Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə40/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   36   37   38   39   40   41   42   43   ...   253

 

 

128 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

hərəkatının vüsət alması  və beynəlxalq münasibətlərin on 



beş müstəqil subyektinin meydana gəlməsi ilə  nəticələnən  

yeni dövrü başlandı. 

Yer kürəsinin geosiyasi və geoiqtisadi strukturlarının 

transformasiyaları, hər yerdə neoliberal modelin yayılması və 

kapitalist beynəlmiləlləşdirilməsinin qlobal xarakteri keçmiş 

kommunist  Şərqinə münasibətdə ABŞ-ın yeni strategiyasını 

müəyyən etdi. Müvafiq olaraq, “üçüncü demokratik dalğa” 

başqa istiqamət və başqa sürət alırdı. 

1980-cı illərin sonunda Şərqi Avropada və SSRİ-də baş 

verən çevik proseslər Bretton-Vud sazişinin (1945-ci il, Bey-

nəlxalq Valyuta Fondunun – BVF-nin  yaradılması) və Şima-

li Atlantika müqaviləsinin təməlini qoyanların ideologiyasına 

əsaslanın neoliberalizm modelinin yayılmasını sürətləndirdi. 

Dünya nizamının yeni modelinin sərhədləri qısa vaxt ərzində   

Sovet İttifaqının qərb hüdudlarına çatdı. 

1991-ci ildə Sovet Sosialist Respublikaları  İttifaqı süqut 

etdi. Dünyanın quru ərazisinin 1/6-ni tutan və  qərb həyat 

tərzinin  əsas antaqonisti olan nəhəng imperiya çökdü. Bu 

ölkədə sistemin özü dünyanın inkişaf meyillərinə müqavimət 

göstərirdi, çünki ölkə özlüyündə avtarkiya idi. Lakin bu 

tədqiqat işinin məqsədi Sovet İttifaqının dağılması ərəfəsində 

və ondan sonra cərəyan edən hadisələrin xronologiyasının 

təhlili və  tədqiqi deyildir. Bizim məqsədimiz – demokra-

tikləşmə dalğasının tranzit cəmiyyətlərdə, o cümlədən Azər-

baycanda nə ilə nəticələndiyini izah etməkdir. Lakin əvvəlcə 

öz müşahidələrimizlə bölüşmək istərdik. 

Fikrimizcə, “üçüncü demokratik dalğa”nın güclənməsinə 

və demokratik dövlətlər qurşağının yaranmasına gətirib çı-

xaran bir sıra səbəb mövcuddur. SSRİ-nin dağılması ilə 



 

 

129



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

demokratik  dalğa  Şərqi Avropa ölkələrini bürüdü. Şərqi 



Avropa ölkələrində bu, demokratik dəyişikliklərin artıq 

ikinci dalğası idi. İlk demokratik transformasiyaların 1956-

cı ilin faciəli Macarıstan hadisələri və “insan sifətli 

sosializm” qurmağa çalışan 1968-ci il “Praqa baharı”nın 

kədərli yekunları ilə  nəticələnən rüşeymləri çoxlarının 

yadındadır. 

Hələ 1980-ci ildə Polşada qdansklı  fəhlə Lex Valensa 

tərəfindən yaradılmış “Solidarnost” azadlıq və yenilik tələb 

edən siyasətin başında durdu. 1978-ci ildə Roma katolik 

kilsəsinin başçısı seçilən keçmiş Krakov kardinalı Karol 

Voytılanın bir ildən sonra (1979-cu  ildə) Polşaya pastor 

səfəri də buna kömək etdi.  Onunla görüşlərdə milyonlarla 

insan nəinki dini saflaşma duyğuları keçirir, bu insanlar həm 

də özlərini vətəndaş kimi dərk edir, böyük ictimai qüvvə 

kimi hiss edirdilər.  Şərqi Avropa ictimai inkişafın 

demokratikləşdirilməsi  əhval-ruhiyyəsindən qidalanan köklü 

transformasiyalara hazır idi. 

Macarıstanda demokratikləşmə bir qədər ağrılı başladı. 

1987-ci ildə Yanoş Kadar 75 illik yubileyini qeyd etdi. 

Macarıstan cəmiyyətinin həm yuxarı, həm də  aşağı 

təbəqələrində başa düşürdülər ki, ölkənin siyasi rəhbərliyini 

dəyişmək vaxtı çatmışdır, lakin  onlar buna hazır deyildilər. 

Nəhayət, cəmiyyət içərisində Yanoş Kadarın vəzifədən gö-

türülməsi və təcili olaraq sosial müqavilə barədə danışıqların 

başlanması fikri möhkəmləndi. Həmin andan ara verməyən 

böhranlar Macarıstanı lərzəyə gətirdi. Yeni elita hakimiyyətə 

yalnız 1990-cı illərin  əvvəlində  gələ bildi. Lakin onların nə 

cəmiyyətin aşağı hissəsinin tələblərini tez bir zamanda ödə-

məyə, nə də ki,  yubanmadan demokratik seçkilər keçirmək 

üçün təşkilatlanmağa resurs və iradələri çatdı. 




 

 

130 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

S.Hantinqtonun yazdığı kimi, Şərqi Avropada demokratik 



təcrübənin ümumi akselerasiyası – sürətlənməsi  prosesi ge-

dirdi. Məsələn, Polşanın demokratik tranziti üçün 10 il, 

Macarıstanda 10 ay, Şərqi Almaniya və Çexoslovakiyada 10 

gün, Rumıniyada isə 10 saat lazım oldu. 

İndi aydındır: keçən  əsrin 80-ci illərinin sonu – 90-cı 

illərinin əvvəllərində sosialist ölkələrində baş verən hadisələr 

qanunauyğun tarixi proses idi. Bu proseslər  yeni 

transformasiyalarda təzahür etdi və  nəticədə özünü siyasi

iqtisadi və sosial-mədəni mühitdəki dəyişikliklərdə göstərdi. 

Bəs “üçüncü demokratik dalğa”nın ikinci mərhələsinin 

güclənməsinə, onun Şərqi Avropaya, sonra bütün postsovet 

məkanına ekspansiyasına, nəhayət, demokratik rejimlərin 

birləşməsinə  səbəb nə oldu? Fikrimizcə, postsosialist 

məkanın demokratikləşməsinin yeni mərhələsinə  aşağıdakı 

ardıcıllıqla  düzülən amillər səbəb olmuşdur: 

1. SSRİ-dəki dürğunluq və tənəzzül, Afrika, Yaxın Şərq, 

Şərqi Avropa və  nəhayət, sovet respublikaları  

üzərində  nəzarətin itirilməsi və bunun nəticəsində bir 

sıra etnomilli münaqişələrin, xalq və milli azadlıq 

hərəkatlarının meydana gəlməsi onların, Mərkəz 

tərəfindən amansızlıqla yatırılması  və bu səbəbdən 

amortizasiya əks-reaksiyası doğurması. 

2. Sovet İttifaqı tərəfindən təklif edilən inkişaf modelinin 

Şərqi Avropa ölkələri üçün iqtisadi cəhətdən cəlbedici 

olmaması, planlı təsərrüfatın tam iflası və bazar təsər-

rüfatının vüsət alması. 

3. ABŞ-ın iqtisadi və hərbi-siyasi baxımdan güclənməsi, 

dünyada üstünlüyü ələ almaq cəhdləri. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə