Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

İ ra də   Əli li  
46 
hazır olması üçün son yazı -onun xatirələri qalıb. Bir 
neçə  gün  zəng  edib  hal-əhvalını  soruşdum.  Nəhayət 
özümdə güc toplayıb: 
– “Almaz xanım bilirəm çox çətindir sizə. Yaddaşı-
nızda  olanları,  xatirələri  xatırlamaq,  danışmaq  sizi 
üzəcək. Keçən günlərin yaddaşında qalan,olub keçən-
ləri göz önünə gətirmək ağır olacaq sizin üçün, amma 
sizin  xatirələrinizi  yazmadan  kitabı  nəşriyyata  təhvil 
verə  bilmərəm”  –  dedim.  Almaz  xanım  başını  aşağı 
salıb,  bir  xeyli  danışmadı.  Təbii  göz  yaşları  ilk  xati-
rəsini  artıq  danışmağa  başlamışdı.  Səbirlə  gözlədim. 
Çətin idi gənc ikən sevdiyi həyat yoldaşını itirmək və 
bu  itkini  dilə  gətirmək.  Bir  söz  demədim,  susdum. 
Gözləyirdim  ki,  Almaz  xanım  sakitləşsin.  Bir  xeyli 
zamandan sonra Almaz xanım: 
– “İradə xanım, mənim üçün çox çətindir bu möv-
zuda  danışmaq.  Gözlərimin  önündə  kino  lenti  kimi 
keçir  olub  keçənlər.  İbrahimi  itirməklə  həyatımın 
mənasını,  qayəsini  itirdim.  Övladlarım  üçün  yaşayı-
ram. Onları xoşbəxt görmək istəyirəm” – dedi. 
1981-ci il ömrümün ən gözəl çağları idi. İbrahimlə 
ailə  qurmuşduq.  Təbii  bu  ailə  sevgimiz  üzərində  qu-
rulub, təməli möhkəm idi.  
İlk  tanışlıq  zamanını  belə  xatırlayıram.  Pedaqoji 
İnstitutun  filologiya  fakültəsindən  məktəbə  təcrübəyə 
gedirdim.  Rəhmətliyi  məktəbə  yaxın  yerdə  gördüm. 
Məktəbdən  qardaşımgilə  baş  çəkməyə  gedən  zaman 
da  qardaşım  yaşadığı  məhəllədə  gördüm.  O,  məni 
çoxdan  izləyirmiş,  mən  fərqində  olmamışammış.  Be-


Güllə səsindən doğulan kitab 
47 
ləcə  günlər  keçirdi.  Mən  onu  məktəbə  yaxın  küçədə 
və  qardaşımgilin  məhəlləsində  görürdüm.  Nəhayət  o 
elçilərini  göndərdi.  Mənim  də  ailəmdə,  onun  da 
ailəsində bizim evlənməyimizə narazılıq var idi. Am-
ma  biz  ikimizdə  öz  qərarımızı  vermişdik  ki,  həyatı-
mızı  birlikdə  quraq,  ömürlük  bağlanaq.  Ailə  qurduq. 
Ailə qurduqdan bir müddət sonra, İbrahim məni, vax-
tılə gizlin-gizlin izlədiyini, yaxınlaşmağa həm çəkinib 
cürət  edə  bilmədiyini,  həm  də  utandığını  söyləyirdi. 
Saatlarla  yağışın,  günəşin  altında  mənim  keçəcəyim 
küçənin  bir  dalanında  durub  gəlib  keçməyimi  gözlə-
yirmiş. Axı o zamanlar sevən oğlan istəklisinə yaxın-
laşıb  bir  söz  deməzdi,  sevdiyi  qıza  elçi  göndərərdi. 
Sevgisini  nişan  üzüyünü  sevdiyinin  barmağına 
taxmaqla  sübut  edərdi.  İbrahim  məni  necə  izlədiyini 
və həmin anda keçirdiyi həyəcan hisslərindən danışan 
zaman  mən  gülümsəyib  deyərdim  ki,  mənim  də  gö-
züm səni axtarardı gizlin-gizlin. Bu bizim taleyimizdir, 
İbrahim. Tanrı bizi biri-birimizlə qarşılaşdırdı. 
Çox  gözəl  günlər  yaşadıq.  Onunla  bərabər  keçir-
diyim 11 il bütün həyatıma bərabərdir, bir günü ömrə 
bərabər idi. Övladlarını çox sevərdi. Mənimlə bərabər 
onların  qayğısına  qalardı.  Mən  yorulan  zaman  uşaq-
ların yeməyinə, onların tərli paltarlarına diqqət edərdi. 
Gəzintiyə  aparardı.  Mənə  həm  ömür-gün  yoldaşı  idi, 
həm də dost idi. Mənim nazımı çox çəkərdi. Məndə öz 
növbəmdə  ona  çox  qayğı  göstərirdim,  onun  qəlbini 
heç  bir  səhvimlə  qırmırdım.  İndiki  kimi  yadımdadır. 
Yemək  bişirib  hazır  olduqdan  sonra  süfrəyə  gətir-


İ ra də   Əli li  
48 
mirdim, gözləyirdim ki, İbrahim gəlsin birlikdə nahar 
və  ya  şam  edək.  Balacalar  da  onsuz  süfrəyə  əl 
uzatmazdılar.  Çox  xoşbəxt bir  ailə  həyatımız  var  idi. 
Müharibə  başladı.  Mənfur  qonşuların  işğalçı  siyasəti 
minlərlə ailələri başsız, böyüksüz qoydu. 
Mən  çox  dedim  ki,  İbrahim  getmə,  uşaqlarımız 
balacadırlar,  sənə  bir  şey  olar  mən  nə  edərəm,  necə 
edərəm.  Rəhmətlik  isə  “Bu  torpağın  üzərində  gəzə 
bilmərik,  erməni  quldurlarını  torpaqlarımızdan  qov-
malıyıq.  Mən  qardaşlarımın  döyüşə  getməsinə  şərait 
yarada bilmərəm. Böyük qardaşım nəslin ağsaqqalıdır. 
O  birilərin  də  hərəsinin  bir  problemi  var.  Mən  özüm 
gedəcəyəm.  Mənə  bir  şey  olarsa,  Almaz,  əzizim,  na-
rahat  olma.  Dövlət  mənim  uşaqlarıma  məndən  də 
yaxşı baxacaqdır” – dedi. Qəlbi, ürəyi Vətənlə döyü-
nürdü.  O,  çox  cəsur,  qorxmaz  idi.  Həyat  yoldaşım 
olduğu üçün demirəm, sözün əsil mənasında Vətənini, 
torpağını ürəkdən səvən,ona bağlı olan vətənpərvər idi. 
1992-ci il mayın 4-də evə uşaqları görməyə gəlmişdi. 
Dedi  ki,  Almaz,  uşaqları  geyindir,  bir  şəkil  çəkdirim 
onlarla.  Mən  razı  olmadım,  dedim  ki,  “Ay  İbrahim, 
müharibə bitməyib, sən də hərbi geyimdə. Deyəcəklər 
ki,  müharibə  qurtarmayıb  bunlar  şəkil  çəkdirirlər. 
Ayıbdır”. Düzü, o da razılaşdı. Amma o, özü cəbhədə 
şəkil  çəkdirməzdi,  sevməzdi.  Birdənə  də  olsun  ön 
cəbhədən  şəkli  yoxdur.  İnanın  ki,  o  Şəhid  olduqdan 
sonra  özümü  çox  danladım,  gərək  övladları  ilə  şəkil 
çəkdirərdi, yadigar bir şəkli qalardı. Bunu özümə ba-
ğışlaya bilmirəm!... 


Güllə səsindən doğulan kitab 
49 
Həmin  günü  oğlumuz  Rövşənin  ad  günü  idi.  Qo-
naqlarım çox idi. Hamı ilə görüşüb, ön cəbhəyə təcili 
gedəcəyini  söylədi  və  evdən  məhləmizin  həyətinə 
çıxdı.  Bu  an  mən  Rövşəni  götürüb  onun  arxasınca 
qaçdım və ona “özünü qoru, balalarımız səni gözləyir, 
İbrahim,  ehtiyatlı  ol”  –  demək  istədim.  Yaxınlaşdım, 
sonuncu görüşdür kimi ürəyimə fikirlər gəldi. Bir söz 
deyə bilmədim. Boğazım qurumuşdu. Gözlərim yaşar-
mışdı.  Axı,  biz  doyunca  onu  görə  bilmədik.  İbrahim 
mənə  yaxınlaşıb  -  darıxma  o  mənfurları  torpağımız-
dan  tezliklə  qovacağıq,  hamı  evinə  yurduna  dönəcək. 
Bir  az  səbirli  olun.  Rövşən  əllərini  atasına  uzadıb 
onun  qucağına  getmək  istədi.  İbrahim  tələsiridi.  O, 
Rövşəni  öpdü,  üzünə  sığal  çəkdi,  dönüb  tələsik  dar-
vazadan çıxdı. Və bir daha dönmədi... 
İyun 11-ə keçən gecə ürəyim çox narahat idi. Yuxu 
gördüm.  Çox  qarışıq  yuxu  idi.  Gördüm  düşmən  tə-
rəfindən  güclü  müqavimət  var.  Güllə  səsləri  çoxalır, 
qulaq  batırıcı  səviyyədə.  Bizim  yaşadığımız  evə  də 
Qrad  düşür.  Mən  İbrahimi  axtarıram,  tapa  bilmirəm. 
Amma birdən çox zəif səslə İbrahimin səsini eşidirəm 
“Almaz, uşaqlar”. Yuxudan ayıldım. Halım çox pis idi. 
Özümə  gələ  bilmirdim.  Rəhmətlik  anam  tək  qalma-
mağım üçün mənimlə qalırdı. Mənim bu narahatlığımı 
duyub, o da yuxudan ayıldı. Yata bilmədik. Elə bilki, 
reallıqda mənə hər şey əyan olmuşdu. Sabah saat 6 ra-
dələrində qapı döyüldü, Firdovsi idi. İbrahimin xəstə-
xanada  yaralı  olduğunu  söylədi.  Və  dedi  ki,  İbrahim 
sizi arzulayır, sizi görmək istəyir. Biz Firdovsi ilə yola 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə