Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə150/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   146   147   148   149   150   151   152   153   ...   161

 
310
Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, 
Səməndər Rzayev, Hamlet Qurbanov, Səyavuş Aslan, Mikayıl Mirzə, Səfurə 
Ibrahimova, Vəfa Fətullayeva, Fuad Poladov, Yaşar Nuri, Bəsti Cəfərova, Rəfael 
Dadaşov, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ramiz Məlikov və başqa 
istedadlı aktyorlarımızın yetişməsində, onların sənətinin formalaşmasında, eləcə də 
Azərbaycan teatr rejissorluğunun, teatr tərtibatının, teatr musiqisinin inkişafında 
«İlyas Əfəndiyev teatrı»nın böyük, bir çox məqamlarda isə həlledici rolu olmuşdur. 
Və bu proses bu gün də davam edir. 
Vaqif Yusifli 2002-ci ildə yazır: «Bu gün belə bir etiraf bəlkə daha ucadan 
səslənməlidir: İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra Azərbaycan 
dramaturgiyasına yeni bir üslub və nəfəs gətirdi, onun pyesləri uzun illər teatrımızın 
repertuar siyasətində mühüm rol oynadı. «İlyas Əfəndiyev teatr məktəbi» öz 
missiyasını indi də davam etdirir: lirik-psixoloji üslub tərzi, həyatın, gerçəkliyin 
zərif, incə hisslərlə təqdimi, gözəlliyin, həyat poeziyasının bədii-estetik təsdiqi İlyas 
Əfəndiyevdən sonra da davam edir. «İlyas Əfəndiyev teatr məktəbi» məkanında 
formalaşan rejissorlar, onun pyeslərinin «qəhrəmanı» olan aktyorlar indi də o böyük 
sənətkarı minnətdarlıqla xatırlayırlar».  
Bu yerdə mən, bir unikal faktı xatırlamaq istəyirəm: İlyas Əfəndiyevin təkcə 
bir teatrın – Akademik Milli Dram Teatrının səhnəsində 19 pyesi tamaşaya 
qoyulmuşdur və bu, müasir dünya teatr tarixində analoqu olmayan bir hadisədir. 
Həmin tamaşalar bunlardır: 
«Intizar» (Mehdi Hüseynlə birlikdə yazılıb) – ilk tamaşası 26 dekabr 1944-cü 
ildə oynanılıb. Quruluşçu rejissoru Səftər Turabov, quruluşçu rəssamı Nüsrət 
Fətullayev, bəstəkarı Əfrasiyab Bədəlbəyli idi. 
«Işıqlı yollar» – ilk tamaşası 19 iyul 1947-ci ildə oynanılıb. Quruluşçu 
rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin 
müəllifi Bədurə Əfqanlı, bəstəkarı Fikrət Əmirov idi. 
«Bahar suları» – ilk tamaşası 11 dekabr 1948-ci ildə oynanılıb. Quruluşçu 
rejissoru Adil Isgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin 
müəllifi Bədurə Əfqanlı, bəstəkarı Səid Rüstəmov idi. 
«Atayevlər ailəsi» – (ilk tamaşası 9 oktyabr 1954-cü ildə oynanılıb). 
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı 
Niyazi idi. (Həmin tamaşa yenidən bərpa olundu və 4 dekabr 1960-cı ildə ilk 
tamaşası göstərildi.) 
«Sən həmişə mənimləsən» – 14 noyabr 1964-cü ildə oynanıldı. Quruluşçu 
rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov 
idi. 
«Mənim günahım» – ilk tamaşası 5 may 1967-ci ildə oynanıldı. Quruluşçu 
rejissoru Əşrəf Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Sultan 
Hacıbəyov idi. 
«Unuda bilmirəm» – ilk tamaşası 1 noyabr 1968-ci ildə oynanıldı. Quruluşçu 
rejissoru – Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin 
Sabitoğlu idi. 
«Məhv olmuş gündəliklər» – ilk tamaşası 29 noyabr 1969-cu ildə oynanıldı. 
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı 
Emin Sabitoğlu idi.  


 
311
«Mahnı dağlarda qaldı» – ilk tamaşası 12 fevral 1971-cti ildə oynanılıb. 
Quruluşçu rejissoru Əliheydər Ələkbərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, 
bəstəkarı Süleyman Ələsgərov idi. 
«Qəribə oğlan» – ilk tamaşası 17 fevral 1973-cü ildə oynanılıb. Quruluşçu 
rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Emin 
Sabitoğlu idi. 
«Bağlardan gələn səs» – ilk tamaşası 1 oktyabr 1975-ci ildə oynanılıb. 
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, 
bəstəkarı Emin Sabitoğlu idi. 
«Xurşid banu Natəvan» – ilk tamaşası 11 sentyabr 1981-ci ildə oynanılıb. 
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Elçin Aslanov, 
bəstəkarı Arif Məlikov idi. 
«Büllur sarayda» – ilk tamaşası 17 sentyabr 1983-cü ildə oynanılıb. Quruluşçu 
rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Oqtay 
Kazımov idi. 
«Şeyx Məhəmməd Xiyabani» – ilk tamaşası 20 dekabr 1986-cı ildə oynanılıb. 
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz 
Haqverdiyeva, musiqisi isə seçmə tərtibatlı idi. 
«Bizim qəribə taleyimiz» – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb. 
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz 
Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi. 
«Sevgililərin cəhənnəmdə vüsalı» – ilk tamaşası 21 aprel 1989-cu ildə 
oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rasim 
Nəzirov, bəstəkarı Cavanşir Quliyev idi. 
«Tənha iydə ağacı» – Akademik Milli Dram Teatrı təmirdə olduğu üçün, ilk 
tamaşa 6 mart 1991-ci ildə Respublika Sarayında oynanılıb. Quruluşçu rejissoru 
Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiz Ismayılov, bəstəkarı Cavanşir 
Quliyev.  
«Dəlilər və ağıllılar» – Akademik Milli Dram Teatrının təmiri uzandığı üçün, 
ilk tamaşa 9 noyabr 1992-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində 
oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq 
Abdullayev, bəstəkarı Vasif Adıgözəlov idi. Bu tamaşa İlyas Əfəndiyevin özünün 
gördüyü sonuncu premyera idi. 
«Hökmdar və qızı» – altı il çəkən təmirdən sonra Akademik Milli Dram Teatrı 
1996-1997-ci il teatr mövsümünü ilk tamaşası 17 noyabr 1996-cı ildə oynanılan bu 
əsərlə açdı. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Ismayıl 
Məmmədov, musiqisinin tərtibatında isə Vasif Adıgözəlovun və Polad 
Bülbüloğlunun əsərlərindən istifadə olunmuşdu.  
Sonuncu tamaşa göstərilərkən, artıq İlyas Əfəndiyevin vəfatından 44 gün 
keçmişdi... 
Bu tamaşaların, demək olar ki, hamısı tamaşaçılar tərəfindən böyük maraq və 
hərarətlə qarşılanıb və orasını da deyim ki, İlyas Əfəndiyevin tamaşaları, demək olar 
ki, həmişə anşlaqla gedirdi.  
Akademik Milli Dram Teatrının arxivində qorunub saxlanmış məlumatlar 
əsasında İlyas Əfəndiyevin həmin teatrdakı tamaşalarının sayı barədə bəzi rəqəmləri 
oxuculara təqdim etmək istəyirəm: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə