Rektor tələbələrlə görüşüb atu ilə Koç Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix29.07.2018
ölçüsü10,91 Mb.
#59496
1   2   3   4   5   6

16 mart 2017-ci il

7

http://w w w.amu.edu.az



Azərbaycan Tibb Univer-

sitetinin Tədris Cərrahiyyə 

Klinikasında 14 yaşlı qızın 

üzərində mürəkkəb tib 

bi 

əməliyyat icra edilib. Klini-

kadan verilən mə lumata görə, 

son dərəcə mürəkkəb olan 

əməliyyat Təd ris Cərrahiyyə 

Klinikası nın 

mama-gine-

kologiya  şöbə si nin  müdiri 

Turab Can baxışov tərəfindən 

həyata keçirilib. 

Maraqlıdır ki, yeniyetmənin 

ailəsinin dəfələrlə müraciət etməsinə 

baxmayaraq, nə Azərbaycanda, 

nə də Türkiyədə heç bir klinika 

bu əməliyyatı keçirməyə boyun 

olmayıb.

Turab Canbaxışovun sözlərinə 

görə, pasiyentin son bir ildə hər 

ay müntəzəm olaraq 3-5 gün çox 

şiddətli ağrıları olub, lakin menstru-

al qanaxma müşahidə olunmayıb: 

“Diaqnostik müayinələr zamanı 

pasiyentin anadangəlmə uşaqlıq 

yolunun qüsuru (tamamilə inkişaf 

etməməsi) aşkarlanıb. Hər ay men-

strual qanaxmalar uşaqlıq yolu 

olmadığı üçün bayıra deyil, uşaqlıq 

boruları vasitəsilə daxilə, yəni qarın 

boşluğuna gedirmiş və ciddi ağrılara 

səbəb olurmuş”.

T.Canbaxışovun sözlərinə 

görə, bu qüsura 10 mindən bir qız 

uşağında rast gəlinir. Belə xəstələrdə 

eyni zamanda, ürək və böyrək 

qüsurları ehtimalları da artır. La-

kin bu pasiyentin səhhətində başqa 

problem olmayıb.

Həkimin dediyinə görə, əməliy-

yat təxminən 3 saat davam edib, 

fəsadsız keçıb və süni uşaqlıq yolu 

yaradılıb. Uşaqlıq yoluna müvəqqəti 

olaraq xüsusi balonlar yerləşdirilib: 

“Uşaqlıq yolu inkişaf etmədiyi üçün 

qonşu orqanlar - sidik kisəsi və düz 

bağırsaq bir-biriylə bitişik halda 

idi və aralarını bu orqanlara zərər 

vermədən ayırmak xüsusi diqqət 

və təcrübə tələb edirdi. Gələcəkdə, 

yetkin yaşında uşaqlıq yolunun 

korreksiyası üçün pasiyenti növbəti 

əməliyyat gözləyir”.

Hal-hazırda 14 yaşlı pasiy-

entin vəziyəti yaxşıdır və artıq 

xəstəxanadan evə buraxılıb.

14 yaşlı qız üzərində unikal 

tibbi əməliyyat

• 

Azərbaycan Tibb Universi-



tetinin Tədris Cərrahiyyə 

Klinikasında uşaqlar üçün 

“Özəl yaz kampaniyası” 

keçirilir. Martın 1-dən baş-

layan aksiya çərçivəsində 

18 yaşadək olan uşaqlarda 

ürəkdə olan problemləri 

aradan qaldırmaq üçün 

kardioloji check-up 

(EXO, EKG və müayinə) 

müayinəsi aparılır.

Tədris  Cərrahiyyə  Klini-

kasının 

pediatrik-invaziv 

kardioloqu  Elşən  Rzayevin 

sözlərinə görə, müayinə za-

manı  uşaqlarda  gizli  ürək 

xəstəlikləri  də  tapılıb,  üzə 

çıxarılacaq:  “Aksiya  bay-

ram  günlərində  də  davam 

edəcək.  Həddindən  artıq 

axın  var  aksiyaya.  Bizim 

əsas məqsədimiz valideynlər 

arasında 

maarifləndirmə 

aparmaqdır, uşağın ürəyinin 

müayinə olunmasının vacib-

liyini onlara çatdırmaqdır. Bu 

məsələ  həqiqətən  də  ciddi 

şəkildə yayılmalıdır”.

Kardioloq  Elşən  Rza-

yev  uşaqlarda  rast  gəlinən 

kardioloji 

problemlərdən 

söz  açaraq,  valideynləri 

diqqətli 

olmağa 

çağı-


rıb.  Onun  sözlərinə  görə, 

Azərbaycanda ümu miy yətlə, 

pediatrik  kardiologiya  yeni 

yaranmağa başlayıb: “Bir çox 

valideynlər  uşağın  ürəyində 

problem  ola  biləcəyini  eh-

timal  etmirlər.  Yəni  əha-

limizdə  “ürək  xəstəliyi  yaş-

lı  adamda  olar”  tipli  bir 

düşüncə var. Amma uşaqlar-

da anadangəlmə ürək qüsu-

ru hallarına çox rast gəlinir. 

Bizim  işimiz  anadangəlmə 

qüsurları erkən yaşlarda aş-

karlamaqdır”.

Kardioloqun 

sözlərinə 

görə,  anadangəlmə  ürək 

xəs  tə liklərini hətta ana bət-

nində  də  müalicə  etmək 

müm kündür:  “Hamiləliyin 

12-ci  həftəsindən  başlaya-

raq,  fetal  exokardioqrafiya 

vasitəsilə  dölün  ürəyində 

dəyişiklik  olub-olmadığını 

təyin edə bilirik. Bu tam 100 

faizlik diaqnostik üsul olma-

sa da, kobud qüsurların ha-

mısını  aşkar  edib,  müvafiq 

tədbirlər  görmək  olur.  Fe-

tal dövrdən başlasaq və hər 

hansı qüsur aşkar etsək, ar-

tıq bu doğuşun harada və nə 

zaman olacağına qərar verə 

bilirik”.

Həkim  bildirir  ki,  ana 

bət nində  olan  körpələrdə 

müxtəlif növ defektlərə rast 

gəlinir:  “Doğulmamış  uşaq-

larda həm çox sadə, həm də 

çətin  defektlər  olur.  Bu  pe-

diatrik  kardioloji  yardımda 

əsas  faktorlardan  biri  za-

mandır.  Bəzən  elə  xəstələr 

olur  ki,  aylar  belə  böyük 

rol  oynayır.  Məsələn,  həmin 

xəstəliyi  uşağın  3  aylığın-

da  rahatlıqla  müalicə  edə 

bilərdik,  amma  ana  bizə 

artıq  uşağın  7  aylığında 

müraciət  edir.  Bu  artıq  ge-

cikmiş  patologiya  hesab 

edilir”.

Ürək qüsurlu uşaqlar üçün 

“Özəl yaz kampaniyası” 

• 

10-12 Mart tarixlərində 



Azərbaycan Tibb Universiteti-

nin Tələbə Həmkarlar İttifaqı 

Komitəsinin (THİK) aktiv 27 

tələbəsi, Səhiyyə Həmkarlar İt-

tifaqı Komitəsinin Qusar rayo-

nu ərazisində yerləşən “Şəfa” 

istirahət mərkəzinə göndərilib.  

ATU-nun  Tələbə  Həmkarlar  İtti-

faqı  Komitəsinin  sədri  Elşad  Nov-

ruzov  tələbələrin  çox  yaxşı  vaxt 

keçirdiyini, lazımınca əyləndiklərini 

qeyd edir: “Bu 3 gün ərzində tələbələrimiz 

istirahətlə  yanaşı,  itimai  işlərlə  də  məşğul 

olublar.  Onlarla  Quba  soyqırımı  memorial 

kompleksini ziyarət etdik. Bu, tələbələrimiz 

üçün  çox  təsirli  və  yadda  qalan  bir  səfər 

oldu.  Səfərin  maraqlı  tərəflərindən  biri 

isə  tələbələrimizin  mərkəzdə  dincələn 

digər  səhiyyə  işçiləri  üçün  konsert  proq-

raml ilə çıxış etməsi oldu. Bu məqam həm 

tələbələrimiz,  həm  də  orada  istirahət 

edənlərin  vaxtını  daha  fərqli  keçirməsinə 

gətirib çıxardı”.

Qeyd edək ki, mərkəzdə dincələn tələbə-

lərdən  8-i  ATU-nun  “Şəfa”  instrumental 

xalq çalğı alətləri ansamblının üzvüdür. 

İstirahət  mərkəzində  tələbələrə  müxtəlif 

əyləncə  növləri  və  gündə  3  dəfə  yemək 

təqdim olunub.

Aktiv tələbələr istirahətə göndərildi

• 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İs-



lahatlar Mərkəzində “Tütünlə mübarizəyə 

dair Azərbaycan qanunvericiliyinin güc-

ləndirilməsi” layihəsi çərçivəsində növbəti 

tədbir təşkil olunub.

Mərkəzdən  daxil  olan  xəbərə  görə, 

tədbirdə  Ədliyyə  Nazirliyi,  Vergilər  Na-

zirliyi, Azərbaycan Respublikasının İnsan 

Hüquqları üzrə Müvəkkili (Ombudsman), 

Azərbaycan  Tibb  Universiteti,  “Asan 

Agentlik”  və  “ASAN  Könüllüləri  Gənclər 

Təşkilatı” 

İctimai 

Birliyi, 

“Həmrəy 

Gənclərin  Maarifləndirilməsinə  Dəstək” 

İctimai  Birliyi,  “Ümidli  Gələcək”  İctimai 

Birliyi və “LAYF” Xeyriyyə İctimai Birliyinin 

əməkdaşları iştirak ediblər.

Mərkəzin  səhiyyə  siyasəti  və  islahat-

lar  şöbəsinin  müdir  müavini  Nabil  Seyi-

dov  “Tütün  məmulatlarının  istehlakının 

məhdudlaşdırılması 

haqqında” 

Qa-

nun  Layihəsinin  müzakirəsi  ilə  əlaqədar 



Milli  Məclisdə  planlaşdırılan  “dəyirmi 

masa”nın  təşkilinə  dair  iştirakçılarla  fi-

kir mübadiləsi aparıb. Tədbir iştirakçıları 

müzakirə olunan məsələ barədə maraqlı 

fikir və təkliflər səsləndiriblər.

ATU təmsilçisi tütünlə mübarizəyə dair ictimai 

müzakirəyə qoşulub

• 

ATU-da  bir həftə 



davam edən sünnət 

aksiyası keçirilib. 

Bu aksiya Help Gold 

Agency şirkətinin 

təşəbbüsü və Azərbay-

can Tibb Universite-

tinin rektoru Gəray 

Gəraybəylinin  göstə-

rişi ilə baş tutub.  

Klinikanın rəhbəri, pro-

fessor Surxay Hadıyev bu aksiyanın mütəşəkkil keçirilməsi üçün lazi-

mi tapşırıqlarını verib. Professor Çingiz Quliyev və onun əməkdaşları 

tərəfindən  xəstələrə  ambulator  baxış  keçirildikdən  sonra  onlara 

göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı həyata keçirilib.

Bir həftə davam edən aksiyada ümumilikdə 50 uşaq sünnət edilib. Bu 

uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa 

çatıb, uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi 

keçən kollektivə-kafedra müdiri, professor  Çingiz Quliyevə, şöbə mü-

diri,  dosent  Ramiz  Poluxova,  həkimlər  Vüqar  Məhəmmədova,  Günay 

Hüseynzadəyə, Murad Əlibəyova, Xatirə Rəhimovaya, Ramin Bayramo-

va, rezidentlər Könül Musayevaya, Həmidə Əliyevaya, Mədinə Bağırova-

ya, Nigar Babayevaya, Gülnarə Ələsgərliyə və təşkilatçı şirkət Help Gold 

Agency-yə öz təşəkkürlərini bildiriblər.

Tədris-Cərrahiyyə Klinikasında 

xeyriyyə aksiyası

ATU-nun mətbuat xidməti



16 mart 2017-ci il

http://w w w.amu.edu.az

Hərbi tibb  fakültəsinin əmək-

daşları tibb xidmətinin təşkili və 

taktikası  kafedrasının baş müəllimi, 

tibb xidməti polkovnik- leytenantı 

Əflatun Məmmədova atası 

Xanoğlan Məmmədovun

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Əsaslı kitabxananın  əməkdaşları 

və “Təbib” qəzetinin kollektivi Əsaslı 

kitabxananın elmi kitabişləmə və 

kataloqlaşdırma şöbəsi nin müdiri 

Gülarə  Qara yeva ya  anası 

Yasəmən xanımın 

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

III cərrahi xəstəliklər kafedrasının  

əməkdaşları iş yoldaşları, dosent 

Nizami Vəliyevə qardaşı 

Fariz Vəliyevin  

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

I daxili xəstəliklər və reanimatolo-

giya kafedrasının  əməkdaşları 

kafedranın  assistenti

Səfərova Elmira Məmməd qızının 

  

vəfatından kədərləndiklərini bil-



dirir və mərhumun ailəsinə dərin 

hüznlə başsağlığı verirlər.

İctimai fənlər kafedrasının  əmək-

daşları kafedranın  baş laborantı Arzu 

Seyidovaya qaynanası  

Firuzə xanımın 

vəfatından kədərləndiklərini 

bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800

Hərbi  tibb    fakültəsinin  I  kurs,  1127

a

  qrup  tələbəsi  Vəlizadə 



Yusubəli İqbal oğlunun  adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

Tibbi profilaktika fakültəsinin I kurs, 642

a

 qrup tələbəsi Aşurov 



Əlisahib Fərhad   oğlunun  adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

I müalicə profilaktika fakültəsinin I kurs, 170

a

 qrup tələbəsi Qu-



liyeva Asiman Haxverdi qızının   adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

Stomatologiya  fakültəsinin  II  kurs,  701

b

  qrup  tələbəsi  



Bayramzadə Fatimə Şamil qızının   adına verilmiş tələbə bileti 

itdiyi üçün etibarsız sayılır.



 Allah  rəh mət  elə sin!

Yazda torpağın sinəsindən təzə 

cücərtilər dənzərən kimi kənd yerlərində 

deyirlər ki, kasıbın çörəyi çıxdı. Köhnə 

kişilər danışırdılar ki, aclıq-qıtlıq vaxtı çox 

adam çöldə-düzdə bitən ot-pencəri yeyə-

yeyə xilas oldu.

Torpaq  qar  yorğanını  üstündən 

atan kimi, bənövşə çıxan vaxtlarda 

ilkin olaraq incələnqoz ağızları dada 

gətirir. Onun dalınca da hər birinin 

öz dadı-tamı olan digər bitkilər çıx-

mağa başlayır: quşəppəyi, qazayağı, 

quzuqulağı,  qırxbuğum,  qulançar, 

bağayarpağı, qanqal, əvəlik, yemlik, 

kətəsaqqalı,  pərpətöyün,  cincilim, 

dağ  kişnişi,  yarpız,  nanə,  qıcı,  şü-

yüd, vəzəri, cəfəri... Obrazlı desək, 

elə bil ana təbiət nəhəng bir göy-göyərti süfrəsi açır.

Tənəyin, böyürtkənin təzə çıxan zoğları, fındığın təzə açılan yarpaqları da 

kənddə yaşayanların yaz azuqəsidir. Yal-yamacda bitən qanqalın özəyini ti-

kandan təmizləyib yemək yəqin ki, hər kəs üçün əvəzolunmaz təamdır. Axı 

yüz  illər  boyu  indiki  iynə-dərmanlar  olmayanda  babalarımız  bu  bitkilərlə 

müalicə alır, sağlamlıqlarını onların vasitəsi ilə qoruyurdular. Elə bil onda in-

sanlar həkimin, dava-dərmanın nə olduğunu da xatırlamırdılar. Bəlkə də indi 

həb kimi, iynə kimi qəbul etdiyimiz vitaminlər elə həmin nemətlərin tərkibində 

olduğuna görə ağrı-acının nə olduğunu bilmirdik.

Təbiətin  bu  gözəl  nemətləri  mətbəxə  də  gəlib  çıxardı.  Yaz  gələndən 

nənələrimizin  dovğa  qazanı  ocağın  üstündən  düşməzdi.  Sacın  üstündə  çi-

riş kətəsini oyan-bu yana çevirər, qazanda buğlanan göy-göyərtinin xoş ətri 

aləmi başına götürərdi.

Bitkilərdən, göy-göyərtidən hazırlanan yeməklərin adını saysaq, yəqin ki, 

uzun bir siyahı alınar: qatıqlı aş, çiriş kətəsi, kükü, çoban dürməyi, şüyüdlü 

aş, şüyüd dolması, buğlama, ispanaq qovurması, köməc qaynatması, əvəlikli 

umac, səbzi qovurma, qutab, dovğa, ayranlı aş...

...Süfrədə hər xörəyin öz dadı, öz ləzzəti var. Amma bəlkə də bir boşqab 

çobansalatı orqanizm üçün dünyanın ən ləziz xörəyindən faydalıdır. Bir dərin 

boşqab çoban salatı, üstündə də nanə, reyhan...



Novruz bayramı yaxınlaşdıq ca evlərdə baha-

rın rəmzi olan buğda cücərdilir. Həmin cücər-

tilərin boy atıb səməniyə çevrilməsi üçün bir 

neçə həftə göz ləmək lazımdır. Lakin səmə niyə 

çevrilməyən və bir neçə gün lük buğda cücərtisi 

tibbi baxım dan çox faydalıdır.

Avropa  Təbiət  Elmləri  Akademiyasının 

üzvü,  dərman  bitkiləri  üzrə  tədqiqatçı 

Elnur  Rəhimov  AZƏRTAC-ın  müxbiri  ilə 

söhbətində  buğda  cücərtisinin  E  və  B 

vitaminləri  ilə  zəngin  olduğunu  bildirib. 

Həmin vitaminlər sinir və mədə-bağırsaq 

sistemi  üçün  çox  xeyirlidir.  Cücərdilmiş 

buğdanın  tərkibində  olan  fol  turşusu 

orqanizmdə gedən qanyaratma funksiya-

sı üçün də mühüm əhəmiyyət daşıyır. Fol 

turşusu  hamilə  qadınların  əsas  vitamini 

sayılır,  çünki  immun  sisteminə  müsbət 

təsir göstərir, dərini qocalmaqdan qoru-

yur.  Kosmetika  sənayesində  tərkibində 

cücərdilmiş  buğdadan  alınmış  yağ  olan 

çoxlu krem və maskalar istehsal edilir.

Cücərtinin  tərkibində  olan  sink 

cinsiyyət  sisteminə  müsbət  təsir  edir. 

Sonsuzluqdan  əziyyət  çəkən  kişilərin 

müalicəvi  məqsəd  üçün  ondan  istifadə 

etməsi məsləhətdir.

E.Rəhimov dedi: “Şəxsi təcrübəmdə ha-

zırladığım  buğda  rüşeymli  məcunundan 

çox istifadə edirəm. Əbəs yerə deyil ki, 

kaloriliyinə  görə  onu  bəzən  “idmançı 

yeməyi” də adlandırırlar”.

Yaz süfrəsi

Yaz süfrəsi

Yazda cücərdərəm səni…

Yazda cücərdərəm səni…

Azərbaycan Tibb Universiteti gündən-

günə gözəlləşir. Buna bizim fəaiyyət 

gös tərdiyimiz anatomiya və fizika-kim -

ya korpusunu misal göstərmək olar. 

Məşhur teatrşünas Stanislavski   demiş-

dir ki, “teatr qarderobdan” (asılqandan) 

başlayır.

Doğrudan da bu tədris korpuslarının 

həyəti “Cənnət bağını” xatırladır. Buranın 

abadlaşdırılmasında əməyi olan insanlar-

dan biri də Həsən Həsənquluyevdir. Həsən 

Qafan rayonundan gəlmiş qaçqın ailəsinin 

nümayəndəsidir. Tibb Universitetinin 

 

tələbəsi olmaq onun arzusu idi.  Ancaq  üç 



dəfə qəbul imtahanı versə də müsabiqədən 

keçə bilmədi. Bundan sonra o, taleyini 

ömürlük Tibb Universitetinə bağladı. Bu-

rada bağbançılıqla məşğul olur. Onun üçün 

iş qrafiki qeyr-məhduddur. Belə ki, səhər 

saat 6-dan axşam saat 7-8-ə qədər həyətdəki 

ağac və güllərə qulluq edir. Bu peşədə 20 

ildən artıqdır ki, fəaliyyət göstərir. Bununla 

kifayətlənməyən  Həsən Həsənquluyev 

ka 


fed 

raların əməkdaşlarına da lazımi 

köməklik göstərir. Onun bu fəaliyyətini 

universitetimizin rektoru, professor 

Gəray Gəraybəyli yüksək qiymətləndirib. 

Belə ki, bu yaxınlarda universitetdə ilin 

yekunlarına həsr olunmuş yığıncaqda bir 

qrup qabaqcıl müəllim və tələbə heyəti ilə 

birlikdə  təsərrüfat işində yüksək fədakarlıq 

göstərən Həsən Həsənquluyevin də zəh-

mə 

tinin qiymətləndirilməsi təqdirə lay-



iqdir. Sadə peşə sahiblərinin əməyini 

yüksək qiymətləndirdiyi üçün hörmətli 

rektorumuza kollektivimiz adından dərin 

minnətdarlığımızı  bildirir və çox sağ olsun 

deyirik.

Azər Vələdov,

Normal fiziologiya kafedrasının dosenti   

Sadə pesə sahibləri

İlaxır  çərşənbə  Su,  Od  və  Yel  çərşən-

bələrindən sonra gəlir.

Bu çərşənbəyə xalq arasında “Yer çərşən-

bəsi”,  “İlaxır  çərşənbə”  və  ya  “Torpaq 

çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu 

çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Tor-

paq bütün canlılara həyat verir və uca Allahın 

yaratdıqlarının  hamısı,  o  cümlədən  insanlar 

onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində sax-

ladığı ərzaqlar tükənir. Əfsanəyə görə adam-

ların  əziyyət  çəkdikləri  bu  gündə  Su,  Od  və 

Yel  Torpaq  xatunun  yeraltı  məbədinə  qonaq 

gəlir və burada yatmış Torpağı oyadırlar. İla-

xır  çərşənbədə  torpaq  artıq  əkinə  hazır  olur 

və  ona  toxum  səpməyə  başlayırlar.  İnsanlar 

havanın  mülayimləşməsinə,  suların  donu-

nun  açılmasına,  çayların  suyunun  artmasına 

və  torpağın  canlanmasına  sevinib,  bu  təbiət 

hadisəsinin  hər  birini  (çərşənbələri)  müxtəlif 

mərasimlərlə qeyd edirlər.

Boz  ayın  sonuncu  çərşənbəsi  olan  İlaxır 

çərşənbə isə xalqımız tərəfindən böyük coş-

qu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində 

İlaxır çərşənbə hətta Novruz bayramının özü 

qədər təntənəli keçirilir.



Bu çərşənbədə nələr etməli?

İlaxır  çərşənbədə  həyət-bacalarda  tonqal 

qalanır, hər bir evdə xonçalar bəzənir, bayram 

süfrəsi  açılır.  Həmin  gün  küsülülər  barışma-

lıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər 

birinin adına niyyət tutub şam yandırma, qon-

şularla,  qohumlarla  bayramlaşma  və  bir  çox 

adət-ənənələr bu gün də yaşadılır. 

Həmçinin  bu  günün  başlıca  özəlliyi  ondan 

ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ru-

huna  Quran  oxunar,  dua  edilər.  Axşam  isə 

qalanan tonqal üstündən yeddi dəfə o yan–

bu yana atılar, bununla da adamlar köhnə ilin 

azar-bezarını, dərd-bəlasını özlərindən qovub 

təzə  ilə  sağlam  canla  qədəm  qoyacaqlarına, 

gələcək  azar-bezardan  qorunacaqlarına  ina-

nırlar.

İlaxır  çərşənbədə  bayram  xonçasına  Nov-



ruzun  atributları  olan  səməni,  paxlava, 

şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif 

çərəzlər - qoz, fındıq, iydə ilə yanaşı, həm də 

meyvə quruları da qoyulur və şamlar yandı-

rılır.

Çərşənbə  axşamlarında  bölgələrimizdə 



bəzənən  süfrələr  və  şirniyyat  xonçaları  ki-

çik  fərqlərlə  bir-birindən  seçilir.  Məsələn, 

Gəncədə İlaxır çərşənbədə şirniyyat süfrəsinə 

səməni halvası, zilviyə, hətta firni düzülür. Mil-

li  xörəklərdən  isə  daha  çox  səbzili,  şüyüdlü, 

lobyalı və noxudlu plovlar dəmlənir.

Şəki bölgəsində hazırlanan bayram xonçala-

rında buranın spesifik şirniyyatlarını, al-əlvan 

noğullarını və nabatı görmək mümkündür.

Naxçıvan, Qazax və cənub bölgəsində də İla-

xır çərşənbə xüsusi təmtəraqla, özünəməxsus 

adət-ənənələrlə qeyd edilir.

Bu  çərşənbə  ilə  bağlı  bir  çox  inanclar,  sı-

namalar  var.  Məsələn,  İlaxır  çərşənbədə 

uşağa beşik və heyva çubuğundan gözmun-

cuğu  düzəldərlər.  Həmçinin  gün  çıxmamış 

su  üstündən  atlanar,  tonqal  yandırar,  kəlin 

buynuzuna qırmızı bağlar, qorxmuş insanların 

başından  su  töküb  qorxunu  götürərlər.  Bay-

ram günü evdən pul, od, kibrit, neft, ağartı, 

un, çörək və yumurta verməzlər. Evdə qazan 

asar, vəfat etmiş yaxın adamların adını çəkib 

onları  yada  salar,  “filankəslərin  adına  qazan 

asdım” deyib qazana ət, düyü və sair tökərlər.



Xalqımızın gözəl adət-ənənələrini özündə 

yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

İlaxır çərşənbəsi



İlaxır çərşənbəsi

Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə