Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə16/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

                                                     
 
  
                                                                            
                                                    
61 
düşəndən sonra gəlib çarpayısına uzanır. Belə bir məkanda 
adam gününü gəzmək və əylənməklə keçirməlidir. 
Məhz  bundan  sonra  jurnalist  sorğu-sualı  dayandırdı. 
Qonaqlar  çayı  içən  kimi  bir  daha  Əliyusifə  pələməyə 
getməyi təklif etdi.  
-  Mən  bir  qədər  istirahət  edəndən  sonra,  kompleksin 
aşağı  hissəsinə  gəzintiyə  çıxacam.  –  deyə  müxbir  minnət-
darlığını bildirərək, masanın üstünü təmizləməyə başladı.  
Onlar  heç  bir  əlavə  təklif  etmədən  jurnalisti  otaqda  tək 
buraxmalı oldular. 
 
 
 
              
VI fəsil. Yorulmaq bilməyən müdir 
 
Gecə  yatağından  duran  Günəş  özü,  şərqdə  yerləşən 
dağların  arxasından  çıxmasa  da,  onun  gözqamaşdırıcı  iti 
şüaları dağların arxasından qalxıb, ağ rəngli topa buludları 
yara-yara  səmaya  tərəf  ucalırdı.  Hələlik  Talış  dağları  öz 
əzəmətilə,  nəhəng  Göy  cisminin  çıxmasına  müqavimət 
göstərirdi.  Sanki  o,  yaşıl  və  tünd  boz  rəngli  zirvələrilə 
Günəşə  meydan  oxuyurdu.  Lakin  bütün  bu  müqavimətə 
baxmayaraq, hər dəfə Günəş bu dueldən qalib çıxıb, həmin 
əzəmətli dağların başı üzərində dövrə edərək, incimiş halda 


                                                     
 
  
                                                                            
                                                    
62 
bu ərazilərdən yan ötürdü və əks istiqamətdə Kiçik Qafqaz 
dağlarını arxada qoyaraq, möhtəşəm Qara dəniz və Avropa 
qitəsinin  üzərində  baş  əyirdi.  Yuxarıda  hökmranlıq  edən 
qızıl disk on beş saatdan bir qədər artıq Göydə hərəkət edib
öz  yerini  gümüşü  rəngli  diskə  təhvil  verərək,  Talış 
dağlarının gözündən yoxa çıxırdı. 
Yay  mövsümündə  5-6  saat  davam  edən  qaranlıqdan 
sonra  Günəş  bir  daha  Xəzər  dənizinin  o  tayından 
boylanaraq, “Relax”ın heyranedici səthini nura qərq edirdi. 
Sözsüz ki, planetimizə ən yaxın olan ulduzun bu qeyri-adi 
hərəkəti  və  Yer  kürəsilə  bu  cür  şıltaq  davranışı  təbiətin 
möcüzəsi  sayılırdı.  Etiraf  olunmalıdır  ki,  Allahın  yaratdığı 
təbiət  aləmi  Yer  kürəsinə  gözəllikdən  başqa  heç  bir  şey 
bəxşiş etməmişdi. 
Əliyusif  müvəqqəti  olaraq  məskunlaşdığı  mehmanxana-
nın  eyvanında  dayanıb,  sübh  zamanı  yaranan  bu  mənzərə-
nin  gözəlliyindən  məftun  olaraq,  məhəbbət  duyğularının 
qığılcımlarının  hərəkətini  hiss  etmədi.  Burada  çalışan 
mühafizə  xidmətinin  əməkdaşları  nəzərə  alınmasa,  təbiət 
aşiqindən  başqa  heç  kim  yuxudan  ayılmamışdı.  Lakin 
qəribə  olsa  da,  diskoteka  tərəfdən  yüksək  olmayan  səs  ilə 
mahnı  səsi  gəlirdi.  Ruhinin  ifasında  olan  həmin  “Sevdim” 
adlı mahnı sutkanın bu çağında səslənəndə adam lap mey-


                                                     
 
  
                                                                            
                                                    
63 
xoş  olurdu.  Müxbir  qulaqlarını  şəkləyib  avazla  səslənən 
sözlərə diqqət yetirməyə başladı.  
 
        “Bir gün gecədən açılan,  
        Səhərin gözünə salam ver.  
        Hər gün sevgidən danışan,  
        Ürəyə yenə də aram ver”. 
 
Əlbəttə  ki,  məhəbbət  aşiqi  olan  Əliyusifi  mahnının 
sözləri  riqqəttə  gətirdi.  İş  ondadır  ki,  həmin  mahnının 
melodiyası  elə  notlarda  yazılmışdı  ki,  sanki  onun  ifaçısı 
burada  yox,  qat-qat  uzaqlarda  idi.  Yəni,  mahnı  burada 
səslənir, füsunkar gözəlliyə malik olan Ruhi isə yaşıl libasa 
bürünümüş  əzəmətli  dağların  arasında  dayanıb,  orada 
oxuyurdu.  Günəşin  oyanması,  sabahın  açılması,  təbiətin 
şehə qərq olması və ürəyə yatımlı mahnının səslənməsinin 
vəhdəti gözəl harmoniya yaradırdı.  
Müxbir  üfüqə  və  hərdənbir  səmaya  nəzər  yetirərək, 
mehmanxananın  qarşısındakı  uşaq  meydançasına  tərəf 
gedib,  orada  əyləşmək  üçün  özünə  münasib  skamya 
seçməyə başladı.  
İki  mehmanxananın  və  sıra  ilə  düzülmüş  kotteclərin 
qarşısı  ilə,  Lənkaran  çayının  üstündəki  körpüdən  başlanan 
yol,  istirahət  kompleksinin  yenicə  inşa  edilən  ikinci 


                                                     
 
  
                                                                            
                                                    
64 
ərazisinə  qədər  uzanırdı  və  həmin  yol  boyu  uşaq 
meydançasında  cürbəcür  növlü  skamyalar  vardı  –  üstü 
çətirli,  tərpənməz,  yellənən  skamyalar.  Skamya  seçimində 
tərəddüd  edən  Əliyusif  ora-bura  ayaq  döysə  də,  bir  qərara 
gələ  bilmirdi.  O,  gah  şərqdən  boylanan  Günəşə  və  onun 
aşağısındakı  dağlı  meşələrə,  gah  da  qərbdə  vadidə  kök 
salan Küləfirəngiyə qəribə nəzər salaraq, özü üçün münasib 
yer seçməyə çətinlik çəkirdi.  
Gənc  jurnalist  sanki  özünü  burada  narahat  hiss  edirdi. 
Elə  bil  vadidəki  bu  açıqlıq  və  insan  əlləri  ilə  yaradılan  bu 
süni meydança onu sıxıntı işərisində saxlayırdı. Məhz buna 
görə  də  o,  özünə  daha  da  münasib  yer  tapmaq  üçün  bir 
qədər  irəliyə,  qarşıdakı  uçuruma  tərəf  yollandı  və  oradan 
aşağıdan  yuxarıya  qədər  sarmaşıq  kimi  qalxan  pilləkənin 
vasitəsilə  Lənkəran  çayının  sahilinə  endi.  Elə  burada  da 
həm  təbiətin,  həm  də  insan  əməyinin  vəhdəti  ilə  gözəl 
meydançalar  yardılmışdı.  Sol  meydançanın  qabağında 
çayın  üzərində,  şəxsən  Hacı  İqbalın  təşəbbüsü  ilə  süni  göl 
düzəldilmişdi  ki,  kompleksdə  istirahət  edən  qonaqlar  ora-
dakı katamaran və qayıqlarla gəzintiyə çıxsınlar. Sağ tərəf-
də  isə  açıq  səma  altında  konsert  meydançası  yaradılırdı. 
Demək  olar  ki,  səhər  tezdən  gecə  saat  birə  qədər  hamının 
mədəni  istirahəti  üçün  şən  diskoteka  təşkil  olunurdu. 
Diskotekadan 50-60  metr sağ tərəfdə dəmir qəfəslərdə ayı, 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə