Redaksiya heyəTİ: Baş redaktor


Teatr.Kino.Estrada.Sirk 100



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə98/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   94   95   96   97   98   99   100   101   ...   138

224
Teatr.Kino.Estrada.Sirk
100 
illiyi
BƏDURƏ ƏFQANLI 
1912-2002
OKTY
ABR
Bədurə  Məlik  qızı  Əfqanlı  1912-ci  il 
oktyabr ayının 25-də Bakı şəhərində dün-
yaya göz açmışdır. Atası Məlik Ağamalov 
dövlət qulluğunda çalışıb, geniş dünyagö-
rüşlü və tanınmış ziyalılardan olub. Rəsm 
çəkməyi  sevib,  boş  vaxtlarında  övladla-
rına  ədəbiyyatdan,  incəsənətdən  danışar 
və  onlarda  bu  sahəyə  maraq  oyadarmış. 
Təsadüfü  deyil  ki,  sonralar  böyük  qızı 
Səyyarə  memar-heykəltəraş,  kiçik  qızı 
Bədurə isə rəssam olub.
O,  əvvəlcə  1929-cu  ildə  Bakı  Pe-
daqoji  Texnikumuna  daxil  olur,  lakin 
rəssam  olmaq  həvəsi  1931-ci  ildə  onu 
Bakı  Rəssamlıq  məktəbinə  gətirir,  qrafi-
ka şöbəsində oxuyur. Teatr rəssamı olmaq 
qərarına gələn Bədurə xanımın diplom işi-
nin mövzusu V.Şekspirin “Otello” faciəsi 
olur. Çəkdiyi eskizlər, qurduğu kompozi-
siyalar,  tapdığı  yeni  rəng  çalarları  onun 
özünəməxsus  sənət  duyumunu  göstərir. 
Diplom işini uğurla başa vurur.
İlk  tərtibat  verdiyi  səhnə  əsəri  Rza 
Əfqanlının (Bədurə Əfqanlının həyat yol-
daşı)  quruluşçu  rejissor  olduğu  “Qaçaq 
Kərəm” tamaşası olub . Onlar uzun illər 
birgə  çalışıb,  bir  çox  tamaşalara  uğurlu 
səhnə həyatı veriblər. Birgə hazırladıqla-
rı  tamaşalardan  “Şeyx  Sənan”  faciəsini, 
“Aşıq Qərib” operasını, “1905-ci il”, “Se-
vil” pyeslərini qeyd etmək olar.
Hər  iki  sənətkar  bir  müddət  Türk-
mənistanda, Aşqabad Dram Teatrında ça-
lışırlar. Sonra yenidən Bakıya qayıdırlar, 
yaradıcılıq işlərinə doğma şəhərdə davam 
edirlər.
Bədurə      Əfqanlı  1937-ci  ildə  Azər 
baycan  Dövlət  Dram Teatrına  dəvət  alır. 
1960-cı ilədək bu kollektivdə tərtibatçı və 
geyim üzrə rəssam olaraq çalışır. Həmçinin 
Azərbaycan Dövlət Rus Dram Teatırının 
bir sıra tamaşalarına geyim eskizləri çəkir. 
Mütəxəssis  Bədurə  Əfqanlının  rəssam 
kimi  fəaliyyətindən  danışarkən  onun  is-
tedadı  ilə  yanaşı,  əməksevərliyini,  hər 
zaman  axtarmaq  həvəsini,  peşəkarlığını 
xüsusi  qeyd  edirlər.  Rejissorlar,  drama-
turqlar həmişə onunla həvəslə işləyiblər. 
Sənətkar  1960-cı  ildən  “Azərbay 
canfilm”  kinostudiyasında  geyim  üzrə 
rəssam  işləyib.  “Koroğlu”,  “Leyli  və 
Məcnun”,  “Dəli  Kür”,  “Böyük  dayaq”, 
“Dədə  Qorqud”,  “O  qızı  tapın”,  “Qatır 
Məmməd”  kimi  ekran  əsərlərinə  geyim 
eskizləri  çəkib.  Bu  gün  onun  bir  çox 
əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və 
A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr 
Muzeyində (Moskva) saxlanılır.
Görkəmli  sənətkarın  çeşidli  yaradı-
cılığı  həmişə  diqqət  mərkəzində  olub, 
ölkə  rəhbərliyi  tərəfindən  layiqincə 
qiymətləndirilib. 1974-cü ildə Xalq artisti 
fəxri adına layiq görülüb. “Şərəf “nişanı 
ordeni ilə təltif edilib. 
Sənətkar özündən sonra gələcək nəsil-
lər  üçün  zəngin  bir  irs  qoyub  gedib.  İlk 
azərbaycanlı  qadın  teatr  rəssamımız 
Bədurə  Əfqanlı  2002-ci  il  mayın  7-də 
dünyasını dəyişib.
Ə d ə b i y y a t
Fərəcov, S. İlk azərbaycanlı 
qadın teatr rəssamı: Bədurə 
Əfqanlı [Mətn]/S.Fərəcov 
// Azərbaycan.- 2010.- 14 
mart.- S.6. 
Xəlilzadə, F. Rənglərlə 
süslənmiş ömur yolu [Mətn] 
/F.Xəlilzadə //Mədəniyyət.- 
2011.- 11 mart.-S.12.
Səfərəliyeva, D. 
Əfqanlı Bədurə [Mətn] 
/D.Səfərəliyeva.- Bakı: İşıq, 
1986.- 80 s.
25
Rəssam


