Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
1   2   3   4   5   6

16 mart 2017-ci il

5

http://w w w.amu.edu.az



Qadınlar ildə bir 

neçə dəfə ginekoloji və 

digər müayinələrdən 

keçməlidirlər. Xüsusilə 

də, süd vəzi ilə bağlı 

problem yaşayan qadın-

ların dəqiq müayinə 

olunması vacibdir.

Bu baxımdan bəzi 

müayinələr var ki, onlar 

yalnız Azərbaycan Tibb 

Universitetinin 

mütə xəs-

sisləri tərəfindən aparılır. 

Azərbacyanda ilk olaraq 

məhz Azərbaycan Tibb 

Universitetinin Tədris Tera-

pevtik Klinikasında süd 

vəzindən ifrazatın gəlmə 

səbəbini və mənşəyini 

təyin etməyə imkan verən 

müayinə aparılır. “Duk-

toqrafiya” adlanan bu 

müayinənin aparılmasına 

imkan verən cihaz ATU-

nun Tədris Terapevtik 

Klinikasında mövcuddur. 

Əgər süd vəzindən qanlı 

ifrazat gəlirsə, bu zaman həm 

mammoqrafiya, həm də 

duktoqrafiya aparılmalıdır. 

Hazırda  ATU-nun Tədris 

Terapevtik Klinikasında hər 

iki müayinənin aparılması 

üçün lazımi avadanlıq və 

uyğun şərait mövcuddur.

Məlumat üçün qeyd 

edək ki, “Duktoqrafiya” 

müayinəsi uzun illər 

bu sahə ilə məşğul olan 

gənc mütəxəssis, ATU-

nun Şüa diaqnostikası və 

terapiyası kafedrasının 

əməkdaşı, Tədris Terape-

vtik Klinikasının  aparıcı 

mamoloq-radioloqu Gü-

nel Qəmbərova tərəfindən 

aparılır. G.Qəmbərova 

hazırda ”Süd vəzinin qeyri-

şiş mənşəli xəstəliklərinin 

erkən diaqnostikası” möv-

zusunda elmi iş yazır, 

bu mövzuya dair 40-dan 

çox elmi məqalələnin 

müəllifidir.



Bu müayinə Azərbaycanda yalnız ATU-nun 

Tədris Terapevtik Klinikasında aparılır

Azərbaycan  Tibb  Universitetinin 

Tədris  Terapevtik  Klinikasında  XII 

Ümumdünya  Böyrək  Gününə  həsr 

olunmuş  elmi-praktik  konfrans 

keçirilib. 

Konfransa  Bakıda  və 

regi onlarda  yerləşən  di-

aliz  mərkəzlərinin  şöbə 

mü dirləri,  nefroloqlar  və 

nefroloji  mərkəzlərin  hə-

kimləri qatılıblar.

Konfransı  giriş  sözü  ilə 

açan  klinikanın  direktoru, 

professor  Hüseyn  Qa bu lov 

iştirakçıları  salam layaraq, 

onlara  konfransın  işində 

uğurlar arzulayıb.

O  bildirib  ki,  hər  il  bü-

tün  dünyada  olduğu  kimi 

ATU-nun  Tədris  Tera-

pev tik  Klinikasında  da 

Dün ya 

Böyrək 


Günü 

qeyd  olunur  və  bu  konfransın  davamlı  keçi-

ril məsi  çox  təqdirəlayiq  bir  haldır:  “Hər  il 

keçirilən  bu  konfransın  əsas  məqsədi  böyrək 

patalogiyasının yayılmasının qarşısını almaq və 

profilaktik tədbirlərin görülməsindən ibarətdir. 

Statistik  məlumatlarda  da  qeyd  edildiyi  kimi, 

dünya  əhalisinin  10-12%-də  böyrək  xəstəliyi 

var və bu xəstəlikdə risk faktorları mövcuddur. 

Bu,  böyrək  xəstəliyinin  çox  aktual  olmasının 

göstəricisidir.  Respublikamızda  da  sözügedən 

sahəyə  ölkə  rəhbərliyi  və  Səhiyyə  Nazirliyi 

tərəfindən  xüsusi  diqqət  yetirilir.  2016-cı  ilin 

yanvar  ayında  Nazirlər  Kabineti  tərəfindən 

xüsusi  tədbirlər  planı  hazırlandı,  hal-hazırda 

da  icra  edilir.  Hazırda  Azərbaycanda  3000-

dən artıq xəstənin yararlandığı 38 hemodializ 

mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edim 

ki, il ərzində dövlətimiz bu sahəyə kifayət qədər 

vəsait ayırır”.

Direktor  konfransın  keçirilməsindəki  təşəb-

büsünə  və  əziyyətinə  görə  baş  nefroloq, 

professor Mehman Ağayevə təşəkkür edib. Onun 

bu sahədəki zəhmətini yüksək qiymətləndirib.

Daha  sonra  Səhiyyə  Nazirliyinin  Baş 

Nefroloqu, ATU-nun TTK-nın Efferent Terapiya 

Mərkəzinin  müdiri,  Terapevtik  və  Pediatrik 

Propedevtika kafedrasının professoru Mehman 

Ağayev çıxış edib.

O,  ilk  öncə  Universitet  rəhbərliyinə  və 

klinikanın direktoruna bu şəraiti yaratdıqlarına 

görə təşəkkürünü bildirib.

Professor  dünyada  böyrək  xəstəliyi  olan 

insanların  sayının  artmaqda  olduğuna  diqqət 

çəkib: “Bu göstərici hazırda 10-12% təşkil edir. 

Xroniki böyrək xəstəliyi olan insanların əksəriy-

yəti  artıq  çəki  səbəbindən  əziyyət  çəkirlər. 

Ümumdünya  Böyrək  Gününün  keçirilməsində 

də əsas məqsəd böyrək xəstəliyi olan insanları 

maarifəndirməkdən  ibarətdir.  Bu  xəstəliklərə 

arterial hipertenziya, şəkərli diabet və s. aiddir. 

Bilirsiniz  ki,  piylənmə  böyrəyin  əsas  risk 

faktorlarından biridir. Bu gün 600 milyon insan 

artıq çəkidən əziyyət çəkir. Sevindirici hal kimi 

onu  deyə  bilərəm  ki,  indiki  dövrdə  müəyyən 

qədər  piylənmənin  qarşısını  almaq  olur.  Buna 

həyat  şəratinin  yaxşılaşdırılması,  sağlam 

qidalanma  və  s.  kimi  qaydalara  əməl  etməklə 

nail olmaq olar ”.

Daha  sonra  akademik  M.Cavadzadə  adına 

Respublika  Klinik  Uroloji  Xəstəxanasının 

hemodializ  şöbəsinin  müdiri,  professor  Fariz 

Babayev  “Azərbaycanda  böyrək  əvəzedici 

terapiyanın 2016-cı il registri” mövzusu ilə çıxış 

edib.

O,  qeyd  edib  ki,  Nazirlər  Kabinetinin  2016-



2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” 

Dövlət  Proqramı  qəbul  olundu  və  dövlətimiz 

tərəfindən  bu  məsələlərə  xüsusi  diqqət, 

qayğı  göstərilir:  “Bunun  nəticəsində  hazırda 

Azərbaycanda 38 hemodializ mərkəzi fəaliyyət 

göstərir. Halbuki 2006-cı ildə ölkəmizdə cəmi 

7  hemodializ  mərkəzi  var  idi.  Azərbaycanda 

dializ xəstələrinin yaş göstəricisi 9-78 arasında 

tərəddüd  edir  və  hal-hazırda  38  hemodializ 

mərkəzində  590  hemodializ  aparatı  3111 

xəstəyə xidmət edir.

Bunlardan  1273  nəfər  Bakı  şəhərində, 

1838  nəfər  regionlarda  tam  dövlət  hesablı 

hemodializlə  təmin  olunublar.  Nazirlər 

Kabinetinin  qəbul  etdiyi  proqrama  əsasən 

2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar 

rayonlarında  hemodializ  şöbələri  istifadəyə 

verildi.  Bu  zaman  insanların  sıxlığı,  təminatın 

lazımi  səviyyədə  olmaması  və  digər  amillər 

nəzərə  alınaraq  nazirlik  tərəfindən  belə  bir 

addım atıldı. Azərbaycanda fəaliyyət göstərən 

38 hemodializ mərkəzinin 8-i Bakıda, 30-u isə 

regionlarda fəaliyyət göstərir”.

Konfransda eyni zamanda “Nefrotik sindromun 

ağırlaşmaları”, “Akademik M. Cavadzadə adına 

RKUX-da böyrəkköçürmə əməliyyatı təcrübəsi”, 

“Punksion  böyrək  biopsiyasının  patomorfoloji 

və  ultrastruktur  nəticələri”,  “Uşaqlarda  ANCA 

assisoyalı  vaskulitlər”,  “BXX  olan  xəstələrdə 

C  virusu  Hepatitinin  müasir  müalicəsi”, 

Hemodializ  zamanı  aşağı  molekullu  heparinin 

istifadəsi  təcrübəsi”,  “Böyrəklərin  zədələnməsi 

ilə  gedən  sistem  vaskulitlərinin  müalicəsində 

plazmaferizin  tətbiqi”  mövzularında  elmi 

məruzələr dinlənilib.

Konfransın  sonunda  qarşıda  duran  vəzifələr 

və  görüləcək  işlərlə  bağlı  fikir  mübadiləsi 

aparılıb. Bildirib ki, bu işlərin həyata keçirilməsi 

gələcəkdə  nefrologiyanın  respublikamızda 

daha da inkişaf etməsinə təkan verəcəkdir.



Tədris Terapevtik Klinikada 

Ümumdünya Böyrək Günü qeyd edildi

Martın 1-də 1 saylı tədris 

korpusunda ATU-nun Mülki 

Müdafiə Qərargahının rəisi 

Firdovsi Məmmədovun iştirakı 

ilə Mülki Müdafiə Gününə həsr 

olunmuş tədbir keçirilib.

MMTX  kursunun  rəisi,  istefa-

da  olan  polkovnik  Fərman  Əliyev 

“Mülki müdafiənin fəlakətlərə qar-

şı  mübarizədə  rolu”  mövzusunda 

məruzə ilə çıxış edərək bildirib ki, 

Mülki Müdafiə - sülh və müharibə 

şəraitində  mülki  əhalinin,  təsərrüfat 

obyektlərinin  kütləvi  qirğın  silahla-

rından  və  düşmən  hücumundan  qo-

runması,  eyni  zamanda  təbii  fəlakət 

nəticələrinin  aradan  qaldırılmasında 

xilasetmə,  bərpaetmə  işlərini  həyata 

keçirən ümumdövlət tədbiridir. 

Məruzəçi 

tədbir 


iştirakçılarına 

Beynəlxalq  Mülki  Müdafiə  Təşkilatının 

yaranma 

tarixi 


və 

fəaliyyəti 

istiqamətləri,  1  mart  –  Ümumdünya 

Mülki  Müdafiə  Günü  və  onun  qeyd 

edilməsinin məqsədi, Azərbaycan Res-

publikasının Beynəlxalq Mülki Müdafiə 

Təşkilatına  üzvlüyü,  Azərbaycan  Res-

publikasının  Mülki  Müdafiə  sistemi, 

eləcə  də  mülki  müdafiə  təbliğatı  və 

əhalinin  fəlakət  riskinin  qarşısının 

alınmasına  necə  hazırlanması  barədə 

ətraflı  məlumat  verib:  “İlk  dəfə  1931-

ci  ilin  mayında  Fransanın  paytaxtı 

Parisdə  tibb  xidməti  generalı  fransız 

Corc  Sant-Pol  “Neytral  zona  və  açıq 

şəhər ” adlı kiçik cəmiyyət yaradır, bu-

rada  qocaları,  xəstələri,  körpə  uşaqlı 

anaları mühafizə edir.

Sonralar  təşkilat  1958-ci  ilin  yan-

varında  Beynəlxalq  Mülki  Müdafiə 

Təşkilatına  çevrildi.  1960-cı  ilin 

əvvəlində  BMMT  müharibə  vax-

tı  əhalinin  mühafizəsindən  başlamış, 

sülh  dövründə  təbii  və  texnogen 

mənşəli qəzalaradək bütün problemlər 

üzrə  fəaliyyət  dairəsini  genişləndirdi. 

Təşkilatın Nizamnaməsi 1972-ci il mar-

tın 1-də qanuni qüvvəyə mindi.

Həmin  vaxtdan  etibarən  hər  il  1 

mart  bütün  ölkələrdə  Ümumdünya 

Mülki  Müdafiə  günü  kimi  qeyd  edilir. 

Azərbaycan  Respublikası  müstəqillik 

əldə etdikdən sonra, 1993-cü ildən bu 

təşkilatın üzvlüyünə qəbul olunmuş və 

onun  keçirdiyi  bütün  tədbirlərdə  fəal 

iştirak  edir.  1997-ci  ildə  Milli 

Məclis  “Mülki  Müdafiə  haqqın-

da  Qanun”  qəbul  etdi.  2005-ci 

ildən  Prezidentin  sərəncamı  ilə 

ölkəmizdə Fövqəladə Hallar Na-

zirliyi yaradıldı”.

Mülki Müdafiə sistemində əsas 

məqsədlərdən  birinin  adamla-

ra  Mülki  Müdafiə  tədbirlərinin 

yerinə  yetirilməsində  onla-

rın  öz  vəzifəlrini  bilməsinə 

kömək  etmək,  bilik  və  prakti-

ki  vərdişlərin  təkmilləşməsini 

öyrətmək  olduğunu  vurğula-

yan  F.Əliyev  FHN-nin  hər  ilin  1  mart 

günü belə təlimlər keçirdiyini söyləyib: 

“Təlimdə  Mülki  Müdafiənin  bütün 

xidmətləri: rabitə, yanğından mühafizə, 

tibb xidməti, mühəndis, kimyəvi və ra-

diasiya  əleyhinə,  nəqliyyat,  kommu-

nal-texniki, ictimai aşayişin qorunması, 

bitki  və  heyvanların  mühafizəsi  və  s. 

əlaqəli şəkildə iştirak edirlər”.

Qeyd  olunub  ki,  müharibə  və  dinc 

dövrün  fövqəladə  hallarında  tap-

şırıqların 

müvəffəqiyyətlə 

yerinə 

yetirilməsi əhalinin və Mülki Müdafiənin 



hərbiləşməmiş  dəstələrinin  döyüş  ha-

zırlığından,  psixoloji  möhkəmliyindən 

və  yüksək  mənəvi  ruhundan  çox  ası-

lıdır.


Hər bir vətəndaş əhalinin və ərazinin 

müdafiəsi,  zərərçəkənlərə  ilkin  tibbi 

yardım göstərilməsi, fərdi və kollektiv 

mühafizə  vasitələrinin  istifadəsi  üsul-

larını  mükəmməl  bilməli,  fövqəladə 

hal  zamanı  müəyyən  edilmiş  davra-

nış  qaydalarına  əməl  etməli,  lazım 

gəldikdə  xilasetmə  tədbirlərində  yar-

dım göstərməlidir.

Arif MƏMMƏDLİ

Mülki müdafiə gününə həsr 

olunmuş tədbir keçirilib

Mülki müdafiə gününə həsr 

olunmuş tədbir keçirilib

ATU-nun mətbuat xidməti

Fotolar Cənnətalı Çingizindir



Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə