104
Musiqi.Opera.Balet
65
illiyi
RAMİZ QULİYEV
1947
APREL
Ramiz Əyyub oğlu Quliyev 1947-ci il
aprel ayının 30-da Ağdam şəhərində ana-
dan olub. O, 1954-cü ildə Ağdam şəhər
7 illik musiqi məktəbinə, 1960-cı ildə
Ü.Hacıbəyov adına Ağdam orta ixtisas
musiqi məktəbinə daxil olub.
O, 1964-1969-cu illərdə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservato-
riyasının Tar və dirijorluq fakültəsində
təhsil almışdır. 1964-1994-cü illərdə
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının və Dövlət Konsert Bir-
liyinin solisti olub.
1974-1992-ci illər ərzində Ü.Hacıbə-
yov adına Azərbaycan Dövlət Konserva-
toriyasının Xalq çalğı alətləri kafedrasın-
da tar ixtisası
üzrə müəllim,
baş müəllim,
dosent, professor kimi pedaqoji fəaliyyət
göstərmiş, 1992-2002-ci ildən həmin ka-
fedraya rəhbərlik edir.
R.Quliyev bir sıra dərsliklərin, proq-
ramların, elmi məqalələrin və metodiki
tövsiyələrin müəllifidir.
R.Quliyev 1974-cü ildə musiqiçilərin
Zaqafqaziya festivalında birinci mükafata,
Moskvada keçirilən estrada artistlərinin
V Ümumittifaq müsabiqəsində isə laureat
adına layiq görülüb. Türkiyə, Əfqanıstan,
Suriya, Hollandiya, İsveçrə, ADR, Pa-
kistan, Əlcəzair, Tunis, AFR, Hindistan,
ABŞ, Kanada, Danimarka, İran, İraq,
Fransa, İngiltərə, İsrail, Norveç və s.
ölkələrdə konsertlər verib. 1988-ci ildə
YUNESKO xətti ilə ABŞ-da keçirilən
Beynəlxalq folklor festivalında xüsu-
si diploma layiq görülüb. 1989-cu ildə
“Böyük İpək Yolu” festivalı çərçivəsində
Yaponiyanın 30-dan artıq şəhərlərində
konsertlər verib. 1978-ci ildə Respubli-
ka Lenin komsomolu mükafatı laureatı,
1982-ci ildə Əməkdar artist, 1988-ci ildə
Xalq artisti fəxri adlarına layiq görül-
müşdür. 1994-cü ildə Türkiyənin İzmir
şəhərinin Ege Universitetində, 1997-ci
ildə İsrailin Yerusəlim şəhərində, 1999-cu
ildə İsveçrədə keçirilən Beynəlxalq “Lüt-
sern musiqi festivalı”nda Bern şəhərinin
“La strimpellata” orkestri ilə uğurlu çıxış-
lar etmişdir.
2002-ci ilin avqust ayında Norveçin
Stavanger şəhərində Beynəlxalq musiqi
festivalında iştirak etmiş və konsertlər
vermişdir.
2002-ci ildə Tehran Dövlət Mədəniyyət
və İncəsənət Universitetində “ustad
dərsləri” verib. 1993-cü ildə “Humay”
milli mükafatına, 2001-ci ildə Simurq
Milli mükafat fondunun təsis etdiyi “XXI
əsrin ilk laureatları” ali dərəcəli mükafatı
- “İlin fədakar sənətçisi” fəxri adına layiq
görülmüşdür.
“İncəsənət xadimləri üçün Azərbaycan
Respublikası Prezidentinin mükafatının
təsis edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 8 may 2002-ci
il tarixli Fərmanına uyğun olaraq, uğurlu
səhnə fəaliyyətinə görə Ramiz Quliyev
26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə
Azərbaycan Respublikası Prezidentinin
mükafatı ilə təltif olunmuşdur.
2007-ci ilin may ayında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə Ramiz Quliyev musiqi sənətinin in-
kişafındakı xidmətlərinə görə ölkənin ən
yüksək mükafatı “Şöhrət” ordeni ilə təltif
olunmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan bəstəkarlarının
əsərləri [Mətn] /R.Quliyev.-
Bakı, 2009.
Cəvahir. Ata-oğul 45-ci
“Martişor” Beynəlxalq
Musiqi Festivalında [Mətn]
/Cəvahir //Mərkəz.- 2011.-
10 mart.-S.10.
İmamnəzərli, H. Oxu
tar!: Ramiz Quliyevin
ifasında tarı dinlərkən
düşündüklərim [Mətn]
/H.İmamnəzərli //Yaddaş.-
2007.- 17 may.- S.13.
Ramiz Quliyev “Qızıl Tar”
mükafatına layiq görülüb
[Mətn] //525-ci qəzet.-
2010.- 10 mart.-S.7.
İ n t e r n e t d ə
www. adam.az
www. az.wikipedia.org
www. google.az
30
Tarzən
105
Mədəniyyət.Elm.Maarif
140
illiyi
ÖMƏR FAİQ NEMANZADƏ
1872-1937
APREL
Ömər Faiq Nemanzadə 1872-ci il
aprel ayının 24-də Gürcüstanın keçmiş
Axalcux qəzasının Azquz kəndində
Neman adlı ortabab bir kəndli
ailəsində anadan olmuşdur. O, bir neçə
il molla məktəbinə getsə də, sonradan
rus məktəbinə daxil olmuşdur. Lakin
dindar olan anasının təkidi ilə 1882-
ci ildə İstanbula “Fateh” mədrəsəsinə
göndərilir. Faiq təxminən 10 il bura-
da təhsil alır. 1871-ci ildə Ömər Faiq
məktəb şəhadətnaməsini alıb Qalata
poçtxanasında işə başlayır. Daha sonra
1894-cü ilin payızında Azərbaycanın
qədim şəhəri olan Şəkidə müəllimlik
edir. 1903-cü ilə qədər Şəki, Şamaxı,
Gəncə, Axalsux, Tiflis şəhərlərində
müəllimlik etmiş, xalqın hər bir ehti-
yacına bələd olmuş, xalqa qaynayıb-
qarışmışdır.
Şanlı mübarizə tariximizdə xal-
qımızın ictimai və milli şüurunun
oyanması və formalaşmasında Ömər
Faiqin xüsusi yeri və mövqeyi var-
dır. XX əsrin ilk illərindən başlayaraq
Azərbaycan xalqının milli və mədəni
dirçəlişi, azadlığı və xoşbətliyi uğrunda
cəsarətlə və ehtirasla mübarizə aparan-
lardan biri olmuşdur. O, vətəni və xalqı
üçün döyünən hərarətli bir qəlb sahibi
idi. Yalnız onu qeyd etmək kifayətdir
ki, Ömər Faiq “Mollanəsrəddinçilər”
adı ilə məşhur olan fikir cərəyanının
iki ideya rəhbərindən biri idi.
Ömər Faiqin “Molla Nəsrəddin”
jurnalının yaranmasında böyük rolu
olmuşdur. Bir publisist kimi yaradıcılı-
ğı ərzində 40-dan çox imza işlətmişdir
ki, bunların da əksəriyyəti “Molla
Nəsrəddin” jurnalında dərc olunmuşdur.
Ömər Faiq Cəlil Məmmədquluzadə ilə
birləşərək xalqın gələcək inkişafı üçün
vacib olan “Molla Nəsrəddin” jurnalı-
nı bina etmiş, həm özünün həyatında,
həm də Azərbaycan tarixində “Mol-
la Nəsrəddin” dünyası yaratmışdır.
Jurnalın ilk nömrəsini Mirzə Cəlil və
onun əməl dostu Ömər Faiq tək nəşr
etdirmişdir.
Ömər Faiq elə bir cəmiyyət arzu-
layırdı ki, orada hamı xoş güzaran
keçirsin, hamı azad nəfəs ala bilsin.
Belə bir cəmiyyətin yaradılması ug-
runda mübarizə onun bütün publisistik
fəaliyyətinin əsasını təşkil edirdi.
Sırf bədii poetik yazılarına gəldikdə
isə demək lazımdır ki, bu sahədə onun
yazıları çoxdur. Təkcə “Şərqi-Rus”
qəzetində onun imzalı-imzasız bir
neçə əsər və şeirləri dərc olunmuşdur.
Faiqin ən məşhur bədii əsəri “Həsən
əminin şikayəti” hekayəsidir.
Ömər Faiqin əsərləri bu gün də xal-
qımız tərəfindən sevilə-sevilə oxun-
maqdadır.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Ömər Faiq Nemanzadə.-
Bakı: Yazıçı, 1992.- 531 s.
Əsərləri [Mətn]: [məqalələr,
felyetonlar, xatirələr] /
Ömər Faiq Nemanzadə; red.
K.Məmmədov.- Bakı: Yazıçı,
1983.- 150 s.
Kəbutər. Məktəb əyan
oldumu... [Mətn]: Ömər
Faiq Nemanzadə haqqında /
Kəbutər //Yeni Azərbaycan.-
2002.-1 fevral.- S.3.
Vahabzadə, B. Ömər Faiq
Nemanzadə haqqında
[Mətn] //Vahabzadə, B.
Dərin qatlara işıq.-Bakı,
1986.- S.46-50.
24
Publisist