33
II F Ə S İ L
XƏSTƏLƏRİN MÜAYİNƏSİ
ANAMNEZ
Parodont xəstəlikləri olan pasiyentlərin müayinəsi, orqaniz-
min ümumi vəziyyətini qiymətləndirmək, parodontun klinik
xüsusiyyətlərini müəyyən etmək, yerli və ümumi patogenetik
faktorları aşkar etmək və xəstəliyin mərhələlərini və klinik ge-
dişini təyin etmək məqsədilə aparılır. Bu baxımdan əldə olunan
informasiyaların çoxluğu xəstəliyə düzgün diaqnoz qoyulmasına
imkan verir, eyni zamanda müalicə və profilaktika tədbirlərinin
effektiv formada planlaşdırılmasına şərait yaradır.
Həyat anamnezi toplayarkən xəstənin pasport göstəriciləri,
sənəti, zərərli peşə vərdişlərinin olması, qidalanmanın xarakteri,
keçirmiş olduğu xəstəliklər, stress vəziyyətləri, ekoloji, sosial və
məişət şəraiti, ağız boşluğunun gigiyenik vəziyyəti və s. öyrənilir.
İrsi faktorların rolu da mütləq dəqiqləşdirilir: bu xəs təliklə yaxın qo-
humlar – valideynlər, bacı və qardaşlar nə vaxtsa xəstələnmişlərmi?
Keçmişdə və ya indi zərərli vərdişlərə meyilliliyin olub-olmaması
da müəyyənləşdirilir.
Ehtiyac olduğu hallarda xəstə digər mütəxəssislərin də müa yi-
nəsindən keçməlidir. Parodont xəstəlikləri olduğu zaman ən çox
terapevtin, endokrinoloqun, nevropatoloqun, allerqoloqun və s.
məsləhətlərinə ehtiyac yaranır.
Anamnez toplayarkən əldə olunan nəticələr, əksər hallarda
diaqnozun qoyulması üçün həlledici hesab olunur. Qeyd etmək
lazımdır ki, anamnez aktiv şəkildə toplanmalıdır; yəni həkimin
verdiyi suallar dəqiq və məqsədyönlü xarakterli olmalıdır.
BAXIŞ
Baxış zamanı xəstənin ümumi vəziyyətinə, sifətin ifadəsinə,
dərinin və üz-çənə nahiyəsindəki yumşaq toxumaların rənginə,
asimmetriyanın olmasına, ağız bucaqlarının və dodaqların
34
vəziyyətinə, diksiyanın xarakterinə, ağızın açılmasına və s.
diqqət yetirilməlidir.
Baxış zamanı ardıcıllıq və planauyğun müayinə mütləq nəzərə
alınmalıdır.
Ümumi baxışdan sonra ağız dəhlizi nəzərdən keçirilir, sonra
parodont və diş sırasının vəziyyəti qiymətləndirilir. Baxış, adətən
aşağı çənənin sol tərəfindən başlayaraq sağ tərəfə, daha sonra yu-
xarı çənəyə keçir və nəhayət, sol yuxarı retromolyar sahədə başa
çatır. Oral səthin müayinəsi zamanı da bu cür taktikadan istifadə
edilir. Baxışın son mərhələsi selikli qişanın digər nahiyələrinin
(dil, ağız dibi, yumşaq və sərt damaq) müayinəsi ilə başa çatır.
Sağlam şəxslərdə sifət simmetrik, dodaqlar kifayət qədər
hərəkətli, yuxarı dodaq yuxarı ön dişlərin kəsici səthindən 2-3
mm qısa, ağızın açılması və çənələrin hərəkətləri sərbəst, lim-
fa düyünləri böyüməmiş, xüsusi selikli qişanın rəngi çəhrayı və
ya solğun çəhrayı rəngdədir, qan axmır, diş əti kip surətdə dişə
yapışmışdır. Diş əti bərkdir, ağrısızdır, parodontal ciblər aşkar
edilmir, diş əti şırımlarının dərinliyi 1,0-1,5 mm-dir. Dişlər kon-
takt nöqtələrinin hesabına kip surətdə bir-birinə yaxınlaşmış və
vahid qnatodinamik bir sistem yaratmışdır. Yuxarı və aşağı çənə
yüyənləri normal bir səviyyədə birləşmişlər (şəkil 17).
Şəkil 17. Yuxarı və aşağı çənə yüyənləri
35
Bundan sonra, keçid pərdəsinin stromasında yerləşən ya-
naq – diş əti bağlarının sayı və xarakteri müayinə edilir, onla-
rın bərkidiyi yerin hündürlüyü, hərəkiliyi, diş əti məməciyi ilə
əlaqəsi və s. müəyyən edilir.
Dodaq yüyəninə və dilə baxış zamanı onların anomaliyasına,
bərkidiyi yerin hündürlüyünə, diastemaların olmasına fikir verilir.
Ağız dəhlizinin müayinəsi zamanı onun dərinliyinə diqqət
yetirmək lazımdır. Bu dərinliyi ölçmək üçün (diş əti kənarından
dəhlizin dibinədək olan məsafə) xüsusi dərəcələnmiş alətdən
istifadə edilir. Ağız dəhlizi dayaz (=5 mm), orta (8-10 mm) və
dərin (10 mm və daha çox) ola bilər (şəkil 18).
Şəkil 18. Ağız dəhlizinin müayinəsi
Diş əti. Baxış zamanı diş ətinin vəziyyəti həm vestibulyar,
həm də oral tərəfdən qiymətləndirilir. Onun rəngi, konsistensi-
yası, qanaxmaya meyilli olması, diş əti yarıqlarının dərinliyi, diş
əti birləşmələrinin tamlığı, dişlərarası məməciklərin vəziyyəti,
parodontal ciblərin olması və s. müəyyən edilir. Diş sırasının
qiymətləndirilməsi zamanı dişlərin qarşılıqlı əlaqəsi, diş ərpinin
olması, diş tacının forması, minanın rəngi, onun sürtülməsi və
yerdəyişməsi, trema və diastemaların olması, travmatik okklü-
ziyanın mövcud olması, dişlərin laxlaması və s. kimi faktorlara
diqqət yetirmək lazımdır.
Parodontal cib diş-diş əti birləşməsinin tamlığının pozul-
ması zamanı əmələ gəlir. Sümükxarici parodontal cib (alveol
36
sümüyündə destruksiya
ol madığı halda) və sümük
cibi (alveol sümüyündə
aydın nəzərə çarpan dest-
ruksiya olduğu halda) an-
layışları ayırd edilir (şəkil
19). Parodontal ciblərin
varlığı, onların dərinliyi,
müxtəlif patologiyalarda
mövcudluğu
xəstəliyin
kli nik gedişini müəyyən edir. Parodontal ciblərin dərinliyi,
orada olan ekssudatın miqdarı və xoraların əmələ gəlməsi,
ümumiyyətlə, parodontun vəziyyəti barədə fikir yürütməyə im-
kan verir. Parodontal cibin dərinliyini müəyyən edən zaman,
onun fizioloji xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır.
Həqiqi və yalançı parodontal cib terminlərindən də istifadə edi-
lir. Yalançı parodontal cib olduğu halda (hipertrofik gingivitlərdə
müşahidə edilir – şəkil 20) dişin sirkulyar bağının tamlığı pozul mur,
diş ətinin hipertrofiyası hesabına cibin dərinliyi böyümüş olur.
Şəkil 20
Parodontal cibin dərinliyi kalibrlənmiş hamarlayıcı və ya xü-
susi işarələnmiş küt zondla ölçülür. Bundan başqa, bu məqsədlə
parodontometr adlı cihazdan da istifadə olunur (şəkil 21).
Şəkil 19
Dostları ilə paylaş: |