100
Teatr.Kino.Estrada.Sirk
105
illiyi
FATMA QƏDRİ
1907-1968
APREL
Fatma Qədir qızı Qədri 1907-cı il aprel
ayının 14-də Rusiyanın Odessa şəhərində
doğulmuşdur. Rusca təhsil almış və
yeniyetmə yaşlarında ailəsi ilə Bakıya
köçən Fatma xanım Azərbaycan Pedaqoji
İnstitutunu bitirmişdir.
1923-1926-cı illərdə Azərbaycan Teatr
Texnikumunun ilk buraxılışında aktyor
diplomu almışdır. Bakı Türk İşçi Teatrı-
nın məktub-tələbnaməsinə əsasən həmin
kollektivə təyinat almışdır.
1933-cü ilin yanvarında Türk İşçi
Teatrı ədalətsiz qərarla Gəncə şəhərinə
köçürülmüşdür. Fatma Qədri bir müddət
burada işləmiş və 1935-ci ilin yayında
onu Milli Dram Teatrına dəvət etmişlər.
Həmin ilin payızından başlayaraq Fatma
Qədri ömrünün sonunadək bu kollektivdə
işləmişdir. Klassik və çağdaş milli
dra¬maturgiya nümunələrində yaratdığı
obrazlar onun yaradıcılığında necə layiqli
yer tutmuşsa, tərcümə əsərlərində ifa et-
diyi səhnə surətləri də bir o qədər dəyərli
olmuşdur.
Aktrisa Səməd Vurğunun “Vaqif”
(Xuraman), “Fərhad və Şirin” (Şi-
rin və Məryəm), “İnsan” (Amaliya),
Əbdürrəhim bəy Haqverdiyevin “Pəri
Cadu” (Hafizə), “Köhnə dudman” (Baş
hərəm), Cəfər Cabbarlının “Od gəlini”
(Solmaz), “Aydın” (Gültəkin), Mirzə
Fətəli Axundzadənin “Lənkəran xanının
vəziri” (Şölə xanım), Sabit Rəhmanın
“Xoşbəxtlər” (Reyhan), Mirzə İbrahimo-
vun “Kəndçi qızı” (Reyhan xanım),
“Məhəbbət” (Məhəbbət), Mehdi Hüsey-
nin “Cavanşir” (Zibeydə xatun), Abdul-
la Şaiqin “Nüşabə” (Nüşabə), Süleyman
Rüstəmin “Qaçaq Nəbi” (Həcər), Vil-
yam Şekspirin “Otello” (Emiliya), “Ro-
meo və Culyetta” (Culyetta), “Kral Lir”
(Reqana, Fridrix Şillerin “Orlean qızı”
(İzabella), “Məkr və məhəbbət” (Luiza),
Aleksandr Ostrovskinin “Tufan” (Kate-
rina), “Cehizsiz qız” (Larisa), Aleksandr
Puşkinin “Dubrovski” (Maşa), Mixail
Ler-montovun “İki qardaş” (Vera Liqovs-
kaya), Tsao Yuyun “Tayfun” (Lu Şi Pin),
Lev Şeyninin “Gizli döyüş” (Osenina),
Onore de Balzakın “Ögey ana” (Polina),
Aleksandr Şteynin “Şəxsi iş” (Aleksand-
ra Xlebnikova), Lope de Veqanın “Rəqs
müəllimi” (Felistiana) dramlarının quru-
luşlarında iştirak etmişdir.
Fatma xanım 1933-cü ildə Gəncədən
Bakıya qayıtdıqdan sonra Teatr texniku-
munda, 1946-cı ildən isə Teatr institutun-
da aktyor sənətindən dərs demişdir. Peda-
qoji fəaliyyəti dövründə onun rəhbərlik
etdiyi sinifləri onlarca istedadlı gənc bi-
tirmişdir. Onun Azərbaycanda aktyor və
rejissor kadrlarının yetişməsində böyük
xidmətləri olmuşdur.
Fatma Qədri aktyorluq nailiyyətlərinə
görə 1 fevral 1936-cı ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 17 iyun
1943-cü ildə Xalq artisti fəxri adlarına la-
yiq görülmüşdür. Qırmızı Əmək Bayrağı
və “Şərəf nişanı” ordenləri ilə, həmçinin
medallarla təltif edilmişdir.
Ömrünün sonuna qədər səhnədən ay-
rılmayan aktrisa 29 fevral 1968-ci ildə
Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Mehdixanlı, T. Zirvədən
eşidilən soraq [Mətn]:
Fatma Qədri - 100
/T.Mehdixanlı //Azərbay-
can.- 2007.- 14 aprel.- S.8.
Rəhimli, İ. Fatma Qədri
[Mətn] //İ.Rəhimli
Azərbaycan teatr tarixi.-
Bakı , 2005.- S.323-325.
İ n t e r n e t d ə
www.anl.az
www.musiqi-dunya.az
14
Aktrisa
101
Teatr.Kino.Estrada.Sirk
95
illiyi
MƏHLUQƏ SADIQOVA
1917-2003
APREL
Məhluqə Ələsgər qızı Sadıqova
1917-ci il aprel ayının 28-də Şuşa
şəhərində anadan olmuşdur. 1 say-
lı qız məktəbində beş il oxumuşdur.
1930-cu ildə ailəsi Bakı şəhərinə köç-
müş və Məhluqə xanım 6 saylı Sovet
məktəbində yeddinci sinifi, 1936-cı
ildə isə Bakı Tibb Texnikumunun Diş
texniki fakültəsini bitirmişdir. Tex-
nikumda təhsil alanda eyni zamanda
rəqs və dram dərnəklərində də məşğul
olmuşdur. M.Sadıqova 1936-cı il sent-
yabr ayının 27-də Akademik Milli
Dram Teatrına işə götürülmüşdür. Akt-
risa 54 il bu teatrda çalışmışdır. 1992-
ci ildə yenicə yaradılan Bakı Bələdiyyə
Teatrında fəaliyyət göstərmişdir. 40
ildən çox radionun “Bulaq” folklor-
etnoqrafik verilişinin əvəzsiz ifaçıla-
rından biri olmuşdur. Sadıqova bədii
qiraət ustası kimi də tanınmışdır. Üs-
lub və forma, məzmun və mahiyyət,
estetik dəyər və psixoloji tutum ba-
xımından bütün janrlarda hazırlanmış
tamaşalarda iştirak etmişdir.
Aktrisa Sona, Gülüş, Yaxşı (“1905-
ci ildə”, “Sevil”, “Almas”, C.Cabbarlı),
Tərlan (“Həyat”, M.İbrahimov), İn-
tizar (“Vəfa”, R.Rza), Zəhra (“Şeyx
Sənan”, H.Cavid), Sonya (“Van-
ya dayı”, A.Çexov) və s. rollarda
məharətlə çıxış etmişdir.
Məhluqə Sadıqova 1949-cu il iyul
ayının 21-də Azərbaycan Respublika-
sının Əməkdar artisti, 1978-ci il yan-
var ayının 10-da Xalq artisti fəxri ad-
larına layiq görülmüşdür.
Lirik və xarakterik obrazların mahir
ifaçısı M.Sadıqova 2003-cü il avqust
ayının 15-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Məhluqə Ələsgər qızı Sadıqova [Mətn]: nekroloq //Azərbaycan.-
2003.- 16 avqust.-
S. 5.
Rəhimli, İ. Məhluqə Sadıqova [Mətn] //İ.Rəhimli Azərbaycan
teatr tarixi.- Bakı, 2005.- S. 342-343.
Sadıqova Məhluqə [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası:
10 cilddə.- Bakı, 1984.- C.VIII .- S. 256-257.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
28
Aktrisa