Redaktor: Dilsuz


partlayacaqdı? Partlayacaqdı və əlbəttə, M.P. Qəriblinin özünü infarkt edib



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   26   27   28   29   30   31   32   33   ...   161

 
63
partlayacaqdı? Partlayacaqdı və əlbəttə, M.P. Qəriblinin özünü infarkt edib 
öldürəcəkdi, çünki M.P. Qəribli kimə gedib şikayət edəcəkdi, kimə deyəcəkdi ki, 
məni, köhnə partiya üzvünü, rəhbər işçini, Rayon Partiya Komitəsinin birinci 
katibini aldadıblar, mənə Nikolay onluğu əvəzinə, iki yüz əlli dənə qəlp onluq 
veriblər?.. Hardan idi səndə bu qədər pul ki, iki yüz əlli dənə Nikolay onluğu almaq 
istəyirdin, ay yoldaş birinci katib? Hər halda, bundan sonrası Əbdül Qafarzadənin 
yox, M.P. Qəriblinin özünün qayğısı idi...  
...Həmin aprel günü bu hadisə artıq keçmiş zamanların hadisəsi idi və o bomba 
hələ ki, partlamamışdı; diş həkimi Nəcəf Ağayeviçin çil-çil kürən sifəti, qıpqırmızı 
saçı, qaşı, kirpiyi Əbdül Qafarzadənin gözlərinin qabağından çəkildi və kişi Fərid 
Kazımlı ilə söhbətə qayıtdı: 
– Qurddu deyirsən? 
– Bəs nədi? Görmürdün, o vaxt deyirdi ki, ərizə verib gedəcəyəm... Bəs nə 
oldu? 
– Vəzifə şirin şeydi də... – Bu sözlərin özü də ikibaşlı idi, çünki Fərid Kazımlı 
özü də vəzifə sahibi idi və indi onun qəbul otağında oturub qəbul gözləyən bir çox 
insanın müqəddəratı bu adamın əlində idi.  
– Şirin şeydi, onda fason eləməsin... Qurddu, qurd.  
Əbdül Qafarzadə bayaqkı sözlərini təkrar etməyi lazım bildi: 
– Qurddu, qoy olsun də... Bəs, biz nəyik, dovşan-zadıq? 
Bu açıq-aşkar hədə-qorxudan Fərid Kazımlı da öz payını götürməli idi. Rayon 
Icraiyyə Komitəsinin sədri:  
– Vallah, – dedi, – sizin içinizdə baş çıxarmaq, sağ-salamat qalmaq çətin işdi... 
Sən hər tərəfdən özünü straxavat eləyirsən. Bəs, mən özümü necə straxavat eləyim? 
Hə? Bunu heç fikirləşmisən?  
Əbdül Qafarzadə daha gülümsəmədi, həmişəki ciddi ifadə ilə: 
– Bunu gərək sən özün fikirləşəsən də, başuva dönüm sənin – dedi. – Ayağa 
qalxdı və pencəyinin döş cibindən indicə evdə hazırladığı zərfi çıxarıb mizin 
üstündə sədrin qabağına qoydu.  
Sədr zərfə baxdı, sonra mizin orta yeşiyini çəkdi və zərfi götürüb yeşiyə qoydu, 
Əbdül Qafarzadənin açıq-aşkar hiss elədiyi bir gileylə: 
– Özün də aya-ilə dönmüsən... – dedi.  
– Bağışla, bu dəfə bir-iki gün gecikdirdim, amma, vallah, işim yaman çoxdu, 
heç başımı qaşımağa vaxt tapmıram... Gedə bilərəm? 
– Bir sözüm vardı sənə... – Fərid Kazımlı vəzifəcə özündən qat-qat aşağı olan 
Əbdül Qafarzadədən bir şey xahiş edəndə, həmişə tutulurdu, çətinlik çəkirdi. – 
Baldızım, oğlunu evləndirib axı... 
– Mübarək olsun! 
– Indi Moskvaya gedirlər, svadebni puteşestviyaya... 
– Sağ-salamat gedib-qayıtsınlar!  
– Moskvada qastinisa məsələsinə kömək eləyə bilərsən? 
– Nə vaxt gedirlər?  
– Sabah.  
– Axşam zəng eləyib sənə deyərəm ki, hansı mehmanxanaya düşsünlər. Gedə 
bilərəm?  
– Get də... 


 
64
Əbdül Qafarzadə kabinetdən çıxmaq istəyəndə, birdən ayaq saxladı, sədrə tərəf 
gəldi: 
– Deyəsən, mən də skleroz olmağa başlayıram... Sən elə elə ki, yol çəkmək 
üçün asfalt sexi açım. Nə imkanın varsa, elə. Qoy açım o sexi. Hələ ki, başqa adama 
demirəm, sənə deyirəm, kömək elə...  
Bu da bir xəbərdarlıq idi, Fərid Kazımlı bunu yaxşı başa düşürdü və Əbdül 
Qafarzadənin də sözdə yox, həqiqətdə imkanlarını yaxşı bilirdi.  
Əbdül Qafarzadə təkrar etdi: 
– Kömək elə... həm qəbiristanlıqda abadlıq olsun, həm planı yaxşı verək, həm 
də ki... çox yaxşı olar. Uzağa getmirəm heç, bax, Bakının o köhnə məhəllələrində 
binalar ki, var e, hamısının damı qırdandı. Sayı-hesabı yoxdur o cür binaların, 
payızda, qışda da damları su buraxır, təmir elətdirə bilmirlər. Qırçı, day demək olar 
ki, yoxdu şəhərdə. Mən onların təmirinə başlasam, bilirsən nə olar? Bu pulu, sayıb 
qurtarmaq olmaz... Sənin də işlərin yaxşı olar...  
Fərid Kazımlı yaraşıqlı çeşməyinin arxasından yenə də zəndlə Əbdül 
Qafarzadəyə baxdı və:  
– Baxarıq... – dedi.  
Əbdül Qafarzadə sədrin kabinetindən çıxdı. 
Zərfdə, həmişəki kimi, min manat pul var idi.  
 

 
QANUNLA ZARAFAT ELƏMƏK OLMAZ 
 
Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına 
gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər 
Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), 
bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman 
qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə 
tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq Idarəsində oturub müdiri gözləyə-
gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu 
balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından 
ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını 
görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini 
tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, 
trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir 
etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-
bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə 
təsir etmişdi.  
Qəbiristanlıq Idarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə 
avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin 
arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə 
tələbə Murad İldırımlı Qəbiristanlıq Idarəsinin yerini heç kimdən soruşa bilmirdilər. 
Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə 
ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş 
əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə