296
130
illiyi
MİRMAHMUD KAZIMOVSKİ
1882-1940
2012
Mirmahmud Mirələkbər oğlu Ka-
zımovski 1882-ci ildə Bakıda anadan
olmuşdur. Atası Mirələkbər kişinin
ən böyük arzusu oğlunu oxutmaq,
ona savad, təhsil vermək idi. İlk
təhsil illərini Hüseyn Ərəblinski ilə
birlikdə alan Mirmahmud sonralar
böyük aktyorla möhkəm dost ol-
muşdur. Hələ məktəbdə oxuyarkən
onlar dram dərnəklərində fəaliyyət
göstərmiş, bir sıra epizodik rollarda
çıxış etmişlər. Sonralar M.Kazımovski
peşəkar artist kimi tanınmağa başladı.
O, Qoqolun “Müfəttiş”ində Filippo-
viç, Nəcəf bəy Vəzirovun “Pəhləvani
zəmanə” əsərində Cahangir bəy,
Şəmsəddin Saminin “Gavə” əsərində
zabit və kəndli rollarında, “Müsibəti-
Fəxrəddin” əsərində Əhməd rolunda
müvəffəqiyyətlə çıxış etmişdir. Eyni
zamanda M. Kazımovski bir sıra Qərbi
Avropa dramaturqlarının əsərlərində
uğurla çıxış etmişdir. Bu əsərlərin
içərisində Uilyam Şekspirin “Otello”
faciəsi xüsusi yer tuturdu.
Azərbaycan teatr tarixində
görkəmli yer tutan səhnə xadim-
lərimizdən biri də Mirmahmud Ka-
zımovskidir. 1897-ci ildə səhnəyə
qədəm qoymuş M.Kazımovskinin
Azərbaycan teatrının inkişafında bö-
yük xidməti olmuşdur. M.Kazımovski
istedadlı artist olmaqla yanaşı, həm
də qayğıkeş müəllim,
dramaturq, re-
jissor olmuşdur. O, 1906-cı ildə ya-
radılmış Bakı Müsəlman teatrının ilk
üzvlərindən biri və təşkilatçısı olmuş-
dur. Azərbaycanda qadınlardan ibarət
aktyor heyəti olmadığı bir zamanda
Kazımovski qadın rollarında çıxış et-
mişdir. O, həm də bir sıra birpərdəli
pyeslərin, vodevillərin və musiqili ko-
mediyaların müəllifi olmuşdur.
M. Kazımovski təkcə aktyor de-
yildi, o, həm də ədəbi yaradıcılıqla
məşğul olurdu. Müəllimlik edir, xalqın
maariflənməsi yolunda əlindən gələni
əsirgəmirdi. Böyük maarifpərvər
Həsən bəy Zərdabi ilə çiyin-çiyinə
çalışan M. Kazımovski Həsən bəy
Zərdabinin ölümündən sonra da onun
ideyalarını təbliğ etmişdir.
M.Kazımovskinin pedoqoji fəaliy
yətinə Həsən bəy Zərdabinin böyük
təsiri olmuşdur. O, bir müddət rus dili,
rəsm, nəğmə, hesab dərsləri deməklə
yanaşı, həm də məktəblərdə idman
dərsi aparmışdır. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycanda idmana aid
ilk dərsliyin müəllifi də Mirmahmud
Kazımovski olmuşdur. Orta məktəb
dərsliyi həcmində yazılmış bu kita-
bın 200-ə yaxın şəkli vardır. Maraqlı
burasıdır ki, müəllif çapa hazırladığı
dərsliyin şəkillərini də özü çəkmişdi.
1938-ci ildə Azərbaycanın əməkdar
artisti adı alıb.
Bütün həyatını Azərbaycan teatrı-
nın tərəqqisinə, xalqın mədəniyyət və
maarifi uğrunda mübarizəyə həsr et-
miş M.Kazımovski 1940-cı il dekab-
rın 1-də Bakıda vəfat etdi.
Ə d ə b i y y a t
Molla Cəbi [Mətn] /Mir-
mahmud Kazımovski .- Bakı
, 1912.
Nə qanır, nə qandırır [Mətn]
: [məzhəkə, bir pərdədə] /
Mirmahmud Kazımovski.-
Bakı , 1911.- 40 s.
Vurhavur [Mətn] : [operet-
ta] /Mirmahmud Kazımovs-
ki.- Bakı , 1915.- 66 s.
Mehdixanlı, T. İşıqla qaran-
lıq arasında [Mətn] : [re-
jissor, dramaturq, Əməkdar
artist Mirmahmud Kazı-
movski haqqında] /Telman
Mehdixanlı // Azərbaycan.-
2005.- 4 dekabr.- S.3.
İ n t e r n e t d ə
az.wikipedia.org
Aktyor
Teatr. Kino.Estrada.Sirk
298
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
800
illiyi
ƏCƏMİ NAXÇIVANİ
XII ƏSR
2012
Böyük memar Əcəmi Əbubəkr oğlu
Naxçıvani XII əsrin 20-ci illərində Nax-
çıvanda anadan olmuş, orada yaşamış
və yaratmışdır. Orta əsr Azərbaycan
memarlığının inkişafında dərin və
silinməz iz buraxmış Əcəmi Naxçı-
vani, Naxçıvan memarlıq məktəbinin
banisi olmuşdur. Əcəmi Naxçıvani-
nin yaradıcılığında görkəmli yer tutan
xüsusiyyətlərdən biri, onun memar-
lıq üslubunda və kompozisiyalarında
xatirə abidələrinə xas olan cəhətlərin
üstünlüyüdür.
Əcəminin məlum olan ilk əsəri
xalq arasında “Atababa günbəzi” adı
ilə məş-hur olan 800 yaşlı Yusif Küse-
yir oğlu türbəsidir. Bu türbə Naxçıvan
şəhərinin mərkəzi hissəsində yerləşir.
Abidə yeraltı sərdabədən və yerüstü
qülləvari hissədən ibarətdir. Bu abidədə
bədiiliklə memarlığın tektonikası
ahəngdar şəkildə birləşmişdir. Əcəmi
Əbubəkr oğlunun ikinci əsəri Möminə
xatun türbəsidir. Abidənin üzərindəki
kitabədən türbənin 1186-cı ildə Atabəy
Eldəgizin oğlu Məhəmməd Cahan
Pəhləvanın arvadı Möminə xatunun
şərəfinə tikildiyi məlum olur. Möminə
xatun türbəsi monumental abidədir.
Möminə xatun qülləvari türbələrin
ən görkəmli bir nümunəsidir. Abidə
yeraltı hissədən və yerüstü qurğudan
ibarətdir. Yeraltı sərdabə hissəsi onbu-
caqlıdır. Möminə xatun türbəsinin əsas
hissəsini təşkil edən yerüstü abidə 10
guşəli, daxildən isə dairəvidir. Bundan
başqa o, qoşa minarəli baştağ kompo-
zisiyası şəklində qurğunu (1187), Bö-
yük Cümə məscidini və mənbələrdə
“darülmülk” adlandırılan Eldəgizlər
sarayını yaratmışdır.
Əcəmi yaradıcılığını Azərbaycan
və Yaxın Şərq ölkələri memarlığına
böyük təsiri olmuşdur. Marağadakı
Göy Günbəz (1196), Naxçıvan yaxın-
lığındakı Gülüstan türbəsi (XIII əsr),
türk memarı Sinanın (XVI əsr) İstan-
bulda tikdiyi türbələr buna misaldır.
Əcəmi yaradıcılığı XII əsr Azərbaycan
mədəniyyəti və ictimai fikrindəki inti-
bahın parlaq təzahürlərindəndir.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
ölüm tarixi təxminən XII əsrin sonla-
rına təsadüf edir.
Ə d ə b i y y a t
Ayxan. Naxçıvan abidələri
[Mətn] /Ayxan // Express.-
2006.- 16 avqust.- S.13.
Əliyev, Q. Memar Əcəmi
Naxçıvani yaradıcılığın-
da ahəngdarlıq [Mətn]
/Q.Əliyev .- Bakı, 2007.-
159 s.
Yılmaz, R. Tariximizdə iz
qoyanlar [Mətn] /Reha
Yılmaz.- Bakı : Xəzər MMC,
2008.- 201 s.
Саламзаде, А. Аджеми
сын Абубекра Нахичевани
[Текст] / А.Саламзаде . -
Баку, 1976.
Memar