Redaksiya heyəTİ: Baş redaktor


Milli ədəbiyyat MƏMMƏD RAHİM



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə38/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   34   35   36   37   38   39   40   41   ...   138

91
Milli ədəbiyyat
MƏMMƏD RAHİM 
1907-1977
APREL
Məmməd Abbas oğlu Hüseynov (Ra-
him) 1907-ci il aprel ayının 20-də Bakıda 
anadan olmuşdur. İbtidai təhsilə Bakıdakı 
5-ci rus-tatar məktəbində başlayan Rahim, 
sonra təhsilini 23 saylı məktəbdə davam 
etmişdir.
M.Rahim  1928-ci  ildə  Azərbaycan 
Pedaqoji 
İnstitutunun 
Şərqşünaslıq 
fakültəsinə daxil olmuş, 1932-ci ildə ins-
titutu  müvəffəqiyyətlə  bitirdikdən  sonra 
bir  neçə  il  Bakının  orta  məktəblərində 
müəllimlik etmişdir.
Rahim  şeir    yazmağa  hələ  orta  
məktəbdə  oxuduğu  vaxtdan  başlamışdır. 
Şairin  ilk  şeirləri  1926-cı  ildə  mətbuat 
səhifələrində çap olunmuşdur. Onun “Gör-
düm”  adlı ilk şeiri 1926-cı ildə “Gənc işçi” 
qəzetində, sonra isə “Gənc qızıl qələmlər” 
adlı məcmuədə işıq üzü görmüşdür. 1930-
cu ildə isə “Arzular” adlı ilk şeirlər kitabı 
nəşr edilmişdir. 
30-cu illərdə M.Rahim “İkinci kitab”, 
“Partizanın  tüfəngi”  (1937),  “Nübar” 
(1937),  “İldırımın  kitabı”  (1937)  adlı 
əsərlərini çap etdirmişdir.
Şairin 40-cı illərdə yazdığı əsərləri bu 
illərdə çap olunmuş kitablarında: “Vətən 
sevgisi”  (1942),  “Şəhərin  nəgməsi” 
(1943),  “Ölməz  qəhrəman”  (1946), 
“Xəzər  sahillərində”  (1948),  “Leninqrad 
göylərində” (1949) toplanmışdır.
M.Rahim 50-ci illərdə “İşıq”, “İki qar-
daş”, “Ögey ana” və s. poemalarını yaz-
mış, “Sevgi” (1954), “Balaca bağbanlar” 
(1955), “Məhəbbətin baharı” (1957) kitab-
larını  çap  etdirmişdir.  1955-57-ci  illərdə 
iki  cildlik  “Seçilmiş  əsərləri”  Azərnəşr 
tərəfindən nəşr olunmuşdur.
  60-70-ci  illəri  M.  Rahimin  yaradıcı-
lığında  daha  məhsuldar  dövr  adlandır-
maq olar. Həmin illərdə bir neçə poema, 
yüzlərlə  şeir  yazmış,  10-dan  çox  kitabı-
nı:  “Şeirlər  və  poemalar”,  “Arzular  gül 
açanda”,  “Tonqal  başında”,  “Dayağım”, 
“Məhəbbət dastanı” və s. çap etdirmişdir. 
Görkəmli şairin bir çox əsərləri başqa 
xalqların dilinə tərcümə olunmuşdur.
1940-cı  ildə  Azərbaycanın  Əməkdar 
incəsənət xadimi adına, 1948-ci ildə “Le-
ninqrad göylərində” poemasına görə Sta-
lin  mükafatına,  1950-ci  ildə  isə  “Lenin” 
ordeninə layiq görülmüşdür. 
“Leninqrad  göylərində”  poeması 
şairə  ümumittifaq  şöhrəti  qazandırmış-
dır.  1948-ci  ildə  çap  olunmuş  poema 
Azərbaycan  ədəbiyyatında  xüsusi  yer 
tutan  əsərlərdəndir.  Poemada  olduqca 
mənalı bir motiv də vardır, o da Vətən yo-
lunda həlak olanların ölməzliyidir. 
Onun  “Moskva”,  “Satqınlara  ca-
vab”  şeirləri  bilabasitə  sülh  uğrunda 
mübarizəyə,  müharibə  qızışdıranların  və 
irtica  qüvvələrinin  ifşasına  həsr  edilmiş-
dir.
Satira  və  yumor  M.Rahim  yaradıcı-
lığında aparıcı xətt olmasa da, hər halda 
özünəməxsus yer tutur.
1957-ci ildə anadan olmasının 50 illiyi 
münasibətilə sair “Qırmızı Əmək Bayrağı” 
ordeni ilə təltif olunmuşdur. 1964-cü ildə 
Azərbaycanın Xalq şairi fəxri adına layiq 
görülən  M.Rahim  böyük  xidmətlərinə 
görə, anadan olmasının 60-cı ildönümündə 
(1967) ikinci dəfə “Lenin” ordeni, 70-ci il 
dönümündə (1977) isə “Oktyabr İnqilabı” 
ordeni ilə təltif edilmişdir.
M.Rahim  1977-ci  il  may  ayının  6-da 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] : 
3 cilddə /Məmməd Rahim.- 
Bakı, 1988.- C.I .-263 s.; 
C.II .-259 s.; C.III .- 261 s. 
Məmməd Rahim – 100 
[Mətn]: metodik tövsiyələr 
/tərt. ed. S.Mehrəliyeva; 
M.F.Axundov adına kitabxa-
na.- Bakı, 2006.-22 s. 
Zeynallı A. Xalq şairi 
Məmməd Rahim [Mətn]: 
anadan olmasının 75 illiyi 
münasibətilə /A.Zeynallı, 
S.Salmanov .- Bakı, 1984.- 
60 s.
20
Şair
105 
illiyi


92
Tarixdə bu gün
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 
1932
APREL
Azərbaycan  Yazıçılar  Birliyi  1932-ci 
il  aprel ayının 23-də Azərbaycan Yazıçı-
lar İttifaqı adı ilə yaradıldı.
O  vaxta  qədər Azərbaycan  yazıçıları 
ayrı-ayrı  ədəbi  birliklərin  və  məclislərin 
tərkibində fəaliyyət göstərirdilər. 1923-cü 
ildə Azərbaycan  yazıçılarının  bir  qrupu-
nun  təşəbbüsü  ilə  “İldırım”,  “Türk  ədib 
və şairlər ittifaqı dərnəyi” təsis olunmuş-
dur.  “Qızıl qələmlər” ədəbi cəmiyyəti də 
təxminən  bu  dövrlərdə  formalaşmış,  öz 
ətrafına gənc ədəbi qüvvələri toplamışdı. 
1925-ci  il  dekabrın  25-də  bu  cəmiyyət 
əsaslı  və  ədəbi  təşkilat  kimi  Bakıda  ya-
radıldı,  ədəbi  dərnəkləri  öz  ətrafında 
birləşdirdi.  “Qızıl  qələmlər”  cəmiyyəti 
tez-tez  müşavirələr,  ədəbi  gecələr, 
görüşlər,  məruzələr  təşkil  edir,  tədbirlər 
həyata keçirirdi. “Maarif və mədəniyyət” 
jurnalında  (indiki  “Azərbaycan”  jur-
nalında),  “Kommunist”  və  “Gənc  işçi” 
qəzetlərində müntəzəm verilən ədəbi ma-
teriallar, “Qızıl qələmlər”, “Oktyabr alov-
ları” almanaxları və ayrı-ayrı məcmuələr 
ədəbiyyatın təbliğinə, kütləvi surətdə ya-
yılmasına  xidmət  edirdi.  1927-ci  il  iyul 
ayının  əvvəllərində  Azərbaycan  yazıçı-
larının  birinci  ümumi  yığıncağında  bü-
tün ədəbi qüvvələri bir təşkilat ətrafında 
birləşdirmək  qərara  alındı.  Beləliklə, 
Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
müvəqqəti  idarə  heyəti  yarandı.  Bakı-
da  Ümumazərbaycan  yazıçılarının  bi-
rinci  (13.01.1928)  və  ikinci  qurultayı 
(20.X.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilat-
ların  yenidən  qurulması  haqqında  1932-
ci  il  23  aprel  tarixli  Qərarından  sonra 
Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
yenidən  qurulması  haqqında  təşkilati 
tədbirlər  görüldü  və Azərbaycan Yazıçı-
lar İttifaqı yaradıldı. Təşkilatın ilk rəhbəri 
Məmmədkazım Ələkbərli olmuşdur.
1934-cü  il  iyunun  13-də  Bakıda 
Azərbaycan Yazıçılarının I Qurultayı ke-
çirildi. Bu qurultayda Azərbaycan Yazıçı-
lar İttifaqının Naxçıvan, Gəncə və bir cox 
digər bölmələri yaradıldı.
1934-cu il yanvarın 1-dən Azərbaycan 
Yazıçılar  İttifaqının  ilk  orqanı  olan 
“Ədəbiyyat  və  incəsənət”  qəzeti  nəşrə 
başladı.
Azərbaycan Yazıçılar İttifaqının sovet 
dövründə  8  qurultayı  keçirilmişdir.  So-
nuncu  qurultay  1988-ci  ildə  çağırılmış-
dır.
1991-ci  ildə  Azərbaycan  dövlət 
müstəqilliyini  bərpa  etdikdən  sonra 
Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan 
Yazıçılar Birliyi adı ilə fəaliyyətini davam 
etdirir. Müstəqillik dövründə Azərbaycan 
yazıçıları  1991-ci  ildə  növbəti  IX  qu-
rultaynı,  1997-ci  ildə  isə  X  qurultayını, 
2004-cü ilin may ayında isə XI qurulta-
yını keçirdi. Son qurultayda Xalq yazıçısı 
Anar yenidən Azərbaycan Yazıçılar Birli-
yinin sədri seçilmişdir. 
Azərbaycan  Respublikası  Prezidenti 
tərəfindən Azərbaycan Yazıçılar Birliyinə 
və onun üzvlərinə daim qayğı göstərilir. 
Onlar  dövlətin  fəxri  adları  ilə,  orden  və 
medallarla təltif olunurlar. Gənc yazarlar 
Prezidentin fərdi təqaüdü ilə mükafatlan-
dırılmışlar.
Azərbaycan Yazıçılar Birliyinin rəsmi 
saytı yaradılmışdır.
Ə d ə b i y y a t
Bayramova, S. AYB-
ni yazarların məbədi 
hesab edirəm [Mətn] 
/S.Bayramova // Mərkəz.- 
2011.- 2 mart.- S. 8.
Çiftçi, İ. Sözün 75 yaşlı 
çinarı - Azərbaycan Yazıçı-
lar Birliyi [Mətn] /İ.Çiftçi 
//525-ci qəzet.- 2010.- 6 
fevral . - S.14.
 Elçin. Yazıçılar Birliyi, 
ədəbiyyatımız və özümüz 
[Mətn] /Elçin //525-ci qəzet 
.- 2010.- 18 fevral. - S.4.
XX əsr Azərbaycan Yazıçı-
ları [Mətn] : Ensiklopedik 
məlumat kitabı /tərt. ed. 
T.Əhmədov.-Bakı: Nurlan, 
2004.- 983 s.
Qurultaydan-qurultaya 
[Mətn] /tərt. ed. A.Əbilov.- 
Bakı: Yurd, 2004.- 181 s.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
23
80 
 illiyi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə