Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
1   2   3   4   5   6

16 mart 2017-ci il

4

http://w w w.amu.edu.az





Məlum olduğu kimi, piylən-

ilə mübarizə uzun illərdir ki

cər rahi yollarla korreksiya olun-

maqdadır.

Təqdir olunası haldır ki, azər-

bay canlı  cərrahlar  piylənmə 

ilə  mübarizədə  dünya  tib-

binin  müasir  nailiyyətlərini 

ölkəmizdə uğurla tətbiq edir. 

ATU-nun I cərrahi xəstəliklər 

kafedrasının  əməkdaşı,  Azər-

bay can  Bariatrik  və  Meta-

bolik  Cərrahlar  Dərnəyinin 

sədri,  t.ü.f.d.  Taryel  Ömərov 

bu  barədə  qəzetimizə  ətraflı 

məlumat verib.

Onun 


sözlərinə 

görə, 


piylənmə zamanı Bədən Kütləsi 

İndeksi  (BKİ)  deyilən  meyar-

dan  istifadə  olunur.  Bu  rəqəm 

20  -25  arasında  olarsa,  in-

san normal çəkidə hesab olu-

nur.  BKİ-si  35-dən  çox  olub 

qeyri-cərrahi  yolla  arıqlaya 

bilməyən pasiyentdə piylənmə 

nəticəsində  yaranmış  bir  neçə 

patologiyanın  varlığı  möv-

cuddursa,  bu  zaman  qalıcı 

və  uzun  müddətli  effekt  əldə 

etmək  üçün  mütləq  cərrahi 

metodlara müraciət etmək la-

zımdır: “Amma unutmamalıyıq 

ki, cərrahi metod bu işdə son 

çarədir  və  əgər  beynəlxalq 

təcrübəyə  əsaslanaraq  düz-

gün seçim olunmazsa, ən yax-

şı  halda  pasiyent  effekt  görə 

bilməz.

Uzun  illərdir  ki,  dünya 



cərrah ları ideal və fəsadsız ba-

riatrik  cərrahi  əməliyyat  növü 

üzərində  işləyirlər.  Bu  axtarı-

şın  başlanğıcı  ötən  əsrin  50-

ci  illərinə  gedib  çıxır.  Bu  işdə 

dönüş  nöqtələrindən  birinci-

sini  hazırda  İFSO-Beynəlxalq 

Bariatrik  Cərrahiyyə  və  Me-

tabolik  Xəstəliklər  dərnəyinin 

həmsədrlərindən  biri  və  əslən 

italyanlı  olan  professor  Ni-

cola  Scopinaro  1976-cı  ildə 

biliopankreatik  diversiya  ad-

lanan  əməliyyatla  başlatdı”. 

T.Ömərovun  bildirdiyinə  görə, 

əməliyyat  nə  qədər  effek-

tiv  olsa  da,  az  mənimsənilmə 

ilə  bağlı  olaraq  sonradan 

baş  verən  patologiyalar  ya-

ranırdı:  “Amma  2-ci  dönüş 

nöqtəsi  1993-cü  ildə  Kre-

men  Ru  üsuli  ilə  mədə  şunt-

lanması  əməliyyatının  tətbiqi 

oldu.  3-cü  dönüş  nöqtəsi 

isə  2003-cü  ildə  günümüzdə 

ən  populyar  əməliyyat  sa-

yılan  mədəkiçiltmə  (Sleeve 

qastrektomiya)  əməliyyatının 

gündəmə gəlməsi oldu. 

Bu  əsas  metodları  özündə 

birləşdirən  və  günümüzdə 

tət  biq  olunan  onlarla  ara-

lıq  növü  var.  Yəni  ideal  bari-

atrik  əməliyyat  növü  ancaq 

və  ancaq  pasiyentin  bədən 

kütləsi 


indeksinə, 

yana-


şı  gedən  xəstəliklərinin  ağır-

lıq  vəziyyətinə,  yaşına  və  s. 

bu kimi meyarlara ciddi nəzər 

yetirərək seçilərsə, daha effek-

tiv olur”.

T.Ömərov  mədə  kiçildilməsi 

məsələsinə də toxunub: “Bari-

atik Metabolik Cərrahiyyə mü-

asir  üsullarla  həyata  keçirilən 

və  bütün  dünyada  populyar-

lıq  qazanmış  əməliyyatlardan 

biridir.  Piylənmədən  əziyyət 

çəkən  insanlara  bu  baxımdan 

bir  neçə  növ  əməliyyat  təklif 

olunur.  Hər  birinin  də  öz  üs-

tün cəhətləri və çatışmazlıqla-

rı  var.  Məsələn,  mədəkiçiltmə 

pasiyentlərin  artıq  çəkilərinin 

maksimum 

60-80%-nin 

itirilməsinə  gətirib  çıxarırsa, 

Ry  üsulu  ilə  mədə  şuntlaması 

əməliyyatında  bu  rəqəm  90-

100  %-dir.  Mədəkiçiltmə  ilə  II 

tip  şəkərli  diabetdən  qurtul-

ma 60 %-dirsə, mədəşuntlama 

əməliyyatları zamanı bu rəqəm 

90 %-ə qədər qalxa bilir. Buna 

çox  sayda  misallar  çəkmək 

olar.  Demək,  mədə  şuntlama 

əməliyyatları daha idealdır .

Lakin  unutmamalıyıq  ki, 

mə də şuntlama  əməliy yatla-

rının  özü nə məxsus  spesi-

fik  fəsadları  da  vardır.  Bu-

nun  ən  bariz  nümu nəsi  kimi 

dəmir,  vitamin  B12  defisitli 

anemiya  və  diqqət  edilməzsə 

azmənimsənilmə  sindromu  və 

digər  problemlərə  səbəb  ola 

bilər.  Lakin  aşırı  piylənmədən 

əziyyət  çəkən  və  II  tip  diabe-

ti  olan  pasiyentlərdə  bu  tip 

əməliyyatlar  arıqlayaraq  öz 

ideal çəkilərinə çatmaqda daha 

effektivdirlər. Mədəkiçildilməsi 

isə  bu  işdə  mədəşuntlama 

əməliyyatıarından geri qalır.

Lakin  azərbaycanlı  həkimlər 

bir  neçə  metodu  özündə 

birəlşdirən və minimum az yan 

təsiri olan yeni növ əməliyyat–

mədəkiçildilməsi zamanı stan-

dart metodla müqayisədə daha 

dar  və  həcmcə  kiçik  mədə 

formalaşdırmaq  üçün  yeni 

təklif  veriblər.  İşin  məğzi  bu 

əməliyyata  standart  metod-

dan  fərqli  olaraq  təxminən  1 

sm  dimaetrdə  mədə  +  pilorik 

sfinkterə daha yaxın 2 sm ya-

xınlaşaraq  rezeksiyanın  baş-

lanması,  yəni  antral  hissənin 

maksimal  şəkildə  rezeksiyası 

+  dar  mədə  saxlanılması  za-

manı  baş  verəcək  anastamoz 

xətti  sızmalarının,  burulmala-

rın və s. bu kimi ağırlaşmaların 

faizini daha çox azaltmaq üçün 

əməliyyat  zamanı  mədənin 

böyük  əyriliyindən  ayrılmış 

omentumun  yenidən  kəsik 

xəttinə tikilməsi durur. Nəzərə 

çatdırmaq istərdik ki, standart 

metodda  mədənin  diametri 

13-15 mm, həcmi isə 140-160 

ml  qalır,  rezeksiya  isə  pilorik 

sfinkterdən  4-6  sm  kənardan 

başlayaraq həyata keçirilir. 

T.Ömərov 

sonda 

ar-


tıq  bu  əməliyyatın  dünya 

səviyyəsində  tanıdılması  üçün 

patent  təşkilatlarına  müraciət 

olunduğunu da qeyd edib.



Qabil ABDULLAYEV

Azərbaycanlı cərrahların yeni modifikasiya ilə dünya təcrübəsinə inteqrasiyası

ATU-nun həkimləri arıqlamaq istəyənlərə yeni növ əməliyyat təklif edirlər

Bu günlərdə Fransanın bir 

neçə universitetinin nü­

ma 

yəndələri Bakıda səfər­

də olublar. Strasburq Uni­

versiteti, İCD Business 

School, CEFAM University

Pol Sabatye Tuluza Univer­

sitetinin təmsilçiləri Fran­

sanın Azərbaycandakı Səfir­

liyinin və Institut Français 

d’Azerbaïdjan (Fran sız İnsti­

tutu) təşkil et dikləri sərgidə 

iştirak ediblər. 

 

Səfər  çərçivəsində  fran-

salı qonaqlar Azərbaycanın 

bir  sıra  universitetlərini, 

o  cümlədən  Azərbaycan 

Tibb  Universitetini  (ATU) 

də  ziyarət  ediblər.  ATU-

nun  da  iştirakçısı  olduğu 

Erasmus  Mundus  MEDEA 

layihəsinin  koordinatoru, 

Pol Sabatye Tuluza Univer-

sitetinin  nümayəndəsi  Ok-

sana  Kunduzova  ATU-nun 

Tədris Terapevtik və Tədris 

Cərrahiyə 

klinikalarında 

qonaq olub. Bu müəssisələrlə ta-

nışlıqdan sonra xanım Kunduzova 

Tədris  Terapevtik  Klinikanın  di-

rektoru, professor Hüseyn Qabu-

lov  və  Tədris  Cərrahiyyə  Klinika-

sının  baş  həkimi,  professor  Rauf 

Ağayevlə görüşüb.

Görüş  zamanı  partn yor  univer-

sitetlərin klinika əmək daşları ara-

sında təcrübə və elmi mübadilənin 

istiqamətləri  müzakirə  olunub, 

bunun  hər  iki  tərəf  üçün  faydalı 

olacağı  vurğulanıb.  Eynu  zaman-

da,  bu  cür  layihələrin  gələcəkdə 

də  davam  olunmasının  vacibliyi 

vurğulanıb.

Fransalı  qonaqların  iştirakilə 

“ADA” Universitetində keçirilən ic-

timai  müzakirələrdə  Azərbaycan 

Tibb  Universitetinin  əməkdaşları 

da  iştirak  ediblər.  Tədbirdə 

universitetlərarası  əməkdaşlığın 

perspektivləri  müzakirə  olunub. 

Fransanın  Azərbaycandakı  Səfiri 

Xanım  Orelia  Buşez  və  digər  iş-

tirakçılar  iki  ölkə  arasında  təhsil 

və  elm  sahəsində  əməkdalığın 

möhkəmlənməsinin 

vacibliyini 

qeyd ediblər.



Pol Sabatye Tuluza 

Universitetinin təmsilçisi ATU-

nun qonağı oldu

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının fəalları və uni-

versitet tələbələrinin iştirakı ilə “Ürəyinin tonunu hiss et” adlı fleşmob keçirilib. 

Fleşmobun  keçirilməsində  məqsəd  gənclərin  sosial  fəaliyyətlərinin  artırılması, 

gələcəkdə bu cür aksiyalarda aktiv iştirak etmələridir. 

67 nəfərin qatıldığı fleşmobun koordinatoru ATU TGT-nin daxili işlər üzrə 

sədr müavini Rauf Vəliyevdir. 

Qeyd edək ki, bu, ATU TGT-nin bu il ərzində təşkil etdiyi sayca 2-ci belə 

fleşmobdur.

8  Mart  Beynəlxalq  Qa-

dınlar  Günü  münasibəti  ilə 

əlaqədar  ATU-nun  Tələbə 

Gənclər  Təşkilatının  (TGT) 

fəallarının  xüsusi  aksiyası 

təşkil  olunub.  Onlar  ATU-da 

çalışan təmizlik işçilərinə gül 

hədiyyə ediblər.

“Ürəyinin tonunu 

hiss et” adlı 

fleşmob keçirilib

ATU-nun Tələbə 

Gənclər Təşkilatının 

(TGT) fəalları xüsusi 

aksiya təşkil edib




Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə