatit və təbii 
hidroksiapatit  daha  populyardır. Təbii  hidroksiapatit  –  Bio-Oss 
(Geistlich firması) daha üstün hesab olunur. Dilim əməliyyatının 
çatışmayan cəhəti ondan ibarətdir ki, sümüyün itirilmiş his sələri ya 
ümumiyyətlə bərpa olunmur, ya da iltihab aradan götürüldükdən 
sonra, osteoblastların fəaliyyətinin nizamlanması hesabına bərpa 
olunur.  Ona  görə  də,  adətən  dişlərarası  məməciklərin  kontur-
ları  pozulur  (qara  üçbucaq  adlanan  sahələr)  və  frontal  dişlər 
nahiyəsində bu fakt xəstələr üçün arzuolunmaz hal sayılır.
Yara sağaldıqdan sonra diş əti retraksiyasının qarşısını almaq 
mümkün olmur və ona görə də dişlərdə yüksək dərəcədə həssaslıq 
və boyunətrafı kariyes yaranır.


122
YARDIMÇI MÜALİCƏ
Uzunmüddətli  kliniki  müayinələr  göstərir  ki,  xroniki  paro-
dontitə görə müalicə olunmuş xəstələr müsbət müalicə effektinin 
alınmasına baxmayaraq, gec-tez yenidən həkimə müraciət etməli 
olurlar.
Bu fakt, ilk növbədə gigiyenik motivasiya vərdişlərinin zəif-
ləməsi ilə əlaqədardır və bunun sayəsində parodontopatogen mik-
roflora aktivləşərək kliniki statusu dəyişdirə bilir. Buna görə də 
parodont xəstəliklərinin aktiv müalicə mərhələsi başa çatdıqdan 
sonra, sistematik olaraq həmin xəstələr nəzarət altında saxlanıl-
malıdır.
Əksər ölkələrdə bu vəzifəni yerinə yetirməkdən ötrü dispanse-
rizasiyadan istifadə edilir.
Yardımçı müalicə dedikdə parodontoloji statusu stabil vəziyyətdə 
saxlaya bilən müalicə və profilaktik tədbirlər sistemi başa düşülür.
Müasir  dövrdə  dünya  stomatologiya  elminə  bu  sahədə  çox-
saylı yeni müalicə üsulları daxil olmuşdur. Bir çox müəlliflərin, 
o cümlədən T.Wilsonun, M.Gloverin verdikləri məlumata görə, 
yardımçı müalicənin aparılması sayəsində 5 il ərzində bir ədəd də 
diş çəkilməmişdir.
Yardımçı  müalicənin  proqramı  hər  xəstə  üçün  fərdi  şəkildə 
tərtib olunmalı və bu yerli patogen mikrofloranın xarakteri və kli-
nik  səviyyəsi,  ümumi  somatik  xəstəliklərin  olması,  orqanizmin 
fizioloji xüsusiyyətləri, patoloji prosesin fazaları və s. asılı olaraq 
dəyişir.
Faktiki  olaraq,  belə  proqram  təkrarı  gəlişlərin  nəticəsində 
realizə olunur ki, bu zaman aşağıdakı tədbirlər həyata keçirilir:
1.  Pasiyentin xəstəlik tarixinin dəqiqləşdirilməsi, əvvəlki və 
cari rentgenoqramların müqayisəsi
2.  Tam klinik müayinənin aparılması
3.  Ağız boşluğu gigiyenasına nəzarət
4.  Müalicənin səmərəli olmadığı halda mikrobioloji müayi-
nənin aparılması
5.  Diş ətiüstü və diş ətialtı daşların təmizlənməsi
6.  İltihab prosesinin əmələ gəldiyi nahiyələrdə təkrarən müa-
licənin aparılması


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə