107
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Bizi azad edən o deyil ki, öz
üzərimizdə
heç bir hakimiyyəti
tanımırıq, bizi azad edən odur ki,
bizdən yuxarıda olana hörmət
bəsləməyi bacarırıq. Çünki belə
hörmət bizim özümüzü ucaldır.
Höte
çıxışlarının yatırılmasına yönəldilmiş terror siyasəti, ölkədə
aparılan iqtisadi siyasətdən cəmiyyətin narazılığının artması və
bunun nəticəsi kimi əməkçilər tərəfindən daim mitinq və tətillər
keçirilməsi təkan verirdi. 1966-cı ilin yanvarında Yunanıstanda
eyni vaxtda 80 mindən çox fəhlə və qulluqçu tətil edirdi ki, bu
da ölkənin istehsal potensialının dörddəbirinə bərabər idi; 1966-
cı ilin iyununda 20 min bank qulluqçusu tətil etdi: 6 mindən çox
poçt işçisi 48 saatlıq tətil elan etdi; həmin ilin avqustunda
Afinanın 150 min dövlət qulluqçusu tətilə başladı, oktyabrda isə
bütün Yunanıstanda artıq 180 min tikinti fəhləsi tətil edirdi.
1967-ci il aprelin 21-də
Afinanın küçələri ilə hərəkət
edən tankların səsi şəhər
sakinlərini yuxudan oyatdı,
radio isə polkovnik Papado-
pulosun yunan xalqına mü-
raciətini verirdi. O, müra-
ciətdə bildirirdi ki, ölkədə
inqilab baş vermişdir. Lakin bu, dövlət çevrilişi idi.
Papadopulos başda olmaqla hərbi hökumət hakimiyyətə gəldi
və ölkəni 1974-cü ilədək idarə etdi. Hərbçilərin özləri çevrilişi
“ölkəni qarmaqarışıqlıq və dağıntı vəziyyətindən çıxarmalı olan
21 aprel inqilabı” adlandırırdılar.
Yunanıstan tarixinin bu mərhələsi xarici tarixşünaslıqda
hərbi diktatura yaradılması kimi şərh edilirdi, çünki 1967-ci ilin
dekabrında rəsmən istefaya çıxan hərbçilərin hakimiyyətinin
yeddi ili ərzində heç bir demokratik təsisat fəaliyyət göstərmə-
mişdir. Parlament seçkiləri ərəfəsində hakimiyyətə gələn yeni
hökumət seçkiləri keçirmədi, bütün siyasi partiyalar qadağan
edilmişdi, kütləvi həbslər aparılmışdı, müxalifətçilər həbs dü-
şərgələrinə salınmışdı. 1967-ci ilin dekabrında uğursuzluqla nə-
ticələnən çevriliş cəhdindən sonra kral Konstantin İtaliyaya sür-
108
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
gün olundu, bütün mətbuat sərt senzura altında idi, hər hansı
yadfikirlilik təzahürü dərhal yatırılırdı.
Ötən əsrin 60-cı illərində demokratiyadan qlobal şəkildə
uzaqlaşma Latın Amerikasının Çili, Uruqvay, Venesuela,
Kolumbiya kimi dövlətlərindən də yan keçmədi. Asiyanın ölkə-
lərindən Hindistan (qismən), Pakistan, Filippin, İndoneziya və
Koreyada demokratiyalar məğlub oldu.
1966-cı ildə Nigeriyada Afrika demokratiyası süquta uğradı.
Demokratik proseslərin donorları olan iri dövlətləri tədricən
bürümüş siyasi və iqtisadi böhranlar nəticəsində demokra-
tikləşmənin ikinci dalğası öz tarixi irəliləyişini başa çatdırdı.
Avropa ölkələri daxili iqtisadi problemlərə cəlb olunmuşdu və
Keynsçilik sisteminin səmərəsizliyi ilə əlaqədar bunlar gündən-
günə artırdı.
ABŞ Vyetnam müharibəsinə cəlb olunmuşdu, ona xeyli
miqdarda maliyyə vəsaiti, resurslar və qüvvələr sərf edilmişdi.
Bu müharibə iki dünyanın – kommunist və kapitalist dünyala-
rının real qarşıdurması kimi qiymətləndirilirdi. SSRİ o vaxt
Nasir rejiminin təsir dairəsinin genişləndirilməsi vasitəsilə
Yaxın Şərqdə öz mövqelərini gücləndirməyə çalışırdı ki, bunda
da məqsəd, ABŞ-a əks olaraq, ta İsrailədək “kommunist”
zolağını gücləndirmək və beləliklə, ərəb dünyasına öz təsirini
saxlamaq idi. O dövrdə Fransa və Almaniya beynəlxalq siya-
sətdə müstəqil rol oynamır və ümumdünya işlərində öz şərtləri-
ni qəbul etdirə bilmirdi, buna görə də demokratiyanın geniş-
ləndirilməsinə dair qlobal layihələrdə onların iştirakı çox cüzi
idi. ABŞ izolyasionizm siyasətindən imtina etdikdən sonra
Böyük Britaniya satellit rolu ilə razılaşdı.
Demokratikləşmənin ikinci dalğası bir müddətdən sonra
təzədən və yeni qüvvə ilə başlanmaq üçün sona yetdi.
109
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
§ ÜÇÜNCÜ DALĞA
S.Hantinqton Portuqaliya inqilabını Üçüncü dalğanın baş-
lanğıc nöqtəsi adlandırır. Amerika politoloqu F.Şmitter də bu
fikirdədir. Portuqaliyada yarım əsr mövcud olmuş hərbi reji-
min yıxılması üçün cəmi bircə gün vaxt lazım gəldi.
1974-cü il aprelin 25-də, cümə axşamı günü saat 12.25
dəqiqədə radio ilə səslənən mahnı üsyançılara işarə oldu.
Kapitan Salquera de Maya Lissabondan 50 mil məsafədə
yerləşən Santarim hərbi bazasından səkkiz zirehli maşını və
piyadalarla dolu on yük maşınını çıxararaq, paytaxta tərəf
hərəkət etdi. Silahlı Qüvvələr Hərəkatının (SQH) – Radikal
əhval-ruhiyyəli orta pillə zabitlər təşkilatının təsiri altında
olan bəzi digər bölmələr də çıxış etdilər. 5-ci piyada alayı
paytaxt radiostansiyasını tutdu, radiostansiya saat 17.30
dəqiqədə SQH-nin ilk rəsmi məlumatını verdi. Bu, polisə və
orduya kazarmalarda qalmaq barədə müraciət idi.
Baş nazir Martsello Kaetano hələ respublika milli qvar-
diyası hissələrinin, rejimin pretorianlarının yerləşdikləri Kar-
mo kazarmalarında gizlənməyə cəhd göstərirdi. Üsyançı böl-
mələr Karmoya gedən yolda briqadir Raysın komandanlıq et-
diyi 7-ci əlahiddə diviziyanın tankları ilə qarşılaşdılar. Aza-
cıq çaşqınlıqdan sonra Raysın adamları üsyançıların tərəfinə
keçdilər. Minlərlə fəhlə və gənc küçələrə axışdı. Baş Qərar-
gah tutulmuş, hava limanları bağlanmış, əsas nazirlər həbs
edilmişdilər. Qoşunlar Lissabona gedən yolu kəsmiş və əhə-
miyyətinə görə ikinci şəhər olan Portunu qoruyurdular. Üs-
yançılara yalnız hamının nifrət etdiyi məxfi polis müqavimət
göstərirdi, hiddətlənmiş kütlə onun iqamətgahını mühasirəyə
almışdı. Üsyana qalxan xalqa mənasız müqavimət cəhdi za-
manı məxfi polisin agentləri bir neçə adamı güllələmişdilər.
Dostları ilə paylaş: |