Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

42 

 

də bir qətnamə və 20-dən az bəyanat qəbul edilib, debatlar, 



parlament sorğuları keçirilib və s.  

Bu cür kəskin fərqi nə ilə izah etmək olar? Azərbaycanda və 

Ermənistanda demokratiyanın inkişafına diqqətdə bu qədər böyük 

fərqi nə ilə izah etmək olar? Ermənistanın profil ehtiyacları Avropa 

parlamentarilərini daha narahat etmirsə, bəlkə biz demokratik 

inkişafın Skandinaviya modelinin Ermənistanda qalib gəlməsini 

nəzərdən qaçırmışıq?  

Amma yox. Hər halda, Avropa Parlamentinə xatırlatmağa dəyər 

ki, məhz Serj Sarkisyan rejimi Yerevanda kütləvi nümayişin 

amansızcasına dağıdılmasına sanksiya vermiş, nəticədə 2008-ci il 

prezident seçkilərindən dərhal sonra aksiya iştirakçılarından 10 nəfəri 

soyuqqanlıqla qətlə yetirilmişdir. 2013-cü ildə və bu il “Milyon maska 

marşı”nın dağıdılmasına da diqqəti cəlb etmək olar. Bu nümayiş 

zamanı hüquq mühafizə qüvvələri tərəfindən güc tətbiq edilməsi və 

qəddarlıq kütləvi davaya çevrildi. Nəticədə yenə də sosial sıxıntılara 

və elektrik enerjisi üçün tariflərin hədsiz yüksək olmasına etiraz edən 

yüzlərlə dinc insan zərər çəkdi.  

Aİ müşahidəsi və etiraf olunması ona sərf etməyən məsələlərə 

göz yummağı bacarması ilə məşhurdur. Bu da Brüsselin fəaliyyətinə 

dağıdıcı elementlər daxil edir, güc mərkəzi kimi ona etimadı sarsıdır.  

Qətnamələr qəbul olunarkən səsvermədə iştirak edən 

deputatların sayı mühüm amildir. Məlum olduğu kimi, Avropa 

Parlamentinin deputatlarının ümumi sayı 751 nəfərdir. Lakin təcrübə 

göstərir ki, Azərbaycana dair qətnamələr qəbul edilərkən səsvermədə 

təxminən 50-60 deputat iştirak edir. Məsələn, 2011-ci il 12 may 

tarixli qətnamə qəbul edilərkən cəmi 54 deputat, 2012-ci il 20 may 

tarixli qətnamə qəbul ediləndə isə 56 deputat iştirak edib. Bu 



43 

 

dinləmələrdə əsasən eyni deputatlar iştirak edir. Onların çoxu erməni 



lobbisi ilə bu və ya digər yollarla bağlıdır.  

Burada soruşmaq lazımdır: deputatların 10 faizdən azının iştirak 

etdiyi səsvermənin nəticələrini bütün Avropa Parlamentinin nöqteyi-

nəzərini əks etdirən mövqe hesab etmək olarmı?  

Bundan əlavə, Avropa Parlamentində rəhbər şəxslərin Cənubi 

Qafqaz ölkələrinə səfərlərinin balansı prinsipinə riayət edilmir. 

Avropa Parlamentinin vitse-prezidenti 4 ay ərzində üç dəfə 

Ermənistana səfər edib və bircə dəfə də Azərbaycanda olmayıb. Lakin 

Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamələrin və 

bəyanatların sayı tərs mütənasiblik nümayiş etdirir. Əlbəttə, 

səlahiyyətli şəxslərin tez-tez səfər etdikləri ölkələrə dair bəyanatlar 

verilməsi və qətnamələr hazırlanması məntiqə uyğun olardı. 

Ümumiyyətlə, ölkələrə səfər etmədən, vəziyyətlə bilavasitə yerində 

tanış olmadan necə obyektiv qətnamələr qəbul etmək olar?  

Avropa Parlamentinin prezidenti Martin Şults dəfələrlə 

Azərbaycana münasibətdə qərəzlilik nümayiş etdirib. Keçən il o, 

Azərbaycanda əsir düşmüş erməni təxribatçısı Karen Petrosyanın 

ürək tutması nəticəsində ölümünü pislədi. Lakin Martin Şults erməni 

işğalçı qüvvələri tərəfindən azərbaycanlıların saxlanılması, onların 

hələ də girovluqda qalması və beynəlxalq təşkilatların bütün səylərinə 

baxmayaraq Vətənə qayıda bilməməsi barədə indiyə qədər bircə 

kəlmə də danışmayıb.  

Cənab M.Şults 2014-cü ildə Saxarov mükafatının təqdim 

edilməsi mərasimindəki çıxışı ilə yadda qalıb. O vaxt bu yüksək 

mükafatı konqolu bir həkim aldı. Aydın olmayan səbəbdən Avropa 

Parlamentinin prezidenti oradakı insanların gözlədiklərinə rəğmən 

əsas mövzudan yayınaraq tədbirdə iştirak edənlərin diqqətini bu 



44 

 

mərasimə heç bir aidiyyəti olmayan hüquq müdafiəçisi Leyla Yunusun 



işi deyilən məsələyə yönəltdi. Bu kazus cənab M.Şultsun Azərbaycana 

xüsusi münasibəti, bəlkə də patoloji “sevgisi və diqqəti” olmasına 

şübhə yeri qoymur.  

Lakin 2015-ci il 10 sentyabr tarixli qətnaməni Avropa 

Parlamentinin qərəzli mövqeyinin apogeyi hesab etmək olar. Bu 

qətnamə, hər şeydən əlavə, Azərbaycanın bəzi məmurlarına qarşı 

sanksiyalar tətbiq etməyə çağırır. Qətnamənin ayrı-ayrı müddəalarını 

təhlil edək.  

Birincisi, Avropa Parlamenti bütün sərhədləri aşaraq jurnalist 

Rasim Əliyevə qarşı törədilmiş məişət cinayətini siyasi cinayət kimi 

qiymətləndirir. Avropalı deputatlara xatırlatmaq istərdik ki, 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu iş üzrə 

istintaq aparılır və şübhəli şəxslər artıq həbs edilib. Dövlət başçısı 

hələ Avropa Parlamentinin reaksiyasından əvvəl, yəni, hadisə baş 

verəndən dərhal sonra istintaqın gedişini şəxsən nəzarətə götürüb. 

Avropa Parlamentinin deputatları bunu bilməyə bilməzdilər ki, 

jurnalistin nahaq yerə həlak olması Azərbaycan ictimaiyyətini, ölkənin 

siyasi elitasını ciddi qəzəbləndirdi.  

Faciəyə səbəb ölkənin futbol klublarından birinin aparıcı 

oyunçusunun sosial şəbəkədə xəbərlər resursunun fotomüxbiri ilə 

sözləşməsi olub. Sosial şəbəkədə yerləşdirilmiş qəzəbli postda 

idmançının meydanda nalayiq hərəkəti kəskin pislənib. Sual edilir: 

siyasi çalarları olmayan və ola da bilməyən bir hadisədə siyasi məna 

tapmaq fikrinə düşmüş bu qondarma “Şerlok Holms”ların 

xidmətlərinə nə dərəcədə ehtiyac vardı.  

İkincisi, Avropa Parlamentinin deputatları Leyla Yunusun 

“səhhətinin pisləşməsi” ilə əlaqədar öz “narahatlıqlarını” bildiriblər. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə