R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   24   25   26   27   28   29   30   31   32

117
dişlər cilalanır, müalicəvi sarğılar qoyulur və fizioterapevtik pro-
sedurlar təyin edilir. 
Hipertrofik  gingivitin  ödemli  formasının  müalicəsi  zamanı 
ilk növbədə səbəbkar faktorlar aradan götürülür, iltihab və ödem 
əleyhinə təsir göstərən preparatlar tətbiq edilir. Bunun üçün he-
parin  mazı,  10%-li  kalsium  xlorid,  hidrokortizon,  qalaskorbin, 
kalanxoe məhlulu, bağayarpağı, palıd qabığının dəmləməsi və s. 
məsləhət görülür.
Hipertrofik gingivitin fibroz formasında müxtəlif sklerozlaşdı-
rıcı təsirə malik preparatlar tətbiq edilir və ya diş ətinin hipertro-
fiyalaşmış hissələri kəsilib götürülür. Bunun üçün kriodestruksiya 
və diatermokoaqulyasiya daha effektli hesab edilir. Müalicədən 
sonra heparin, hidrokortizon tərkibli mazlardan istifadə olunur. 
Sklerozlaşdırıcı terapiya məqsədilə (anesteziyadan sonra) hər bir 
böyümüş məməciyə 0,1-0,2 ml 40%-li qlükoza, 25%-li maqnezium 
sulfat, 10%-li kalsium xlorid, 70%-li etil spirti və s. yeridilir.
Xoralı gingivitin müalicəsi üçün anestetiklər, iltihabəleyhinə 
təsir göstərənlər və keratoplastiklərin birgə kombinasiyası tətbiq 
edilir. Diş daşlarının təmizlənməsi vacibdir. Bu əməliyyat maksi-
mum dərəcədə və travmatik formada aparılmalıdır ki, infeksiya 
parodontun sağlam hissələrinə yayılmasın. 
Xoralı  gingivitin  müalicəsində  ənənəvi  antiseptiklərlə  birgə, 
fermentlər, dimeksid, xlorheksidin, trixopol, steroid, keratoplas-
tik və s. də tətbiq edilir.
Parodontitin  yüngül  formalarında  və  parodontal  ciblərin 
dərinliyi  3-4  mm  olduğu  halda,  iltihabəleyhinə  medikamentoz 
terapiyanın aparılması kifayətdir. Ciblərin dərinliyi 4-6 mm ol-
duqda isə konservativ müalicə ilə birgə küretajın aparılması da 
labüddür.  Parodontal  ciblərdəki  möhtəviyyatı  ləğv  etmək  üçün 
fermentlər  (tripsin,  ribonukleaza,  ferrilitin,  proteinaza)  müvəf-
fəqiyyətlə  tətbiq  edilir.  Prostoqlandinlərin  ingibitorlarının  isti-
fadəsi  də  müsbət  müalicə  effektinin  alınmasına  səbəb  olur.  Bu 
məqsədlə 3%-li aspirin mazı, 10%-li dibunol, steroid və qeyri-
steroidlər istifadə edilir. Parodontal ciblərdə dərman maddələrinin 


118
uzunmüddətli təsir göstərməsi üçün tibbi yapışqan, karotalin, çay-
tikanı yağı, A, E vitaminləri, evgenol və s. əsasında hazırlanmış 
sarğılar tətbiq edilir. Həmin məqsədlə keratoplastik vasitələrdən 
də (solkoseril, proposeum, metilurasil, etonium) istifadə olunma-
sı məqsədəuyğun hesab olunur. 
4 mm-dən dərin olan parodontal cibləri konservativ metodlarla 
müalicə etmək mümkün olmur. Ona görə də bu halda cərrahi me-
todlardan (küretaj, açıq küretaj, vakuum-küretaj, gingivotomiya, 
gingivoektomiya, dilim əməliyyatı) istifadə edilir. 
Parodontozun  yerli  müalicəsi  zamanı  aşağıdakı  tədbirləri 
həyata keçirmək lazımdır: 
1.  Xəstələrə ağızın selikli qişasına, dişlərə, parodonta qulluq 
qaydalarının öyrədilməsi.
2.  Yerli  qıcıqlandırıcı  təsirə  malik  faktorların  (plombların 
düzgün qoyulması, kontakt nöqtələrinin yaradılması, mü-
vəqqəti  şinalanma,  diş  daşlarının  təmizlənməsi,  travma-
tik  okklüziyanın  aradan  qaldırılması, çeynəmə  effektinin 
və  protezləmə  qüsurlarının  bərpa  olunması  və  s.)  ləğv 
edilməsi.
3.  Qeyri-karioz mənşəli xəstəliklərin (hiperesteziya, patoloji 
sürtülmə, pazabənzər qüsur) və reminerallaşdırıcı tera pi-
yanın vaxtında aparılması. 
4.  Rasional protezləmə və şinalama.
5.  Fiziki metodların tətbiqi (hidromasaj, vibromasaj, darsan-
val,  2%-li  natrium  flüoridlə  elektro  və  fonoforez,  2%-li 
natrium flüorid, kalsium qliserfosfat məhlulu, D vitamini, 
işıqla müalicə və s.) tətbiq olunması.
PARODONTAL SARĞILAR
Yerli müalicə prosesində parodontal ciblərə daxil edilmiş dərman 
preparatları  tez  bir  zamanda  yuyularaq  oradan  çıxır  və  bunun 
nəticəsində aparılmış müalicənin effekti istənilən formada alınmır. 
Bundan başqa, operativ müdaxilədən sonra yara nahiyəsi praktik 


119
olaraq infeksiyadan qorunmamış qalır. Parodontal sarğılar bu nöq-
sanların qarşısını müəyyən qədər almış olur. Müalicəvi parodontal 
sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə və 
dişlərarası sahələrdə depolaşmasını təmin edir. İzoləedici parodon-
tal sarğılar sağlam parodont toxumalarını müxtəlif ekzogen faktor-
lardan, o cümlədən ağız suyu və travmadan qoruyur. 
Parodontal  sarğıların  tərkibinə  müxtəlif  təsir  mexanizminə 
malik olan maddələr daxil edilir: A, C, Z, B, E qrup vitaminləri, 
fermentlər,  kortikosteroidlər,  primidin  əsaslı  preparatlar,  bitki 
mənşəli  büzüşdürücü  maddələr,  propolis,  antibiotiklər,  sulfa-
nila midlər,  bioloji  aktiv  maddələr,  antihistaminlər,  keratoplas-
tik və ağrıkəsicilər və s. Bu sarğılar bərk, eyni zamanda elastik 
olmalıdır ki, tərkibində olan dərman vasitələri bir sutka ərzində 
ağız  boşluğunda  qala  bilsin.  Bəzi  hallarda  bu  məqsədlə  ölçü 
materiallarından da istifadə edilir (dentol, repin, silikon).
Sarğıların əsasını əksər hallarda sink oksid, dentin və ağ gil 
təşkil edir. 
Parodontal sarğılar konservativ müalicə zamanı 2-3 saat, cər-
rahi manipulyasiyalarda isə 1-2 sutka ərzində saxlanılır.
Əksər hallarda aşağıdakı tərkibə malik olan sarğılardan istifadə 
edilir: 
1.  Spermaset 2 q, parafin 1 q, A və ya E vitaminin 0,5%-li 
yağlı məhlulu – elastik sarğı
2.  Bərabər miqdarda sink oksid və dentin, antibiotik, qlüko-
kortikoid, metilurasil mazlarından biri – bərk sarğı 
3.  Tannin 10 q + ağ gil 2,5 q + sink asetat 4,7 q + sink oksid 
40 q + kanifol 45 q, xırdalanmış asbest lifləri 1 q + sulfani-
lamid 2q + VitC 0,1q + Vit P 0,1q + hər hansı yağ
4.  3  №-li  sarğının  tərkibində  5  mq  proteolitik  ferment  və 
100000 TV streptomisin əlavə edilir – bərk sarğı
5.  Qan  preparatları  əsasında  hazırlanmış  sarğılar  –  5q  sink 
oksid + 5q dentin + retroplasentar qan tərkibli bioloji po-
roşok 2,5q + qərənfil yağı – pasta alınana qədər. 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə