162
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Fridrix Hayek və Robert Nozikin “leqal” demokratiyası
bir çox cəhətdən “protektiv” demokratiyaya qayıdışdan iba-
rətdir. Ümumiyyətlə, demokratiya azadlığı müdafiə etmək
üçün lazımdır və bu, çoxluğun hakimiyyəti prinsipini doğrul-
dur. Lakin müdrik və ədalətli idarəetməni təmin etmək üçün
bu prinsipin fəaliyyətinə məhdudiyyət qoymaq lazımdır.
Başlıca məhdudiyyət isə qanunun xalqın iradəsindən üstün
olmasıdır. “Leqal” demokratiya nəzəriyyəçiləri məhz bu
cəhəti anqlsaks konstitusiya quruluşuna aid edirlər. Beləliklə,
“hüquqi dövlət” anlayışı əsas məsələyə çevrilir. “Protektiv”
demokratiya kimi, leqal demokratiya da dövlətin vətəndaş
cəmiyyətindən ayrılmasını nəzərdə tutur. Bürokratik tənzim-
ləmə (ələlxüsus iqtisadiyyatda) minimuma endirilməli, iqti-
sadiyyatda kök salmış marağı olan qrupların fəaliyyəti isə
sərt şəkildə məhdudlaşdırılmalıdır. Bu, ilk növbədə, siya-
sətdən tamamilə kənarlaşdırılmalı olan həmkarlar ittifaqla-
rına aiddir. Demokratiya üçün əsas təhlükəni kollektivçi tə-
mayüllər təşkil edir ki, məhz onların təsiri altında xalqlar
“köləlik yoluna” düşürlər
1
.
Hayekin “Köləliyə aparan yol” kitabı sosializmə qarşı əsl
hücum oldu. Siyasət aləmindəki dəlillərdən istifadə edərək, o,
kitabı bilərəkdən adi oxucuya ünvanlamışdı. Hayek israr edirdi
ki, gəlirin bərabər bölüşdürülməsi kimi sosialist məqsədlərini və
qiymətlər üzərində nəzarət qoyulması kimi bazar iqtisadiyyatına
müdaxilənin sosialist taktikasını qəbul edən demokratik
hökumətlər hökmən totalitar rejimlərə çevrilir. Eynilə totalitar
dövlətlərdə rəqabətli bazar tətbiq etməyə göstərilən hər bir cəhd
son nəticədə siyasi sarsıntılar törədəcək, çünki bazar
münasibətlərinin əsasında duran seçim azadlığı avtokratik
məqsədlərlə bir araya sığmır. “Ola bilsin ki, iyirmi beş il öncə
1
Ф.Хайек .Дорога к рабству (The Road to Serfdom), 1944.
163
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
“planlı cəmiyyət əvəz etdiyi liberal rəqabətli cəmiyyətdən daha
çox azad ola bilər” kimi sadəlövh inam üçün hansısa üzrlü
səbəblər hələ mövcud idi”
1
.
Lakin bu fikirlərin yoxlanılması və
yenidən yoxlanılmasının iyirmi beş illik təcrübəsindən sonra
bunu təkrar etmək, özü də əldə silah bu ideologiyanın yaratdığı
sistemə qarşı mübarizə apardığımız bir vaxtda təkrar etmək
həqiqətən faciəli yanılmaqdır
2
.
“Leqal” demokratiya modeli “yeni sağlar” deyilən siyasi
ideologiyaya daxil olur. İqtisadi planda o, “azad rəqabətə” və
bazar qüvvələrinin hüdudsuz hökmranlığına qayıtmağı təkid
edən neoliberal model tərəfdarlarının mühakimələri ilə
əlaqələnir.
İngilis sözü olan “participation” iştirak etmək mənasını
verir. Həm də qismən demokratiya adlanan məhz bu nəzəriy-
yədə müəlliflər (Nikos Pulantsas, Kerol Peytmen, Bencamin
Barber) səriştəli, bütün cəmiyyətin problemlərini həll et-
məkdə maraqlı olan və fərdiyyətçilik hisslərini kollektiv-
çiliklə birləşdirən yeni tip vətəndaş formalaşdırmaq üçün bir
vasitə görürlər. Nəzəriyyə demokratiyaya dövlət həyatının və
ictimai münasibətlərin bütün sahələrinin təşkil olunmasının
universal prinsipi kimi baxır.
“Partisipator” demokratiyada mahiyyət etibarilə sosial in-
qilabdan söhbət gedir, lakin bu inqilab hakimiyyətin hansısa
ictimai qrup tərəfindən qəsb edilməsi ilə yox (Marksda ol-
duğu kimi), demokratikləşdirmə ilə bağlı olmalıdır. Bu
məqsədə nail olmaq üçün yerlərdə (o cümlədən istehsalatda)
1
The Old World and the New Society: An Interium Report of the Na-
tional Executive of the British Labor Party on the Problems of Reconstruction,
p. 12,16.
2
Ф.Хайек. Дорога к рабству. http://www.Libertarium.ru/ Libertarium/
İ_Lib_roard_xııı)
164
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
özünüidarə özəkləri yaratmaq, siyasi partiyaları daxili de-
mokratik strukturu olan kütləvi hərəkatlara çevirmək, par-
lamentləri xalqın üzünə daha açıq etmək lazımdır. Bu model
qanunun aliliyinə elə böyük əhəmiyyət vermir. Əksinə, insti-
tusional sistem daimi dəyişikliklərə, siyasi formalar üzərində
eksperimentlərə hazır olmalıdır. Bu model yalnız bürokra-
tiyanın sərt tənqidi və onun rolunun azaldılmasına cəhd
göstərilməsi baxımından əvvəlki model ilə üst-üstə düşür.
“Partisipator” demokratiya XX əsrin 60-70-ci illərində
reprezentativ demokratiyanın tənqid edilməsinin təsiri altında
təşəkkül tapmış, “yeni solların” əlində bayraq olmuşdu və
indi də Qərbdə alternativ siyasi qüvvələrin diqqətini cəlb
etməkdədir. Elə bu səbəbdən də o, liberal elita arasında çox
da populyar deyildir. Eyni zamanda, o, həddindən çox vacib
məsələləri cavabsız qoyur.
Elitar demokratiyadan fərqli olaraq, partisipator demokra-
tiya bunu əsas tutur ki, insan ictimai rifahın nə olduğunu
anlayan rasional məxluqdur, ona görə də ağıllı qərarlar qəbul
edə bilir. Bu konsepsiyanın tərəfdarları hesab edirlər ki,
siyasi sahədə insanların irrasionallığı və passivliyinin səbəbi
onların savadlarının çatışmaması və siyasətdə iştirak üçün
bərabər imkanların olmamasındadır. Buna görə də cəmiyyət
hər bir fərdin fəal siyasi sosiallaşması üçün hər cür şərait
yaratmalıdır. Bunun üçün isə, ilk növbədə, vətəndaşların
siyasi prosesdə iştirakı üçün maksimum imkan təmin
edilməlidir.
Demokratiyanın bu modelinin üstünlüyü qərarların qəbul
edilməsində geniş kütlələrin iştirakı sayəsində, həmin
qərarların intellektual baxımdan yüksək səviyyədə əsaslan-
dırılmasındadır.
Dostları ilə paylaş: |