146
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
“Proqramlaşdırıcı liderliyin” əsasını amerikalılar özlərinin
“başqalarının oyununa” və ya başqalarının məqsədlərinə nail
olunmaq prosesinə cəlb edilməsinə imkan verməyən ideya və
strategiyaların irəli sürülməsi təşkil edirdi. Gündəliyə
çıxarılan vəzifə ABŞ-ın aparıcı dövlət rolunu, bərabərlər
arasında birinci olmasını möhkəmlətmək idi. Siyasətini
müəyyənləşdirməyənlərə və potensial rəqiblərə münasibətdə
isə strategiya daha sərt şəkil alır: xüsusilə də Amerika
bayrağı altında koalisiya yaratmaq şübhəlidirsə, sırınan
problem potensial rəqiblərin fəallığını məhdudlaşdırmalı və
resurslarını neytrallaşdırmalıdır. Bu halda birgə gündəliyin
formalaşması məqsədlərin daha aşkar təzyiqlə qəbul
etdirilməsi və başlıca olaraq Amerika resurslarından istifadə
edilməsi yolu ilə baş verir. Başqa sözlə, cəlbolunma qabağını
almaqla uzlaşdırılır.
“Proqramlaşdırıcı liderliyin” strategiyası keçmiş sovet
satellitlərinin qərb təsisatlar sisteminə qəbul olunmağa can
atdıqları vaxtdan yaranmağa başlamışdır. Transatlantik
münasibətlərin gündəliyinə “demokratiya zonasının geniş-
ləndirilməsi” ideyası və ya enlargement and engagement
prinsipi əlavə olundu ki, bunun da praktik təcəssümü NATO-
nun Şərqə doğru genişlənməsidir.
“Demokratiya zonasının genişləndirilməsi” konsepsiyası-
nın ideoloji bünövrəsi Klintonun prezidentliyinin birinci döv-
ründə qoyuldu, praktik təcəssümünü və gələcək inkişafını isə
onun prezidentliyinin ikinci müddətində, Madlen Olbrayt
dövlət katibi olarkən tapdı. Transatlantik gündəliyə müstəqil
dövlətlərin daxilində insan hüquqları və milli azlıqların
hüquqlarının qorunması problemi daxil edildi. Bütövlükdə
“demokratiya zonasının genişləndirilməsi” qərbi avropalı-
ların müstəqil hərbi-siyasi fəallıq “barıtını” Alyansın
147
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Demokratiya burjua
dövlət formalarından biridir və əsl
sosializmə xəyanət... edənlərin hamısı
ona tərəfdardır...
V.İ.Lenin
genişlənməsinə tərəf yönəldərək, hərbi-siyasi Alyansın işti-
rakçılarının xarici siyasət təşəbbüslərini vahid məqsədə isti-
qamətləndirməyə imkan verdi. Bununla da, Alyansın
mövcudluğu yeni postqarşıdurma mənası aldı: “Mən
genişlənirəm, deməli, mən varam”.
Bill Klinton 1995-ci il
oktyabrın 20-də Birləşmiş
Qərargah Rəisləri Komitə-
sinin iclasında çıxışı zama-
nı xarici siyasət fəaliyyəti-
nin aşağıdakı əsas istiqa-
mətlərini bəyan etdi:
“Rusiyanın bizim Yuqoslaviyada təşkil etdiyimiz şə-
kildə regionlararası müharibələr yolu ilə xırda döv-
lətlərə parçalanması;
Rusiyanın hərbi-sənaye kompleksinin və ordusunun
tamamilə dağılması;
Rusiyadan qopmuş bizə lazım olan respublikalarda re-
jimlərin kənar edilməsi”.
Ata C.Buşun respublikaçılar komandasının hakimiyyətə
gəldiyi vaxt ABŞ dünyada demokratik dəyişikliklərin müj-
dəçisinə və inteqratoruna çevrilmişdi. Beləliklə, Karterin,
Reyqanın və ata Buşun dövründə yeni Üçüncü dalğa ABŞ si-
yasətinin təcəssümü oldu. Birləşmiş Ştatlar öz təsir dai-
rəsində olan demokratik hökumətlərin devrilməsinə yol ver-
mir, eyni zamanda, özünün təsir dairəsindən kənardakı döv-
lətlərdə inqilab və çevrilişlər həyata keçirirdi. Nəticədə yeni
demokratik cərəyanların təsiri altında gələcək dəyişikliklərin
mahiyyət və istiqamətini irəlicədən müəyyən edən iqtisadi və
sosiomədəni mühit formalaşırdı.
148
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Tamamilə təbiidir ki, ABŞ qlobal demokratik tranzitlər
prosesində əsas rol oynayırdı. ABŞ-ın köməyi olmadan Filip-
pində Markosun devrilməsindən, 1975-ci ildə Portuqaliyada
sosialistlərin, Polşada “Solidarnost”un qələbəsindən, Cənubi
Koreyanın demokratikləşməsindən söhbət gedə bilməz. Bu
siyahıya Dominikan Respublikasını, Qvatemalanı, Perunu,
Ekvadoru, Çilini, Şərqi Avropa dövlətlərini və s. də əlavə
etmək olar. Bu siyasət ABŞ-ın milli təhlükəsizlik strategiya-
sında öz əksini tapmışdır. Həmin strategiya təkcə öz qitəsin-
də deyil, ondan kənarda da Birləşmiş Ştatların rolunu müəy-
yənləşdirir ki, bu da ona dünyanın ən qüdrətli dövləti sta-
tusunu qoruyub saxlamağı təmin edir.
2001-ci ilin sentyabrında Nyu-Yorkdakı Ticarət mərkə-
zinə və Pentaqona dəhşətli hücumlardan sonra ABŞ-ın siya-
səti daha intensiv yönüm aldı. Prezident oğul C.Buş proqram
bəyannaməsi ilə çıxış edərək dünyaya alternativ təklif etdi:
“Kim bizimlə deyilsə, o, bizim əleyhimizədir”. Amerika
siyasətinin həmin formulu Monro doktrinasının qəbulundan
keçən iki yüz il ərzində dəfələrlə təkrar olunmuşdur.
Xatırladım ki, bu doktrina ABŞ Prezidenti C.Monronun
Konqresə göndərdiyi 1823-cü il 2 dekabr tarixli məktubunda
qeyd olunmuş ABŞ xarici siyasətinin prinsipləri bəyannamə-
sində müəyyən edilmişdir, mahiyyəti isə “Amerika ameri-
kalılar üçündür” prinsipindən ibarətdir. Müasir dövrdə Buşun
ifadəsi faktik olaraq, Amerika maraqlarının yeni zonalarını
elan edirdi.
ABŞ kütləvi informasiya vasitələri “uzun əllər” yurisdik-
siyasının (eonq arm jurisdiction) həyata keçirilməsindən da-
nışmağa başlamışdır. Bunun mahiyyəti xarici dövlətlərə
Amerika hüquq normaları ilə hərəkət etmək göstərişi veri-
ləndə ABŞ milli qanunvericiliyinin beynəlxalq münasibətlər
Dostları ilə paylaş: |