225
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura
100 
illiyi
HƏYAT ABDULLAYEVA 
1912-2007
OKTY
ABR
Həyat  Həmdulla  qızı  Abdullayeva 
1912-ci il oktyabr ayının 14-də Dərbənd 
şəhərində  anadan  olmuşdur.  O,  məşhur 
balıq  sənayeçisi  Həmdulla Abdullayevin 
qızıdır. 
Atasının güllələnməsindən sonra 1930-
cu ildə anası ilə birlikdə Qazaxıstana sür-
gün edilmişdir. 1942-ci ildə Repin adına 
Leninqrad  Rəssamlıq,  Heykəltəraşlıq  və 
Memarlıq  İnstitutuna  daxil  olmuşdur. 
Həmin illərdə Həyat xanım “Tutu xanım”, 
“Həsən  bəy  Zərdabi”  kimi  əsərlərini  ya-
ratmışdır.
Həyat 
Abdullayeva 
dəzgah                                
heykəltəraşlığı  sahəsində  ilk  ali  təhsilli 
heykəltəraş qadın olmuşdur. 
Təhsilini başa vurduqdan sonra o, Ba-
kıya  qayıdır  və  Bakı  Rəssamlıq  Texni-
kumunda dərs deyir. O, Əzim Əzimzadə 
adına  Rəssamlıq  Texnikumunda  sənətin 
sirlərini P.Sapsayın emalatxanasında alır. 
Həyat xanımın yaratdığı ilk işi “Gənc 
oğlan“ın portretidir. 
1950-ci  ildən  heykəl  portretlərin, 
monumentlərin  və  kiçik  formalı  plas-
tik  əsərlərin  –  “Ana”  (1955),  “Yeddi 
gözəl”  (1957)  heykəlcikləri,  “Həcər” 
(1959),  “Gənclik”  (1960),  “Lay-lay” 
(1963)  heykəl-kompozisiyaları,  Molla 
Pənah  Vaqifin  abidəsi  (1957),  “İki  qız” 
(1967),  “Vəcihə  Səmədovanın  portreti” 
(1970), “Sənsiz” (1972) , “Şah İsmayıl”, 
“Natəvan” və s. kimi yaddaqalan əsərlərin 
müəllifidir.  “Lay-lay”  kompozisiyasında 
körpəsinə  ayaqları  üstündə  lay-lay  çalan 
gənc  qadın  –  ana  təsvir  olunub.  Bu  əsər 
naturadan işlənib. Böyük uğur qazanan bu 
əsər  incəsənətimizin  qızıl  fonduna  daxil 
olub.
H.Abdullayeva  heykəltəraşlıq  sənə           
-tinin  inkişafında  öz-dəsti  xətti  olan 
təkrarolunmaz  sənətkardır.  1950-ci  ilin 
ortalarında  kiçik  formada  kompazisiyalı 
Nizami Gəncəvinin “7 gözəl“ əsəri (for-
forda) tətbiqi sənət sahəsində ən baxımlı 
işdi:  Nizaminin  7  gözəl  və  Bəhram  po-
emasının  motivləri  əsasında  yaranmış 
heykəllər silsiləsi. Bu işlər müəllifin qadın 
portretində  rəgarəngliyə,  psixoloji  tamlı-
ğa  cəhd  etməsindən  xəbər  verir.  hər  bir 
millətin  özünün  müsbət,  kəskin  xarakte-
rini, geyimini, düşüncə tərzini, incəliyini 
böyek  ustalıqla  verə  bilmişdi.  “7  gözəl“ 
əsərində  olduğu  kimi  heykəltəraş  da 
müsbət  surətlərin  aydınlığı  ilə  təsvir  et-
mişdi.
Həyat xanımın uşaqlara həsr olunmuş 
məzmunlu kompazisiyaları yaradıcılığın-
da xüsusi yer tutur. Uşaqların sadə təmiz 
mənəviyyatının  təsvirinə,  xarakteristika-
sına tamaşaçıların diqqətini cəlb etmişdi.
Sovet  ədəbiyyatının  banisi  “Maksim 
Qorki“nin  heykəlini  yaratmışdır.  Heykəl 
M..F.Axundov  adına  Milli  Kitabxananın 
fasadında qoyulub.
Həyat 
Abdullayeva 
Azərbaycan 
rəssamlıq sənətində xüsusi yer tutur.Onu 
başqalarından  fərqləndirən  cəhətlərindən 
biri  də  bir  şəxsiyyət  kimi  əsərləri  ilə 
özü  arasındakı  yaxınlıq,  böyüklük  və 
səmimilikdir.
Azərbaycanın görkəmli heykəltəraşına 
1964-cü  ildə  Əməkdar  incəsənət  xadimi 
adı verilmişdir.
2007-ci ildə Bakıda vəfat edib.
Ə d ə b i y y a t
Həyat Abdullayeva [Mətn] 
//Azərbaycan Qadını ensik-
lopediyası.- Bakı, 2002.- 
S.16-17. 
Məsimli E. Sənətdə və 
ürəklərdə əbədiləşən 
sə¬nət¬¬kar: [Mərhum 
heykəltəraş Həyat Ab-
dullayeva haqqında] //
Mə¬¬dəniyyət.- 2007.- 20 
aprel.- S. 8.
Nəsimli E. Əbədiyaşar 
sənətkar: [Azərbaycan 
Respublikasının İncəsənət 
xadimi, heykəltəraş Həyat 
Abdullayevanın söhbəti] //
Mədəni-maarif- 2007.- № 
7.- S. 21-26.
Гусейнов , Г. 
Энциклопедия города 
Дербента [Текст] 
/Г.Гусейнов.- Москва, 
2002.-С.12-13.
14
Heykəltəraş


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə