Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə19/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

                                                     
 
  
                                                                            
                                                    
73 
budaqlarındakı  yarpaqlar,  süfrə  arxasındakı  qonaqların 
hamısı üçün kölgə yaradırdı.  
Əliyusif sol qolunu taxta məhəccərin üstünə qoyub, aşa-
ğı  enən  çökəkliyin  lap  dibində,  qərbdən  şərqə  doğru  axan 
dayaz  çayın  siluetinə  tamaşa  edirdi.  Çinar,  vələs,  fısdıq 
ağaclarında məskən salmış rəngarəng quşların səsi və çayın 
şırıltısı  heyranedici  sintez  yaradırdı.  Ağacların  həm  üstün-
dəki,  həm  də  aşağısındakı  əlvan  bitkilər,  fikrə  getmiş 
qonağın gözünü qamaşdırırdı. O, buradakı gözəlliyə o dərə-
cədə valeh olmuşdu ki, hətta yanında hərlənən ofisiantın, nə 
vaxt süfrəni bəzədiyindən xəbərsiz oldu. Süfrənin menyusu 
çox  zəngin  təşkil  olunmuşdu;  yağ,  bal,  pendir,  şor,  düyü 
sıyığı, süd, yumurta, qənd, şəkər tozu, çay və təndir çörək. 
İnsan  orqanizmi  istəsə  hamısını  və  yaxud  da  iştaaha  görə 
lazım olan qidanı qəbul edə bilər, hətta doymasa belə, əlavə 
də həmin nemətlərdən gətizdirə bilərdi. Ümumiyyətlə, ləziz 
yeməklərin  sayı  burada  saysız-hesabsız  idi.  İstirahət  müd-
dəti ərzində bölgə mətbəxinin bütün nümunələri qonaqlara 
təqdim olunurdu. Yeməklərin siyahısında cürbəcür ləvəngi-
lər  böyük  üstünlük  təşkil  edirdi.  Küləfirəngidən  başqa 
əyləncə  mərkəzinin  restoranlarında  yerli  aşbazlar  cənub 
mətbəxiylə  yanaşı,  digər  milli  yeməklər,  o  cümlədən  də, 
Avropa  mətbəxi  nümunələrini  turistlərin  istifadəsinə  verir-
dilər.  Maraqlı  cəhət  o  idi  ki,  yeməklərin  süfrəyə  verilməsi 


                                                     
 
  
                                                                            
                                                    
74 
və təqdimatı peşəkar səviyyədə təşkil olunmuşdu. Persona-
lın hərəkətləri bir mərkəzdən idarə edilirdi. Bütün bunların 
hamısı alınan istirahət biletinin tərkibinə daxil olmuşdu.  
Adəti üzrə böyük küləfirənginin bu hissəsində, kollektiv 
şəkildə istirahət kompleksinə gəlmiş turistlər əyləşib çörək 
yeyirdilər.  Turistlərin  kimliyindən,  mənsubiyyətindən  asılı 
olmayaraq,  yemək  vaxtı  turistləri  kompleksin  mühafizəçi-
ləri  qoruyaraq,  onlar  üçün  rahatlıq  yaradırdılar.  Maraqlısı 
isə o idi ki, Əliyusif hörmət əlaməti olaraq, ona qulluq edən 
ofisianta 5 manat uzadanda, həmin oğlan qəti şəkildə pulu 
götürməyəcəyini  bildirdi.  Ofisiantın  dediyindən belə aydın 
oldu  ki,  istirahət  kompleksinin  rəhbəri  bütün  əməkdaşlara 
xəbərdarlıq edib ki, kim istirahətə gələn adamlardan şirinlik 
pulu  alsa,  həmin  adam  dərhal  öz  işindən  uzaqlaşdırılacaq. 
Bir  sözlə,  Azərbaycanın  bir  çox  dilbər  guşələrində 
yaradılan  istirahət  mərkəzlərində  olmuş  Əliyusif  üçün, 
burada  turistlərə  yaradılan  servis  və  kompleksin  əməkdaş-
ları  arasında  tətbiq  olunan  xüsusi  nizam-intizam,  həmin 
turist ocaqlarının heç birisində yox idi.  
“Relax”  Turizm  İstirahət  və  Əyləncə  Mərkəzində  eyni 
vaxtda 400 nəfərdən çox adam istirahət edə bilərdi. Şübhə-
siz  ki,  ən  müasir  standarlara  cavab  verən,  nəinki  ölkədə, 
hətta bütün Cənubi Qafqaz ölkələri arasında layiqli rəqabət 


                                                     
 
  
                                                                            
                                                    
75 
apara biləcək nəhəng bir kompleks idi və buradakı yüksək 
səviyyəli xidmət qonaq gələnlərin heyrətinə səbəb olurdu.  
Bir  müəssisədən  gələn  turistlər  kompakt  şəkilində 
masalar arxasında öz yerlərini tutub, nahar yeməyinə başla-
dılar.  Əliyusif  kərə  yağını  bala  qatıb  yemək  üçün  hazırlıq 
görürdü  ki,  birdən  onun  gözü,  qarşıda  əyləşmiş  Nurlan, 
Günay,  Aydan,  Arif,  Ofeliya,  onların  yanında  olan  əyani 
surətdə tanımadığı 55-60 yaşlı qarabuğdayı, ziyalı görkəmli 
kişiyə sataşdı. Arif tərəddüd etmədən müxbiri öz masasına 
dəvət  etdi.  Əliyusif  qarabuğdayı  kişidən  başqa  onların 
hamısını  əyani  şəkildə  tanıdığından  o,  tərbiyə  görmüş  bir 
insan  kimi  qonşusunun  sözünü  yerə  salmadı.  Arif  cavan 
oğlanı yanındakı kişi ilə əyani surətdə tanış edən kimi dedi: 
-  Əli,  tanış  ol,  ölkə  səhiyyəsinin  görkəmli  təbiblərindən 
biri  olan  Fikrət  müəllim.  Fikrət  müəllim  tibb  sahəsinin 
professorudur.  Mən  sənin  haqqında  ona  bəzi  məlumatlar 
vermişəm. 
- Bu tanışlığa görə sizə öz minnətdarlığımı bildirirəm.  – 
deyə  Əliyusif  utancaq  halda  dilləndi.  –  Mən  Fikrət 
müəllimi bir neçə dəfə sizə gələndə görmüşəm. 
Məlum  olur  ki,  professor  səhər  açılan  kimi  bura  gəlmiş 
və axşama qədər qohumu ilə birlikdə vaxtını keçirmək üçün 
istirahət  kompleksində  qalacaqdı.  Müxbir  onunla  üzbəüz 
əyləşən kimi Arif çörək yeyə-yeyə dedi: 


                                                     
 
  
                                                                            
                                                    
76 
- Əli, fikir verirsən də burada necə qayda-qanunlar hökm 
sürür?  Buranın  həm  havası,  şəraiti,  yemək  menyusu,  həm 
də  xidmətçi  personalı  çox  ürəkaçandır.  Yəni,  ailə  qədiri 
bilən,  ailəsinə  görə  narahat  olmayan,  dost-tanış  yanında 
biabır  olmaq  istəməyən  hər  bir  kəs  tərəddüd  etmədən 
ailəsini,  dost-tanışını  götürüb  bura  gələ  bilər.  Mən, 
xanımım Ofeliya ilə bura gəlməkdə qəti peşman deyiləm.  
-  Təəssüflər  olsun  ki,  bizim  istirahət  müddətimiz  5 
gündür.  –  deyə  Ofeliya  dərindən  ah  çəkərək,  məyus  halda 
dilləndi  və  həmin  an  diskoteka  tərəfdən  gələn  musiqiyə 
qulaq  asa-asa  həmin  tərzdə  sözünə  əlavə  etdi.  -  Hazırda 
İlqar  Muradovun  oxuduğu  “Bu  şəhərdə”  mahnısı  şəhəri, 
şəhərdəki  evimi  yadıma  salır.  Görəsən,  bu  təsadüfdür, 
yoxsa  zərurət?  Belə  bir  yerdə  şəhər  ilə  bağlı  bir  mahnıya 
qulaq asasan.  
- Açığını desəm, mən heç təsəvvürümə gətirə bilməzdim 
ki,  -  deyə  heyrət  içərisində  olan  Arif  bəh-bəhlə  dilləndi.  - 
bura  bu  dərəcədə  ecazkar  gözəlliyə  malik  olan  bir  məkan-
dır. Əli, sən deyəndə ki, “Relax” Nabranda yerləşən hər bir 
istirahət mərkəzindən daha gözəl və daha da möhtəşəmdir, 
düzü  mən  buna  şübhə  ilə  yanaşdım.  Həqiqətən  də  bura 
tərifə layiq olan bir yerdir.  
-  Hər  bir  bölgənin  özünəməxsus  gözəlliyi  var.  –  deyə 
peşəkar  həkim  dərindən  nəfəs  alaraq  aludəliklə  dilləndi.  – 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə