Rüblük ədəbiyyat dərgisi
23
sevgi.
İnsanlar susduqca, susdurulduqca,
Televizorlar daha ucadan danışır evlərdə.
Bizə bu gənc yaşda sevgini, sevgilini yox,
Dostumuzun mədəsini, mədəsindəki qanaxmanı
düşünmək yazıldı:
Öləcəkmi, qalacaqmı?
Görən, ölüb, yoxsa sağmı?
Yanımızdan ötən hər kəs bizə ―əlvida‖ deyir,
Saymazyana!
Bəs bizi kim öldürəcək?
Qadınmı, dostmu, özgəmi?
Hansı küçədə, hansı tində, yataqdamı, iş yerindəmi?
Əynimizdə nə olacaq, qısaqol köynəkmi, köhnə
pencəkmi?
Siqaret çəkə, yaxud ağlaya biləcəyikmi,
ölümqabağı?
Gözlərimiz açıqmı qalacaq, yanımızda kim olacaq?
Neçə gündən sonra tapacaqlar cəsədimizi?
Cibimizdən nə çıxacaq, bıçaqmı, pulmu, sevgi
məktubumu?
Polis kimə göstərəcək şəklimizi – bu, omu?
Milçəklər qonacaqmı ağzımızın qırağına?
Qarışqalar daraşacaqmı ayaq barmaqlarımıza?
Üzümüzdə hansı ifadə olacaq ölüykən,
Kədərmi, qüssəmi, qorxumu?
Ölüxana təknəsində çoxmu qalacayıq üzü üstə?
Yarılmaq növbəsi çatacaqmı içalatımızın?
Baxacaqlarmı ürəyimizə,
Yəni ―Qara qutu‖suna həyatımızın?
Gün batır...
Yoxa çıxır daha bir dost.
Tənhalıq – sevgi bekarlığıdı, qadınla ovunursa!
P.S.
Uşaqlar ağaca yox meyvəyə daş atır.
Müqəddəs olan - daşın özüylə apardığı arzudu
Lazım olan – daşın özüylə gətirdiyi meyvə.
KökəlmiĢ Ģəhərə ərizə
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Içdiyim suyunun sidik kisəsi,
Yediyim çörəyinin bağırsağıyam.
Bu gündən öz qocalığımın uşağıyam,
Öz ölümümün qocasıyam.
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Şamlarını birdən yandırmağı bacarmıram
Amma üfürüb birdən söndürürəm.
İşıq ömür, zülmət an məsələsidi, Bakı!
Dünyaya gətirmədiyim uşaqların Uşaq Baxçasıyam!
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
ən böyük arzum:
Van Qoqun kəsilmiş qulağına şeir pıçıldamaqdı
Məncə, rəssam ölübsə də, qulağı hələ sağdı.
Bütün sevgilər uzaqdı...
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Nə vaxtsa yandırdığın, sevgilinin şəkliyəm,
Nə vaxtsa şəklini yandıran sevgilinəm!
Gedək, içək.
Bu sevgim də daşa dəydi
Bəxtəvər daşın başına.
Qarımış göy üzü kimi
Asta-asta qar yağıram
sağ əlim qışın başına.
Daha dostlar da qoclaıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb
Yenə Qavroşun başına.
Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı... yoxa çıxdı.
Bir şimşək də güllə çaxdı
Yağan yağışın başına.
Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına!
24
№ 3 (11) Sentyabr 2014
Həyat və ölüm
Həyat niyə belə tez düşdün gözümdən
Ölüm niyə belə tez cumdun üstümə
Mən axı sizə nə pislik etmişdim?
İgiday, yer kürəsində qadın adında bir xəstəlik
dolaşır,
Milyon illərdi.
Kişilər bilmədən yoluxurlar ona
Və bu xəstəliyin şərti adı ―sevgidir‖.
Yalan sözdur ki, Tanrı qadını kişinin qabırğasından
yaradıb
Qabırğadan yaradılan qadın yer üzündə cəmi bir
nəfər olub
O da tamahı ucbatından ərini cənnətdən qovdurub.
Amma mən gör nə işlə məşğulam,
Yağışın üstünə palçıq yaxmışam ki, tez qurusun göy
üzü
Ağlamasın buludlar.
Günəşin yaxasından yapışıb buraxmıram ki,
batmasın
İldırımı qamçı kimi əlimdə tutub dayanmışam
küçənin ortasında
İgiday, dərdin dörd növü var
Bir - insanın bir gün Tanrı kimi tənha qalması
İki - insanın quruldaşan qurbağaların səsinin
həsrətini çəkməsi,
Uzaq bir gölün yiyəsizliyi ilə tək qalmaq istəməsi
Üç - insanı atıb gedən qadının gedib öz tənhalığı ilə
şəkil çəkdirməsi
Dörd - Həyatın faniliyinin və ölümün əbədiliyinin
səsi.
Unudulum hamınızın yerinə
İcazə verin, başımı aşağı sallayım
Unudulum hamınızın yerinə.
İcazə verin, sizi atıb getmiş sevgiliniz olum
Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum
Qazanıb itirdiyiniz pulunuz olum.
İcazə verin, hər şeyiniz, hamınız olum,
Günəşə yaltaqlanan kölgəniz olum.
İcazə verin, mən də bir az siz olum.
Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü
darıxırsınız.
Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə.
Ayrılıq sevginin ifşasıdır.
Biz bir-birimizdə gizlənmişdik sevəndə.
Ayrıldıq… üzə çıxdıq.
Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu.
Necə ki, köhnə külək hər il yeni yarpaqlara
tökülməyi öyrədir.
İcazə verin, sizə, yəni xoşbəxtliyin xəndəyinə
yıxılmaq üçün
bir-birini ayağının altına qoyub ucalanlara
qoşulmayım,
İcazə verin, mən günə baxmayan günəbaxan olum.
Rüblük ədəbiyyat dərgisi
25
NƏSR
Hekayə guĢəmiz
Ə
Cəmo
- Cəmooooo! Ay Cəmooooo! Cəmo heyyyyyyy!
Camaat meşəyə səpələnib, dəli Cəmili axtarırdı.
Adamlar hər beş metrdən bir, əlindəki ağaca
söykənib, ətrafı dinşəyir, yavaş-yavaş irəliləyirdilər.
Hərdən Dəli Cəmilin qardaşlarından biri iki əlini
ağzına söykəyib səsi gəldikcə bağırırdı:
- Cəmooooooo, ay Cəmooo!!!!
Uzaqdan, hardasa Əhməd yaylağına gedən yolun
Nazara qovuşduğu yerdən yolunu azmış bir inəyin
böyürtüsü Dəli Cəmilin qardaşlarına hay verirdi.
Canımızı dişimizə sıxıb, arxada qalmamaq üçün
ayağımızı sürüyürdük. Əlimizdəki ağacdan başqa
silahımız yox idi. Üstəlik, yarıqaranlıq meşənin
vahiməsi canımızı üşəndirirdi. Üçüncü gün idi ki,
hava işıqlanandan, gün batanacan meşədə Cəmonu
axtarırdıq. Cəmonun anadangəlmə kar olduğunu,
danışa bilmədiyini bütün kənd bilirdi. Di gəl ki,
hamı növbəylə bağırırdı:
-Cəmooooooo, ay Cəmooo!!!!
***
Doqquzuncuda
oxuyurduq.
Dərslər
təzə
başlamışdı. ―Dəli Cəmil meşədə itib‖ xəbəri bütün
məktəbdə ildırım sürəti ilə yayıldı. Zavalsız, heç
kəsə dəyib-toxunmayan Cəmilin (kənd camaatı onu
Cəmo deyə çağırırdı) meşədə yoxa çıxması, heç bir
əyləncəsi olmayan yuxarı sinif uşaqları üçün bir
anda məzə mövzusuna çevrildi. Səhər dərsə gələndə
Fuad mənə göz vurdu:
- Bu günə ―tema‖ var!
- Nə məsələdi?
- Cəmo meşədə itib.
Cəmonun böyük qardaşının oğlu Əziz bizimlə
eyni sinifdə oxuyurdu. İntizamsız, yekəpər bir
uşaqdı. Hərdən əmisinə lağ edib, ələ salırdıq. Əziz
də əsəbiləşib özündən çıxır, dərslər qurtaranda dava
etməyə bəhanəmiz olurdu. Davanı həmişə mən
başlayırdım. Məktəbin qapısından çıxhaçıxda Əzizin
kürəyinə bir təpik ilişdirirdim və dava başlayırdı.
Sözün açığı, birinci təpikdən sonra Əziz geriyə
qanrılıb məni görəndə söyür, əsəbindən boğula-
boğula qışqırırdı:
-Namərd, qorxaq! Kimə güvənirsən eeee! Duxun
çatırsa gəl təkbətək çıxaq!
Əziz düz deyirdi. Mən namərd idim. Onunla
təkbətək çıxmağa gücüm olsa da, ona baş
qoşmurdum. Mən strateq idim. Birinci təpikdən
sonra ―dəstə‖ni verirdim qabağa. Üst-başımı toz-
torpağa bulayıb evə getməyə qorxurdum. Paltarım
çirklənəndə anam burnuma duzlu su qoyurdu.
Əvvəlcədən şərtləşdiyimiz kimi uşaqlar Əzizi
yaxşıca ―isladırdı‖. Əziz qaçıb canını qurtarandan
sonra biz deyə-gülə evə yollanırdıq. Təbii ki, uşaqlar
elə-belə döyüşmürdü. Mən bir dəstəbaşı kimi onları
mükafatlandırırdım. ―Məişət evi‖nin yanına çatanda,
―Kəmfürsət‖ Əlinin dükandan hərəsinə bir dənə
―Turbo‖ saqqızı alıb, nisyə dəftərində atamın adına
yazdırırdım. Ya da söz verirdim ki, sabah hərənizə
bir səhifə inşa yazıb gətirəcəm. Beləcə özümü dəstə
başçısı kimi aparır, ―dəstə‖mi ədalətlə idarə edirdim.
O gün də bir-birimizə qoşulub, ―tema‖nı yaxşıca
lağ-lağıya çevirdik. Əzizi o qədər canından
bezdirdik ki, tualetin arxasına çəkilib ağladı.
Bir sözlə, bütün istedadımızı işə salıb Əzizi
cırnatdıq. Hər şey plan üzrə getdi və Cəmo itən günü
Əzizi yun kimi çırpdıq. Qaçıb əlimizdən güclə
qurtardı. Bu dəfə ―saqqız qonaqlığı‖ yox, ―siqaret
qonaqlığı‖ oldu.
Dostları ilə paylaş: |