Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   10   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
39 
Bu xərab abadı viran etdigin, yəni ki, nə? 
 
Gülşən içrə cilvələnmişsən yenə gəşt etməyə
Can quşun dutmaba seyran etdigin, yəni ki, nə? 
 
Bitəvəqqüf hər bəla oxun ki, atsan hər yana, 
Sən məni qarşuda qalxan etdigin, yəni ki, nə? 
 
Gəp yüz il kuyində can ver, meyli yox hərdəm sənə
Ey könül, sən munca əfban etdigin, yəni ki, nə? 
 
Ayabın yüzində dirlik istədim, mən, öl dedin, 
Müşkilimni beylə asan etdigin, yəni ki, nə? 
 
Dil quşuna daneyi-xal üstə dam etmiş saçın, 
Ya rəb, onu bəndü zindan etdigin, yəni ki, nə? 
 
Çünki qılırdın mənə min tövr ilə cövrü cəfa
Eşqini könlümdə mehman etdigin yəni ki, nə? 
 
Arizini zülfiniz birlən hicab edüb müdam, 
Ey günəş, yüzünü pünhan etdigin, yəni ki, nə? 
 
Mehr ilən rəhm etməyübən, qəhr birlən öldürüb, 
Bəndəyə lütf ilə ehsan etdigin, yəni ki, nə? 
 
Istəmişdin qətlimi, can mücdə verdim mərdana, 
Gözü könlümnü peşiman etdigin, yəni ki, nə? 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
40 
Bönçə gül xəndan olub, nərgizlə susən bitməgə, 
Arizin babın gülüstan etdigin yəni ki, nə? 
 
Pərdə səndən kəşf edib, ey vəpdi-əhmər yüzünü, 
Bülbüli aləmdə dəstan etdiyin yəni ki, nə? 
 
Çünki can verməzsən, ey ömrüm, bu cansız cismimə, 
Suyi-ləlin abi-heyvan etdigin yəni ki, nə? 
 
Vap gəl ey, badi-səba, ol ənbərəfşan zülfə de, 
Bu qəmər dövrində dövran etdigin yəni ki, nə? 
 
Istərəm gəldikcə bəmdən qurtarasan rəhm edib, 
Günbəgün dərdin firavan etdigin, yəni ki, nə? 
 
Ləşgəri-eşqin könül çək üstümə hərdəm dilər
Xaneyi-könlümni talan etdigin yəni ki, nə? 
 
Xalların filfil, yüzün gül, ləblərin mey, ey sənəm, 
Xətlərindən dəstə reyhan etdigin yəni ki, nə? 
 
Bəhrə döndü çövrəniz, əşgimdən, ey ayinəru, 
Göz yaşından böylə ümman etdigin yəni ki, nə? 
 
Seyr edərkən mürbi-dil, babi-rüxündə bənd edüb, 
Anu dər çahi-zənəxdan etdigin yəni ki, nə? 
 
Çalmaq üçün başımı, top eyləyib meydan ara, 
Hav edüb, zülfini çövkan etdigin yəni ki, nə? 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
41 
 
Çünki zülmətdən çıxarmaz könlümü şəmi-rüxün, 
Sən onu şəmi-şəbüstan etdigin yəni ki, nə? 
 
Mən gədayə çünki yoxdur rəhmin, ey can, eşqini, 
Könlümün təxtində sultan etdigin yəni ki, nə? 
 
Eyd yüzünçün, şəha, mücgan oxilən canımı, 
Qaşların yayinə qurban etdigin yəni ki, nə? 
 
Mədəni-yüzündə bir höqqə dəhanındır, dişin, 
Ləblərin tərfini mərcan etdigin yəni ki, nə? 
 
Aldı zəmzəm Kəbeyi-vəslin səfasından gözüm, 
Tofi-dil dərdinə dərman etdigin yəni ki, nə? 
 
Hər sütunun qəsri-babi, dildə can miqdarini, 
Nisbətü Hənnanü Mənnan etdigin yəni ki, nə? 
 
Bu Xətai könlünü, ey nərgizi cadu nigar, 
Özünə sehr ilə heyran etdigin yəni ki, nə? 
 
 
* * * 
 
Ey könül, kuyində məva qıldıbın yəni ki, nə? 
Itlərin kuyində qovba qıldıbın yəni ki, nə? 
 
Sakin olmaq Kəbeyi-kuyində yekdir dilbərin, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
42 
Hər gərəkməz yerə pərva qıldıbın yəni ki, nə? 
 
Qanlu yaşımni yüzüm üstə rəvan edüb müdam, 
Razi-pünhanim hüveyda qıldıbın yəni ki, nə? 
 
Könlümi qıldın müşəvvəş bir tükənməz fikr ilən
Bu pərişan zülfi sevda qıldıbın yəni ki, nə? 
 
Əşki-xunin bəhrə döndü çeşməsindən çeşmimin 
Subəsu yaşımni dərya qıldıbın yəni ki, nə? 
 
Vəchin əyyamində bu bəxti-siyahımnın şəha, 
Nisbətini leyli-Yəlda qıldıbun yəni ki, nə? 
 
Hərdəm, ey Leyli nigarım, bəndəni Məcnun təki, 
Valehü qəmginü şeyda qıldıbun yəni ki, nə? 
 
Istədim kuyində can verəm şəha, təxir edüb, 
"Innə əmhəlhüm rüveyda" qıldıbın yəni ki, nə? 
 
Xaki-payində məni ədnadən ədna eyləyib, 
Özünü əladən əla qıldıbın yəni ki, nə? 
 
Öldürüm, derdin bu gün-danla məni, çıxdın xilaf, 
Bilməzəm imruzi-fərda qıldıbın yəni ki, nə? 
 
Lövhi-dildə boylə təskin tapmış ikən bəmləri, 
Bir dəxi yengidən inşa qıldıbın yəni ki, nə? 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
43 
Çünki rəhmin yox məzarim üstünə bir daş edüb, 
Ey vəfasız, onu tubra qıldıbın yəni ki, nə? 
 
Gül yüzün ovraqıni gülşəndə xəndan eyləyib, 
Bülbüli-məhzuni guya qıldıbın yəni ki, nə? 
 
Asmaq üçün canımı bir qıl ilən, ey novnəhal, 
Sərvtək qəddini peyda qıldıbın yəni ki, nə? 
 
Çünki dildən yox durur meylin məni-dilxəstəyə, 
"Mərhəba, əhlən və səhla" qıldıbun yəni ki, nə? 
 
Çak edüb güntək giribanini hərdəm köksünə, 
Sübhdəm yüzüni peyda qıldıbın yəni ki, nə? 
 
Çünki dövr etməz əyabi məclisi-üşşaq əpa, 
Ləblərin cami-müsəffa qıldıbın yəni ki, nə? 
 
Qüdrətidir sane-i-pakin, ona insan demə, 
Sən ani manəndi-əşya qıldıbın yəni ki, nə? 
 
Leyli zülfinin xəyali eşq ilən Məcnun təki, 
Məskənini kuhü səhra qıldıbın yəni ki, nə? 
 
Səcdə qılmaqçün dilərsən qaşları mehrabini, 
Özünü sən əhli-təqva qıldıbın yəni ki, nə? 
 
Valideynin mənisin yad eyləyib hərdəmbədəm, 
"Cahidü" ləfzində fənna qıldıbun yəni ki, nə? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə