Zehin və Məntiq
SUALLAR:
1.
Məntiqi bilənlər nə üçün səhv edirlər? Əks və həlledid cavabı
izah edin.
2.
Sizcə, səhvin qarşısını alanın özü səhv edə bilərmi?
3.
Zəruri şərtlər hansılardır?
4.
Sizcə, zəruri şərtlərin hər ikisi ödənsə, nəticə düzgündürmü?
5.
Maddə, forma, maddi və formal məntiq nədir?
6.
Həm maddi, həm də formal məntiqi yanlış olan misal gətirin.
7.
İnsanın düşünən varlıq olduğunu nəzərə alaraq, məntiqi
dəyərsiz hesab edənlərə necə cavab verərdiniz?
109
4-
CU DƏRS
KAFİ ŞƏRTLƏR
Kafi şərtlər
1.
Tam əhatə
(məntiqi qaydalar tam bilinməlidir).
2.
Tətbiq
(bu qaydaları tətbiq etmə bacarığı olmalıdır).
3.
Sahə
(tətbiq sahəsinin qayda-qanunu bilinməlidir).
4.
Riyazi məkan
(ağıl riyazi məkanda və ideoloji təfəkkürdən
uzaq olmalıdır).
5.
Keyfiyyət-kəmiyyət
(Keyfiyyət və kəmiyyət qanunu
ödənməlidir).
Birinci və ikinci şərtlər aydmdır. Üçüncü şərt demək istəyir ki,
məsələn: əgər fəlsəfədə müəyyən nəticə almaq istəyiriksə, məntiqin
zehni səhv etməkdən qorumasma baxmayaraq, fəlsəfənin
aksiomları, terminləri və qanunları düzgün öyrənilməlidir. Əks
halda, təbiidir ki, səhvə yol verəcəyik.
Dördüncü şərt isə mübahisə və müzakirələr zamam, qarşı
tərəfin öz məqsədinin düzgün olduğunu çatdırmaq üçün məntiqi
qaydaları öz mənafeyinə uyğun istifadə etməsindən danışır. Bu şərt
yanlış dəlilgətirmənin səbəblərindən sayılır. Bu haqda "sofizm"
bəhsində geniş danışılacaq.
"Riyazi məkan" dedikdə, riyazi
təfəkkür zamanı zehnin riyazi simvollardan başqa heç nəyi
qəbul etmədiyi və ona kənardan heç bir şeyin təsir göstərə
bilmədiyi kimi, məntiqi təfəkkür zamanı da ağ-
111
Məntiq ____________________________________________________________
İm heç bir təsirə məruz qalmaması üçün onun məcazi mənada
riyazi məkana daxil olmasının zəruriliyi nəzərdə tutulur.
Kitabm birinci dərsində ideoloji təfəkkür haqqmda danışdıq.
Burada ideoloji təfəkkür dedikdə, xüsusi ideologiya, nəzəriyyə,
inanc, şüuraltı biliklər və s. ilə bərabər olan təfəkkür başa düşülür.
Bu da elə təfəkkür dərsində dediyimiz ideoloji təfəkkürün geniş
mənasıdır.
Belə təfəkkür zamam zehnin səhvə yol verməsi aydmdır. Çünki
insan hər nə qədər məntiqi fikirləşsə də, zehrıini öz ideo-
logiyasmdan, şüuraltı biliklərindən, düşündüyü həmin sahə ilə
bağh mövzuya olan inancmdan uzaq tutmadıqda, onun bu inancı,
ideologiyası, şüuraltı bilikləri təfəkkür zamam öz təsirini
göstərməlidir. Bıma görə də təfəkkür zamam düzgün nəticə ahnaq
üçün şəxsi yanaşmaları kənara atıb müstəqil prizmadan baxmaq
lazımdır.
Altmcı şərt:
Keyfiyyət-kəmiyyət qanunu:
Nəzərimizcə,
təfəkkürün düzgün nəticə verməsi üçün yuxarıdakılardan başqa bir
şərt də vardır və demək olar ki, digər şərtlərin hər biri ona bağlıdır.
Bu, "keyfiyyət-kəmiyyət" qanunudur və ən əsas şərt sayılır. Bu
qanun məntiqi təfəkkürün ən mühüm tərəflərindən biridir. Belə ki,
o bütün mübahisələrin açarı sayılır. Keyfiyyət dedikdə,
məlumatlarm hansı növdən olduğu, kəmiyyət dedikdə isə
məlumatlarm kəmiyyəti başa düşülür.
İllərlə müxtəlif təbəqədən olan insanlarla müzakirələr
etdikdən, mübahisələr apardıqdan, bu müzakirə və mübahisələri
araşdırıb təhlil etdikdən sonra belə nəticəyə gəldik ki, insan- larm
bir-birini qəbul etməməsinin, fikir müxtəlifliyinin səbəbi bu
qanunla bağlıdır. Yəni ümumi olaraq hər bir kəs özü tərəfindən
qəbul edilmiş ya dərk edərək, ya da müəyyən şüuraltı məlumatlara
əsaslanaraq fikir yürüdür. Bu da başqasınm eti- razma səbəb olur.
Beləliklə, həmin qanunun izahma diqqət yetirək:
112
Zehin və Məntiq
Məchul obyekt (x) üçün müxtəlif mənbələrdən ilkin
məlumatlar, biliklər əldə edilir. Bu müqəddimələr əsasmda obyekt
(x) haqqmda yeni bir nəticə məlumat yararur. Əgər iki
müqəddimədən istifadə etsək, onda iki müqəddimə məlumatdan
törəyən nəticənin riyazi şəkli belə olar:
Mı+Ma=N2
Alman bu nəticə məlumat həmin müqəddimə məlumatlar (Mı,
M
2
) çərçivəsində düzgün məlumat hesab edilir. Yəni nəticə onu
törədən müqəddimələr baxımmdan dolğun məlumatdır. Amma
başqa bir mənbəni də əlavə etsək, artıq alman məlumatımız əvvəlki
məlumatdan fərqli olacaq.
Mı+Mı+M3=N3
Riyazi formuldan da göründüyü kimi, nəticə, verilən
müqəddimə məlumatlarm etibarlılığmdan, keyfiyyətindən və
kəmiyyətindən asılıdır. Yəni bərabərliyin sol tərəfinə yeni məlumat
əlavə edilsə, bu zamam nəticənin dəyişməsi mümkündür. Burada,
keyfiyyət dedikdə, verilən müqəddimə məlumatlarm hansı növ
məlumat - "nəqli" və ya "əqli" və s. olması nəzərdə tutulur. Çünki
aydmdır ki, hər bir məlumat ümumi olaraq ya əqli, ya da nəqlidir.
Elə isə verilən müqəddimələrin də keyfiyyəti əqli və nəqli olmadan
asılıdır. Onda bu asılılığı da ümumi şəkildə belə göstərmək olar:
M=M(ə,n)
Beləliklə, nəticə-'N", müqəddimə məlumat="M", əqli məlu-
mat="ə", nəqli məlumat="n" və kəmİ
3
ryət="m" əvəzləməsi aparsaq,
bu qanunu riyazi şəkildə aşağıdakı kimi göstərə büərik:
Nm
= N(M(ə,n),m) = Mı+M2+M3+...+Mm= JMi
(Burada
"E "
işarəsi cəm deməkdir.)
113
Dostları ilə paylaş: |