Redaksiya heyəTİ: Baş redaktor


Teatr.Kino.Estrada.Sirk 105



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə42/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   38   39   40   41   42   43   44   45   ...   138

100
Teatr.Kino.Estrada.Sirk
105 
illiyi
FATMA QƏDRİ 
1907-1968
APREL
Fatma Qədir qızı Qədri 1907-cı il aprel 
ayının 14-də Rusiyanın Odessa şəhərində 
doğulmuşdur.  Rusca  təhsil  almış  və 
yeniyetmə  yaşlarında  ailəsi  ilə  Bakıya 
köçən Fatma xanım Azərbaycan Pedaqoji 
İnstitutunu bitirmişdir. 
1923-1926-cı illərdə Azərbaycan Teatr 
Texnikumunun  ilk  buraxılışında  aktyor 
diplomu almışdır. Bakı Türk İşçi Teatrı-
nın məktub-tələbnaməsinə əsasən həmin 
kollektivə təyinat almışdır.
1933-cü  ilin  yanvarında  Türk  İşçi 
Teatrı  ədalətsiz  qərarla  Gəncə  şəhərinə 
köçürülmüşdür. Fatma Qədri bir müddət 
burada  işləmiş  və  1935-ci  ilin  yayında 
onu  Milli  Dram Teatrına  dəvət  etmişlər. 
Həmin ilin payızından başlayaraq Fatma 
Qədri ömrünün sonunadək bu kollektivdə 
işləmişdir.  Klassik  və  çağdaş  milli 
dra¬maturgiya  nümunələrində  yaratdığı 
obrazlar onun yaradıcılığında necə layiqli 
yer tutmuşsa, tərcümə əsərlərində ifa et-
diyi səhnə surətləri də bir o qədər dəyərli 
olmuşdur.
Aktrisa  Səməd  Vurğunun  “Vaqif” 
(Xuraman),  “Fərhad  və  Şirin”  (Şi-
rin  və  Məryəm),  “İnsan”  (Amaliya), 
Əbdürrəhim  bəy  Haqverdiyevin  “Pəri 
Cadu”  (Hafizə),  “Köhnə  dudman”  (Baş 
hərəm),  Cəfər  Cabbarlının  “Od  gəlini” 
(Solmaz),  “Aydın”  (Gültəkin),  Mirzə 
Fətəli Axundzadənin  “Lənkəran  xanının 
vəziri”  (Şölə  xanım),  Sabit  Rəhmanın 
“Xoşbəxtlər” (Reyhan), Mirzə İbrahimo-
vun  “Kəndçi  qızı”  (Reyhan  xanım), 
“Məhəbbət”  (Məhəbbət),  Mehdi  Hüsey-
nin  “Cavanşir”  (Zibeydə  xatun), Abdul-
la Şaiqin “Nüşabə” (Nüşabə), Süleyman 
Rüstəmin  “Qaçaq  Nəbi”  (Həcər),  Vil-
yam  Şekspirin  “Otello”  (Emiliya),  “Ro-
meo və Culyetta” (Culyetta), “Kral Lir” 
(Reqana,  Fridrix  Şillerin  “Orlean  qızı” 
(İzabella), “Məkr və məhəbbət” (Luiza), 
Aleksandr  Ostrovskinin  “Tufan”  (Kate-
rina), “Cehizsiz qız” (Larisa), Aleksandr 
Puşkinin  “Dubrovski”  (Maşa),  Mixail 
Ler-montovun “İki qardaş” (Vera Liqovs-
kaya), Tsao Yuyun “Tayfun” (Lu Şi Pin), 
Lev  Şeyninin  “Gizli  döyüş”  (Osenina), 
Onore de Balzakın “Ögey ana” (Polina), 
Aleksandr Şteynin “Şəxsi iş” (Aleksand-
ra Xlebnikova), Lope de Veqanın “Rəqs 
müəllimi” (Felistiana) dramlarının quru-
luşlarında iştirak etmişdir.
Fatma xanım 1933-cü ildə Gəncədən 
Bakıya qayıtdıqdan sonra Teatr texniku-
munda, 1946-cı ildən isə Teatr institutun-
da aktyor sənətindən dərs demişdir. Peda-
qoji  fəaliyyəti  dövründə  onun  rəhbərlik 
etdiyi sinifləri onlarca istedadlı gənc bi-
tirmişdir.  Onun Azərbaycanda  aktyor  və 
rejissor  kadrlarının  yetişməsində  böyük 
xidmətləri olmuşdur.
Fatma Qədri aktyorluq nailiyyətlərinə 
görə  1  fevral  1936-cı  ildə  Azərbaycan 
Respublikasının Əməkdar artisti, 17 iyun 
1943-cü ildə Xalq artisti fəxri adlarına la-
yiq görülmüşdür. Qırmızı Əmək Bayrağı 
və “Şərəf nişanı” ordenləri ilə, həmçinin 
medallarla təltif edilmişdir.
Ömrünün sonuna qədər səhnədən ay-
rılmayan  aktrisa  29  fevral  1968-ci  ildə 
Bakıda  vəfat  etmişdir.  Fəxri  Xiyabanda 
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Mehdixanlı, T. Zirvədən 
eşidilən soraq [Mətn]: 
Fatma Qədri - 100 
/T.Mehdixanlı //Azərbay-
can.- 2007.- 14 aprel.- S.8.
Rəhimli, İ. Fatma Qədri 
[Mətn] //İ.Rəhimli 
Azərbaycan teatr tarixi.- 
Bakı , 2005.- S.323-325.
İ n t e r n e t d ə
 www.anl.az
 www.musiqi-dunya.az 
14
Aktrisa


101
Teatr.Kino.Estrada.Sirk
95 
illiyi
MƏHLUQƏ SADIQOVA 
1917-2003
APREL
Məhluqə  Ələsgər  qızı  Sadıqova 
1917-ci  il  aprel  ayının  28-də  Şuşa 
şəhərində  anadan  olmuşdur.  1  say-
lı  qız  məktəbində  beş  il  oxumuşdur. 
1930-cu ildə ailəsi Bakı şəhərinə köç-
müş və Məhluqə xanım 6 saylı Sovet 
məktəbində  yeddinci  sinifi,  1936-cı 
ildə isə Bakı Tibb Texnikumunun Diş 
texniki  fakültəsini  bitirmişdir.  Tex-
nikumda  təhsil  alanda  eyni  zamanda 
rəqs və dram dərnəklərində də məşğul 
olmuşdur. M.Sadıqova 1936-cı il sent-
yabr  ayının  27-də  Akademik  Milli 
Dram Teatrına işə götürülmüşdür. Akt-
risa 54 il bu teatrda çalışmışdır. 1992-
ci ildə yenicə yaradılan Bakı Bələdiyyə 
Teatrında  fəaliyyət  göstərmişdir.  40 
ildən  çox  radionun  “Bulaq”  folklor-
etnoqrafik  verilişinin  əvəzsiz  ifaçıla-
rından  biri  olmuşdur.  Sadıqova  bədii 
qiraət ustası kimi də tanınmışdır. Üs-
lub  və  forma,  məzmun  və  mahiyyət, 
estetik  dəyər  və  psixoloji  tutum  ba-
xımından bütün janrlarda hazırlanmış 
tamaşalarda iştirak etmişdir. 
Aktrisa Sona, Gülüş, Yaxşı (“1905-
ci ildə”, “Sevil”, “Almas”, C.Cabbarlı), 
Tərlan  (“Həyat”,  M.İbrahimov),  İn-
tizar  (“Vəfa”,  R.Rza),  Zəhra  (“Şeyx 
Sənan”,  H.Cavid),  Sonya  (“Van-
ya  dayı”,  A.Çexov)  və  s.  rollarda 
məharətlə çıxış etmişdir.
Məhluqə Sadıqova 1949-cu il iyul 
ayının 21-də Azərbaycan Respublika-
sının Əməkdar artisti, 1978-ci il yan-
var ayının 10-da Xalq artisti fəxri ad-
larına layiq görülmüşdür.
Lirik və xarakterik obrazların mahir 
ifaçısı  M.Sadıqova  2003-cü  il  avqust 
ayının 15-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Məhluqə Ələsgər qızı Sadıqova [Mətn]: nekroloq //Azərbaycan.- 
2003.- 16 avqust.- 
S. 5.
Rəhimli, İ. Məhluqə Sadıqova [Mətn] //İ.Rəhimli  Azərbaycan 
teatr tarixi.- Bakı,  2005.- S. 342-343.
Sadıqova Məhluqə [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası: 
10 cilddə.- Bakı, 1984.- C.VIII .- S. 256-257.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
28
Aktrisa


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə