Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə17/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

                                                     
 
  
                                                                            
                                                    
65 
ceyran, cüyür və başqa heyvanlar saxlanılırdı ki, bura gələn 
insanlar vəhşi təbiətin sakinləri sayılan bu heyvanları canlı 
şəkildə seyr edə bilsinlər. 
“Relax”ın  yaradılması  üçün  ömrünün  gözəl  çağlarını 
qurban verən buranın rəhbərinin əsas məqsədi ondan ibarət 
idi  ki,  bu  əraziyə  qədəm  qoyan  insanlar,  həm  ana  təbiətin 
gözəlliyindən,  həm  də  həmin  təbiətin  bilavasitə  sakinləri 
sayılan  məzlum  heyvanların  qeyri-adi  davranışından, 
atmosferin səmada yaratdığı təzadlardan və insan əməyi ilə 
əmələ  gələn  gözəl  şəraitdən,  mənəvi  cəhətcə  zövq  ala 
bilsinlər.  
Tanrının  yer  kürəsinə  bəxşiş  etdiyi  təbiət  mənzərəsinin 
bir çox incəliklərinə bələd olan Əliyusif istirahət komplek-
sinin  bütün  ərazisini  qarış-qarış  gəzəndən  sonra  belə  bir 
qənaətə  gəlmişdi  ki,  buradakı  şərait  istirahət  etmək  üçün, 
təsəvvür edildiyindən daha füsunkar və əzəmətli görünür. 
Ən müasir təlim avadanlıqlarla təchiz olunmuş sağlamlıq 
mərkəzinin,  yüksək  texnologiyalı  gimnastik  və  aerobika 
zalı,  boulinq,  spa  mərkəzi,  rus  hamamı,  sauna  və  xüsusi 
istirahət  otaqları  qonaqların  hər  cür  istəyini  qarşılamaq 
gücündədir.  İstirahət  mərkəzindəki  rahat  kottec  tipli  evlər, 
2-3 otaqlı lüks aportamentlər (həyətyanı sahəli kottec: kabel 
televiziyası,  telefon,  isti-soyuq  su,  yanğından  müdafiə 
avadanlığı), həmin şəraitli 2-4-6 nəfərlk nömrələr, Şərq və 


                                                     
 
  
                                                                            
                                                    
66 
Avropa  üslublu  Küləfirəngi  Restoran  –  350  nəfərlik  (milli 
və Avropa mətbəxi), pullu əyləncələr sayılan; çayda üzmək 
üçün  qayıq-katamaranlar,  restoran-bar,  diskoteka,  uşaq 
meydançası,  bilyard,  stol  üstü  tennis,  futbol,  mini  qolf, 
elektro xokkey və kvadrotsikidən hər bir turist istifadə edə 
bilər.  Uşaqların  əyləncəsi  üçün  uşaq  oyun  meydançası 
(pullu uşaq attraksionları – “vertolyot”, “Günəş” və “Gəmi” 
yelləncəkləri) gəaliyyət göstərir. Həmçinin ərazidə naviqa-
siyanı daha maraqlı etmək üçün kvadrotsiklar da qonaqların 
ixtiyarındadır.  Mini  heyvanxana,  müəyyən  əraziləri  birləş-
dirən körpülər, dərə-təpələrdə qoyulan minüatür skamyalar 
dağlar  arasında  təzadlar  yaradaraq,  turistlərin  dincəlmək 
təlabatını  da  ödəməklə  yanaşı,  onlarda  mənəvi  rahatlıq 
yaradırdı.  Açıq  hovuz  kənarında  böyüklər  və  uşaqların 
unudulmaz  istirahəti  üçün  gözəl  şərait  təşkil  olunubdur. 
Burada  hovuz  kənarında  günəşdə  qaralmaq,  balıq  tutmaq, 
ovçuluq, Jeep  safari, atla gəzinti, dağa qalxmaq təklif olu-
nan  əyləncəyə  daxildir.  Təbii  mənzərə  ilə  insan  əməyi 
nəticəsində  yaradılan  möcüzənin  vəhdəti  ayrıca  kalorit 
təşkil etməklə, yaradıcı insanlar, xüsusən də rəssamlar üşün 
açıq səma altında, işıqlı, gözəl panorama tərtib etmişdi.  
Əliyusif Allahın yaratdığı bu cənnət məkanın gözəlliyinə 
o  dərəcədə  məftun  olmuşdu  ki,  o,  yanında  dayanan 
“Leksus” markalı avtomobili və həmin atomobildən düşüb 


                                                     
 
  
                                                                            
                                                    
67 
ona  yaxınlaşan  ucaboy,  uzunsifət  kül  rəngli,  qalın  saçlı, 
yaşı 44-48 olan, ciddi baxışlı kişini hiss etmədi. Həmin kişi 
bu  məkana  daxil  olan  qonağın  diqqətini  yayındırmaq 
istəməsə də, lakin Əliyusifin qeyri-adi hərəkətlərini özünün 
mənalı  baxışları  ilə  süzməyə  başladı.  Qonaq  isə  əksinə, 
seyrini  davam  etdirən  zaman  ona  tərəf  tuşlanan  mənalı 
baxışların seyrini hiss etdi və özündən asılı olmayaraq, cəld 
həmin adama tərəf döndü.  
-  Salam  müəllim,  -  deyə  Əliyusif  öz  mədəniyyətini 
nümayiş  etdirərək,  nəvazişlə  dilləndi  və  ara  vermədən 
dərhal soruşdu. – Sizə nəsə lazımdır? 
- Xeyr! - deyə həmin adam cavab verdi. – Sadəcə olaraq, 
sizin  mənalı  baxışlarınız  və  dünəndən  bəri  buradakı 
mənzərəni  seyr  etməyiniz,  mənim  diqqətimi,  özünüzə  cəlb 
edibdir. Mənə elə gəlir, siz ya rəssamsınız, ya da ki, şair? 
-  Mən  nə  incəsənət,  nə  də  ki,  ədəbiyyat  sahəsinin 
nümayəndəsiyəm,  amma  bu  sahələrə  dərindən  maraq 
göstərirəm.  –  deyə  müxbir  üzrxahlıqla  dilləndi  və 
qarşısındakı  şəxsin  bu  cür  diqqətli  olmasına  heyranlığını 
gizlətməyərək, özünü təqdim etmək üçün əlini uzadıb dedi: 
-  Uzun  müddət  qəzetlərdə  müxbir  kimi  fəaliyyət  göstərən, 
təbiətin vurğunu olan Əliyusif Cümşüdov.  
Məmnunluğunu  gizlətməyən  həmin  adam  qonağın  əlini 
ehtirasla sıxaraq dedi: 


                                                     
 
  
                                                                            
                                                    
68 
-  Qədəm  qoyduğunuz,  “Relax”  istirahət  kompleksinin 
sahibi Hacı İqbal Məmmədov. 
Bu  təqdimatdan  sonra  Əliyusifin  sifətindəki  mimika 
dəyişildi.  Hacı  İqbal  Məmmədov  həm  Lerikdə,  həm  də 
Azərbaycanın  bir  çox  rayonlarında  kifayət  qədər  tanınmış 
bir  iş  adamı  idi.  Müxbir  təbəssüm  hissini  gizlətmədən 
pafosla dedi:  
- Nəhayət ki, mən, dağlar qoynunda əsl möcüzə yaradan 
qurucu  şəxslə  əyani  surətdə  tanış  oldum.  Sizin  adınızı 
eşitmişdim,  amma  özünüzü  görməmişdim.  Lerikin  bu 
hissəsində etdiyiniz qəhrəmanlıqlardan haliyəm.  
-  Bu  işdə  mənə  yardımçı  olanlar  var.  –  deyə  Haci  İqbal 
təvazökarlıqla dilləndi. – Yaxşı dəstək olmasa idi, bu qədər 
işi həyata keçirmək mümkün deyildi.  
- Gəlin etiraf edək ki, siz Azərbaycanın belə bir füsunkar 
gözəlliyə malik olan bu ərazidə, belə bir məstedici istirahət 
ocağı yaratmağa nail olmusunuzsa, bunu yalnız qəhrəman-
lıq  adlandırmaq  olar.  Getdiyiniz  müqəddəs  torpaq,  sizə 
halal olsun! 
-  Çox  tərifləməyin,  -  deyə  “Relax”ın  sahibi  təvazö-
karlığından əl çəkmədi. – təriflənəsi işlər, hələ qabağdadır. 
Çünki  istirahət  kompleksindəki  işlər  hələ  də  davam  edir. 
Layihə  üzrə  aparılan  işlər,  hələlik  başa  çatdırılmasa  da, 
əlavə  olaraq  yeni  layihələr  tərtib  olunur.  İstəyirəm  ki,  bu 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə