Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
20 
Budur, ərənlər meracı, 
Kəskindir yolun qılıcı, 
Qalsın, könül, yol qalmasın! 
 
Ey divanə, ey divanə
Aşiq olan qiyar canə, 
Xətai der, Taclı xanə, 
Qalsın, könül, yol qalmasın! 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
21 
 
GƏRAYLILAR 
 
 
Gövhərin keçməyən yerdə, 
Satma, qardaş, kərəm eylə, 
Ləl daşını çay daşına, 
Qatma, qardaş, kərəm eylə. 
 
Gördün bir yerdə aşina, 
Hər nə dersən özbaşına. 
Yol daşını yol quşuna, 
Atma, qardaş, kərəm eylə. 
 
Gördünsə bir yerdə rəqib
Neylərsən yüzünə baxıb, 
Münkiri qatara çəkib, 
Getmə, qardaş, kərəm eylə... 
 
Xətaim çabırır, ərə! 
Dünya böylə gəlmiş zirə, 
Arif, oxun əbəs yerə, 
Tutma, qardaş, kərəm eylə. 
 
 
* * * 
 
Aqil, gəl bəri, gəl bəri, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
22 
Gir könülə, nəzər eylə, 
Görür göz, eşidir qulaq, 
Söylər dilə nəzər eylə. 
 
Başdır - gövdəyi götürən, 
Ayaq - mənzilə yetirən, 
Dürlü məsləhət bitirən, 
Iki ələ nəzər eylə. 
 
Sufi isən, alıb satma, 
Həlalına haram qatma, 
Yolun əyrisinə getmə, 
Dobru yola nəzər eylə. 
 
Iki əlin qızıl qanda, 
Çox günahlar vardır məndə, 
Ya ilahi, kərəm səndə, 
Düşgün qula nəzər eylə. 
 
Xətai eydür: ya Banı, 
Verən mövla alır canı, 
Əvvəl kəndi-kəndin tanı, 
Sonra elə nəzər eylə! 
 
 
* * * 
 
Gəl bir pirə xidmət eylə
Əmək zayi olmaz ola. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
23 
Mürşid ətəyin möhkəm dut, 
Kimsəlindən almaz ola. 
 
Bir işi bitirmək gərək, 
Əksigin yetirmək gərək, 
Yar ilə oturmaq gərək, 
Heç bir şəmmə gəlməz ola. 
 
Bir soyu soylamaq gərək, 
Bir acı doylamaq gərək, 
Bir dildən söyləmək gərək, 
Firiştələr bilməz ola. 
 
Çaruq bəhri olmaq gərək
Bir ummana dolmaq gərək, 
Bir gövhəri bulmaq gərək, 
Heç sərraflar bulmaz ola. 
 
Gerçək aşiq olmaq gərək, 
Məşuqini bulmaq gərək, 
Ölməzdən ön ölmək gərək, 
Varıb onda ölməz ola. 
 
Bir quş olub uçmaq gərək, 
Bu mənani seçmək gərək, 
Bir qədəhdən içmək kərək
Içənlər ayılmaz ola. 
 
Bir babçaya gəlmək gərək, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
24 
Xub təfərrüc qılmaq gərək, 
Bir gülü qoxlamaq gərək, 
Hərgiz ol gül solmaz ola. 
 
Gəl Xətai, sən keç otur, 
Davani mənayə yetür, 
Söhbətinə bir ər gətür, 
Cana başa qalmaz ola. 
 
 
* * * 
 
Dil ilə dərvişlik olmaz, 
Halı gərək yol əhlinin,  
Arilərin hər çiçəkdən
Balı gərək yol əhlinin! 
 
Keçmək gərək dörd qapıdan, 
Qurtulasan mürəbbidən, 
Mürəbbidən müsahibdən, 
Əli gərək yol əhlinin! 
 
Mən gəzərəm dərdli-dərdli, 
Ötər firqətli-firqətli 
Bülbül kimi ünü dadlı, 
Dili gərək yol əhlinin! 
 
Mən gəzərəm ayıq-ayıq, 
Dəryalarda olur qayıq, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
25 
Bülbülləri Şaha layiq, 
Gülü gərək yol əhlinin. 
 
Xətaim der: quşaq quşan, 
Toz olur türaba düşən, 
Budur dərvişliyə nişan, 
Yolu gərək yol əhlinin! 
 
 
* * * 
 
Qırxlar meydanına vardım, 
Gəl bəri, ey can, dedilər. 
Izzət ilə salam verdim
Gəl, işdə meydən, dedilər. 
 
Qırxlar bir yerdə durdular, 
Otur deyə, yer verdilər, 
Önümə surba sərdilər, 
Əl lobmaya sun, dedilər. 
 
Qırxların qəlbi durudur, 
Gələnin qəlbin arıdır, 
Gəlişin hardan bəridir
Söylə, sən kimsən? - dedilər. 
 
Gir simaə, belə oyna, 
Silinsin, açılsın ayna, 
Qırx il qazanda dur qayna, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
26 
Daha çiy, bu tən, dedilər. 
 
Gördüyünü gözün ilə, 
Söyləmə sən sözün ilə, 
Ondan sonra bizim ilə
Olasan mehman, dedilər. 
 
Düşmə dünya möhnətinə, 
Talib ol haqq həzrətinə, 
Abi-Zəmzəm şərbətinə, 
Barmabını bən, dedilər. 
 
Şeyx Xətai nədir halın, 
Haqqa şükr et, qaldır əlin, 
Qeybətdən kəsə gör dilin, 
Hər qula yeysən, dedilər. 
 
 
* * * 
 
Sərsəri, girmə meydana, 
Aşiq, səndən yol istərlər. 
Qəllaş ilə oturmadan, 
Iman əhli, pul istərlər. 
 
Bu yola girən oturmaz, 
Haq sözə hiylə qatılmaz, 
Bunda heç hiylə satılmaz, 
Gövhərindən qul istərlər. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə