Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   73   74   75   76   77   78   79   80   ...   99

beraiyasmı incitməmək üçün Tiflis quberniyasının Borçalı qəzasının qalan 
hissəsi ona kompensasiya kimi verilməlidir. Beləliklə, Tiflis quberniyasının 
dörddə  üç  hissəsi  bütünlüklə  ermənilərin  yaşadıqlan  İrəvan  və  Kars 
vilayətləri ərazisinə verilir. Bu, kimə xidmət edir? Söyləmək çətindir''^ 
Köçən ermənilərə yardım göstərilməsi və yerləşdirilməsi işinə erməni 
kilsəsi  və  erməni  xeyriyyə  cəmiyyətləri  rəhbərlik  edirdi.  1914-  eü  il 
dekabrın  28-də  erməni  il  hesabı  ilə  1364-cü  ildə  Eçmiadzində  bütün 
ermənilərin katolikosu IV Georq 1990 №li müraciət etdi. O, Türkiyədə və 
Atropatakanda  (Güney  Azərbaycan  nəzərdə  tutulur  -  M.  Q.)  erməniləri 
qorumaq  üçün  birləşməyə,  ianələr  toplamağa,  erməni  xalqını  xoş  günə 
çıxartmağa çağırdı"^ 
“Rossiyskoe  slovo”nun  müxbirinin  məlumatına  görə,  müharibə 
başlayandan 1914-cü il dekabrın 30-dək erməni könüllülərindən 13 nəfər 
öldü, 5 nəfər yaralandı. Güney Azərbaycandan 25.000 erməni köçürüldü"’’. 
“Reç” qəzeti 1915-ei ilin yanvarında yazırdı ki, türk hərbi əməliyyatlar 
meydanından  erməni  əhalisi  bizə  qaçır.  Bu  əhalinin  başqa  çıxış  yolu 
yoxdur. Qaçmayanlar təkcə silahlı dəstələr tərəfindən deyil, eyni zamanda, 
yerli  dine  kürdlər  və  türklər  tərəfindən  öldürüləcəklər,  məşəqqətə  cəlb 
ediləcəklər və sıxışdırılacaqlar. Bu yeni erməni qaçqınlarının başqalarından 
fərqi ondadır ki, onlar heç vaxt, bir əsr dine, sakit yaşamağın nə olduğunu 
bilməmişlər:"®.  Köçənlər  əsasən  Naxçıvan  bölgəsində,  Yelizavetpol, 
İrəvan  və  Bakı  quberniyalarında  yerləşdirilirdi.  1915-cı  ilin  əvvəlində 
İrandan  köçən  ermənilərin  Culfada  yerləşdirilməsinə  arximandrit  Simon 
rəhbərlik edirdi. Komitənin tərkibinə 15 nəfər daxil idi"‘. 
“Mşak”  qəzetinin  “Azərbaycandan  böyük  köç”  adlı  məqaləsində 
deyilirdi ki, 1914-cü il dekabrın 20-də saat 8-dən bütün Urmiyə hərəkətdə 
idi. Nə etmək lazım olduğunu bilməyən ermənilər rus konsulu Vvedenskiyə 
müraciət etdilər. Vvedenski isə bildirdi ki, aldığı əmrə görə, 0 və rus ordusu 
Urmiyəni tərk etməlidir. Dekabrın 19-da konsul xristian əhalisinə, xüsusən, 
Rusiya  təbəələrinə  məsləhət  gördü  ki,  quru  və  ya  dəmir  yolu  ilə  sakiteə, 
hay-küysüz  Urmiyəni  tərk  etsinlər.  Bundan  sonra  hər  bir  şəxs  öz  ailəsini 
xilas etmək qayğısına qaldı. Dekabrın 23-də xristian əhalisi şəhəri tərk etdi. 
Dekabrın 25-də türklər şəhəri aldılar, hər şeyini atan əhali xırda şeylərini 
götüb eşşəklərə və eamışlara  3dikləyərək Urmiyə-Salmas-Xoy-Culfa yolu 
ilə 270 verstlik 
228 


yolla hərəkət etdilər. Qaçqınların arxasınca rus ordusu gəlirdi və qaçqınlara 
silahlı  dəstələr  tərəfindən  heç  bir  qorxu  olmadı.  Dördüncü  gün  qaçqınlar 
Azərbaycan  ermənilərinin  mərkəzi  olan  Salmasa,  10  gündən  sonra  270 
verstlik  yolu  keçərək  Culfaya  gəldilər.  Təbriz  yepiskopu  Nerses  başda 
olmaqla kilsə erməniləri yerləşdirməklə məşğul oldu'”. 
“Baku” qəzetinin 1915-ci il 14 yanvar tarixli sayında deyilirdi: “Tiflisdə 
Qafqaz  erməni  xeyriyyə  cəmiyyəti  şurası  Şorifyandakı  səlahiyyətli 
nümayəndəsindən  teleqram  almışdır  ki,  üç  gündən  sonra  bütün  erməni 
qaçqınları  İrəvan  quberniyasının  Naxçıvan  qəzasının  kəndlərində 
yerləşdiriləcəklər. Qaçqınlar üçün nəzərdə tutulmuş xüsusi qatarlar Uluxanh 
stansiyasına gedir”'"*. 
Qaçqınlara  yardım  üzrə  erməni  mərkəzi  komitəsinin  fəxri  sədri 
yepiskop Mesrop erməni qaçqınlarına yardım kompaniyasına başlayan və 
özü  50.000  rubl  keçirən  Petroqrad  şəhər  başçısına  yazırdı  ki,  100  min 
Türkiyə ermənisi Qafqaz diyarında yerləşmək ümidindədir”’. 
İrandan Qafqaza gələn ermənilər 1915-ci ilin yanvarında 20 min nəfər 
idi'^". 
Təbriz və onun ətrafı nəzərə alınmadan Qərbi Azərbaycandan 60 min 
nəfər erməni Güney Qafqaza gəldi'^'. Bütövlükdə, qaçqınların sayı 100-120 
min nəfəri ötürdü'”. 1915-ci ilin martında keçirilən Eçmi- adzin qurultayı isə 
Türkiyə,  İran,  Artvin,  Ərdəhan  və  Oltdan  köçürülən  ermənilərin  ümumi 
sayım belə müəyyənləşdirdi: 60 min nəfər'”. 
“Kavkazskoe slovo”nun məlumatına görə, 1915-ci ilin yanvarına- dək 
İranda ruslar tutan ərazilərdən köçürülənlərin sayı 100-120  min nəfər idi. 
Qaçqınlar  əsasən  Naxçıvanda,  Sürməlidə,  Eçmiadzində  İrəvanda  və 
Aleksandropolda yerləşdirilirdi. Hər iki cinsdən olan qaçqınlar 1 aylıqdan 
10  yaşadək  25%  və  ya  30.000,  11  yaşdan  20  yaşadək  olanlar  20%  və  ya 
20.000, 10 yaşdan 50 yaşadək olanlar 40% və ya 48.000, 51 yaşdan yuxan 
olanlar 15% və ya 18.000 nəfər idi'”. 
Bakı  quberniyasında  ermənilərin  bir  qismi  Şamaxıda  Mədrəsədə 
yerləşdirildi. Bu kənddən 3000 erməni türklərlə döyüşə göndərilmişdi'”. 
Rus orduları Təbrizi geri aldıqdan sonra Rusiya erməni qaçqmları- ШП 
əvvəlki  yerlərinə  qayıtmalarını  istəsə  də  onların  problemlərini  həll  etmək 
müharibə  şəraitində  xeyli  ağır  idi.  Ona  görə  də  İran  hökumətindən 
erməniləri  geri  çağırmaq  barədə  xahiş  etdi.  1915-ci  ilin  yanvarında 
Petroqraddakı İran nümayəndəsi Mofahəmməd Dövlə mətbu 
229 


at vasitosi ilə qaçqınlara müraciət edərək onları Bakıdan İrana qayıtmağa 
çağırdı.  Müraciətdə  göstərilirdi  ki,  İrandan  gələn  qaçqınlar  üçün  heç  bir 
təhlükə yoxdur, onlar geri qayıdıb sərbəst fəaliyyət göstərə bi- lərlər'-h 
“Baku” qəzeti erməni xalqının tarixində Türkiyə və İrandan ermənilərin 
Güney Qafqaza görünməmiş köçünün başlandığım yazırdı'”. 
“Qardaşlıq  köməyi  erməni  İrəvan  komitəsi”  1915-ci  ilin  fevralında 
Türkiyə  və  İrandan  qaçan  erməniləri  İrəvan  quberniyasının  7  qəzasında, 
Kars vilayətinin 4 qəzasında və Tiflis quberniyasının Axalkələk qəzasında 
qeydiyyatdan keçirtdi. Məlum oldu ki, 6 qəzada 32.291 nəfər qaçqın vardır. 
Onlardan  7626  nəfəri  aysor,  24.665  nəfəri  erməni  idi.  İrəvanda  9465, 
Eçmiadzində  və  Naxçıvanda  7741  nəfər  erməni  yerləşdirildi.  Aysorlarm 
5700  nəfəri  İrəvan  qəzasında,  1525  nəfəri  Şərur-Dərələyəzdə 
yerləşdirildi'^*. 
Lakin  ermənilərin  yerləşdirilməsi  məsələləri  bir  sıra  mübahisələr 
yaratdı.  Erməni  cəmiyyətləri  ilə  rus  hakimiyyət  orqanları  arasında  bu 
məsələdə ciddi fikir ayrılığı var idi. Ennənilərin rus ordusunun işğal etdiyi 
ərazilərdə yerləşmək arzusu rus komandanlığının etirazına səbəb oldu. Rus 
komandanı  bu  ərazilərdə  ermənilərin  əvəzinə  rusları  və  kazakları 
yerləşdirməyi  təklif  etdi.  Yudeniç  1915-ci  il  aprelin  5/18-də  Qafqaz 
canişininə yazdığı məktubunda göstərirdi ki, ennənilər bu əraziyə - Şkirtə 
(Elemkurt) fərari erməniləri yerləşdirməyi təklif edirlər. Hərbdən sonra bu 
əraziləri  ermənilərdən  almaq  və  bunların  onlara  aid  olmadıqlarını  sübut 
etmək çətin olduğu üçün, bu təklifin qəbul edilməsini mümkünsüz sayıram. 
Bu  sərhəd  ərazisinə  rus  ünsürlərinin  yer-  ləşdirilməsini  çox  zəruri  hesab 
edirəm. Bu səbəblə rus mənfəətlərinə daha faydalı olacaq başqa bir planın 
tətbiqini  vacib  hesab  edirəm'”.  Cavabında  Nikaloy  Nikolayeviç  onunla 
həmrəyliyini  bildirərək  yazırdı  ki,  işğal  edilmiş  ərazilərə  erməniləri 
buraxmayan  rus  əsgərlərinə  ermənilər  atəş  açmışlar'^".  Az  sonra 
ermənilərin  Tiflis,  Tiflis  quberniyası,  Sürməli  qəzası  və  İqdırda 
yerləşdirilməsi, eyni zamanda, Bakı general-qubernatorunun təqdimatı ilə 
qaçqınların Bakıya qəbul edilməsi də qadağan edildi'”. Qeyd etmək lazımdır 
ki,  rusların  hərbi  uğurları  artdıqca  onlar  erməniləri  tədricən  unutmağa 
başladılar. Ruslar ermənilərin Qafqaz və Cənubi Azərbaycan sərhədlərində 
bir  kütlə  halında  yerləşməsinə  imkan  verməməyə  çalışdılar.  Ruslar  hətta 
bundan ötrü kürdlərə və çərkəzlərə də üz verdilər. Bunu türk tarixçisi Y. H. 
Bayur və erməni tarixçisi D. A. Boıyan da etiraf edirlər. 
230 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə