61
– rus dilində (bunu da iri qırmızı hərflərlə elə həmin Bədii Fondda yazdırmışdı)
şüşəbəndin yan tərəfindən asdırdı;bundan
sonra nə milis idarəsində, nə rayon
Icraiyyə Komitəsində, nə də yuxarı təşkilatlarda heç kim çürət eləyib gəlib bu
şüşəbəndi sökə bilmədi. Rayon Icraiyyə Komitəsi növbədənkənar iclasında xüsusi
qərar qəbul edib, binanın görkəmi memarlıq baxımından korlanmasın deyə, təcili
surətdə o onmərtəbəli binanın bütün küçə eyvanlarını şüşəbəndə çevirdi. O zaman
Nadejda Fyodorovna özünü saxlaya bilməyib başını bulaya-bulaya tənə ilə ərinə
dedi: «– Im vsem to oboşlos besplatno! A tı, durak, istratil stolko deneq!». Qonşular,
əlbəttə, bu işdən çox razı qalmışdılar, hamının, hətta
Nəcəf Ağayeviçdən zəhləsi
gedənlərin də ürəklərində bu kürən adama bir minnətdarlıq hissi baş qaldırmışdı,
amma Rayon Icraiyyə Komitəsinin göstərişi və Evlər Idarəsinin ciddi-cəhdi ilə o
yeni şüşəbəndlərə o qədər şüarlar vurmuşdular, o qədər Leonid İliç Brejnevin
şəkillərini asmışdılar ki, mənzillərə işıq düşmürdü və Nəcəf Ağayeviç bu fürsətdən
istifadə edib öz eyvanına vurduğu şüarları, L.I.Brejnevin şəklini gecələr xəlvətcə
bir-bir çıxartdı, heç kim də bunun fərqinə varmadı. Düzdü, şüşəbənd Nəcəf
Ağayeviçə pulla başa gəlmişdi, amma qonşulardan fərqli olaraq, indi onun mənzilinə
işıq düşürdü və Nadejda Fyodorovna da təskinliyi bunda tapırdı.
Həkim Nəcəf Ağayeviçin arvadı, gözəl diş texniki
Nadejda Fyodorovna rus idi
və hökumətdən bir şey qopartmaq istəyəndə (ya işləmək üçün əlverişli poliklinika
tələb edəndə, ya növbədənkənar avtomobil almaq istəyəndə, ya rəsmi sənəti, yəni
həkimliyi ilə bağlı xarici ləvazimat və aparatura uğrunda mübarizə aparanda və s.)
azərbaycanlı Nəcəf Ağayeviç bu cəhəti xalqlar dostluğuna nümunə kimi, xüsusi
olaraq, vəzifəli yoldaşların nəzərinə çatdırırdı, lazım olanda, Azərbaycan KP MK-
ya, Sov.IKP MK-ya, Siyasi Büroya, L.I.Brejnevə, hətta xüsusi ehtiyac hiss edəndə
Leninin mavzoleyinə («Əziz Vladimir İliç!
Sən ölməmisən, sən bizim üçün daima
canlısan! Buna görə də beynəlmiləl ailəmiz adından sənə müraciət edirik...») şikayət
teleqramları vururdu və sonsuz olduqları üçün iki nəfərdən ibarət bu ailə Bakıda,
olsun ki, ən firavan həyatlardan birini sürürdü. Nadejda Fyodorovna ağappaq idi,
Nəcəf Ağayeviç isə qıpqırmızı idi, amma bu adamlar bir-birilərini o qədər sevir və
başa düşürdülər ki, sifətdən bir-birilərinə bənzəməsələr də, elə bil, ər-arvadlıqdan
əvvəl əkiz bacı-qardaş olmuşdular.
Fərid Kazımlı ilə həmin qızıl söhbətindən sonra, Əbdül Qafarzadə Qəbiristanlıq
Idarəsinə gedib Mirzəibini yanına çağırdı və tapşırdı ki, həkim Nəcəf Ağayeviçə
sifariş göndərsin, axşam bir yerdə həkimin evinə gedəcəklər. Mirzəibi təəccüb etdi,
çünki Əbdül Qafarzadəyə qızıl lazım olanda özü heç vaxt həkim Nəcəf Ağayeviçgilə
getməzdi, bu iş tamamilə Mirzəibinin
öhdəsinə düşürdü; düzdü, Əbdül Qafarzadə
həkim Nəcəf Ağayeviç tərəfdən arxayın idi, bilirdi ki, bu kürən adam ehtiyatlı,
tədbirlidir, dünyanın işlərindən baş çıxara bilir və indiki zamanda, ölkəni bürümüş
bu təntənə içində belə bir adamın ilişməsi ehtimalı sıfra bərabərdir, amma, buna
baxmayaraq, özü heç vaxt bilavasitə Nəcəf Ağayeviçlə əlaqəyə girməmişdi, vasitəçi
həmişə Mirzəibi olmuşdu.
Əbdül Qafarzadə belə lazım bilirdisə, deməli, belə də olmalı idi– Mirzəibi
həkim Nəcəf Ağayeviçlə danışdı, axşam Əbdül Qafarzadə ilə birlikdə o gözəl
şüşəbəndli mənzilə getdilər. Nadejda
Fyodorovna gözəl diş texniki, ərinin gözəl
köməkçisi olmaqla bərabər, gözəl də çay dəmləyirdi və Əbdül Qafarzadə üstünə
tərtəmiz süfrə salınmış, gümüş çəngəl-bıçaq düzülmüş meyvəli, şirniyyatlı girdə
mizin arxasında oturub o gözəl çaydan (hayıf ki, hili yox idi) bir-iki qurtum aldı,
sonra armudu stəkanı nəlbəkiyə qoydu və «– Mənə iki yüz əlli dənə qızıl onluq
lazımdır» – dedi.
62
Əlbəttə, həkim Nəcəf Ağayeviçin də, Nadejda Fyodorovnanın da Bakıda
bilmədiyi şey yox idi və hərdən qızıl alverini Mirzəibi ilə eləsələr də, bu qızılın,
əslində, kimə çatdığını bilirdilər. Nəcəf Ağayeviç bu dəfə Əbdül Qafarzadənin
özünün gələcəyini eşidəndə başa düşdü ki, söhbət nəsə əsaslı bir məsələdən gedir.
Deməli, çox qızıl istəyirmiş, ona görə özü gəlib.
Həkim Nəcəf Ağayeviç arvadının dəmlədiyi çayı həmişəki ləzzətlə içə-içə: «–
Iki yüz əlli dənə onluq?» – soruşdu. - Əbdül Qafarzadə «– Hə,
iki yüz əlli dənə
onluq, – dedi. – Ancaq... iki yüz əllisi də falşivi olsun.» «– Nə?» – Çay az qaldı
həkim Nəcəf Ağayeviçin boğazında qalsın. «– Falşivi?» – Əbdül Qafarzadə boz
gözlərini həkim Nəcəf Ağayeviçin gözlərindən çəkməyərək başının hərəkəti ilə
sözlərini təsdiq edə-edə həmişəki sakitliyi ilə dedi: «– Iki yüz əllisi də falşivi olsun».
Mirzəibi səsini çıxartmadı, çünki o saat başa düşdü ki, söhbət elə bir işdən gedir
ki, Mirzəibinin o işə qarışmağa səlahiyyəti çatmır.
Nəcəf Ağayeviç o girdə mizin arxasında üzbəüz oturduğu Nadejda
Fyodorovnaya baxdı: əlbəttə, belə bir adamla, yəni Əbdül Qafarzadə ilə
münasibətləri korlamaq heç vəchlə onların xeyrinə ola bilməzdi (şəxsən bu evə
gəlməyi də,
yəqin ki, bir növ, xəbərdarlıq idi!) və belə bir adamın bilavasitə özünün
bu işə girişməyi Nəcəf Ağayeviç üçün təhlükəsizliyi təmin edirdi; hərgah bu xahişi
rədd etsəydi, Əbdül Qafarzadənin simasında elə bir düşmən qazanacaqdı ki, iki
nəfərdən ibarət bu kiçik ailə (beynəlmiləl ailə olsa da) həmişəki rahatlığı ilə yaşaya
bilməyəcəkdi– bu, gün kimi aydın bir həqiqət idi.
Həkim Nəcəf Ağayeviç gözlərini Nadejda Fyodorovnadan çəkib Əbdül
Qafarzadəyə baxdı: «– Çətin işdir...» Əbdül Qafarzadə: «–Bilirəm...» – dedi. Nəcəf
Ağayeviç dərindən nəfəs aldı: «–Yalnız sizə dərin hörmətim olduğu üçün...
taparam...» Əbdül Qafarzadə: «Çox sağ ol, həkim, – dedi. – Mən belə şeyləri yaddan
çıxarmıram».
Iki yüz əlli qəlp qızıl onluğun hamısını bir yerdə əlli min manata sövdələşdilər
(Nəcəf Ağayeviç: «–Mənim özümə heç nə lazım deyil, – dedi. – Yalnız sizin
xahişinizi yerinə yetirəcəyəm, lazımi adamlarla danışacağam, yaxşı sənətkar
tapacağam... Özüm sizdən heç nə götürmərəm...») və Əbdül Qafarzadə Fərid
Kazımlıdan aldığı iki yüz əlli min manat pulun (Fərid Kazımlı, görəsən,
M.P.Qəriblidən nə qədər almışdı: üç yüz min? Yoxsa bir az da çox?) əlli min
manatını həkim Nəcəf Ağayeviçə verdi və təxminən
on gündən sonra, iki yüz əlli
qəlp sikkəni əsl Nikolay onluğu kimi Fərid Kazımlıya təqdim etdi.
Əbdül Qafarzadə həmin əməliyyatdan nəqd iki yüz min manat mənfəət əldə
etdi. Nəcəf Ağayeviç isə bu əməliyyatdan cəmi on min manat pul qazandı (qəlp
sikkələri qırx min manata düzəltdirmişdi), amma bu əməliyyatın qiyməti onun üçün,
həqiqətən, qat-qat artıq idi: Əbdül Qafarzadənin dostları sırasına keçirdi və Bakıda
canavar kimi burun-buruna dayanmış rəqiblərinin arasında rahat bir ömür
sürəcəkdi...
Əlbəttə, bir sellofan torba həmin qəlp sikkələr, əslində, bomba idi, haçansa
partlayacaqdı, amma bunun daha Əbdül Qafarzadəyə dəxli yox idi. Bunun heç Fərid
Kazımlıya
da dəxli yox idi; adicə olaraq Fərid Kazımlı heç özü də bilmədən M.P.
Qəribliyə bir sellofan torba dolusu bomba verirdi; bəlkə heç M.P.Qəriblinin də o
bombadan xəbəri olmayacaqdı, o qəlp sikkələri həqiqi qızıl bilib ömrünün
axırınacan istisinə qızınacaqdı... Bəlkə də xəbəri olacaqdı və o bomba