110
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Saat 20:00-da SQH rejimin devrildiyini elan edir. General
rütbəsindən aşağı rütbədə kiməsə təslim olmaqdan imtina
edən Kaetano hakimiyyəti general Antonio de Spinolaya təh-
vil verir və Ameriko Tomba ilə birlikdə Madeyraya qaçır.
Bir ay sonra Braziliyanın hərbi diktaturası onlara siyasi sığı-
nacaq verəcəkdi.
Lissabonun küçələri camaatla dolu idi. Heç kim gənc za-
bitlərin nə edəcəklərini, – əslinə qalsa, onların uzunmüddətli
fəaliyyət planı da yox idi, – bilməsə də, hamı hiss edirdi ki,
totalitarizm boyunduruğu atılmışdır. Demək olar, qansız-
qadasız baş tutan çevriliş Avropada ən uzunsürən diktaturanı
ləğv etdi və bu, əsl bayram idi. SQH-nin zirehli maşınları se-
vincdən vəcdə gələn izdihamın içində itib-batmışdı. Minlərlə
məktəbli şəhərin mərkəzi küçələrindən keçib gedir və bir
ağızdan deyirdi: “Rədd olsun faşizm!”. Hər yerdə – insanla-
rın əllərində, tüfənglərin lülələrində baş tutan inqilabın rəm-
zinə çevrilən al qərənfillər görünürdü. Bu, “xoşbəxt inqilab”,
“güllər inqilabı” idi.
Kaetano rejimi ictimai dəstəyi artıq çoxdan itirmişdi. Por-
tuqaliyada diktatura 1930-cu illərin əvvəllərində Antonio Sa-
lazar tərəfindən qurulmuşdu. Bundan əvvəl iyirmi il ərzində-
ki sosial və siyasi sarsıntılar, habelə bütün dünyada tüğyan
edən iqtisadi tənəzzül Salazarın sabitlik yaratmaq barədə
vədlərini cəmiyyətin bəzi təbəqələri üçün, ilk növbədə,
torpaq sahibləri, kolonistlər və orta sinfin bir hissəsi üçün
cəlbedici edirdi.
Kaetano hakimiyyəti irsən 1968-ci ildə gəlmişdi. O vaxt
ölkədə “korporativ respublika” deyilən respublika qurulmuş-
du, bir neçə varlı ailə proteksionist qanunların müdafiəsindən
yararlanaraq, maliyyə və sənaye birliklərinə nəzarət edirdi.
111
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Dövlət faşist partiyası özünün gənclər bölməsi istisna ol-
maqla, icazə verilmiş yeganə siyasi təşkilat idi. Yarımhərbi
təşkilatlar solçu fəalları və həmkarlar ittifaqlarını qorxu için-
də saxlayırdı. Müstəqil həmkarlar ittifaqları və tətillər qa-
dağan olunmuşdu. Gizli polis geniş agentlər və ştatdankənar
xəbərçilər şəbəkəsi təşkil etmişdi. İşgəncələr adi hal sayılırdı.
İnqilab gizli polisin zirzəmi və arxivlərinin qapılarını açdıqda
silahlar, sadistcəsinə işgəncə vermək alətləri, qeyri-insani
vəhşiliklərə dair təlimatlar, bu vəhşiliklərin əks olunduğu
fotoşəkillər və xəbərçilərin şəxsi işləri tapılmışdı.
“Üçüncü demokratik dalğa” beləcə başladı və o, “zəfər
yürüşü” ilə və transformasiya edərək, XXI əsrin əvvəlində
özünün “müdaxilə” məkanını Orta Asiya ölkələrinə qədər
genişləndirdi.
1970-ci illərin ortalarından, demokratikləşməyə yeni nəfəs
gəldiyi vaxtlardan etibarən, növbəti tranzit cərəyanlarında fəal
rol oynamağa başlayan heç də təkcə siyasi dairələr deyildi.
Demokratikləşmə prosesinin uğurla getməsində ruhanilərin,
xüsusən, Roma Papası II İoann Pavelin və koreyalı kardinal
Kimin rolu az olmamışdır. Lakin II İoann Pavelin güclü
fəaliyyətindən əvvəl katolik kilsəsi bir sıra transformasiyalara
məruz qaldı. İkinci Vatikan kilsə məclisindən sonra (1962-
1965-ci illər) katolisizm dünya məkanında insan hüquqları və
azadlıqlarının müdafiəsinə münasibətini dəyişdirərək, “ictimai
həyat üçün daha ədalətli şərait yaradılmasını, ümumi sülhün
möhkəm bərqərar olmasını”
1
təbliğ etməyə başladı.
1950-ci illərin ikinci yarısında xristian-demokrat partiya-
larının coşğunluğu səngidi, onların çoxu isə böhrana düşdü.
1
Документы Второго Ватиканского собора. Декрет об экуменизме.
Пункт 23, 4 декабря 1963 г.
112
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Fransa Xristian-Demokrat Partiyası parçalandı, İtaliya
Xristian-Demokrat Partiyası isə sosialistlərlə birləşməyə
məcbur oldu. Ümumiyyətlə, xristian demokratiyasında
müşahidə olunan ideologiyasızlaşma onun getdikcə kilsədən
ayrılması demək idi. Bu partiyalar vətəndaş mənafelərini
açıq şəkildə təmsil edən təşkilatlara çevrildilər. Dinin rolu
isə, müvafiq surətdə arxa plana keçrilirdi. Elə o vaxt Papa
XXIII İoann (1958-1963) kilsənin dünya ilə əlaqələrini artıq
xristian partiyalarının vasitəsilə deyil, mənəvi-dini fəaliy-
yətin köməyi ilə təzələməyi qərara aldı. Bunun nəticəsində o,
həmin partiyalara münasibətdə bitərəf mövqe tuturdu.
Papa XXIII İoannın 1961-ci il mayın 15-də irəli sürdüyü
“Mater et magistra” (“Ana və mürəbbiyə”) sosial
ensiklikası – müraciəti katolik kilsəsinin artıq yeni ruhunu
əks etdirirdi. Əslində, əvvəlki ensiklika kimi, bu da eyni
problemləri – kilsənin sinifləri və sinfi mübarizəni
tanımasından irəli gələn vəzifələrini həll etməyə çalışırdı.
Əvvəllər dünyanın demokratiyaya və sosializmə doğru
getdiyi şəraitdə bu problemlərin həllinə dair təkliflər kilsə
üçün məqbul deyildi. Əgər Papa XXIII İoannın sələfləri
sosial məsələlərdən danışarkən fəhlə
hərəkatının
pislənməsini birinci yerə çıxarır və sosial proqramı isə
yalnız ikinci növbədə irəli sürürdülərsə, XXIII İoannın
dövründə əsas diqqət daha humanist ictimai və iqtisadi
sistem hazırlanmasına yönəldilmişdi. Lakin sosial
ziddiyyətlərin həllinə dair yeni nəzəriyyə ancaq metodlar,
necə deyərlər, intonasiya baxımından yeni idi. Belə bir tezis
əsas olaraq qalırdı ki, kilsə və dövlət müdrikliklə qarşılıqlı
fəaliyyət göstərərək, əməklə kapital arasındakı ziddiyyətləri
addımbaddım aradan qaldırmalıdır. Elə həmin vaxt Papa
XXIII İoann paternalizmlə əlaqəni kəsdi, çünki sinfi müba-
Dostları ilə paylaş: |