R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə28/32
tarix05.06.2018
ölçüsü9,25 Kb.
#47590
1   ...   24   25   26   27   28   29   30   31   32

114
Bu tədbirlər kompleksinə nəinki dişlərin düzgün təmizlənmə qay-
dası, habelə yardımçı vasitələrdən istifadə tədbirləri də daxildir. 
Xəstələrdə motivasiya vərdişlərinin aşılanması üçün müntəzəm 
olaraq ağız boşluğunda bakterial tərkibli ərpin toplanması və on-
lar üçün xarakterik nahiyələrdə lokallaşdığını nümayiş etdirmək 
lazımdır. Bu baxımdan ən optimal vasitələr – illüstrasiyalar, mul-
yajlar, xüsusi hazırlanmış broşuralar və s. istifadə edilir. 
Peşəkar səviyyədə stomatoloji statusu qiymətləndirmək üçün diş 
ərpi, diş yastıqcığı, gigiyenik və parodontal indekslər analiz edilir.
Bu  mərhələdə,  həmçinin  ərpəmələgətirici  faktorların  aradan 
qaldırılması vacibdir:
•  boyunətrafı karioz boşluqlar
•  dişlərarası kontaktların olmaması
•  mina damlaları 
•  köklərin üzərindəki qabarlar
•  ekvatorun olmaması
Patogenetik  terapiya  xəstəliyin  inkişaf  mexanizminin 
öyrənilməsinə əsaslanmışdır. Bu məqsədlə, toxuma rezistentliyi-
ni yüksəltmək üçün antioksidantların vasitəsilə hüceyrə membra-
nında oksidləşmə reaksiyalarını zəiflətmək lazımdır. Xroniki ilti-
hab şəraitində əmələ gələn prostoqlandinlərin və toksiki formalı 
limfositlərin sintez olunmasının qarşısını alan vasitələrin istifadə 
olunması məqsədəuyğun hesab edilir. Bundan əlavə, neytrofillərin 
funksional  aktivliyini  artıran  preparatlar  da  qəbul  olunmalıdır. 
Metabolik  toxuma  aktivliyini  yüksəltmək  üçün  aşağıdakı  qrup 
preparatlardan istifadə edilir:
•  qeyri-steroid  tərkibli,  iltihabəleyhinə  təsir  göstərən  pre-
paratlar
•  steroid tərkibli, iltihabəleyhinə təsir göstərən preparatlar
•  ferment tərkibli preparatlar
•  mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar
•  vitamin tərkibli preparatlar
•  immunokorreksiyaedici preparatlar
•  bakterisid tərkibli preparatlar
•  hemopatik preparatlar


115
•  ozonoterapiya
•  fotodinamik terapiya 
•  azot oksid tərkibli preparatlar
Parodontdakı  uzunmüddətli  iltihab,  öz-özlüyündə  destruk-
tiv dəyişikliklərə gətirib çıxaran yerli toxumanın aqressiv cavab 
reaksiyasına səbəb olur. Buna görə də əgər diş daşlarının kənar 
edilməsi arzuolunan nəticələrə gətirib çıxarmazsa, onda kompleks 
müalicə tədbirləri planına iltihabəleyhinə təsir göstərən preparat-
ların  daxil  edilməsi  məsləhət  görülür. Antibakterial  preparatlar 
kimi, iltihabəleyhinə təsir göstərən preparatları da əsaslandırılmış 
formada, vaxtı və iltihabi prosesin gedişi xüsusiyyətlərini nəzərə 
almaqla təyin etmək lazımdır.
İltihabəleyhinə  təsir  göstərən  preparatlar  steroid  (qlükokor-
tikoidlər,  hidrokortizon,  kortizon,  prednizolon,  deksametazon, 
diprospan),  qeyri-steroid  (aspirin,  butadion,  indometasin,  dik-
lofenak,  piroksikam,  mevalis),  ferment  (proteolitik  fermentlər: 
litin,  terralitin,  tripsin,  ximotiripsin,  ribonukleaza,  kollagenaza, 
fibrinolitiklər,  fibrinolizin,  lidaza,  ronidaza,  lizosim)  mikrosir-
kulyasiyanı nizamlayan (emparkol,  troksevazin,  heparin),  kera-
toplastik preparatlar (solkoseril, aktovegin, vitamin A, E, itbur-
nu yağı), immunokorreksəedici preparatlar (T – aktivin, likopid, 
viferon,  nuklein  turşusu  törəmələri  (dezoksinat,  derinat)  və  s. 
tərkibli olur. Ehtiyat arsenalda bakterisid və homeopatik preparat-
 arsenalda bakterisid və homeopatik preparat-
lar, ozonofitoterapiya və s. dayanır.
Ağız  boşluğunda  yaranmış  disbakteriozu  korreksiya  etmək 
məqsədilə, xilak forte, dineks, asilakt, laktobakterin, bifidumbak-
terin və s. kimi preparatlardan istifadə edilir. Antibiotikaterapi-
yadan sonra həmin preparatlar mədə-bağırsaq traktındakı normal 
mikrofloranı da bərpa etmiş olur.
Bəzən  allergik  reaksiya  və  ümumi  somatik  xəstəliklərin 
rast  gəlindiyi  hallarda  ənənəvi  dərman  preparatlarının  istifadə 
olunması mümkün olmur və bu zaman homeopatik preparatların 
tətbiq olunması zərurəti yaranır. Müxtəlif dərəcəli parodontitlərin 
müalicəsi zamanı, bu məqsədlə enqistol, traumel C, exinasey C 
kimi preparatlardan istifadə edilir.


116
Parodontun iltihabi xəstəlikləri zamanı vitamin preparatlarının 
tətbiq  olunması  da  müsbət  nəticələrin  alınmasına  səbəb  olur. 
Bu məqsədlə ən çox A, B, E tərkibli vitaminlərdən istifadə olu-
nur.  Həmin  vitaminlər  həm  mexaniki,  həm  də  antibakterial  və 
iltihabəleyhinə  müalicə  tədbirləri  həyata  keçirdikdən  sonra 
istifadə edilir və antioksidant aktivliklərilə seçilir.
Praktik  parodontologiyanı  reminerallaşdırıcı  terapiyasız 
təsəvvür etmək mümkün deyil. Bu məqsədlə 0,2-2%-li natrium 
flüorid,  8-10%-li  qalay  flüorid,  10%-li  kalsium  qlükonat,  2%-
li  kalsium  qliserfosfat  və  s.  kimi  preparatlar,  qarqaralar,  ağız 
vannaları,  applikasiya  və  elektrofrez  vasitəsilə  istifadə  edilir. 
Dişlərdəki  həssaslığı  aradan  götürmək  üçün  desensitizer,  kom-
posil, ikiqat təsiri kalium desensitizer D/Sense-2 (ABŞ), Knap-
pvost  mayesi  (Almaniya),  qlüftorad  və  s.  kimi  preparatlar  da 
müvəffəqiyyətlə tətbiq edilir.
Qeyd  etmək  lazımdır  ki,  V,  VI  nəsil  adgeziv  sistemləri,  o 
cümlədən  3  M  ESPE Adper  Single  Bond  da  reminerallaşdırıcı 
təsir effektinə malikdir.
GİNGİVİT, PARODONTİT VƏ  
PARODONTOZUN MÜALİСƏSİ
Kəskin  kataral  gingivitin  müalicəsi  zamanı  yerli  terapiya 
məqsədilə  anesteziyadan  sonra  diş  daşları  təmizlənir,  iltihab-
əleyhinə preparatlar qarqara, vanna, müalicəvi sarğılar şəklində 
tətbiq edilir. Ev şəraitində vitaminlərin (A, C, P, E), iltihabəleyhinə 
və keratoplastik təsirə malik preparatların istifadəsi tövsiyə edilir 
(solkoseril, metilurasil, proposeum və s.). Süni lizosim (1 l su+ 1 
çay qaşığı duz + 1 yumurtanın ağı) də müsbət müalicə effektinə 
malikdir  və  preparat  2-3  gün  ərzində,  gündə  5-6  dəfə  olmaqla 
istifadə olunur. 
Xroniki  kataral  gingivitlərin  müalicəsi  də  diş  daşlarının 
təmizlənməsi ilə başlayır. Bu zaman ağız boşluğu periodik ola-
raq antiseptiklərlə qarqara olunmalıdır. Ehtiyac olduğu hallarda 


Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə