Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

İ ra də   Əli li  
56 
yaşlı körpə uşaqla qoyub getmə. İbrahim mənə deyirdi 
ki,  sən  ailənin  ağsaqqalısan,  böyüyüsən,  sən  arxa  cəb-
hədə  lazımsan.  O  biri  qardaşlarımın  da  hər  birinin  bir 
problemi var. Mən gedəcəyəm döyüşə. Siz ailəni qoru-
yun.  Çox  ailəcanlı  idi.  Anamı,  qardaşlarını,  bacılarını 
çox  sevərdi.  Bütün  ailənin  qayğısını  çəkərdi.  Heç  bir 
çətinlikdən  qorxmazdı.  Qardaşım  olduğu  üçün  demi-
rəm,  çox  igid  oğlan  idi.  Vətən  üçün  canını  hər  zaman 
verməyə  hazır  idi  və  verirdi  də.  Xocalı  hadisəsi  onu 
çox sarsıtmışdı. Qəzəbi var idi. Özünə yer tapmırdı.  
Bizim ev ön cəbhəyə yaxın idi. İbrahim bizə tez-tez 
gələrdi,  yuyulmalı  paltarlarını  gətirərdi.  Həyat  yol-
daşım Sahibə xanım onun xətrini çox istəyirdi. Tez bir 
zamanda  paltarlarını yuyub  qurudub  qardaşıma  təhvil 
verərdi.  İbrahim  iştirak  etdiyi  döyüşlərdən  danışardı, 
Sahibə  xanım  da  onun  söhbətlərini  dinləyə-dinləyə 
qulluğunda durardı, bir bacı nəvazişi göstərərdi. İbra-
him Naxçıvanik, Pircamal, Qaraqaya, Martuni, Abdal 
Gülablı  döyüşlərində  iştirakından,  döyüşün  necə 
keçməsindən söhbət edərdi. Mənfur ermənilərin mək-
rindən, onların qorxaqlığından danışardı. Mən onu tez 
-tez  yuxuda  görürəm.  Bizim  evimiz  Ağdamda  Qobu 
çayının  kənarında  idi.  Elə  yuxularımda  onu  işğal 
altında  qalmış  torpaqlarda  olan  evimizdə  görürəm. 
Allah ona rəhmət etsin. Məzarı nurla dolsun. İbrahim 
uyuduğu  torpaq  işğal  altında  olan  Ağdamımızın 
Şəhidlər  Xiyabanındadır.  Ziyarətinə  gedə  bilmirəm, 
bu  da  bir  dərddir  mənə.  Allah  bizə  o  torpaqlara 
qayıtmağı nəsib etsin inşallah.  


Güllə səsindən doğulan kitab 
57 
Əhmədpur Firdovsi 
Qardaşı 
 
iz ailədə yeddi uşaq idik. İnqilab, Firdovsi, 
İbrahim,  Almaz,  Solmaz,  Əzizə,  Eldar.  Ata-
mız Əhmədpur Səfər Əhməd oğlu, anamız Məmməd-
nicat  Bacıxanım.  Atamızı  erkən  itirmişik.  O  zaman 
ailədə  üçüncü  qardaş  olan  İbrahimin  6  yaşı  var  idi. 
Amma  o  kiçik  yaşlarından  əməyə,  zəhmətə  qatlaş-
mışdı,  ağlı  kəsəndən  ailə  üçün  çalışırdı.  Qardaşım 
olduğu  üçün  demirəm,  çox  cəsur,  mərd  idi.  Qarabağ 
problemləri,  ermənilərin  haqsızlığı  təbii  hər  bir 
Azərbaycanlı  kimi  İbrahimin  də  etirazına,  narahat-
çılığına, qəzəbinə səbəb olmuşdu. Biz İrandan gəlmiş 
siyasi mühacir olduğumuz üçün əsgərliyə çağırılmırıq, 
hərbi xidmətdən keçməli deyildik. Amma İbrahim özü 
könüllü  döyüşə  getdi.  Onun  qoçaqlığını  hələ  16-17 
yaşlarında  çox  görmüşdüm.  Ağdamdan  Qobu  çayı 
axır.Yaz  vaxtı  idi.  Güclü  sel  oldu.  Sel  bir  uşağı 
axıdırdı, heç kim yaxına gələ bilmədi. İbrahim özünü 
fikirləşmədən  o  uşağı  ölümün  caynağından  qurtardı. 
O,  Ağdam  Dəmiryolu  vağzalında  qaldırıcı  kranda 
işləyirdi.  İş  yoldaşları  onu  çox sevib,  hörmətlə  yana-
şardılar.  İbrahim  könüllülər  dəstəsinə  qoşulan  zaman 
mən  ona:  “Qardaş,  sən  getmə,  üç  körpə  uşağın  var, 
böyük  qardaşımızla  mən  gedəcəyəm”  -dedim.  İbra-
himsə  inadkarcasına  söylədi:  “Siz  ailənin  böyüklə-
risiniz,  bir  şey  olarsa,  siz  ailəni  bir  yerə  toplayıb, 
müdafiə edə bilərsiniz”. Bir də məğrurcasına,cəsarətlə 



İ ra də   Əli li  
58 
söylədi:  “Qardaş,  sən  narahat  olma,  mənim  uşaqları-
ma,  Dövlət  yaxşı  baxacaq”.  Onun  döyüşçü  yoldaşları 
ilə  Ağdamın  Novruzlu  kəndini  necə  mərdliklə 
qoruduqlarını  görmüşəm  və  fərəh  hissi  keçirmişəm. 
Vətən, el üçün canını fəda etməkdən qorxmayan belə 
igid  qardaşımın  olduğuna  sevinmişəm.  İtki  elə  bir 
şeydir  ki,  onun  əvəzi  olmur.  Qardaşım  üçün  çox 
darıxıram.  Gözümün  önündən  lent  kimi  gəlib  keçir 
onun  qısa  həyat  səhifəsi,  həyat  hekayəsi.  Elə  günlər 
olur ki, İbrahim üçün burnumun ucu göynəyir, amma 
bir  təsəllim  var,  Vətən  üçün,  Azərbaycanımız  üçün 
sinəsini  gülləyə  sipər  etdi,  şəhid  oldu.  Allah  onun 
övladlarını  və  qardaşımın  adını  uca  tutan  İbrahimin 
xanımı  -  Almaz  xanımı  qorusun.  Vətən  üçün  canını 
fəda  edən  şəhidlərimizə  Allah  rəhmət  etsin.  Ruhları 
şad olsun, Vətən sağ olsun deyirəm. 
 
 


Güllə səsindən doğulan kitab 
59 
Məhərrəmov  Ədalət 
Ağdam sakin , II qrup əlil, 
Azərbaycanın Milli Qəhrəmanı 
Asif (Fred)  Məhərrəmov adına 
İnkişaf  Fondunun sədri 
 
ən  İbrahimi  uşaq 
vaxtlarından 
tanıyı-
ram. Bir rayonda uşaqlığımız və 
gəncliyimiz  keçib.  Böyük  qardaşı  İnqilab  ilə  daha 
yaxın  idik.  Ağdamda  İmarət  meydançasında  tez-tez 
futbol  oynamağa  yığışırdıq  və  İbrahim  də  böyük 
qardaşının  yanında  gələrdi.  Belə  ünsiyyətimiz  quru-
lurdu. Cəsur idilər bu qardaşlar, İbrahimi də ürəkli və 
zirək  oğlan  kimi  tanıyırdım.  Bu  qardaşların  qəlbində, 
iç  dünyasında  bir  Vətən  yanğısı  var  idi.  O  tayın 
Azərbaycan  həsrəti.  O,  özü  könüllü  qoşulmuşdu  Və-
tən,  torpaq  uğrunda  mübarizəyə.  1999-ci  ildə  ordu 
olmayan  bir  vaxtda,  noyabrın  10-da  vətənpərvər 
igidlərdən könüllülər dəstəsi yarandı. Noyabrın 15-də 
isə  artıq  qeydiyyatdan  keçib  Xudu  Xuduyevin 
batalyonunda  tağım  kimi  96  əsgər  sayı  ilə  əmirdən 
keçdi.  Sonralar  bu  say  300-dən  çox  oldu.  Bax  bu  96 
döyüşçünün biri İbrahim idi. Həmin tarixlərdə bu ba-
talyon  Ağdam  istiqamətində  kəndlərin  müdafiəsi 
mövqeyində  durmuşdu.  Qardaşım  Milli  Qəhrəman 
Asif  Məhərrəmovun  başçılığı  və  birbaşa  cəhdi  ilə  7 
mart  1992-ci  ildə  375  nəfərdən  ibarət  olan  859  saylı 
batalyon yarandı. Şelli, Qaraqaya, Qızılcabel, Mantar 



Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə