Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə48/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   44   45   46   47   48   49   50   51   ...   253

 

 

153



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Makiavelli nə deyir‐desin,

heç bir qala

 

xalqın etimadı ilə

müqayisə edilə bilməz. 

 

Napoleon Bonapart 

tədricən iqtisadi fəaliyyətin bütün sahələrindən sıxışdırıb 

çıxaracaq istehsalat emalatxanaları, kooperasiyalar, birliklər 

təşkil etməkdə muzdlu işçilərə kömək edəcədir. 

Sosial demokratiya ideyasının yayılmasında həmin ideya 

tərəfdarlarının zor gücünə, məcburi yolla sosializm quruluşu 

yaratmağın mümkünlüyünə inanmamaqları böyük rol oyna-

mışdır. 


XIX  əsrin ikinci yarı-

sında sosial demokratiyanın 

ən parlaq nəzəriyyəçilərin-

dən biri publisist və  vəkil 

Ferdinand Lassal (1825-

1864) olmuşdur. Yalnız Marksın deyil, həm də Hegel 

ideyalarının tərəfdarı olan Lassal dövləti fərdiyyətçiliyə  və  

sosial eqoizmə qarşı duran kütləvi marağın təcəssümü hesab 

edirdi. O, “İşçilərin proqramı” kitabında yazırdı ki, dövlətin 

mənəvi təbiəti, onun əsl və yüksək amalı  bəşər övladının 

azadlıq istiqamətində inkişafından ibarətdir. Bəşər tarixi tə-

biətlə, səfalətlə, nadanlıqla, yoxsulluqla, hər cür əsarətlə mü-

barizə tarixidir. O yazırdı: “Azadlığın inkişafı bu zəifliyin 

tədricən aradan qaldırılmasıdır”. Lassal vurğulayırdı ki, 

dövlət cəmiyyətin təşkilati və birləşdirici  əsasıdır. Lakin 

müasir cəmiyyətdə dövlət öz ideal mahiyyətinə uyğun 

gəlmir, çünki burjuaziya dövləti “pulun kobud materiyasına” 

tabe edir. Əmlak senzinin köməyi ilə burjuaziya dövləti öz 

xidmətçisinə, mühafizəçisinə, “gecə gözətçisi”nə çevirir. 

“Dövlət gecə gözətçisidir” tərifi publisistikada  uzun illər 

klassik liberalizm doktrinasına uyğun olaraq, heç bir sosial 

funksiya daşımayıb yalnız qoruyucu funksiyalar icra edən 

liberal dövlətə şamil edilmişdir. 



 

 

154 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Lassal burjuaziyanın eqoist hökmranlığından azad olmaq 



və dövlətin əsl, ideal mahiyyətini bərpa etmək üçün mövcud 

əmlak senzinin ləğvini və ümumi seçki hüququnun müəyyən 

olunmasını zəruri hesab edirdi. O, israr edirdi ki, bu, “fəhlə 

zümrəsinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün yeganə 

vasitədir”. 

Ümumi seçki hüququna əsaslanan dövlət, fəhlə sinfinə 

maddi ehtiyacdan və kapitalist istismarından qurtulmağa 

yardım edəcək xalq dövləti olacaqdır. O, “gecə gözətçisi” 

olan dövlətdən fəhlələrə  məhdudiyyətsiz kredit vasitəsilə 

istehsalat  şirkətləri yaratmağa kömək edən “sosial dövlətə” 

çevriləcəkdir. 

XX  əsrin  əvvəli demokratiyanın protektiv və inkişafda 

olan modelləri arasında sərhəd qoyulması ilə  əlamətdar ol-

muşdur. Bu da inkişafda olan demokratiya konsepsiyasından 

nəzəri qolun – sosial liberalizmin ayrılmasına gətirib çıxar-

mışdır. Sosial liberalizmin əsasları Lucjo Brentano, 

Leonardo Trelauni Hobhaus, Tomas Hill Qrin, Con Meynard 

Keyns, Bertil Oxlin və Con Dyuinin əsərlərində irəli sürül-

müşdür. Sosial liberalizm radikal kapitalizmi və sosializm 

məktəbinin inqilabi elementlərini rədd edərək, müsbət azad-

lığa xüsusi diqqət yetirirdi. 

“Bəhsləşən elitizmin” baniləri demokratiyaya sırf texniki 

əhəmiyyət verən Yozef Şumpeter və Maks Veber (xüsusilə 

Y.Şumpeter) olmuşlar. Demokratiyanın bu forması həmçinin 

reprezentativ və ya nümayəndəli demokratiya adlandırılır. 

Onun müəllifləri hesab edirdilər ki, həm qanunvericilik, həm 

də inzibatçılıq məsuliyyətini öz üzərinə götürə bilən  ən 

istedadlı  və  səriştəli hakimiyyət elitasının seçilməsi metodu 

mühüm şərtdir. Bundan başqa, onların fikrincə, demokratiya 



 

 

155



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

elitanın daxilində hər hansı bir qrupun bütün hakimiyyəti öz 



əllərinə keçirməsinə imkan vermir. Əvvəlki modeldən fərqli 

olaraq, bu model institusional baxımdan daha diqqətlə işlənib 

hazırlanmışdır. O, güclü icra hakimiyyətinin, hakim parti-

yanın parlament üzərində kifayət qədər sərt nəzarətinin, 

siyasi rəhbərlikdən asılı olmayan səriştəli bürokratiyanın 

mövcudluğunu nəzərdə tutur. Bu model kütlələrə  ən 

əhəmiyyətsiz rol ayırır: “küçə adamı”nın  əlindən gələn 

yeganə iş seçkilərdə iştirak etməkdir. Elita öz hərəkətlərində 

kütlələrin yalnız avtoritarizmə gətirib çıxara bilən  dəyişkən 

əhval-ruhiyyəsi və maraqlarından tamamilə azad olmalıdır. 

“Bəhsləşən elitizm” real liberal demokratiyanın bir çox xüsu-

siyyətlərini  əks etdirir. Məsələ yalnız  bu xüsusiyyətlərin  

yaxşı  və ya pis olmasındadır. Tədqiqatçıların xeyli hissəsi 

“bəhsləşən elitizm”in “demokratiya modeli” adlandırılma-

sına etiraz edir, çünki onu ruhən açıq-aşkar antidemokratik 

hesab edir. 

Reprezentativ demokratiya nümunəsi ali hakimiyyətin qa-

nunverici hakimiyyətə  məxsus olan, hökumətə isə qanun-

vericilik təşəbbüsü verilən Böyük Britaniyadır. 

“Bəhsləşən elitizmin” bir növü də M.Veberin plebisit de-

mokratiyası olmuşdur. M.Veberin konsepsiyasında demokra-

tiya özlüyündə  məqsəd kimi yox, üsul və vasitə kimi çıxış 

edir. M.Veberə görə demokratiya həm liderlərin seçilməsi 

üsulu və onların hakimiyyətinin qanuni şəklə salınması, həm 

də  əhalinin böyük hissəsinin millətin siyasi işlərinə  cəlb 

olunması üçün vasitədir. Buna baxmayaraq, M.Veberin 

fikrincə, demokratiya adi siyasi məsələləri həll etmək üçün 

yararlı vasitə deyil, belə hallarda, çox güman ki, səsvermə ilə 

deyil, danışıqlar yolu ilə kompromislər lazımdır. Buna görə 

də alim məqsədləri bir insanın digəri üzərində hökmranlığını 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə