Güllə səsindən doğulan kitab
69
Ağdamda ət kombinatında işləyirdik, döyüşə də elə
oradan getmişdik. O vaxtlar ət kombinatının müdiri
Rasim Quliyev idi. Rasim Quliyev biz döyüşə
getdiyimiz üçün bizi işdən azad etmişdi. Amma bir
müddət keçəndən sonra kombinata yeni rəhbər gəldi
və bizi işə bərpa etdi, amma biz cəbhədə döyüşdə
olurduq. Biz döyüşə sevə-sevə gedirdik, çünki vətəni
qorumaq üçün gedirdik. Bizimlə döyüşən Ağdamdan
olan igid əsgərlərdən yadımda qalan Kamil, Valeh,
Üzeyir, Cəmaləddin, Şahin və digərlərinin qəhrəman-
lıqla döyüşmələri gözümün önündədir. Allah dün-
yasını dəyişmiş igid döyüşçülərimizə rəhmət etsin, sağ
qalan Qarabağ müharibəsi iştirakçılarına can sağlığı
versin. İbrahimə Allah rəhmət etsin, qəbri nurla
dolsun. Bugünkü gün şəhid İbrahimin xanımı Almaz
Zeynalova şəhid ailələrinin qayğısına qalır və şəhid
ailəsinin nə olduğunu bu zəhmətkeş, məğrur qadın
çox gözəl bildiyi üçün həmin ailələrin probleminin
həllinə köməklik göstərir. Cəsur İbrahimin xanımı
məhz Almaz Zeynalova kimi olmalıydı. Tanrı
İbrahimin xanımını və balalarını qorusun”.
İ ra də Əli li
70
Rey Kərimoğlu
Qarabağ müharibəsinin
iştirakçısı, Bakıda yaşayan
Ağdam rayon sakini,
“Qazilər” informasiya
portalının redaktoru .
Mən polkovnik-leytenant,
Milli Qəhrəman Şirin Mir-
zəyevin yaratdığı batalyonda kəşfiyyatçı dəstəsində
olmuşam. Mən bir Ağdamlı kimi Şəhid İbrahimi
tanımasam da onun haqqında çox eşitmişəm. Onun
döyüşçü dostlarının dediklərindən belə məlum olur
ki, İbrahim çox mərd, cəsur, döyüşkən ruhlu bir igid
əsgər olub. Ağdamlı Qarabala, Allahqulu və s. igid
əsgərlərin mübarizliyi haqqında hər zaman söhbətlər
gedirdi. Mən şəhid İbrahimin həyat yoldaşı Almaz
Zeynalovadan söhbət açmaq istərdim. Almaz bacı-
mız gənc yaşlarında Azərbaycanın iqtisadi durumunun
çətin, ağır vaxtında təkbaşına üç az yaşlı uşağını
böyütmüş və üçünə də ali təhsil vermiş, cəmiyyət
üçün xeyirli övladlar tərbiyə etmişdir. O, ömrünü-
gününü övladlarına həsr edərək onların xoşbəxtliyi
üçün çalışmışdır. Almaz xanım özü də Azərbaycan
cəmiyyəti üçün çox işlər görmüşdür. O, “Şəhid
Ailələrinə Sosial Dəstək İctimai Birliyi”nin sədridir.
O, bu ictimai təşkilat ilə şəhid ailələrinə mənəvi və
maddi köməklik edir. Çünki şəhidin ailəsi olan bu
vətənpərvər, namuslu, səmimi xanım şəhid ailəsinin
Güllə səsindən doğulan kitab
71
nə demək olduğunu gözəl bilir. Almaz Zeynalova
hər cür hörmətə layiqdir. Allah onun övladlarını
qorusun, xoşbəxt olsunlar.
İ ra də Əli li
72
Rabil Dərgahov
Bakının Sulutəpə qəsəbəsində
məskunlaşmış Ağdam rayon
sakini , ikinci qrup əlil
Rabildən Şəhid İbrahimin dö-
yüş yolu haqqında xatirələrini
soruşan zaman onun gözlərinin
necə dolduğunun şahidi oldum.
“Bu igid döyüşçü yoldaşım haqqında danışmaq mənə
elə də asan deyil, gözlərimin önünə onun sonuncu ağır
yaralanmış vəziyyəti gəlir” - dedi Rabil. Rabil Dər-
gahov İbrahimlə bir hərbi hissənin döyüşçüləri olub-
lar. Döyüşə çox zaman birlikdə gediblər, həm də
yaxın qohum idilər. İbrahimin necə qeyrətli, cəsur,
qorxmaz bir vətənpərvər olduğundan danışdı.
İbrahim döyüş meydanına mərd- mərdanə atılardı,
hər kəsdən tez qarşıya keçib, döyüş mövqeyində
birinci olmağa çalışardı. Uca boylu idi, hərəkətləri
cəld idi. Döyüş əmri gələn kimi İbrahim artıq döyüşə
hazır vəziyyətdə, gözləmə mövqeyində olurdu. Qorxu
hissi yox idi onda. Qaraqaya yüksəkliyi uğrunda ağır
döyüş gedən zaman rəhmətlik İbrahim yaralandı. Mən
onu Sarcalı hospitalına gətirdim, çox ağır idi vəziy-
yəti. Qarın nahiyyəsindən və yuxarı bud hissəsindən
yaralanmışdı. Onu hospitala gətirən zaman o, mənə
halsız vəziyyətdə çox zəif səslə: “Rabil, mənim və-
ziyyətim yaxşı deyil. Bəlkə gec sağalaram, evə,
uşaqlara baş çəkməyim gec olar, sən mənim cibimdə
Güllə səsindən doğulan kitab
73
olan pulu götür, əziyyət də olsa sənə, ailəmə çatdırar-
san” - dedi. Mən onun üst geyiminin qoltuq cibindən
pulları götürən zaman pulların qan içində olduğunu
gördüm, götürdüm. Artıq İbrahim çox halsız idi, heç
nəyi hiss etmirdi. Hospitalda həkimlər ona yerindəcə
baxış keçirib, elə o andaca əməliyyata götürdülər. Mən
geri döndüm, ön cəbhəyə. İki gündən sonra hospitala
ona baş çəkməyə gəldim. Həkimlərdən İbrahimi
soruşdum, onlar yaralı çoxdur, özünüz baxın, axtarın,
soruşun dedilər. Mən də elə etdim. Palatalara bir-bir
girib yaralı döyüşçülər arasında İbrahimi axtardım,
amma tapa bilmədim. Bir tibb bacısı mənim təşvişimi
görüb: “Siz onu rəhmətə gedən döyüşçülər arasında
axtarın” - söylədi. Mən şəhid olmuş döyüşçülərin cə-
sədlərinə baxdım və birdən İbrahimi gördüm. Dünya
başıma fırlandı və elə bağırdım ki, tibb bacıları məni
sakitləşdirə bilmirdilər. İbrahimi qucaqlayıb ağlaya-
ağlaya: “Axı sənin üç körpə balana mən necə cavab
verəcəyəm?” - dedim. Sakitləşib rəhmətliyin cəsədini
hospitaldan götürüb yaxınları ilə Ağdamın çıxaca-
ğında, 1941-1945-ci il Böyük Vətən Müharibəsinin
döyüşçülərinin xatirəsinə qoyulmuş abidənin arxasında
olan məzarlıqda torpağa tapşırdıq. Allah onun ruhunu
şad etsin. Övladlarını xoşbəxt etsin. Həyat yoldaşının
Vətənpərvərlik sevgisini davam etdirən Almaz xanım
Zeynalovaya Tanrıdan can sağlığı, xoş günlər diləyi-
rəm. Qarabağ müharibəsində iştirak edən döyüşçülər
və şəhid döyüşçülər haqqında xatirələrin, məlumatların
yazılması, kitabların işıq üzü görməsi təqdirəlayiqdir.
Dostları ilə paylaş: |