Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   20   21   22   23   24   25   26   27   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
164
 
Umar bu Xətai yadigari
Ta tuta qərar, sən qal imdi! 
 
 
ŞER YADIGAR DADƏNI  
MƏŞUQ AŞIQRA 
 
(Məşuqənin Aşiqə yadigar şeri) 
 
Der, var belədir, səninlə qaybu, 
Qan, yaş ilə ruyi-rəngi saru. 
 
Bəd halətə düşmə, çünki, vardır,ı 
Biləncə xəyali-ruyi-niku. 
 
Tibi-ələm iki bölsə cismin, 
Yarusi mənimlə, sən də yaru. 
 
Qılma məni cüstcu ki, bəsdir, 
Çeşmində xəyali-yari-dilcu. 
 
Bu ahu gözümdən ayru düşsən, 
Var həmnəfəsin, bəm ilə yahu. 
 
Bu incə belim bəmi, Xətai, 
Yetməzmi tənin misali-yek mu? 
 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
165
ŞER DƏR BABI-HƏLALI XASTƏNI 
AŞIQ ƏZ MƏŞUQ 
 
(Aşiqin Məşuqədən halallıq istəməsi) 
 
Xoş qal, dedim, ey həbibi-canan, 
Bu mürdə tənim içində çün can. 
 
Çox tökdün isə həlal bulsun, 
Afət biçabilə didədən qan. 
 
Cəm olmadı dil bəmində, vəh, vəh! 
Ey zülfi mənim təki pərişan! 
 
Sən min yaşagil bəkamirani, 
Mən ölərisəm, nə bəmdir, ey can? 
 
Su səpdi yüküş qapunda hər dəm, 
Eşqin yoluna bu çeşmi-giryan. 
 
Babrımla, gözüm yaşı evində, 
Çox oldu gözün, nəmək yedi, nan. 
 
Bu xəstə Xətai yad qılma, 
Zinhar, unutma əhdü peyman. 
 
 
DƏR MOFARIQƏT ƏZ VISALI  
DUSTI-CANI 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
166
 
(Könül dostundan ayrılıq) 
 
Çün oldu tamam nəzm təkmil, 
Vəsl oldu həman fəslə təbdil. 
Səndən necə kim, can ayrı düşdi, 
Tən ya çürüdü, ya sayru düşdi. 
Ölüncə unutman ol həbibi, 
Gül bəs unudarmi əndəlibi? 
Təqdirə var isə ola tədbir, 
Yox isə nə çarədir bə təqdir? 
Hicrində çü "zad"ü "nun" keçdi, 
"Sin"dən dəxi bir füzun keçdi. 
Çün sərvəri-Çin irişdi şamə, 
Xətmində mükəmməl oldu namə. 
Xətm oldu bu namə ruzi-şənbə, 
Eşqilə həmişə suzi-şənbə. 
 
 
ŞER DƏR XATƏMEYI-KITAB  
VƏ SƏBƏBI-TƏLIF 
 
(Kitabın bitməsi və yazılması səbəbi) 
 
Yarəb, irab etmə cismü cani, 
Heç bəndəyə verməgil sən ani. 
 
Sanma bu sözü bəyani-vaqe, 
Sözdür qamusu bə-sərzəbani. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
167
 
Vəslin dilərəm vəfalı yarın, 
Kim, fanidürür məcazi-fani. 
 
Çox nəstə sifətdə zahir ey dust, 
Görsət yüzünü bizə nihani. 
 
Bu fani ömür cahanda qalmaz, 
Bəxş et bizə ömri-cavidani. 
 
Bu dari-cahan çü bir fənadır, 
Vergil bizə xaneyi-bəqani. 
 
Üç nəsnədürür səbəb bu namə, 
Kim, buldu zəruri qılmaq ani. 
 
Əvvəl səbəb oldu nəzmi-tovhid, 
Kim, bəndəliyin odur nişani. 
 
Ikinci bu, kim, olanda bəmgin, 
Bu, könlünün ola mehribani. 
 
Üçüncü bu, kim, qalırsa xoşdur, 
Bu dünyada hər kimin nişani. 
 
Ta deyə onu görən mühüblər, 
Rəhmətlik ola onun rəvani. 
 
Hər kim ki, bizi anırsa bulsun, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
168
Dər-bürci-səadət aşiyani. 
 
Kiməm ki, Xətaiyəm deyən mən, 
Əhsənət təbarək, ey filani. 
 
Kim munu oxur, yazarü dinlər, 
Həq lütfilə yarlıbasun ani! 
 
 
NƏSIHƏTNAMƏ 
 
Sıbın fəzli-həqə ey talibi-rah, 
Ki, dust eşqin özünə eylə həmrah. 
 
Təvəccöh qıl, təvəccöh ol kərimə, 
Cəmali-ənvəri-zati-qədimə. 
 
Təvəkkül qapusunda sən müqim ol, 
Təpiqi-eşq içində müstəqim ol. 
 
Təfərrüc əhli ol aləmdə sadiq, 
Təhəyyür şöleyi-didarə aşiq. 
 
Hər iş, kim, dutasan eşqilə dutgil, 
Iki sanmaqlıbı, ey can, unutgil. 
 
Niyazmənd ol müdam yol içrə dobru 
Ki, surət təbdil edib olma obru. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
169
 
Yəqin bil dobruluq dost qapusudur, 
Həqiqət aləminin tapusudur. 
 
Ola sidqilə kim ki, əhli niyaz 
Olar, ol yol içində saf şahbaz. 
 
Kimin ki, olmasa üzrü niyazi 
Qəbul olmaz niyazi, həm namazi. 
 
Özünü məskənət babində xak et, 
Bu cismi mərifət abində pak et. 
 
Ki, mənlik mənzilin məhv eylə daim, 
Ola göp eşqilə xidmətdə qaim. 
 
Irə ta Fəzli həqdən sənə ənam, 
Düşə qəlbinə rəhmət feyzi-ilham. 
 
Xəbərdar olasan həq canibindən. 
Çıxar zati-şərifin küfrü kindən. 
 
Irişə halına eşqi-ilahi, 
Ola canında daim dərdü ahi. 
 
Dilində fəthü dövlət ola yahu, 
Könüldə hikməti-yahu-yamənhu. 
 
Dilərsən kim, olasan əhli-tovhid, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
170
Ki, səndə qalmaya bir şəmmə təqlid. 
 
Könül safilə saf ol sadiqanə, 
Səfa birlə həqiqət aşiqanə. 
 
Qədimü layəzəlü fərdü yekta, 
Ki, misli yox onun zatinə həmta. 
 
Şəriki yoxdur onun zati hudur, 
Mübərradır xamudan şöylə hudur. 
 
Münəzzəhdir xamudan eyni zati, 
Vəli, hər şeydə zahir möcüzati. 
 
Ikilikdən bəridir zati-mütləq, 
Kəmali-qüdrətinə söylə səddəq! 
 
Özidir hər işə sərkarü memar, 
Bu rəmzi anlagil, ey əhli-iqrar! 
 
Cəhani tarü-mar etmək əlində, 
Yenə bir dəmdə var etmək əlində. 
 
Görünən, göstərən, gözlə görən ol, 
Aparan, gətirən, alan, verən ol. 
 
Dəxi kimdən göpərsən munca işlər, 
Öz işidir ki, işlər munca işlər. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
171
Gəhi məzhər cəmalə, gəh cəlalə, 
Əcəb sirdir, bu sir cəllə cəlalə! 
 
Ki, həqdir səcdə çün zikrinə fikrin
Kəlisa məscidü küfrinə küfrün. 
 
Kim, oldur hər işin eynində mövcud, 
Özidir cümlə məxluq içrə məbud. 
 
Bəhanədir, vəleykin, işi xəlqə, 
Ki, qulabda bu pəndi eylə həlqə! 
 
Onun hikmətlərinə qüdrəti çox, 
Nə deyim, binəhayət, payani yox, 
 
Təriqi-əhli-həq bir özgə haldır! 
Qalanı yüz elə çox qeylü qaldır. 
 
Kim ol tovhid məqamidir bu yollar, 
Bu yoldan çıxanı yol əhli yollar. 
 
Həqiqət içrə gəp var gənc, özidir, 
Deyilən xamı dildə öz sözidir. 
 
Vəli, sitri-ədəbdir görmək ondan, 
Bəşər felini, yəni bilmək ondan. 
 
Çıxarma pərdədən dışra bu sirri, 
Eşit, ey seyr edən bəhr ilə bərpi! 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
172
 
Keçit gözlə, saqın, keçmə bu suyi, 
Deyu, naməhrəmə açma bu sirri! 
 
Məqami-heyrət içrə eylə seyran, 
Divanə, əsrikü sərməstü heyran. 
 
Olasan ta kim, ol didarə məhrəm, 
Visali-həzrəti-dildarə həmdəm. 
 
Əzəldən bir məsəldir kim, demişlər, 
Təpiqət pirləri şəkkər yemişlər. 
 
Nə isə zahirin batinin oldur, 
Zahirdən batinə düş dobru yoldur. 
 
Nəzər eylə həqin hikmətlərinə, 
Təaləllah, zəhi qüdrətlərinə! 
 
Yaratdı canını uş, bu nəfəsdən, 
Munu bil, çıxmadın sən bu qəfəsdən. 
 
Ki, bir gövhərdurur əşyanın əsli, 
Ki, onun mədənü mənbəü nəsli. 
 
Göhər gəp dürrilədür kani-gövhər. 
Nə gövhərdir, həqiqət həqqə məzhər. 
 
Cahan qətrə onun bəhri yanında, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
173
Ki, qərq olur əqillər payanında. 
 
Vəli, qətrə deyil dəryadan ayrı, 
Ulaşcaq bir olup, gəl sanma qeyri. 
 
Əlünə alıcaq bir saf ayinə, 
Yenə özün göpəpsən həp ayinə. 
 
Görünən güzgüdə həm öz cəmalın, 
Dəxi, nədip sənə səndən xəyalın? 
 
Yaxın bax kim, sənə səndən yaxındır, 
Iraq baxma sana səndən saqındır. 
 
Yüzündəvü sözündəvü gözündə, 
Özüdür can olan, ey can, özündə. 
 
Xamuya dövr edən bir dövri-həqdir, 
Özün bilənə bu yaxşı səbəqdir. 
 
Bu məni hər kimin həqqi deyildir
Ki, safü sidqlə bablı könüldür. 
 
Əgər, seyr eyləsən can iqlimini,  
Sərayi-gülşəni-canan elini; 
 
Kim, özü canə can olmuş bu canə, 
Nihani gəşt edər xanə bəxanə. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
174
Yəqin ayru deyildir kəndudən can, 
Ki, bir mənadadır dəryayü ümman. 
 
Günəş zərrəvü həm zərrə günəşdir, 
Özünə özünü, ey can, ulaşdır. 
 
Bu cismi eşqilə, can eylə rövşən, 
Ki, zülmət rəf olub, cism ola rövşən. 
 
Kimin ki, eşqi yox varma yanınca, 
Keçər fürsət o bu eşqə yanınca. 
 
Ki, ol eşqilə sərməstü divanə, 
Ona yoxdur qələm, varsa divanə. 
 
Yeri, eşqi özünə pişə eylə, 
Yetər uzabi fikr, əndişə eylə. 
 
Bu dəmi xoş gör, ey can, həqqə şükr et, 
Bu fikrin tərkin et, var, özgə fikr et. 
 
Niyə gəldin, nə gətirdin cəhanə, 
Nə iltərsən axirət cavidanə? 
 
Nə idin aləmi-vəhdətdə söylə, 
Bu kəsrət evinə düşdün ki, böylə? 
 
Bunu bildin isə ipdin məqamə, 
Axirət mənzili, Darüs-səlamə. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
175
 
Munu sən istə bir əhli-nəzərdən, 
Verə, lütf eyləyib, gizlü xəbərdən. 
 
Əlində var ikən bir ixtiyarlıq, 
Həqin aşiqlərilə eylə yarlıq. 
 
Əlini alalar bir dar məhəldə, 
Gərəkdir ançlayın yar məhəldə. 
 
Yarım deyən çox olur munda, ey yar, 
Saqın hər yetənə aldanma zinhar. 
 
Kimi sevsən onunla həm qoparsan, 
Onu kim canü dildən sən taparsan. 
 
Uzaqdır mənzilin azuq qazangil, 
Yetər bu dünya mülkünə uzangil. 
 
Xəyal-eşqi özünə həmdəm eylə, 
Onunla xoş səfa sür, həm, dəm eylə. 
 
Hər an canda ki, ola eşq xəyali, 
Degildir haldan ol hal içrə xali. 
 
Olur bu eşqilə can həqqə vasil, 
Ki, eşqi olmayan candan nə hasil! 
 
Təşəbböh eylə, ey can, cavidanə, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
176
Yolunda qalma anun cismü canə. 
 
Cəmali-Mustafayə ver səlavat, 
Olasan cümlədən sabü səlamat. 
 
Ibadətlər başıdır, ey qarındaş, 
Səlavat eşqilə gər ola yoldaş. 
 
Kimin eşqinə yar etdi cəhanı? 
Budur eyni ibadət tanı anı! 
 
Təvəkkül qıl, təfəkkür ilə idrak, 
Nədir ol aləmi-mənidə lövlak? 
 
Məhəmməd ümməti qalmaz damuda, 
Salavat var, canın yanmaya oda. 
 
Ona ixlas ilə ümmət ola göp, 
Ona münkir olanın gözləri kor. 
 
Həqin dustunu bilgil dust olasan, 
Şana ulaşıban peyvəst olasan. 
 
Kimin əlindədir bu cümlə aləm, 
Bu hikmətə ulaşur gerçək adəm. 
 
Nəbi meracə çıxdı kimi gördi, 
Məqami-müntəhadə kimə irdi? 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
177
Yol üstündə duran aslanı gördi, 
Çıxapdı yüzügünü ona verdi. 
 
Dedi ki, aramızda bu nişanə, 
Bu sözümə məvalilər inanə. 
 
Munu fəhm eylə ki, özgə xəyaldır, 
Xəyal içrə, vüsal içrə məaldır. 
 
Daxi sir var deyilməz xəlq içində, 
Yenə söz var deyəsi xülq içində. 
 
Yürü, şahə müdam könlün açılsın, 
Lütüf söylə, dilindən düp saçılsın. 
 
Ki, dəgmə kimsə olmaz şahə məqbul, 
Nişan göstər olasan ki, şaha qul. 
 
Nədir, söylə mənə, şahin nişanı? 
Əgər mömin isən sən şahı tanı! 
 
Kimin əmrilə çizginir fələklər, 
Ona səcdə elər göydə mələklər. 
 
Mürüvvət və kərəm, lütfü səxavət 
Nişanı şahın, ey əhli-səadət. 
 
Həsən-Hüseyni sev candan həmişə, 
Zəhi, dövlətli can şahə buluşə. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
178
 
Əli, Zeynəlibadü Baqirü Cəfər, 
Olardır möminə mürşidü rəhbər. 
 
Musayi Kazim, Əli, Musa Rzayə, 
Rza vergil yəqin ali-əbayə. 
 
Təqiyü ba Nəqi şah Əskəridən, 
Ola görgil imamlar gövhəridən. 
 
Irişdi vədeyi-əhdi-Məhəmməd, 
3ühur edə özün məhdi-Məhəmməd. 
 
Bu on iki imamə qıl eyvallah, 
Əgər mömin isən yarınçın allah. 
 
Yəqin oldu çıxa sahib zəmanə, 
Vilayət ləşgər ilə xanədanə. 
 
Əlamətlər göründü cümlə əhval, 
Ki, təbdil görünür qövl ilə əqval. 
 
Cəhan əksinə döndü, ey bəradər! 
Dilər div ola insanə bərabər?! 
 
Haçan dürüst ola bu xam xəyallar, 
Yaxışmaz yol içində işbu hallar. 
 
Bu bikar iyəsi mülkini gözlər, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
179
Görər bu məniyi işıqlı gözlər. 
 
3ühur olmaz cahan qarışmayınca, 
Bu aləm cümlə küfrə düşməyincə. 
 
Yenə oynaya şahin zülfüqarı, 
Müti ola onun əmrinə varı. 
 
Gəl imdi bir dəxi söhbəti dinlə, 
Qulax dut bu sözün mənisin anlə. 
 
Edərsən mundan axır seyran onda, 
Nə köşək təxt yaparsan yəni munda? 
 
Yükün zülm isə arxandan buraxgil, 
Təfərrüc eyləyib didarə baxgil. 
 
Irəsən mənzilə oynaya gülə, 
Ki, şəklin bənzəyə gülşəndə gülə. 
 
Bu dünya möhnətin vəhdətə dəgşür, 
Özünü sidqilə sən şahə dapşür. 
 
Həqi ərdən ari, mömindən istə, 
Budur pəndim sənə şikəstə-bəstə. 
 
Ərə yetən, həqə yetər yəqin bil, 
Əgər talib isən bu rəmzi bilgil. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
180
Bil ol can kim, həqiqət pirimizdir, 
Yolunda təslim olmaq əmirimizdir. 
 
Əgərçi qətreyi sudan yaratdı, 
Vəli öz eşqini ona yar etdi. 
 
Bəvəzullah, qılgil sən sücudi, 
Münəvvər eyləgil iş, bu vücudi. 
 
Zəhi, surət ana canlar göricək
Yanınca sürünür, olur baliçək. 
 
Gərəkdürür sənə hər işdə təzim, 
Mələk adəmdən alur elmü təlim. 
 
Könül göziylə bax, didar görəsən. 
Necə bir sən dərü divar görəsən. 
 
Nə kim vardır bu surətdə göründi, 
Təcəlla şövqini munda gör indi - 
 
Ki, munda görməyən, can onda görməz, 
Qalur ol vəslini canana irməz. 
 
Bu vəchin təfsiri Tövratü Incil, 
Edərlər anu fürqan əhli təvil. 
 
Şəriət və təriqət yollarıdır, 
Ki, mərifət, həqiqət hallarıdır. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
181
 
Budur bu dörd kitabın mənisi həm, 
Özün bilib, olasan yolda möhkəm. 
 
Yəqin əhli yanında yol bir oldu, 
Ki münkirlər bu dərgahdan sürüldü. 
 
Mürid oldup ola əhli-ipadət, 
Hər işdə vap ala pirdən icazət. 
 
Həram edə uyxusun dost aduna, 
Yana pərvanətək eşqin oduna. 
 
Təpiqi-övliya bir dobru yoldur, 
Yetər hər yetənə kəndunu buldur. 
 
Əgəp olmaz isən bu yolda gerçək, 
Vilayət süfrəsindən sən əlin çək. 
 
Kərəm kani Əlidən, haşa lillah, 
Xaçan öz çakərini edə gümrah. 
 
Mühübbi-şah olan dərmandə olmaz, 
Çıxar aydınlıba zülmətdə qalmaz. 
 
Çalınma dörd yana bablan Əliyə
Ərənlər sərvəri şahi-vəliyə. 
 
Mizanü tərazü sorbuvü məhşər, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
182
Əli əlindədir, filcümlə, yeksər. 
 
Keçirən ol siratül-müstəqimi, 
Onun ümmətidir əzəl qədimi. 
 
Vilayət şəhrinin qədri Əlidir, 
Həqiqət bəhrinin dürri Əlidir. 
 
Yedi damu, səkiz cənnət nişani, 
Xamusi səndədir anla bəyani. 
 
Vücudindən gedər damü sifatin, 
Yaman xudur, burax əldən bəratin. 
 
Sifati-əhli cənnət yaxşı xudur, 
Ki, xuyi yaxşı olan bəxtludur. 
 
Kəmal əhli ilə olgil müsahib, 
Ki, ondan mərifət kəsb et əcayib. 
 
Özünbilməz ilə durma, oturma, 
Ömür zaye keçər əqlin itirmə. 
 
Qoma şah damənini daim əldən, 
Yapış silsiləsinə canü dildən, 
 
Kimin ki, məni içrə zati yoxdur, 
Çürükdür sözünün bünyadi yoxdur. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
183
Yəqin sidq aşiqin sərmayəsidir, 
Bu rəmzi bil ki, ol can ayəsidir. 
 
Iman əhli isən ey can, vəleykin, 
Ki, cismü canü dildə dutmagil kin. 
 
Budur sözüm sənə məndən əmanət, 
Könül yıxma, vəli, eylə imarət. 
 
Dəxi, yoldaş ilə qonşunu gözlə 
Ki, xəlqin eybini sən açma, gizlə. 
 
Hamu fəzli-həqə oldu betofiq, 
Ola taliblərə həq yolu təhqiq. 
 
Hamu əməldən əfzəldir, bir insaf. 
Həqin öz evidir olsa könül saf. 
 
Həqin ol haqlıbı ol həq həqiçün, 
Ki, zati fəzli həq mütləq həqicün. 
 
Cəmali-pərtəvi-şövqi həqiçün, 
Kəmali-qüdrəti-eşqi həqiçün. 
 
Kəmali-ismi-əsmasi həqiçün, 
Həm ol ismül-müsəmması həqiçün, 
 
Müsəlla, ərşü fərş naxış həqiçün, 
Həm ol göydən enən yabış həqiçün, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
184
 
Imam Həsən - şəhid canı həqiçün, 
Tökülən şah Hüseyn qanı həqiçün. 
 
Ənəlhəq söyləyən Mənsur həqiçün, 
Şəhidlər üstə düşən nur həqiçün! 
 
Ki, üçlər, yeddilər qırxlar həqiçün, 
Bu vala qovmi-sərməstlər həqiçün! 
 
Səfa əhli sufi safi həqiçün
Ənəllah əhli-insafi həqiçün! 
 
Urum əbdalları sidqi həqiçün, 
Xorasan pirləri nitqi həqiçün! 
 
Nihan dərvişlərin sirri həqiçün, 
Bu yolda pirlərin sirri həqiçün! 
 
Aşiqlər atəşi-ahı həqiçün, 
Ki, təsbihi-səhərgahi həqiçün! 
 
Müdam çabırdıbun ol şah həqiçün, 
Hacat qəbul olan dərgah həqiçün! 
 
Suçum babışla şahi-Kərbəlayə, 
Qamu aşiqlərə şah övliyayə. 
 
Qəbul et bu duayi ya ilahi, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
185
Ki, sənsən cümlə aləm padşahi. 
 
Nə ərbabəm, nə zahid xaki-payəm, 
Bəhəmdullah ki, dust eşqilə bayəm. 
 
Bənidir lütf iyəsi padişahim, 
Ümidgahim, şahım püştü pənahim. 
 
Nəsihətnamə yazdım dərvişanə, 
Cahanda olmab üçün bir nişanə. 
 
Təvəccöh qıl, təvəkkəltü Ələllah, 
Qulab çəkdim, dedim, ərənlərə şah. 
 
Həqin fəzlinə bablandıq əzəldən, 
Təmənnamız didardır ləmyəzəldən. 
 
Xətai, dərdməndəm bir kəminə, 
Onuçuq, hu, deniz şahın dəminə. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə