Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə26/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   22   23   24   25   26   27   28   29   ...   253

 

 

86 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

nümayiş etdirir, Yerin biosferinin dinamikasında bəşər tari-



xinin dərin köklərinin olduğunu üzə  çıxarır” və tarixin 

cəmiyyətlə  təbiətin birgə inkişafı kimi başa düşülməsini bizə 

yeni tərzdə göstərir

1

. Deməli, tarix nəinki özlüyündə, həm də 



siyasi-iqtisadi sistemlərin, tarixi dəyişikliklərin sürətinin, o 

cümlədən demokratik tranzitlərin mərhələlərinin öyrənilməsi 

zamanı elmi fənn kimi faydalı ola bilər. Demokratik tranzitlər 

elmi ədəbiyyata “demokratik dalğalar” kimi daxil edilmişdir. 

 

§ “DEMOKRATİYA DALĞALARI” 

 

Dünya təcrübəsi göstərmişdir ki, Avropa mütəfəkkirlərinin 



sosial tərəqqinin əsas istiqaməti kimi bərabərlik və azadlıq ba-

rədə baxışlarının yayılması mövcud siyasi və iqtisadi qaydanın 

dəyişməsi əlaməti altında inkişaf etməyə başlamış Avropa ölkə-

lərinin ictimai-siyasi həyatında transformasiyaya təsir etmişdir. 

Demokratik ideyalar, daha dəqiq desək, hər bir fərdin hüquqla-

rının bərabərliyinə əsaslanan açıq və sivilizasiyalı cəmiyyət qur-

maq istəyi hər cür dəyişikliklərin bazisi kimi qəbul edilməyə 

başlanmışdır. Avropanın XVII əsrin axırlarında qarşılaşdığı so-

sial transformasiyalar və ictimai-siyasi deformasiyalar, əslində, 

demokratik ideyaların bir-birini əvəzləyən, bəzən genişmiqyaslı 

işğalçılıq yürüşləri və iki dünya müharibəsi ilə kəsilən qabarma 

və çəkilmələrini xatırladırdı. 

Niderland və  İngiltərədə inqilablar, ABŞ-ın müstəqilliyinin 

elan edilməsi və Fransada burjua inqilabı qlobal demokratik qa-

barmanın başlanğıcı olmuşdur ki, bu da sonralar Avropada 

Napoleonun istilaçı yürüşləri ilə dayandırılmışdır. Lakin böyük 

müharibələr millətlərin demokratik və sabit məkan qurmaq 

meylini ancaq gücləndirirdi. Hər belə yarımçıq dalğadan və bər-

                                                 

1

 



Всемирная энциклопедия. Философия. М; 2001, стр. 446. 


 

 

87



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

qərar olan dünya qaydasına növbəti postmünaqişə uyğunlaşma-



sından sonra demokratik meyillər Avropa əhalisinin əksər hissə-

sinin zehninə yenidən hakim kəsilmiş, ictimai-siyasi prosesin 

prioritet təmayülünə çevrilmişdir. 

Demokratiyanın dövlət və  cəmiyyətin inkişafının  əsas isti-

qaməti kimi irəli sürüldüyü indiki vaxtda monarxiya prinsipləri 

və kral ailələrinin qohumluğu  əsasında formalaşmış Avropa 

dövlətlərinin (təkcə onların deyil) qarşılaşdıqları tarixi transfor-

masiyaların bütün mürəkkəbliyini real surətdə  dərk etmək və 

qiymətləndirmək bəzən çətindir.  

Onlar cəmiyyətdə  bərabərhüquqlu münasibətlər yaranması 

naminə quldarlıqdan, təhkimçilik hüququndan və  təkbaşına 

idarəetmədən imtina etməli, habelə yeni baxışların təntənəsini 

etiraf etməli olmuşlar. Lakin unutmaq olmaz ki, mütəfəkkirlərin 

qələmindən çıxan demokratiya ideyaları bütün bəşəriyyətin 

zəkasında real təcəssüm edənə qədər uzun və əzablı yol keçərək 

ictimai şüurda rəğbət qazanmışdır. 

Təbii ki, müasir dünyada demokratiya anlamından çox vaxt 

xarici siyasət dialoqunda ancaq atribut kimi istifadə edilir. 

Lakin  əsas etibarilə, demokratiya suveren dövlətin tamdəyərli 

inkişafının həmişə mühüm, hətta deyərdik, təməl amili 

olmuşdur. “Demokratiya” anlayışının tərifi olduqca çoxdur. O, 

siyasi elmin görkəmli tədqiqatçılarının  əsərlərində bu və ya 

digər formada açıqlanmışdır. Demokratiyanın bəzi, daha 

məşhur təriflərini xatırlatmaq istərdik. 

Ralf Darendorff: “Azad cəmiyyət öz təsisat və qruplarındakı 

fərqləri həqiqətən fikir ayrılıqlarını  təmin edən səviyyəyədək 

dəstəkləyir; münaqişə azadlığın həyati əhəmiyyətli nəfəsidir”. 

Adam Pşevorski: “Demokratiya siyasi hakimiyyətin elə təş-

kilidir ki, ... o, müxtəlif qrupların öz səciyyəvi maraqlarını 

gerçəkləşdirmək qabiliyyətini müəyyən edir”. 




 

 

88 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Arendt Leypxart: “Demokratiya nəinki xalq vasitəsilə idarə-



etmə kimi, həm də, Prezident Avraam Linkolnun məşhur müd-

dəasına uyğun olaraq, xalqın bəyəndiyinə müvafiq surətdə ida-

rəetmə kimi müəyyən edilə bilər... Demokratik rejimlər məsu-

liyyətin mütləq deyil, yüksək dərəcəsi ilə xarakterizə olunur: 

onların hərəkətləri uzun zaman kəsiyi  ərzində  vətəndaşların 

nisbi çoxluğunun istəklərinə xeyli dərəcədə uyğun gəlir”. 

Roy Makridis: “Dövlət və cəmiyyət arasında qarşılıqlı asılı-

lığın artmasına, habelə dövlətin fəaliyyətinin (xüsusən iqtisadiy-

yatda) getdikcə genişlənməsinə baxmayaraq, liberal demokrati-

yadan tutmuş sosialist demokratiyasınadək bütün növlərində 

demokratiya dövlətlə  cəmiyyətin fəaliyyət sahələrinin 

bölgüsünə xüsusi diqqət yetirir”. 

Xuan Lints: “Demokratiya... birləşmək azadlığı, söz azadlığı 

hüququnun və  şəxsiyyətin digər başlıca siyasi hüquqlarının 

olduğu siyasi alternativləri formalaşdırmaq və müdafiə etmək 

üçün qanuni hüquqdur; cəmiyyət liderlərinin cəmiyyətin idarə 

olunmasına iradları vaxtaşırı  qiymətləndirilməklə, onların azad 

və qeyri-zorakı surətdə yarışıdır; bütün səmərəli siyasi 

təsisatların demokratik prosesə qoşulmasıdır; siyasi 

mövqelərindən asılı olmayaraq, siyasi birliyin bütün üzvləri 

üçün siyasi fəallıq  şəraitinin təmin edilməsidir... Demokratiya 

hakim partiyaların hökmən dəyişdirilməsini tələb etmir, lakin 

belə dəyişmə imkanı olmalıdır, çünki belə dəyişikliklər faktının 

özü rejimin demokratik xarakter daşıdığının əsas sübutudur”. 

Xuan Lints “Dövlətçilik, millətçilik və demokratikləşdirmə” 

əsərində yazır: “Demokratiya müasir dövləti idarə etmək 

formasıdır... Dövlət olmadan heç bir müasir demokratiya 

mümkün deyildir”

1

. Çünki “qanunvericilik vasitəsilə  dəyişən 



inzibati qaydaya və hüquq qaydasına yalnız dövlət malikdir, bu 

                                                 

1

 “Polis” jurnalı, 1997-ci il,



 

 № 5, səh.10.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə