189
Musiqi.Opera.Balet
55
illiyi
ALİM QASIMOV
1957
AVQUST
Alim Həmzə oğlu Qasımov 1957-ci il
avqust ayının 14-də Şamaxı rayonu Nabur
kəndində anadan olmuşdur.
Alim Qasımov musiqi təhsilini 1978-
80-ci illərdə A.Zeynallı adına Bakı Mu-
siqi məktəbində xanəndə Ağaxan Ab-
dullayevin muğam sinfində almışdır.
O, eyni zamanda Seyid Şuşinski, Hacı-
baba Hüseynov və Azərbaycanın digər
görkəmli xanəndələrinin muğam ifaçılığı
ənənələrini mənimsəyərək özünəməxsus
dəst-xəttini yarada bilmişdir. Tarzən
Bəhram Mansurovla birgə çıxışları da
onun üçün əsl sənət məktəbi olmuşdur.
1983-1989-cu illərdə M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunda
(indiki ADMİU) təhsil almışdı.
1989-2001-ci illərdə Avropada 10 dis-
ki buraxılıb.
Geniş diapozona malik, səsinə və ifa
manerasına görə bir çox xanəndələrdən
fərqlənən Alim Qasımov Cabbar Qar-
yağdıoğlu adına Xanəndələrin I Respub-
lika müsabiqəsinin (1986) ilk qalibidir.
Xanəndə həmçinin bir çox beynəlxalq mu-
siqi festivallarının iştirakçısı və qalibi ol-
muş, dünyanın nüfuzlu musiqi təşkilatları
tərəfindən bir sıra medallarla və fəxri ad-
larla təltif olunmuşdur.
Alim Qasımovun səhnə fəaliyyətində
ən dəyərli uğurlardan biri onun 1989-cu
ildə Opera və Balet Teatrının səhnəsindəki
çıxışı ilə bağlıdır. Həmin il o, dahi Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” opera-
sında Məcnun rolunu məharətlə ifa edir.
1990-cı ildə böyük qəzəlxan Əliağa Va-
hid haqqında çəkilən filmdə xanəndə rolu
Alim Qasımova həvalə olunur. 1997-ci
ildə sənətkar Avropa Türk İslam Birliyi
mükafatına layiq görülür. 1998-ci ildə
Almaniyada kompakt disk buraxılır və
sənətkar bu ölkədə beynəlxalq folklor
festivalında iştirak edir. Alim Qasımovun
dünyanın müxtəlif ölkələrində qazandı-
ğı bu uğurların ən yüksək mərhələsi ona
1999-cu ildə YUNESKO Musiqi Şurası-
nın ali mükafatının təqdim olunmasıdır.
Xanəndə, Xalq artisti (1993), “Şöhrət or-
deni” (2007) ilə təltif olunmuşdur.
Muğam sənətini böyük məharətlə
təbliğ edən Alim Qasımov həm də gözəl
müəllimdir. Azərbaycan Milli Konser-
vatoriyasında muğam sinfində gənc
xanəndələr nəslinin yetişməsində xidməti
olan xanəndənin həm tələbəsi, həm də qızı
Fərqanə xanımı xüsusi qeyd etmək olar.
Ə d ə b i y y a t
Sayılov, Ə. Alim de-
yil, aləmdi bu [Mətn]
/Ə.Sayılov.- Bakı , 2002.-
160 s.
Təhmirazqızı, S. Alimin
muğam aləmi [Mətn]
/S.Təhmirazqızı //
Mədəniyyət.- 2010.- 27
avqust.- S. 7.
Натаван, Ф. Алим [Текст]
.- Баку, 2007.- 112 с.
Имя Алима Касумова
вкючено в список
номинантов конкурса “50
великих голосов” [Текст]
//Эхо.- 2009.- 27 ноября.-
С. 12.
Алим Касумов [Текст]
//Каспий.- 2008.- 12
августа.- С.8.
14
Xanəndə
190
Musiqi.Opera.Balet
70
illiyi
MÜSLÜM MAQOMAYEV
1942-2008
AVQUST
Müslüm Məhəmməd oğlu Maqo-
mayev 1942-ci il avqust ayının 17-
də Bakıda anadan olmuşdur. O,
bəstəkar M.Maqomayevin nəvəsidir.
M.Maqomayev Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
1963-cü ildən Azərbaycan Opera
və Balet Teatrının solistidir.
1964-1965-ci illərdə Milanın “La
Skala” teatrında təcrübə keçmişdir.
Milanın opera səhnəsində ifa etdiyi
Fiqaro (“Sevilya bərbəri”, C. Rossi-
ni) ona geniş şöhrət qazandırmışdır.
Müğənninin repertuarında həmçinin
“Koroğlu” (Ü. Hacıbəyov), “Şah İs-
mayıl” (M. Maqomayev), “Toska” (C.
Puççini), “Aleko” (S. Raxmaninov) və
s. operalardan ariyalar mühüm yer tu-
tur.
Gözəl və yumşaq tembrli gur
səsə malik olan Maqomayevin ifası
təsirliliyi, ruh yüksəkliyi və ifadəliliyi
ilə seçilir. Haqqında “Oxuyur Müs-
lüm Maqomayev” (1971) adlı film
çəkilmişdir.
Bir çox Sovet bəstəkarlarının, o
cümlədən A.Paxmutova, P.Bülbüloğlu,
T.Xrennikov və başqalarının mahnıla-
rının populyarlaşmasında Maqomaye-
vin xidmətləri böyükdür. Onun reper-
tuarında italyan mahnıları da geniş yer
tutur.
Dünya şöhrətli Azərbaycan müğən-
nisi M.Maqomayev 1969-cu ildə So-
pot və Kannda keçirilən Beynəlxalq
mahnı müsabiqələrinin laureatıdır.
Eyni zamanda o, estrada mahnılarının
müəllifi kimi də tanınmışdır.
Bəstəkar-müğənni dünyanın bir
çox ölkələrində konsert proqramla-
rı ilə müvəffəqiyyətlə çıxış etmiş-
dir. M.Maqomayev 10-cu çağırış
Azərbaycan SSR Ali Sovetinin depu-
tatı olmuşdur. “Xalqlar dostluğu” və
“Qırmızı Əmək Bayrağı” ordenləri
ilə təltif edilmişdir. Onun iştirakı ilə
“Nizami” adlı bədii film çəkilmişdir.
İllərlə dinləyicilərin sevgisini qoru-
mağı bacarmış Müslüm Maqomayev
SSRİ Qırmızı Əmək Bayrağı və Xalq-
lar Dostluğu ordenləri ilə təltif edil-
miş, SSRİ-nin Xalq artisti adına layiq
görülmüşdür.
Ümummilli liderimiz Heydər
Əliyevin 2002-ci il 17 avqust tarixli
sərəncamı ilə o, anadan olmasının 60
illiyi münasibətilə “İstiqlal” ordeni,
Rusiya Prezidenti Vladimir Putinin
fərmanına əsasən “Şərəf” ordeni ilə
təltif olunmuşdur.
Müslüm Maqomayev 25 oktyabr
2008-ci ildə vəfat edib, Bakıdakı bi-
rinci Fəxri Xiyabanda dəfn olunub.
Ə d ə b i y y a t
Əliyev, H. Görkəmli
müğənni və bəstəkar
M.Maqomayevin 60 illiyi
münasibətilə keçirilən rəsmi
qəbulda : Azərbaycan Pre-
zidenti Heydər Əliyevin nitqi
[Mətn]//Azərbaycan.- 2002.-
10 sentyabr.-S.6.
Müslüm Maqomayevin
“İstiqlal” ordeni ilə təltif
edilməsi haqqında :
Azəbaycan Respublikası
Prezidentinin Sərəncamı
[Mətn]//Azərbaycan.- 2002.-
18 avqust.-S.1.
Nə demişdir doğma ölkəm
[Mətn] //Mədəni-maarif.-
2002.- № 8.-9.- S.8-14.
Великий Ланца [Текст]
.- Москва: Музыка,1993.-
208 с.
Любовь моя – мелодия
[Текст] .- Москва:
Вагриус, 1999.- 316 с.
17
Müğənni