Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   2   3   4   5   6   7   8   9   ...   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
27 
 
Bir qılı min parə edər
Bu yolu ixtiyar edər, 
Şahım bir yol qurmuş, gedər, 
Yol içində, yol istərlər. 
 
Şah Xətai der: Neylərsən, 
Hər müşküli həll eylərsən, 
Arısan çiçək iylərsən, 
Yarın səndən gül istərlər! 
 
 
* * * 
 
Sözünü bir söyləyənin, 
Sözünü edər sab bir söz. 
Pir nəfəsin dinləyənin, 
Yüzünü edər ab bir söz. 
 
Bir söz vardır xalq içində
Dəxi söz var xülq içində, 
Olmaya ki, dəlq içində, 
Deyəsən çarqadaq bir söz. 
 
Söz vardır kəsdirir başı, 
Söz vardır kəsər savaşı, 
Söz vardır abulu aşı, 
Bal ilən edər yab bir söz. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
28 
Sözünü yaxşı bişirgil, 
Yaxşı us ilə düşürgil, 
Yaramazını şaşirgil, 
Canına olur dab bir söz. 
 
Istərəm görəyim yarı, 
Bu rəmzi anlagil barı, 
Həzaran əhli-iqrarı, 
Edər qara torpaq bir söz. 
 
Şah Xətai, ayatindən, 
Sözün söylə öz zatindən, 
Olmaya kim, pir qatindən, 
Səni edə irab bir söz! 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
29 
 
BAYATILAR 
 
Xətai, can arxına, 
Əhli ürfan arxına, 
Mərifətdən su gəlib, 
Tökülür can arxına. 
 
* * * 
 
Könül vermə nadanə, 
Haqqı inkar edənə, 
Müridim, haq demişəm, 
Məhəbbət xanədanə. 
 
* * * 
 
Xətaim der, bayabı, 
Atılandır bayabı, 
Quşlarda nə quşu var
Təpəsində ayabı? 
 
* * * 
 
Xətaiyə han gəldi, 
Mürdə cismə can gəldi, 
Yəqubi-zar olmuşam, 
Yusifi-Kənan gəldi. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
30 
Xətaiyəm xəttarəm, 
Həq sirrinə səttarəm, 
Həkimlərin dərmanı, 
Təbiblərə əttarəm. 
 
* * * 
 
Xətaiyəm bir haləm, 
Əlif üstündə daləm, 
Sufiyəm təriqətdə, 
Həqiqətdə abdaləm. 
 
* * * 
 
Xətaiyəm, ver cəvablən, 
Qırmızı gül gülablən, 
Səndən can əsirgəməm, 
Zira kim, bir hesablən. 
 
* * * 
 
Xətai işin düşər
Gəlib, gedişin düşər, 
Dişləmə çiy löqməni, 
Yerinə dişin düşər. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
31 
 
MÜRƏBBƏLƏR 
 
 
Xubların sultanısan, aləmdə var, xan ol yürü, 
Aşiqin canında cansan, vara canan ol yürü, 
Sən rəqibin məclisində şəm kimi yan ol yürü, 
Könlümüzü bizə ver də, Misrə Sultan ol yürü! 
 
Yerdə qalmaz çün belə sən, ey mələk, ahim mənim, 
Yalqıza yardım edər, var der ki, allahim mənim, 
Bivəfalıq rəsmini əldən gedər şahim mənim, 
Könlümüzü bizə ver də, Misrə Sultan ol yürü! 
 
Neçə kərrə demədimmi, gözləri ahu, sana, 
Bivəfalıq etməmək gərək idi canım sana, 
Yürü, var ömrüm haman şimdən gerü yahu sana, 
Könlümüzü bizə ver də, Misrə Sultan ol yürü! 
 
Ya ilahi, bilməzəm, kim, nolur əhvalım mənim, 
Könlüm aldı, ey müsəlman, şimdi bir zalim mənim, 
Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim, 
Könlümüzü bizə ver də, Misrə Sultan ol yürü! 
 
Ey Xətai, bulmadım bir yarü həmdəm dünyada, 
Ah-vahi keçdi ömrüm, neyləyim mən dünyada, 
Sərv kimi sərxoş ola sab haman sən dünyada
Könlümüzü bizə ver də, Misrə Sultan ol yürü. 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
32 
Vədeyi-vəsl edəli bir qılca qaldı canımız, 
Göglərə irsə iribdür naləvü əfbanımız, 
Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız, 
Xani, ay zalim, səninlə əhdimiz, peymanımız? 
 
Gülşəni-babi-cinansən, eşq ola didarına, 
Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına, 
Yürü, ey yari-vəfasız, durmadın iqrarına, 
Xani, ay zalim, səninlə əhdimiz, peymanimiz? 
 
Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin, 
Etdigin qövlü qərari həp fəramuş eylədin, 
Çeşmi-məxmurinlə, mən miskini sərxoş eylədin, 
Xani, ey zalim, səninlə əhdimiz, peymanimiz? 
 
Al səhabi-ruyini hüsnün kimi olsun müdam, 
Mehr ilə dolsun mənim mahim zəminü asiman, 
Söylədin könlüm alınca mənə min dürli yalan, 
Xani, ey zalim, səninlə əhdimiz, peymanimiz? 
 
Əbri-baran kimi ablarkən Xətai zar-zar
Gözünün yaşi edərdi durma, derdin, aşikap, 
Dün gecə kuyində oldum, sübh olunca intizap, 
Xani, ey zalim, səninlə əhdimiz, peymanimiz. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
33 
 
TƏRCIBƏND 
 
"La"yi isqat eyləyib bir bilməyən illasını, 
Bilmədi nəfi ilə isbatın nədir mənasını, 
Vadiyi-üsyanda qaldı, anmadı mövlasını, 
Abi-tovhid ilə tahir qılmadı əzasını, 
Içmədi bəzmi-ələstin badeyi-həmrasını, 
Açmadı nuri-vilayət çeşm nabinasını, 
Görmədi gün türrəsindən leylətül-əsrasını, 
Bulmadı rahi-yəqinin mənzili-əlasını, 
Qabi-qövsiynin yanıldı qürblə ədnasını, 
Silmədi ayinəyi-dildən qubarü pasını, 
Müftiyi-eşq böylə vermişdir bunun fitvasını: 
Ya çək əl sərdən, ya gəl cınlatma eşqin tasını! 
 
Yox ikən kövnü məkanü sahilü abü qara
Cuşə gəldi şövq ilə bəhri-məhəbbət ibtida, 
Daşə çaldı şişəsin, etdi təməvvüc hər yana, 
Sərbəsər əşyayi seyran eylədi çunü çəra, 
Eşq Mənsurini gördi ol arada aşina, 
Bir fəna abdal gəldi yanıma dedi mana, 
Var fərabət guşəsin edən məqami-dilgüşa, 
Kol durur darüşşəfadır dərdimənd ana dəva, 
Aləmi bəhpi-təhəyyürdə gəzərkən binəva, 
Guşimə girdi beyibdən bir nidavü xoş səda
Müftiyi eşq böylə vermişdir bunun fitvasını: 
Ya çək əl səpdən, ya gəl cınlatma eşqin tasını! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə