Roman, povestlər



Yüklə 3 Mb.
səhifə29/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   25   26   27   28   29   30   31   32   ...   158

 99 

həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan 

günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs 

mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, 

vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə 

də yazın ki, bəs bu adam elə anadan ölü doğulub. Minanın qəbrinə 

çatdı. 

 

Minəvvər Mədət qızı 



1909-1965 

 

Söz vermişdi ki, bu səfər özünü tox tutacaq, kövrəlməyəcək. 



Amma qəbri görəndə birdən hardansa Minanın gecələr yuxuda 

danışması yadına düşdü. Özü də belə  hətərən-pətərən danışıb 

sayıqlamazdı. Sözləri elə aydın, mükəmməl tələffüz eləyirdi, 

elə bil ayıq vaxtı oturub səninlə söhbət edir. 

Özünü saxlaya bilmədi, qəhərləndi, ağladı. 

"Niyə belə vəfasız çıxdın, ay arvad, məni bu qoca yaşımda 

kimə tapşırıb getdin?" 

Cibindən dəsmalını  çıxartdı, eynəyini götürdü, gözlərini 

sildi. Bir müddət sakit dayandı. Sonra çevrilib getdi. Şəhərə 

piyada düşdü. Evə getməyi gəlmirdi. Gecəyə  hələ çox vardı. 

Evdə tək başına gecəni gözləməkdan qorxurdu. 

Gecələr işi düzəlirdi. Hər gecə yuxu görürdü. Yuxuları da 

elə tünlük olurdu ki... o qədər adam olurdu yuxularında, gəl 

görəsən! Tay-tuşları, dost-aşnaları, curları-kişilər, məktəb 

vaxtının yoldaşları, uşaqlıq, gənclik dostları gəlib əllərini onun 

çiyninə vurur, ay Səfdər, yenə bu çötkəni qoymusan qabağına, 

hesabla görək dünyanın axırı haçandır? — deyirdilər. 

Yuxusuna çoxlu arvad da gəlirdi, anası, bacıları, bibisi qızları. 

Düyməsini tikər, paltarlarını yuyar, ütüləyər, xörəyini asardılar. 

Hər gecə Minanı görürdü, hər gecə də səhərə yaxın Mina başqa 

şəhərə köçür, ya da onu qoyub harasa gedirdi. Səfdər nə  əlac 

eləyirdisə, saxlaya bilmirdi onu. Saat yeddini vuranda gözlərini 

açar, durub geyinərdi. Görəsən yuxuda ölənləri harda 

basdırırlar. 




 100 

Tez-tez yuxuda qızı Nərminəni görürdü. Nərminəni iki il idi 

əriylə bir yerdə Afrikaya göndərmişdilər. Qvineyada sovet 

xəstəxanasında işləyirdilər.  İkisi də  həkim idi. Səfdər dayı 

xəritəyə baxmışdı. Qvineya lap dünyanın o başındaydı. İldə iki-

üç məktub yazırdılar. Səfdər Minanın ölümünü hələ  qızına 

yazmamışdı. Bu da bir çətin iş idi, gözünə durmuşdu. Qərib 

yerdədir, ərindən başqa bir qohum, bir yaxın adamı yox... 

Səfdərin yuxusunda Nərminə içəri girib anasını soruşurdu: 

—Bazara gedib, gələr. 

—Yox, ay kişi, sən mənə düzünü de, lap düzünü de, anam 

necə olub, hardadır? 

Hər dəfə  Nərminə  Səfdər dayının yuxusuna gələndə elə bu 

sualı verərdi: sən mənə düzünü de, lap duzünü de! 

Yuxu görmək Səfdərə lap cavanlıqdan qalmışdı. Görürsən 

adam olur ayda-ildə bir yuxu görməz. Səfdər allahın ver günü 

yuxu görərdi. Mina da hər gecə yuxu görərdi. Səhər oyananda 

yuxularını bir-birinə  dınışardılar. Elə bil hərəsi bir uzaq 

səfərdən qayıtmışdı. Qürbət ölkələrdə yedikləri, içdikləri 

özlərinin olmuş, gördüklərini, eşitdiklərini, bir-birinə 

danışırdılar. 

Küçədəki qəzet lövhəsinin qabağında ayaq saxladı. Qəzetin 

dördüncü səhifəsinə elə bil yuxarıdan aşağıyacan rəqəm 

səpələnmişdi, istiqraz cədvəli çap olunmuşdu. 

3... 5... 6... 9... — rəqəmlər, rəqəmlər, rəqəmlər. Uduşlar. 

Peşmançılıq. 

Səfdər dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, 

amma bax, məsələn, 3 altıdan yox, 7-dən sonra gələndə 

kiminsə  bəxti gülür, kiminsə  hıçqırığı içində qalır. Bu 

rəqəmləri belə yox, belə düzsən kimsə umsuq olur, kimisə bir 

xal yandırır, amma başqa birisinin birdən-birə kefini duruldur. 

Dönüb saata baxdı. Yox. Hələ evə getmək tezdir. Adi günlər 

işdən beşdə  çıxırdı. Bu gün qısa gündür, deməli, gecə  də iki 

saat gec gələcək. 

"Gəlsənə vağzala gedim, — deyə düşündü, — vağzal 



 101 

qiyamət yerdir. Gələnlər, gedənlər! Heç yerdə o qədər deyib-

gülən görmək olmaz. Aerodrom da elədir. Amma aerodrom 

uzaqdır". 

Vağzalın təzə keçidindən perrona çıxdı. Birinci və ikinci 

perron bomboş idi. Üçüncü perronda çoxlu adam vardı. 

Bəziləri əllərində iri gül dəstələri tutmuşdular. 

İri lövhədə qatarların gəlib—getmə  cədvəli asılmışdı, 11 

30... 16. 45... 19. 05. Rəqəmlər, rəqəmlər... 

Reproduktordan paslı bir səs eşidildi: 

—Moskvadan gələn 20 nömrəli qatar 3-cü yola qəbul 

olunur. 


Perrondakılar hərəkətə  gəldilər. Parovozun səsi eşidildi. 

Burnu göründü. Vaqonlar bir-bir ötdü, 4, 5, 6, 7... 

Yük xidmətçiləri vaqonlara tərəf yüyürdülər. Yaxalarındakı 

nömrələr zınqırov kimi atılıb-düşür, bərq vurub parlayırdı: 15, 

52, 38, 40... 

Səfdər dayı çevrilib pillələrlə  aşağı düşdü, vağzalın 

qarşısındakı meydana çıxdı.  İzdihamlı, səs-küylü küçəylə 

yavaş-yavaş gedirdi. Bankın tanış binasının yanından keçərkən

işin qızğın vaxtında bura gəldiyi saatları xatırladı  və düşündü 

ki, indi bank bağlıdır, işləmir, içindəki bütün rəqəmlər də yatıb. 

İstiqrazlardakı, pullardakı, növbənöv mühasibat kağızlarındakı 

rəqəmlər hamısı yatıb. Torpağa səpilmiş toxumlar kimi səssiz, 

sakit uyuyur. Həftənin birinci günü oyanacaq, qalxacaq, 

cücərəcəklər. 

Küçə saatına baxdı. Saatın əqrəbləri sınıb içinə tökülmüşdü. 

Elə bil saatın içi vaxtın xarabalığı idi. 

Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi, adamda 

nə isə anlaşılmaz, müdhiş və vahiməli bir hiss oyanırdı. Elə bil 

burunsuz bir sifət görürsən. 

Saatın yalnız rəqəmləri qalmışdı: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 

10,11,12... 

Birdən Səfdər dayıya elə  gəldi ki, küçədəki adamlar da 

rəqəmlərə oxşayır. Bax o dar kəmər bağlamış kök arvad 8-ə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə