R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   24   25   26   27   28   29   30   31   32

123
7.  Flüor tərkibli preparatların tətbiqi
8.  Ağız boşluğu gigiyenasının motivasiyalarının təkrarı
Yardımçı müalicənin aparılması üçün xəstə ildə 4 dəfə həkimə 
müraciət  etməlidir.  Xəstəlik  əlamətlərinin  nisbətən  zəif  olduğu 
hallarda gəlişlər arasındakı intervalı müəyyən qədər artırmaq olar 
və əksinə.
Marquette  Universitetinin  (ABŞ)  stomatoloji  məktəbi  aqres-
siv formalı parodontitlərdə təkrari gəlişlər arasındakı intervalı 2 
ayadək azaltmağı tövsiyə edir.
Aktiv müalicə dövrü başa çatdıqdan 6 ay sonra təkrarən rent-
genoloji müayinələr aparılır. Klinik simptomlar nəzərə çarpma-
dıqda isə belə müayinələr 3 ildən bir aparılır.
Yardımçı  müalicə  proqramında  ağız  boşluğu  gigiyenasına 
nəzarət  və  korreksiya  olunması  həlledici  tədbir  hesab  olunur. 
Xəstələr heç də həmişə mütəmadi qaydada ağız boşluğu gigiyena-
sı qaydalarına riayət etmirlər. Bu aspektdə, xəstələr mütləq həkim 
tərəfindən  təlimatlandırılmalıdırlar.  Xəstələrə  gigiyenik  qayda-
lara  riayət  olunmasının  vacibliyi  izah  olunmalı,  bu  məqsədlə 
istifadə olunan metodika və vasitələr haqqında müfəssəl məlumat 
verilməli, diş təmizləmə qaydalarının sistematik və ciddi formada 
aparılması taktikası başa salınmalıdır. Ağız boşluğunun gigiyena-
sı, adətən, müalicənin ilkin dövrlərində yüksək səviyyədə olur, 
sonrakı mərhələlərdə isə getdikcə zəifləyir.
Yardımçı müalicə proqramına əlavə olaraq antiseptik tərkibli 
duru-gigiyenik vasitələrdən istifadə olunması da daxil edilmişdir. 
Bu vasitələr içərisində xlorheksidin biqlükonat daha geniş yayıl-
mışdır.  Məlumdur  ki,  bu  antiseptik  qrammənfi  və  qrammüsbət 
mikroorqanizmlərə,  göbələklərə  və  lipofil  viruslara  bakterisid 
təsir göstərir.
Xlorheksidin tərkibli preparatların sistematik formada tətbiq edil-
məsi zamanı, qarqaradan 3-4 saat sonra siqaret çəkmə, qəh və, çay və 
s. kimi piqmentli vasitələrin istifadə olunması məhdudlaşdırılmalıdır. 
Əks halda, xlorheksidin səthi aktiv maddə kimi, həmin piqmentlərin 
ağız  boşluğunun  bütün  nahamar  sahələrinə  çökməsinə  səbəb  ola-
caq. Bu tövsiyəyə riayət edə bilməyən xəstələrə curasept (curaden, 
İsveçrə) məsləhət görülür.


124
Alternativ kimi Listerine (fenol yağı, timol, mentol, evkaliptol, 
metilsalisilat), Oral-B Tooth And Gum care, Reach (sitilpiridinx-
lorid), colqate Rlax 0,05% triklozan məsləhət görülür.
Yardımçı müalicənin həlledici aspektlərindən biri də kök kari-
yesinin profilaktikasıdır.
Bu  məqsədlə  aminoflüorid  və  qalay  flüorid  (Am  F/Sn  F
2

tərkibli yaxalayıcılar istifadə edilir.
Yardımçı müalicə proqramının reallaşması bir sıra çətinliklərlə 
müşahidə  olunur.  Xəstələrin  bir  çoxu  bu  proqramda  iştirak 
etməkdən  imtina  edir  və  ya  qısa  müddət  ərzində  iştirak  edir. 
Bəzi  müəlliflərin  məlumatına  görə  (M.Ocima  və  həmmüəl.) 
pasiyentlərin 28%-i hətta birinci gəlişdə rədd cavabı verir. Həmin 
müəllifin  qənaətinə  görə,  10  il  ərzində  aparılmış  müayinələr 
göstərir ki, 30 yaşa qədər olan xəstələrin 59%-i yardımçı müalicə 
proqramında iştirak etməkdən imtina edir.
PARODONT XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKA 
METODLARI
Profilaktika  –  xəstəliklərin  qarşısının  alınması  və  yüksək 
səviyyədə sağlamlığın təmin olunması məqsədilə aparılan dövlət, 
sosial, gigiyenik və tibbi tədbirlər sistemidir. Əhalinin cəlb olun-
ması və aparılan profilaktik tədbirlərin növündən asılı olaraq, sto-
matoloji xəstəliklərin profilaktikasının üç səviyyəsi ayırd edilir:
•  fərd
•  kollektiv
•  kütləvi
ÜST-in 1977-ci ildə Moskvada keçirilən konfransında profilak-
tik tədbirlərin keçirilmə mərhələlərinin və gözlənilən nəticələrin 
əldə olunması baxımından aşağıdakı təsnifatı qəbul olunmuşdur:
İlkin  profilaktika  –  stomatoloji  xəstəliklərin  əmələgəlmə  sə-
bəb ləri və şəraitinin aradan qaldırılması, həmçinin təbiətin, isteh-
salatın və məişətin zərərli təsirlərinə qarşı orqanizmin rezistentli-
yinin artırılması üçün nəzərdə tutulmuş tədbirlər sistemidir. İlkin 
profilaktika, öz növbəsində etiotrop və patogenetik olmaqla 2 yerə 
bölünür.


125
İkincili profilaktika – xəstəliyin residiv və ağırlaşmalarının qar-
şısının alınmasına yönəlmiş kompleks tədbirlər sistemidir.
Üçüncülü profilaktika – üz-çənə sistemi orqanları, habelə ümu-
mi orqanizmin funksional imkanları hesabına stomatoloji statusun 
reabilitasiyası məqsədilə aparılan tədbirlər sistemidir.
Sadalanan  profilaktik  tədbirləri  yaşından  asılı  olmayaraq,  bü-
tün  əhali  arasında  aparmaq  lazımdır.  Bu  cür  tədbirlərin  həyata 
keçirilməsi xüsusilə endokrin xəstəlikləri, hamiləlik, eyni zamanda 
zərərli vərdişləri olan xəstələrdə tətbiq etmək vacib şərtdir, çünki 
orqanizmin rezistentliyinin aşağı düşdüyü hallarda, bütün potensial 
patogen aktivlik artmağa başlayır.
AĞIZ BOŞLUĞUNUN GİGİYENASI
Ağız  boşluğunun  fərdi  gigiyenası,  parodont  xəstəliklərinin 
ilkin  profilaktikasının  əsas  metodu  hesab  edilir.  Bununla  belə, 
“keyfiyyətli fərdi gigiyena” anlamı özündə aşağıdakı faktorları eh-
tiva edir: 
•  dişlərin düzgün və mütəmadi təmizlənməsi
•  keyfiyyətli diş fırçaları və məcunların istifadəsi;
•  yardımçı profilaktik vasitələrin (flosslar, diş təmizləyiciləri, 
irriqatorlar, dil təmizləyiciləri və s.) istifadəsi.
Bəzi hallarda lazımi profilaktika tədbirlərinin aparılmasına bax-
mayaraq, nəzərdə tutulan müalicə effektinin alınmasına nail olmaq 
mümkün olmur. Bu məsələ bir sıra faktorlarla əlaqədardır:
•  diş-çənə anomaliyaları;
•  plomblama, protezləmə və ortodontik müalicə zamanı bura-
xılan səhvlər;
•  ağız  dəhlizində  bitişik  yumşaq  toxumaların  arxitektonika-
sındakı pozğunluqlar;
•  suprakontaktların olması və 25 yaşdan sonra minadakı qa-
barların sürtülməsi.
Aparılmış profilaktik tədbirlər o zaman effektli hesab edilir ki, 
xəstəliyin etiologiya və patogenezi dəqiq məlum olsun, regio nun 
epidemioloji  və  ekoloji  xüsusiyyətləri  nəzərə  alınsın.  Parodont 
xəstəliklərinin  profilaktikası  ümumi  tibbi  profilaktikanın  bir 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə