İ ra də Əli li
50
düşdük.Ağır yaralandığı və çox qan itirdiyi üçün onun
həyatını qurtara bilmədiklərini xəstəxanada həkimlər
söylədilər. İbrahimi Şəhidlər xiyabanında dəfn etdilər.
Həmin günümü xatırlamaq mənə çox ağırdır!.
Heç olmazsa onun məzarını ziyarət edib təskinlik
tapırdım, sakitləşirdim. Ağdamın işğalından sonra dəli
kimi olmuşdum. Həm torpağımın işğal olunması, həm
sevdiyim həyat yoldaşımın məzarının orada qalması.
Hər gün Bakıda Şəhidlər Xiyabanına gedirdim. Ağla-
yırdım, sakitləşirdim. Amma Şəhidlər Xiyabanına
gələn qarayaylıqlı gəlinlərə qibtə edirdim. Çünki onla-
rın ziyarət edəcəkləri məzarlıq var.Mənin Şəhid İbra-
himimin məzarı olan torpaqlar düşmən işğalında, tap-
dağında. İndi rəhmətə getmiş oğlum Elşənin məzarına
gedirəm, dərdləşirəm, onunla sakitləşirəm. Tanrım
oğlumu da öz dərgahına apardı. Elşən avtomobil
qəzasında həyatını dəyişdi. Elşən ağıllı, düşüncəli, ali
təfəkkürə malik gənc idi. Ailəcanlı idi. Qayğımıza
qalardı. Atasının bəzi xasiyyəti onda idi. Yenədə
Allaha çox şükür. Nə deyim... Allah o biri övladlarımı
qorusun. Vətənimin səmasından bu qara buludları yox
etsin.
Ailənin böyük oğlu Elvin (1983-cü il təvəllüdlü)
Bakı Biznes Kollecinin hüquq fakültəsini bitirib,
hüquqşünasdır. Kiçik oğlum Rövşən (1988-ci il
təvəllüdlü) C.Naxçivanski adına hərbi liseyi bitirib,
H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib, hal-hazırda
“N” saylı hərbi hissədə zabit kimi xidmət edir.
Nənəyəm, bir qız nəvəm var. Çalışıram, İbrahimin
Güllə səsindən doğulan kitab
51
torpağa yarımçıq qalmış sevgisini həm öz adımdan,
həm onun ruhunun şad olması üçün Vətənə həsr edim.
Arzu edirəm, Allahdan diləyim var. Torpaqlarımız
işğaldan azad olunsun, onun qanı tökülən torpaqlarda
İbrahim üçün anım günü edək.
İ ra də Əli li
52
SEVGİSİ ŞƏHİD OLAN GƏLİN
– Rahat uyu, Ġbrahim, deyərək Almaz xanım ürə-
yinin harayını illər öncə bir kağız parçasına əmanət
etmiĢdir. Orda belə yazılmıĢdı
– Altı ildən bəri torpaqlarımızda gedən qanlı-qadalı
vuruşların sonu niyə görünmür görəsən?! Niyə süf-
rələrimizin qırıntıları ilə böyüyən, ən yaxşı evlərdə
yaşayıb, ən yaxşı vəzifələri tutan xain qonşularımız
bizə qarşı bu qədər amansız oldular? Budurmu onların
bizə cavabı? Nə deyək? Qoy onların xain niyyətləri öz
Güllə səsindən doğulan kitab
53
başlarında çatlasın.
Mən isə, İbrahim, sənə deməyə söz də tapmıram.
Axı nə deyim, necə deyim ki, sənsiz hər şey göz-
lərimdə bir heçə dönüb. Necə deyim ki, ürəyində
yaşatdığın, dünyalara sığmayan arzuların yarımçıq
qaldı, mən də onları həyata keçirə bilmədim. Necə
deyim ki, düz 2 ildir ki, səninlə dərdimi bölüşdürə də
bilmirəm. Şəhidlər xiyabanında gül-çiçəyin arasında
qərq olunmuş qəbrin indi bir xəyal kimi gözlərim
qarşısından gəlib keçir. Belə də iş olar, ilahi? İnsan öz
doğmasının qəbrindən necə aralı düşər? Bu nə dəhşət
müharibə imiş, ilahi? Nə isə...
İbrahim, sənin ürəyinin nə qədər vətən eşqi ilə
döyündüyünü mən çox yaxşı bilirdim. Əgər belə ol-
masaydı sən dünyalar qədər sevdiyin 3 oğlunu qoyub
bu dəhşətli müharibənin qoynuna kişi kimi, mərdü-
mərdanə atılmazdın. Əgər belə olmasaydı, sən də bəzi
üzdəniraq cavanlarımız kimi min cür bəhanələr tapıb
aradan çıxardın. Səni onsuz da aparmırdılar. Sən isə
qala bilməzdin. Buna sənin vicdanın yol verməzdi.
İndi hamımız səninlə fəxr edirik, İbrahim. Həm də
fəxr edirik ki, Azərbaycan xalqının nə yaxşı ki, sənin
kimi oğulları çoxdu, lap çox. Sənin və sənin silah-
daşlarının hansı ki, torpaqlarmızın azadlığı uğrunda
canlarını qurban veriblər, onların adları vətən təəssübü
çəkənlərin qəlbində həmişə yaşayacaqdır. Bax onda
on yaşlı Elvinin: “Mən atam kimi döyüşüb, erməniləri
gəbərdəcəyəm”, doqquz yaşlı Elşənin televiziya
ekranlarında əsgərlərə baxıb, “Baxın, lap mənim atam
İ ra də Əli li
54
kimi döyüşür!” və nəhayət beş yaşlı Rövşənin “Atam
nə vaxt gələcək? O, gedəndə demişdi ki, sənə erməni
qulağı gətirəcəm. Bəs niyə gəlmir?” – kimi ürək
ağrıdan suallarına yalan-doğru cavab verə-verə səni
gözləyəcəyik. Axı deyirlər, şəhidlik zirvəsinə uca-
lanlar ölmürlər. Sən bu zirvəni əsil qüdrətli vətən oğlu
kimi öz gücünlə fəth etmisən. Rahat uyu, İbrahim.
Mən inanıram ki, qeyrətli oğullarımızın sayəsində
torpaqlarımız da azad olunacaq, sənin kimi qorxmaz
qəhrəman Vətən oğullarının qəbri də murdar erməni
tapdaqlarından azad olunacaq, mütləq olunacaq! Bax
onda mən başımı dik tutub bir daha səninlə fəxr
edəcəm!
Zeynalova Almaz.
İbrahimin həyat yoldaşı
Güllə səsindən doğulan kitab
55
Əhmədpur Ġnqilab
İbrahimin böyük qardaşı
n səkkiz ildir ki, Ağdamın Xındırıstan
qəsəbəsində məskunlaşıb. Ağdamın “Şəfəq”,
”Qarabağ” komandasında futbolçu olub. İnqilab indi
ağır xəstədir. Birinci qrup əlildir. Mən ondan Şəhid
olmuş qardaşı haqqında xatirələrini soruşan zaman
ağlamağa başladı, titrəyən əlləri ilə göz yaşlarını silə-
silə aramla danışmağa başladı. “O, mənim ürəyimin
parası idi, canımda nəfəsim idi. Çörəyimizi yeyib, ha-
rınlamış nankor qonşu - quduzlaşmış ermənilərin tor-
paq iddiaları, bu quldurların kəndlərimizi yandırması,
qətllər, qarətlər törətməsi hər bir vətənpərvər Azər-
baycanlı kimi İbrahimi də narahat edib qəzəbləndirirdi.
Deyəndə ki, ay İbrahim, sən döyüşə getmə, balaca
uşaqların var. Biz qardaşlar gedək. Sən ailəni üç kiçik
O
Dostları ilə paylaş: |